Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə79/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   72   73   74   75   76   77   78   79   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
238
 
ların dünyaya çatdırılmasını təmin etməyə yönəlmişdir. 90-cı illər-
də nəşrlərlə bağlı problem yaşandığına baxmayaraq, jurnal öz rəh-
bər  vəzifələrinin  öhdəsindən  layiqincə  gələrək  belə  bir  zamanda 
mövcud boşluğu hiss olunacaq dərəcədə doldurmağı bacardı. Jur-
nalda  tərtib  etibarilə  özünəməxsus  xüsusiyyətlərin  izlənməsi  diq-
qəti cəlb edir. Belə ki, sırf elmi-tarixi səciyyə daşıyan jurnal ətra-
fına  topladığı  alimlər  toplumunun  məqalə  və  tezislərinin  xüsusi 
xronoloji  dövrləşmə  və  müxtəlif  tarix  və  ona  yardımçı  elmlərin 
bölmələri  üzrə  bölərək  oxuculara  təqdim  edir:  Qədim  dövr,  Orta 
əsrlər, Yeni dövr, Müasir dövr, Arxeologiya, Etnoqrafiya, Mənbə-
şünaslıq, Tarixşünaslıq, Metodika, Toponimika sahələri üzrə mə-
qalələrin adlarının verilməsi, xüsusilə də Azərbaycançılıq rubrika-
sının  (ilk  dəfə  1999-cu  ildə  açılmışdır)  ayrıca  başlıqla  verilməsi 
təqdirə layiqdir. Bundan başqa jurnalın sonunda ”Yubileylər, Xa-
tirələr” adlı bölmədə dəyərli alimlərin (Məzahir Abbasov, S.S.Əli-
yarlı və b.) yubileylərinə həsr olunmuş fikirlər, onların mədəni irs 
və  tariximizdəki  fəaliyyətinin  yada  salınaraq  yad  edilməsi,  eyni 
zamanda  gənc  oxucuların  nəzərinə  çatdırılması  baxımından  əhə-
miyyətlidir. Jurnalda həmçinin, yeni dərc olunmuş kitabların adla-
rı, onların əhatə etdiyi məzmunu haqqında rəylər yazılaraq müəl-
lifin əməyinə diqqətlə yanaşı, gənc tədqiqatçılara dəstək özünü bi-
ruzə verir. 
Bununla yanaşı jurnalın daha bir özəlliyi nəinki gənc tədqi-
qatçılara diqqət ayırmağı təmin edir, həm də yeni addımlarını atan 
tələbələrə qarşı öz fikir və mülahizələrini paylaşmağa şərait yara-
daraq,  onların  yazılarının  Redaksiya  Heyətinin  nəzarəti  ilə  elmi 
rəhbərin rəhbərliyi ilə çapa hazırlanması işləri də həyata keçirilir. 
Qeyd  etmək  lazımdır  ki,  bu  məsələdə  jurnal  heyəti  heç  də  təkcə 
azərbaycanlı tələbə və alimlərə sərhəd qoymamış, yazılma dili ilə 
yanaşı əməkdaşlıq etdiyi ölkə universitetlərində təhsil alan tələbə-
lərin yazılarına da dəyər verməkdədir. Belə ki, jurnalın Baş redak-
toru, Redaksiya Şurası və Redaksiya heyəti hesab edir ki, bu və ya 
digər tədqiqatçı öz fikrini sərbəst şəkildə söyləyə və onun doğru-
luğunu əks etdirən faktları istədiyi dildə çatdıra bilər. Jurnalın say-
ları müntəzəm olaraq çap olunmaqda, eyni zamanda həm də bir sı-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
239
 
ra xarici ölkələrə (Almaniya, Rusiya, Türkiyə, İran, Pakistan, Öz-
bəkistan,  Ukrayna  və  b.)  çatdırılmaqdadır.  Bu  da  öz  növbəsində 
tariximizlə bağlı saxta və əsassız yazıların təkzibində fundamental 
tədqiqatların  nümunəsi  olan  məqalələrin  dünya  ölkələrinə  yayıl-
ması və həqiqətlərin çatdırılmasına xidmət edir. 
Digər tərəfdən bir sıra: etnogenezis, Albanların etnik mənşə-
yi, rus işğalı və ya “daha az bəla”, milli hərəkat, “Qarabağ – mü-
naqişə yoxsa müharibə?”, soyqırım, deportasiya, milli münaqişədə 
siyasi  güclərin  mövqeyi  və  s.  mövzularla  bağlı  sovet  dövründə 
ideologiyaya  xidmət  edən  əsərlərin  dövrün  tələblərinə  uyğun  ya-
zılması  və  müstəqillik  illərimizdə  hələ  də  bu  yanlış  yanaşmalar, 
tarixi həqiqətdən uzaq, beyinlərə yeridilmiş qəlibləşmiş ifadələrlə 
dolu monoqrafiyaların tarixşünaslığımızı zəbt etməsi milli tarixşü-
naslığımızı yeni tədqiqatlara cəlb etdi və nəticə etibarilə yeni fak-
toloji  materialların  toplanması  əsasında  müvafiq  mövzular  üzrə 
fundamental  monoqrafiyaların  sayı  artdı. Bu da tarixşünaslığımı-
zın  yeni  mərhələsi  olub,  obyektiv  şəkildə  yanaşmalara  dayanan 
əsərlərin yazılmasına gətirib çıxardı. Bu baxımdan jurnalın müxtə-
lif say və nömrələrində Azərbaycan tarix elminin görkəmli alim-
ləri: tarix elmləri doktoru Qiyasəddin Qeybullayevin (“Albanların 
ay  adları”;  “Azərbaycanlıların  Ermənistandan  deportasiyasının 
başlanması”;  “Mannalıların  və  madayların  dillərinə  aid  türkmən-
şəli leksik vahidlər” və b.), tarix elmləri doktoru Süleyman Əliyar-
lının  (“Rəsulzadə  və  Tarih”;  “Etnogenezis  və  sonuncu  çoxcildli 
akademik  nəşr”),  tarix  elmləri  namizədi  Mirheydər  Mirzəyevin 
(“Qədim  Azərbaycan  -  Mesopotamiya  əlaqələrinə  dair”),  tarix 
elmləri  doktoru  Əsməd  Muxtarovanın  (“Türk  xalqlarının  dövlət-
çilik tarixinə dair”; “Kanqlar və Kanq dövlətinin tarixinə dair”) və 
bir çox başqa tədqiqatçıların Azərbaycan və türk xalqlarının tarixi 
ilə bağlı dəyərli araşdırmaları nəşr olunmuşdur. 
Ümumiyyətlə,  jurnalın  özəlliklərindən  biri  də  məhz  yeni 
faktların və yeni baxış tərzlərinin sistemli şəkildə monoqrafiya ha-
lına salınmasından öncə onların nəzəri əsaslarının məqalələr vasi-
təsilə lakonik və operativ olaraq oxuculara çatdırılması şəraitinin 
təminidir. Yəni kitab və monoqrafiyaların ərsəyə gəlməsinədək əl-


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
240
 
də edilmiş yeniliklər jurnal vasitəsilə paylaşılır və göstərilən ana-
liz və təhlillər monoqrafiyalara, qoyulan problemin həllinin qurul-
ması mexanizmi xüsusi həvəs yaradır. 
Tarixşünaslığımıza gətirilən yeniliklərdən biri ilk dəfə məhz 
“Tarix və onun problemləri” jurnalının  səhifələrində dərc olunan 
Qərbi  Azərbaycan  əhalisinin  deportasiyasının  mərhələrinin  veril-
məsinə dair məqalə olmuşdur ki,  burada türk  əhalisinin tarixi-et-
nik  torpaqlarından  deportasiyası  5  mərhələdə  həyata  keçirilməsi-
nin elmi izahı və xronoloji ardıcıllığı verilmişdir (1999, №2, s.93). 
Bundan başqa türk xalqlarının dövlətçilik tarixinə dair ziddiyyətli 
fikirlərin, türkdilli xalqların Azərbaycan ərazisinə gəlməsi dövrü-
nə dair müxtəlif baxışların təhlili -irandilli hesab olunan skif, sar-
mat,  massaqet  tayfalarının  yaşadığı  ərazilərdə  -  Mərkəzi  Asiya, 
Qazaxıstan əraziləri və Cənub-Şərqi Avropanın maddi mədəniyyət 
nümunələrinin bu fikri təkzib etməsi kimi məsələlərin ortaya qo-
yulması  və  bütün  bunların  mənbə  və  tapıntılarla  sübutu  olduqca 
əhəmiyyətlidir (1999, №3/4, s.6). 
Görkəmli  alim  Q.Qeybullayev  erməni  və  gürcü  dilində  əl-
yazmalarda aşkarlanmış Alban ay adlarının türk dilində olmasına 
dair fikir və oxşarlıqları nümunələrlə göstərərək, onların dil mən-
subiyyəti  və  mənaları  haqqında  mülahizələrini  verməklə  qədim 
türk  dilləri  əsasında  bu  məsələnin  aydınlaşdırılmasına  diqqət  et-
məyi zəruri saymışdır (1999, №3/4, s.13). Alimin deportasiya ilə 
bağlı fikirlərinin ifadəsində Qərbi Azərbaycan (indiki Ermənistan) 
ərazisində  aborigen  əhalinin  türkdilli  azərbaycanlıların  olmasına 
dair  rus  müəlliflərinin  yazılarından  və  statistik  məlumatlarından 
sitat gətirərək əsaslandırılması diqqəti cəlb edir (1998, №1, s.18). 
Türk  xalqlarının  mədəniyyətini  araşdırmaq,  onların  bir-biri 
ilə qarşılıqlı əlaqələrini genişləndirmək məqsədi ilə fəaliyyət gös-
tərən  TÜRKSOY-un  türk  xalqları  arasında  mədəni  əlaqələrin  in-
kişafında rolu, həyata keçirdiyi tədbirlər, simpoziumlar, türk xalq-
larının dünya mədəniyyətinə inteqrasiya olma səylərinin artırılma-
sı və öz mənəvi dəyərlərini tanıtmalarına yardımçı olması haqqın-
da  da  jurnalın  müvafiq  buraxılışında  məqalələr  işıqlandırılmışdır 
(2002, №1, s.124-125). 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə