Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə69/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
208
 
XX əsrin sonu - XXI əsrin əvvəllərində Türkiyə ilə Mərkəzi 
Asiyanın  türk  dövlətləri  arasında  münasibətlər  bütün  sferalarda 
inkişaf etmişdir və bu münasibətlər hazırda da davam etməkdədir. 
Ümumilikdə, Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əla-
qələr çoxtərəfli münasibətlər çərçivəsində inkişaf edir. Hal-hazırda 
altı  türk  dövləti  arasında  ikitərəfli  əlaqələr  bərabər  deyil.  Bunun 
səbəbi müəyyən məsələlərdə konsensusun olmasıdır. 
ƏDƏBİYYAT 
1.Əhməd Şahidov. Türkdilli dövlətlər arasında ikitərəfli qarşılıqlı 
münasibətlər. (Online). Mənbə: http://www.shahidov.com/turkdilli-
dovl%C9%99tl%C9%99r-arasinda-ikit%C9%99r%C9%99fli-
qarsiliqli-munasib%C9%99tl%C9%99r/ [Baxılıb: 30.04.2017]. 
2. İlhan Uludağ. Sovetler Birliyi sonrası bağımsız türk Cümhuriyet-
leri ve türk qruplarının sosyo ekonomik analiziTürkiye ile ilişkiler
İstanbul, TOBB, 1992, səh.443. 
3. İsrafil İsmayılov. Türk Dünyası XX əsrin 90-cı illərində. Bakı, 
Zaman, 2001, səh.144. 
4.Mehmet Saray. Yeni türk cümhuriyyetleri tarihi. Ankara, Bilig, 
1999, səh.522. 
5. Natiq Məmmədli. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə
Bakı, AzAtaM, 2005,səh.233. 
6.Sevinc Ruintən, Cavid Əlisgəndərli. Yeni dünya düzəni şəraitində 
Mərkəzi Asiya regionu geosiyasi maraqlar sistemində // Tarix və 
onun problemləri jurnalı, №4, 2012, s.232-244. 
_________________________ 
 
 
 
 
 
 
 
 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
209
 
 
V Bölmə 
Türk xalqları tarixinin tarixşünaslıq məsələləri (2) 
Türkanə Məmmədli 
BDU Tarix fakültəsi, 
Tarix müəllimliyi ixtisası SABAH qrupu IV kurs 
E-mail: türkanmemmedli95@gmail.com 
ŞUMERLƏR VƏ İSKİTLƏR TARİXŞÜNASLIQDA 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Sevda Hüseynova 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: qərb tarixşünaslığı, şumerlər, iskitlər, şumer dili, iskit 
mədəniyyəti, yaşadıqları ərazi 
Ön Asiyada tarixin ulu çağlarında yaşamış olan şumerlərin və 
iskitlərin  öyrənilməsi  Azərbaycan  tarixinə  də  təsir  edir.  Ümumiy-
yətlə şumer-türk dilinin bənzəyişlərinin öyrənilməsi Sovetlər İttifa-
qında  “türçülük”,  “pantürkizm”  adlandırılıb  damğalanırdı.  SSRİ 
Elmlər  Akademiyasında  Oljas  Süleymanovun  “Az  i  ya”  kitabının 
necə qarşılanması buna örnək ola bilər. 
Tanınmış çex tarixçisi B.Hroznı qeyd edir ki, e.ə.VI minillik-
də  və  daha  qabaqlar  şumerlər  hardasa  Türküstan  və  ya  Qazaxıs-
tanda (Qırğızıstanda) və buradan gündoğarda  yaşayırdılar. Həmçi-
nin qeyd edir ki, şumer dili bir tərəfdən bəzi Altay və türk-tatar ciz-
giləri, bir tərəfdən isə bəzi Hind-Avropa cizgiləri, məsələn şəxs ad-
larında daşımaqdadır. Şumer dili elə bil Hind-Avropa və türk-tatar 
ünsürlərindən ibarətdir. XIX əsrdə F.Q.Mişçenko, V.F.Miller, V.V. 
Latışev və b. Heredotun “Tarix”ində qeyd etdiyi kimi “çar iskitləri” 
türk,  “əkinçi  iskitləri”  isə  Hind-Avropa  soykökündən  sayırdılar. 
Şumercənin türkcə ilə “əqraba” olması haqda ilk dəfə alman profes-
soru Fritz Hommel yazmışdır. Ankara universiteti dil və tarix-coğ-
rafiya  fakültəsində  şumeroloji  kafedranın  professoru  Beno  Lands-
berqer  açmış,  e.ə.2150-1950-ci  illərdə  Mesopotamiyada  hökm  et-
miş  kutilər  barəsində  “türklərlə  ən  yaxın  münasibətdə  olan,  hətta 
bəlkə də eyniyyət göstərən qəbilə budur” ilk dəfə yenə o olmuşdur. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
210
 
Qeyd  etmək  lazımdır  ki,  arxeoloji  araşdırmalar  da  iskitlər 
haqqında  bizə  bir  sıra  məlumatlar  verir.  Məsələn  kurqan  anlayışı 
Hind-Avropa,  Hind-İran  və  Qafqaz  dillərinin  heç  birində  yoxdur. 
Bu anlayışın kökü yalnız türk dillərindəndir. Bu dillərdəki qur (tik-
mək, düzəltmək, torpaq tökməklə yaratmaq) və qan (ata, soy, nəsil) 
sözcüklərinin birləşməsindən yaranmışdır. 
İskitlərin həyatında at mühüm yer tuturdu. Bir sıra Hind-Av-
ropalı  alimlər  atın  bir  ev  heyvanı  kimi  ilkin  olaraq  hind-avropalı 
tayfalar  tərəfindən  ram  edildiyini  yazırlar.  T.Qamkrelidze,  V.İva-
nov  və  b.  bu  fikrin  nümayəndələridir.  Ancaq  hind-avropalı  şərqi 
slavyanların  dilində  bu  ev  heyvanın  adı  (loşad.  merin)  türkcədən 
alınmışdır. Heredot iskit dilində işlənən achu sözünü yazıya almış-
dır.  Müllenqof,  Erman,  Tomaşek  kimi  Hind-Avropa  düşüncəli 
alimlər də onun türkcədəki acı anlamında işləndiyini bildirməli ol-
muşlar. Bu göstəricilər həm də türklərin Ön Asiyada və Aralıq də-
nizi  üzərində  tarixin  ulu  çağlarından  yerləşib  oturduqlarını  sübuta 
yetirir. Həmçinin e.ə.III minillikdə Şumer çivli yazılarında işlənmiş 
onlarca söz və ya onların törəmələri türk dillərində indiyədək yaşa-
maqdadır.  Alman  alimi  F.Hommel  şumerlərin  Mərkəzi  Asiyadan 
gəlməsi humer dilinin Altay-Türk dilləri ilə qohum olması müddəa-
sını müdafiə etmiş və bir çox şumer-türk sözlərinin qarşılıqlı müqa-
yisəsini vermişdir. A.S.Amonjolov, O.Süleymanov, A.Məmmədov, 
İ.M.Miziyev  və  başqaları  şumer-türk  leksik  uyğunluqlarını  qeyd 
etmişlər. Türk alimi O.Nədim Tuna şumer və türk dillərinin tarixi 
əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer sözünün türk lek-
sikası ilə müqayisəsini vermiş və linqvistik kriteriyalar əsasında şu-
mer-türk leksik uyğunluqlarını müəyyən etmişdir. 
ƏDƏBİYYAT 
1. Bünyadov Z., Yusifov Y. Azərbaycan tarixi. Bakı, 2007. – 720s. 
2. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, 1996. – 872s. 
3. Q.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən
Bakı,1994. – 248s. 
_________________________ 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə