Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə71/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
214
 
sının tatarı, anam isə Xaas tayfasının tatarlarından idi. İndi bu tay-
falardan  birincisi  Sağay  çölündə  məskunlaşır...”.  Bu  gün  Katano-
vun  tədqiqatlarının  əsasən  tarixi  dəyəri  ön  plana  çəkilsə  də  onun 
tədqiqatları  xakas  türkcəsinin  inkişafı  tarixinin  öyrənilməsi  baxı-
mından da böyük əhəmiyyətə malikdir. 
Çar  Rusiyasının  Sibir  bölgəsini  işğalından  sonra  xakasların 
həyatında qədimdən mühüm yer tutan şamanizm dini inancı əleyhi-
nə tədbirlər görülmüş, xakasları məcburi şəkildə xristianlaşdırmağa 
başlamışlar. Nəticədə bir çox şaman kimliyini gizlətməli olmuşdur. 
Şamanizmin tədqiqində V.N.Tugucekova, V.A.Burnakov mühüm rol 
oynamışdır. Bizcə, hələ də dərindən öyrənilməyən şamanizmin araş-
dırılması xakasların, həmçinin digər türk xalqlarının da adət-ənənə və 
mərasimlərinin yaranma səbəblərinin üzə çıxarılmasında mühüm rol 
oynaya bilər. Xakas mərasimlərinin öyrənilməsi ilə XIX  əsrin sonu 
XX  əsrdə  K.Pataçakov,  son  dövrlərdə  isə  M.Usmanova,  V.Butana-
yev, V.A.Burnakov məşğul olmuş, xakasların həyatının müxtəlif sa-
hələri ilə yanaşı onların mərasimlərini araşdırmış, tədqiqat əsərlərin-
də toy mərasimi, yas mərasimi, uşağın dünyaya gəlməsi və tərbiyəsi 
ilə  bağlı  adətlərə  geniş  yer  vermişdir.  Müasir  dövrdə  azərbaycanlı 
mütəxəssislərdən  G.Y.Məmmədli  “Türk  xalqlarının  mərasimləri” 
adlı  dissertasiyasında  xakasların  mərasimlərinə,  adət-ənənələrinə, 
dini  görüşlərinə  geniş  yer  vermiş,  həmçinin  xakasların  tarixinin 
araşdırılması məsələlərinə də müəyyən dərəcədə işıq salmışdır. İstər 
xakasların,  istərsə  də  Sibirdə  yaşayan  digər  türk  xalqlarının  tarixi 
haqqında  Azərbaycan  dilində  kifayət  qədər  tədqiqat  əsərləri  yazıl-
madığı üçün bu sahədə müəyyən dərəcədə boşluq hiss olunur. Gələ-
cək  illərdə  azərbaycanlı  mütəxəssislər  tərəfindən  Sibir  ərazisində 
mövcud  olan  türk  xalqlarının  tarixi  keçmişinin,  zəngin  mədəniyyət 
və  adət-ənənələrinin,  eləcə  də  xakasların  tarix  boyu  qədim  dini 
inancları kimi mövcud olan xakas şamanizminin tədqiq edilməsi və 
bu sahədə olan boşluğun doldurulması arzu ediləndir. 
ƏDƏBİYYAT 
1. Abdulselam Arvas. Hakas “şamanizm”i (dünya görüşü) üzerine 
yapılan çalışmalar- II. Çankırı Karatekin Üniversitesi, Türkiyə. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
215
 
(Online). Mənbə: http://gazi.edu.tr/posts/download?id=118940 
[Baxılıb: 23.04.2017]. 
2. Əsməd Muxtaraova. Türk xalqlarının tarixi (qədim dövr və orta 
əsrlər). Bakı, Adiloğlu, 2010. – 448 səh. 
3. Güllü Yoloğlu Məmmədli. Türk xalqlarının mərasimləri (tıva, 
xakas və qaqauz türklərinin materialları əsasında tarixi- etnoqrafik 
tədqiqat). Bakı, 2006. – 283 səh. 
4. Gülsüm Killi Yılmaz. Hakas ağız araştırmaları tarihi üzerine
Ankara, 2007. (Online). Mənbə: 
http://mtad.humanity.ankara.edu.tr/IV-
3_Eylul2007/236_43_MTAD_4-3_GKilliYilmaz.pdf [Baxılıb: 
23.04.2017]. 
5. Türkler Ensiklopedisi. 20-ci cild. Ankara, 2002. – 925 səh. 
_________________________ 
Nəsibə MİRZƏYEVA 
Bakı Dövlət Universiteti, Tarix fakültəsi,  
Qafqazşünaslıq ixtisası, IV kurs tələbəsi 
E-mail: nasiba_mirzayeva@mail.ru 
 
GÜRCÜSTANDA TÜRKŞÜNASLIĞIN BANİSİ 
- SERGİ CİKİA 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Arzu MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti 
Açar sözlər: Türkşünaslıq, Sergi Cikia, Gürcüstan, linqvistika, 
leksikologiya 
Türkşünaslıq  Gürcüstanda  bir  elm  kimi  Tbilisi  Dövlət  Uni-
versiteti  qurulduqdan  sonra  meydana  gəlmiş  və  türkşünas  Sergi 
Cikianın adı ilə bağlıdır. Tbilisidə Şərq elmlərinin və türkşünaslıq 
mərkəzinin  qurulmasının  bir  çox  səbəbləri  vardır:  gürcülərin  türk 
xalqları ilə əsrlər boyu davam edən sıx siyasi, ticarət və iqtisadi əla-
qələri; Gürcüstanın cənub-şərqində türk-türkmən boylarının yerləş-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
216
 
məsi; gürcü tarixi haqqında geniş məlumat verən osmanlı mənbələ-
rinin  gürcü  elminə  daxil  olması;  gürcücə  yazı  və  danışıq  dilində 
türk sözlərinin mövcudluğu; hal-hazırda ölkələr arasında sürətlə irə-
liləyən geosiyasi vəziyyətin olması bu səbəblər içərisində sadalana 
bilər. Gürcüstanda türkcənin tədrisinə dair bir çox tədqiqatlar apa-
rılmışdır.  Türk  ədəbiyyat  tarixinin  klassik  və  müasir  problemləri, 
şeir, xalq ədəbiyyatı, qədim və çağdaş türk dili problemləri sistema-
tik  olaraq  tədqiq  edilir.  Gürcü  alimləri  türkçülüyün  bütün  sahələri 
üzrə sözlərin düzülüşü və lüğəvi mənası, səslər haqqında elmi araş-
dırmalar aparmışlar. Bu tədqiqatlarda türkcə tədris kitabları böyük 
önəm  daşıyır.  Bu  dərsliklər  içərisində  “Elida  Kvantaliani  -  Nana 
Canaşianın  türkcə  dil  bilgi  kitabı”,  “İrine  Qotsiridzenin  türkcə  dil 
bilgi kitabı”, “Elida Kvantaliani-Türkcə oxu kitabı”, “Nunu Qurge-
neidzenin türk dili yardımçı kitabı”, “Teona Aphazava və Elizabet 
Bjalavanın türkcə dərs kitabı” adını çəkmək olar. Təsadüfi deyil ki, 
seçilən bu kitablar içərisində Sergi Cikianın “Türkcə oxuma kitabı” 
da öz yerini tutur. 
Sergi Cikia (1898-1993) 20 oktyabr 1898-ci ildə Martvili ra-
yonunun, Oğori kəndində anadan olmuşdur. Sergi Cikia gürcü şərq-
şünası,  Gürcüstanda  türkşünaslığın  banisidir.  Gürcüstanda  Tbilisi 
Universitetinin  fəlsəfə  fakültəsinin,  linqvistika  ixtisası  üzrə,  1927-
1929-cu  illərdə  İstanbul  universitetində  təhsil  almışdır.  Burada 
məşhur türkşünas Fuad Köprülünün tələbəsi olmuş və Osmanlı sə-
nədlərini  oxumağı  öyrənmişdir.  1929-1932-ci  illərdə  Leninqrad 
SSRİ  elmlər  akademiyasının  dilçilik  institutunda  aspirant  dərəcəsi 
alıb. Bir müddət Peterburq universitetində çalışan Cikia burada türk 
dilindən dərs deyir. 1936-cı ildə türkşünaslıq kafedrasında çalışmış 
və ilk dəfə bu sahə üzrə mühazirə söyləmişdir. 1945-1953-cü illər-
də  şərqşünaslıq  fakültəsinin  dekanı,  1960-cı  ildən  ölümünə  qədər 
G.Sereteli adına Şəqrşünaslıq İnstitutunun türkşünaslıq bölümündə 
tədqiqatçı kimi fəaliyyət göstərmişdir. O, 150-dən artıq elmi tədqi-
qatın  müəllifidir.  S.Cikianın  tədqiqatları  çoxyönümlü  olmuşdur: 
türk filologiyası, türk dilinin dialektləri, türk dilinin tarixi, türk-gür-
cü dillərinin əlaqəsi, türkcə sənədlər və tarixi mənbələrin nəşri. Ci-
kianın fundamental əməyinin əsasını “Gürcüstan vilayətinin müfəs-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə