Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə76/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   72   73   74   75   76   77   78   79   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
229
 
 
Elşən RƏSULOV 
Bakı Dövlət Universiteti 
Tarix fakültəsi , III kurs tələbəsi 
E-mail: elsenresulov96@mail.ru 
 
TÜRK XALQLARI TARİXİNİN TƏDRİSİ 
BDU TƏLƏBƏLƏRİNİN GÖZÜ İLƏ 
Elmi rəhbər
Tarix üzrə fəlsəfə doktoru Mətanət Məmmədova 
Bakı Dövlət Universitetinin dostenti 
Açar sözlər: Türk xalqları tarixi kafedrası, Türk xalqları tarixinin 
tədrisi, Bakı Dövlət Universiteti 
"Tarix bir millətin qanını, haqqını, 
varlığını heç bir zaman inkar edə bilməz" 
(Mustafa Kamal Atatürk) 
Hal-hazırda türkün və türkçülüyün dünyadakı mövqeyi hamı-
mıza məlumdur. Bu, türkün keçdiyi tarixi inkişaf yolu ilə sıx bağlı-
dır. Türkün tarixini yaşatmaq üçün onun təbliği, tədrisi ən mühüm 
məsələlərdən biridir. 
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 
Azərbaycanın  dünyaya  inteqrasiyası,  dünya  xalqları,  xüsusilə  də, 
türk xalqları ilə ictimai-siyasi, sosial-mədəni əlaqələr yaradıldı. Bu 
inkişaf  təhsildən  yan  keçə  bilməzdi.  Türk  dövlətləri  ilə  əlaqələrin 
qurulması,  onların  söykökümüz  ilə  bağlılığı  Azərbaycanda  türk 
xalqları  tarixi  fənninin  müstəqil  fənn  kimi  tədrisini  zəruri  etdi. 
1992-ci  ildə  Bakı  Dövlət  Universitetində  yeni  kafedralardan  biri 
olan  “Türk  və  Qafqaz  xalqlarının  tarixi”  kafedrası  yaradıldı.  Bu, 
əslində  Türk  xalqları  tarixinin  müstəqil  fənn  kimi  tədrisi  üçün  ilk 
təşəbbüs  idi.  Kafedranın  fəaliyyətinə  uyğun  olaraq  kitablar  hazır-
lanmışdır.  Sonradan  Türk  xalqarı  tarixinin  tədrisinə  dair  müxtəlif 
məqalələr,  namizədlik  və  doktorluq  dissertasiyaları,  dərsliklər, 
proqramlar,  metodik  vəsaitlər  hazırlanmağa  başlandı.  Dərsliklərə 
Əsməd  Muxtarovanın  “Türk  Xalqları  tarixi  (qədim  dövr  və  orta 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
230
 
əsrlər)”,  Nisbət  Mehdiyevanın  “Türk  Xalqlarının  tarixi.Yeni  dövr 
(XIX-XX  əsrin  əvvəlləri)”  adlı  kitablarını  misal  göstərmək  olar. 
2012-ci  ildə  rektorluğun  əmri  ilə  “Türk  və  Qafqaz  xalqlarının 
tarixi” kafedrası əsasında 2 müstəqil kafedra - “Türk xalqları tarixi” 
və  “Qafqaz  xalqları  tarixi”  kafedraları  yaradıldı.  Hazırda  “Türk 
xalqları tarixi” kafedrasında 7 müəllim ştatda, 5 müəllim saathesabı 
qaydada  fəaliyyət  göstərir.  Türk  xalqlarının  tarixi  fənni  BDU-da 
müəyyən proqram əsasında 3 semestr ərzində tədris olunur və  ye-
kun dövlət imtahanı ilə başa çatır. Tədrisdə önəm verilən məsələlər-
dən biri də türk xalqlarının keçdiyi tarixi inkişaf yoludur. Fənn çər-
çivəsində  “Azərbaycan  Tarixi”  istisna  olmaqla,  hazırda  müstəqil 
olan  türk  dövlətləri  ilə  bərabər,  digər  dövlətlərin  türk  subyektləri, 
həmçinin dövlət qurumu olmayan türk xalqlarının tarixi, ümumiy-
yətlə, türk dünyasının tarixi tədris edilir. Lakin onu qeyd etmək is-
tərdik ki, Türk xalqlarının tarixinin tədrisi, daha geniş və uzun müd-
dət tədris olunması  əhəmiyyətlidir. Türk olmamız və  öz soykökü-
müz haqqında dərin biliklərə sahib olmamız buna ən əsas səbəbdir. 
Türk xalqlarının tarixinin tədrisi bizə nə verir? 1) dövr üzrə 
türklər haqqında məlumat; 2) onların maddi və mədəni xüsusiyyət-
ləri; 3) türkün dünya tarixində rolu və s. Onu öyrənməklə biz nə əl-
də edirik? 1) tarix qarşısında borcumuzu ödəyirik; 2) soykökümü-
zün tarixi inkişaf yolunu öyrənirik; 3) türklüyü yaşayır və yaşadırıq. 
Türk  xalqları  tarixinin  tədrisi  millətin  formalaşması,  onun 
keçmişi haqqında bilik əldə edilməsi üçün çox vacib faktordur. Hər 
bir tarixin tədrisində olduğu kimi, türk xalqlarının tədrisində də əsas 
yer  tələbələrin  vətənpərvərlik  ruhunda  tərbiyə  edilməsi  və  daha 
geniş dünyagörüşünün və şəxsiyyətinin formalaşdırılması amilidir. 
Türk xalqları tarixinin tədrisində əsas ünsürlərdən biri tələbə-
lərin həmin fənnin tədrisinə münasibəti və onu necə görmək istəmə-
ləridir. Hər bir fənnin tədrisində olduğu kimi, Türk xalqları tarixi-
nin tədrisində də tarixi faktların düzgünlüyünə fikir verilməli, hadi-
sələr bir-biri ilə əlaqələndirilmiş şəkildə keçirilməli, əgər bir şəxsiy-
yətin tarixindən danışılırsa, şəxsiyyətin mühüm ünsürləri tələbələrə 
aşılanmalıdır.  Tələbələr  Türk  xalqlarının  tarixinin  tədrisini  daha 
maraqlı və oxuduqları türk xalqları və ya türk dövlətində baş verən 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
231
 
hadisələri canlı və obrazlı şəkildə görmək istəyirlər. Təbii ki, bura-
da müəllimin şərhi ilə tələbələrin hadisə haqqında fikiri düzgün for-
malaşdırmalı, tələbələr üçün yorucu olmamalıdır. Tələbələr müəlli-
min maraqlı faktları daha çox vurğulamağını istəyir və dərsin təşki-
lində mövzu üzrə təqdimatlar, tarixi oyunları, düşündürücü sualları 
daha çox görmək istəyirlər. Mühazirə və seminar dərslərini bir-bi-
rindən  fərqləndirmək  lazımdır.  Mühazirə  müəllimin  yanlız  quru 
şərhi ilə kifayətlənməməlidir. Mühazirədə müəllim həm şərh etmə-
li, həm də tələbələrin diqqətini dərsə çəkməli, tələbələrə maraqlı ol-
ması üçün  bilmədikləri hadisələri daha çox vurğulamalı, onları öz 
şərhində iştiraka dəvət etməlidir. Həmin mövzu həm müəllim, həm 
də tələbə üçün daha maraqlı olar. Tələbələrin mövzu haqqında bili-
yini  yoxlamaq üçün onu öz kürsüsünə dəvət edib  bildiklərini şərh 
etməsini xahiş etməlidir. Bu zaman müəllim həm də auditoriyanın 
danışılan mövzu haqqında bildiklərinin eynisini şərh etməmək üçün 
cəhd etməli, lakin danışılan mövzunun əsas mahiyyəti və xüsusiy-
yətlərindən yayınmamalıdır. Tələbələr mövzuya uyğun olaraq müx-
təlif  elmi  seminarların,  təlimlərin  keçirilməsini  istəyirlər.  Mövzu-
nun tarixi yerlərdə keçirilməsi dərsin təşkilini daha rəngarəng edir, 
bu zaman tarixi hadisəni hiss edərək sanki öz ruhlarında duyur və 
danışılan mövzu ilə onların fikirləri bütünləşir. 
Türk xalqlarının tarixi dərsliklərində qədim türk yazılı abidə-
lər  haqqında  məlumatlara  aid  nümunələr  azlıq  təşkil  edir.  Qədim 
türk  yazılı  abidələri  türk  xalqlarının  milli  iradəsini,  əsrarəngiz  dil 
tarixini əks etdirən nümunələrdir. Azərbaycan və digər türk dilləri-
nin tarixi inkişaf istiqaməti, fonetik, leksik və qrammatik bölmələri-
nin  yaranması  və  formalaşması  məhz  bunlar  əsasında  müəyyən 
edilmişdir. Çağdaş türk ədəbiyyatının, mədəniyyətinin genetik əsa-
sında qədim türk mədəniyyəti dayanır. Buna görə də qədim türk ya-
zılı abidələrinin öyrənilməsi,Tarix fakültələrində tədrisi tariximizin, 
mədəniyyətimizin öyrənilməsi istiqamətində mühüm tələblərdən bi-
ridir.Təbii ki, XXI əsr türkün dünyada öz sözünü deməyə qadir ol-
duğu bir dövrdə qədim türk yazılı abidələrinin tədrisi üçün dərslik-
lər və proqramların hazırlanmasına ehtiyac var. 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə