Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə73/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   69   70   71   72   73   74   75   76   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
220
 
İdeoloji  ustanovka  ilə  razılaşmayan  elm  və  mədəniyyət  xa-
dimləri ciddi cəzalara məruz qalırdılar. 30-cu illərdə Sovet İttifaqın-
da həyata keçirilmiş repressiya tədbirləri ümumtürk elmi və mədə-
niyyətinə də ciddi zərbə vurmuşdu. Belə ki, bu zaman türk ziyalıla-
rının böyük qismi repressiyanın qurbanı oldular. 
ƏDƏBİYYAT 
1. Бордюгов Г.А., Козлов В.А. История и конъюктура. 
Субъективные заметки об истории советского общества. 
М., 1992. 
2. Bağımsızlığın ilk yılları (Azerbaycan, Kazakistan, Kırqızistan, 
Özbekistan, Türkmenistan). Ankara, 1994. 
2.Nadir Devlet. Çağdaş türk dünyası. İstanbul, 1989. 
_________________________ 
Günay BAYRAMOVA 
Bakı Dövlət Universiteti 
tarix fakültəsi, III kurs tələbəsi 
E-mail:gunkam10@gmail.com 
 
AHISKA TÜRKLƏRİ TƏDQİQATLARDA 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Ahıska türkləri, SSRİ, Gürcüstan, deportasiya, tədqi-
qatlar, iki dəfə deportasiya olunmuş xalq 
SSRİ-nin  repressiv  islahatlarına  məruz  qalan  Qafqaz  xalqla-
rından  biri  də  ahıska  türkləridir.  Gürcüstanın  cənub-qərbində  yer-
ləşən  Ahıska  bölgəsi  ilk  zamanlardan  türklərin  yaşadığı  ərazilər 
olmuşdur. XX əsrdə iki dəfə deportasiyaya məruz qaldı ahıska türk-
ləri... Bu bir xalq üçün olduqca çətin prosesdir, çünki nəticədə məs-
kunlaşdığı ərazi ilə birlikdə həmin xalq mədəniyyətini, hətta varlı-
ğını da itirə bilərdi. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
221
 
İlk olaraq qeyd etmək istəyirəm ki, tarixi ədəbiyyatlarda tez-
tez ahıska türklərinin adına ‘mesxeti” olaraq rast gəlirik və bir çox 
tarixçilərimiz də bunu olduğu kimi yazırlar. Bu gürcü tarixçilərinin 
aborigen xalq olan ahıska türklərini gürcüləşdirmək səylərinin nəti-
cəsidir. Ərazidəki türkləri gürcülərin bir qolu kimi msxeti gürcüləri 
adlandırırlar. “Gürcü alimləri ahıskalıları müstəqil dilə, mədəniyyə-
tə, etnik psixologiyaya məxsus xalq saymır, onları İslam dinini qə-
bul  etmiş  “müsəlman  gürcüləri”,  yerləşmə-coğrafi  baxımdan  isə 
mesxetilər adlandırırlar” (8, səh.7). Ahıskalılar isə özlərini deporta-
siyadan  sonra  belə  heç  vaxt  mesxeti  türkü  olaraq  adlandırmamış, 
həmişə ahıska türkü olaraq təqdim etmişlər. “Onların mənşəyi prob-
lemində  fikir  ayrılıqları  olsa  da,  türk  mənşəli  olduqları  danılmaz 
faktdır” (3, səh.1). 
Ahıska  türkləri  haqqında  yazılan  məqalə  və  monoqrafiyalar 
çoxluq təşkil etsə də, bunların sadəcə bir hissəsi tarixi və elmi sə-
ciyyə  daşıyır.  Ümumiyyətlə,  bu  yöndəki  tədqiqatları  araşdırılma 
istiqamətinə görə belə təsnif etmək olar: 1. Bədiiliyin ön planda ol-
duğu tədqiqatlar 2. Tarixi səciyyə daşıyan tədqiqatlar. 
Ahıska türkləri haqqında ən çox araşdırma aparanlardan biri 
professor  Asif  Hacılı  “Ahıska  türkləri:  İnanc  dünyası”,  “Ahıska 
türklərinin sürgün folkloru” , “Ahıska türkləri. Vətən bilgisi” kimi 
monoqrafiyalarında  əsasən  maddi  mədəniyyət,  folklor,  din  həmçi-
nin də toplum həyatı ilə bağlı məsələləri nəzərə çatdırmışdır. N.Sa-
sıyevin “Yetim qalmış ahıskalı” kitabında isə bədiilik daha çox ön 
plandadır. 
Ahıska türkləri haqqında tarixi və elmi məlumatları daha ət-
raflı S.Piriyeva araşdırmış və təhlil etmişdir. “Ahıska türkləri Azər-
baycanda”  adlı  monoqrafiyasında  1944-cü  ildə  deportasiya  olun-
muş xalqın sonrakı həyatı, həmçinin Azərbaycanda məskunlaşması 
haqda məlumat verilir. S.Piriyeva və A.Piriyevin “Türk dünyası və 
ata  yurdum  Ahıska”  adlı  kitabındada  yenə  türk  dünyası  (tatarlar, 
çuvaşlar, kabarda-balkar, qaraçay-çərkəz və  b. haqqında da ayrıca 
danışılır) və ahıskalılar haqqında məlumat verilir. İlk olaraq ahıska-
lıların türk mənşəli  olması, onların  eyni din, eyni  dilə mənsub ol-
ması  sübut  olunur.  Bununla  yanaşı  ahıska  türklərinin  deportasiya 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
222
 
olunma səbəblərindən bəhs edərkən müəlliflər onların 3 dəfə depor-
tasiya olunduğu fikrini irəli sürür. Bəhs olunan tədqiqatlarda ahıska 
türklərinin mənşəyi problemi də ətraflı tədqiq olunmuşdur. 
Ümumiyyətlə, ahıskalıların Gürcüstan  ərazisindən deportasi-
ya edilməsinin əsas səbəbi kimi Türkiyənin Ərdahan bölgəsi ilə sər-
həd  zonasında  yaşadıqları  üçün  onların  “xain”  yaxud  “casus”  ola 
biləcəklərindən ehtiyat edirdilər. Burada diqqəti çəkən bir digər mə-
sələ də bu bölgələrdən krım tatarları, inquşlar, balkarlar, qaraçaylar, 
kalmuklar, kürdlər və ahıska türkləri kimi xalqların sürgün edilməsi 
idi (4, səh.13). Bu xalqlar Türkiyə tərəfdarı olduğundan, Stalin on-
lara  güvənmir,  onları  təhlükə  olaraq  görür  və  bölgəni  özünə  görə 
etibarlı hala gətirmək istəyirdi. 
Lakin  ahıskalıların  deportasiya  məsələsində  nəzərə  çatdırıl-
mayan məsələlər də vardır. Bunlardan ilk olaraq ahıska türklərinin 
deportasiyası problemində yalnızca rusların deyil, eyni şəkildə gür-
cülərin də rolu böyük olmuşdur ki, ədəbiyyatlarda bu fakt bir qədər 
kölgədə qalmışdır. Gürcülər daima Türkiyəyə ərazi iddiaları ilə çı-
xış ediblər, hansı ki, Azərbaycana qarşı olan iddiaları nəticəsiz qal-
mamış,  Borçalı  bölgəsini  mənimsəmişlər.  Gürcüstan-Türkiyə  sər-
həd zonasında türk mənşəli tayfaların yaşaması təbii olaraq onların 
işinə əngəl idi. Ərdahan, Ərzurum, Artvin, Trabzon, Rize kimi sər-
hədyanı  bölgələrə  daima  ərazi  iddiaları  olan  gürcülər  də  türklərin 
bu ərazilərdən deportasiyasında maraqlı idilər. Digər tərəfdən qərb 
qonşularımız  ermənilərin  də  rolunu  qeyd  etmək  məqsədəuyğun 
olar. Həmişə əsassız ərazi iddiaları ilə gündəmə gələn bu xalq böl-
gənin aborigenlərindən deportasiyasında ən az gürcülər qədər aktiv 
olmuşlar. Bölgədəki kəndlərin çoxunun boşalması nəticəsində şəhər 
və  qəsəbələrdə  təşəbbüs  ermənilərin  əlinə  keçmiş  və  ərazidə  Gür-
cüstanın  nüfuzunu  tanımayaraq  hələlik  bölgənin  muxtariyyətini 
müdafiə  etməklə,  yaxın  gələcəkdə  də  Qarabağ  kimi  Ermənistana 
bağlamağı  xəyal  edirlər.  Bundan  başqa  ahıskalıların  Özbəkistan 
ərazisində  1989-cu  ildəki  ikinci  deportasiyasının  səbəbləri  də  ay-
dınlaşdırılmalıdır. 2 türk xalqının bir-birinə qırdırmaq SSRİ-nin bir 
digər siyasi planı idi. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə