Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
226
Özbəkistanla, özbək xalqı ilə bağlı araşdırmalarını 2 qrupa ayırmaq
olar:
1) regionda, yaxud dünyada tarixən və günümüzdə baş verən
hadisələrə həsr olunmuş məsələlərdə Özbəkistanla bağlı məqamlara
bu və ya digər dərəcədə toxunulmuş araşdırmalar (Nisbət Mehdiye-
va, Sevinc Ruintən, Cavid Əlisgəndərli, Natiq Məmmədli, Pərviz
Səmədov, Ramil Ağayev və b.);
2) Azərbaycan-Özbəkistan münasibətləri baxımından aparıl-
mış araşdırmalar (Ərrəhman Əhmədov, Sevinc Ruintən, Rimunə
Hüseynova, Raisə Cəfərova və b.).
Tədrislə bağlı məsələlərə gəlincə, Azərbaycanda Özbəkista-
nın tarixi, mədəniyyəti, günümüzdə dünya birliyindəki yeri və s.
məsələlər bakalvr təhsil pilləsində ümumilikdə “Türk xalqları tari-
xi” fənni çərçivəsində, həmçinin xüsusi kurslar çərçivəsində tədris
edilir. Magistratura təhsil pilləsində isə Bakı Dövlət Universitetində
“Türk dünyası tarixi” ixtisasında “Türk xalqlarının dövlətçilik tarixi
(qədim dövr və orta əsrlər)”, “Türk xalqlarının mədəniyyəti (XIX -
XX əsrin əvvəlləri)”, “Mərkəzi Asiya və Qazaxıstan, Volqaboyu,
Sibir və Krımda ictimai-siyasi vəziyyət (XIX-XX əsrin əvvəlləri)”,
“1917-1920-ci illərdə Rusiya imperiyası ərazisində yaşayan türk-
müsəlman xalqlarının milli-azadlıq hərəkatı”, “Mərkəzi Asiyanın
türk dövlətləri dünya dövlətlərinin maraqları sistemində” fənləri
çərçivəsində tədris olunur. Bakalavr və magistratura təhsil pillərin-
də müvafiq olaraq buraxılış işləri və magistr dissertasiyaları hazır-
lanır.
Qeyd etmək istərdim ki, müstəqillik illərində Özbəkistanın
ümumilikdə tarixi, bu günü ilə bağlı araşdırmaların aparıldığına
baxmayaraq, hələ də onun siyasi həyatı, bununla bağlı bir sıra vacib
məsələlərə kifayət qədər diqqət ayrılmamışdır. Məsələn, Fərqanə
vadisi məsələsi. Fərqanə vadisi Özbəkistan, Qırğızıstan, Tacikistan
dövlətlərinin ortasında yerləşmiş, üç dövlət üçün bir sıra problemlə-
rin mərkəzidir və Özbəkistanın siyasi xəttini müəyyənləşdirilmə-
sinə çox böyük təsir gücü vardır. Özbəkistanın Qırğızıstan və Taci-
kistanla problemləri, ölkənin demokratik həyatındakı məhdudiyyət-
lər birbaşa Fərqanə vadisində baş verən hadisələrlə bağlıdır. (Le-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
227
vent Demirci. Özbekistan, Kırgızistan ve Tacikistanın Kesişimin-
deki Sorunlu Vadi: Fergana). Bu baxımdan problemin araşdırılması
vacib məsələlərdən biridir.
Son olaraq qeyd edim ki, bu məqaləni yazmaqda əsas məqsə-
dim Özbəkistan tarixinin tədqiqində və tədrisindəki boşluqları gös-
tərməkdir. Özbəkistanın geosiyasi önəmi həmçinin, ikitərəfli əlaqə-
lər Özbəkistan tarixinin dərindən tədqiqini və tədrisini zəruri edir.
Fikrimcə, Özbəkistan tarixinə dair tədqiqat işlərinin genişləndiril-
məsi vacibdir.
ƏDƏBİYYAT
1. Ərrəhman Əhmədov. Dağlıq Qarabağ problemi Azərbaycanın
Türkdilli dövlətlərlə siyasi əlaqələri fonunda // Tarix və onun
problemləri, 2009, № 1-2, s.147-151.
2. Natiq Məmmədli. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə.
Bakı, Adiloğlu, 2005.
3. Nisbət Mehdiyeva. XX əsrin əvvəllərində Özbəkistan incəsənəti //
Tarix və onun problemləri, №1, 2011, s.63-66.
4. Nisbət Mehdiyeva. Özbəkistanda məktəb və mədrəsələr, dünyəvi
təhsil ( XIX-XX əsrin əvvəlləri) // Tarix və onun problemləri, 2009,
№3, s.36-40.
5. Nisbət Mehdiyeva. XIX əsrin birinci yarısında Kokand, Xivə və
Buxara xanlıqlarının inzibati quruluşu // Pedaqoji tədqiqatlar (Elmi
məqalələr məcmuəsi). B., ADPU, 2005.
6. Nisbət Mehdiyeva. XIX əsrin ikinci yarısında Rusiyanın Türküs-
tanın idarəetmə sistemində etdiyi dəyişikliklər // Elm və Təhsil
Mərkəzi «Təfəkkür» Universiteti. Elmi əsərlər. VI buraxılış. B.,
TNPM, 2003.
7. Levent Demirci. Özbekistan, Kırgızistan ve Tacikistanın Kesişi-
mindeki Sorunlu Vadi : Fergana // Savunma Bilimleri Dergisi,
Noyabr 2012, №2, s.33-69.
8. Pərviz Səmədov. Türk dili danışan ölkələrin parlament assamb-
leyası təşkilatlanma örnəyi kimi // Tarix və onun problemləri, 2011,
№2, s.105-109.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
228
9. Ramil Ağayev. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşı-
lıqlı münasibətləri: XV-XVI əsrlər. Bakı: Kür nəşriyyatı, 2004. -
151 s.
10. Rəisə Cəfərova. Mərkəzi Asiya Respublikalarında Azərbaycan
Diasporu // Tarix və onun problemləri, 2014, №2, s.57-63.
11. Rimunə Hüseynova. Heydər Əliyev və Azərbaycan-Özbəkistan
münasibətləri (1993-2003-cü illər) // Tarix və onun problemləri,
2014, №3, s.158-164.
12. Rimunə Hüseynova. Azərbaycanın Türk dövlətləri ilə münasi-
bətlərinin inkişafında Heydər Əliyevin rolu (1993-2003-cü illər).
Problemin tarixşünaslığı // Tarix və onun problemləri, №2, 2013,
s.173-179.
13. Sevinc Ruintən. Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr
sistemində (XX əsrin 90-cı illəri). Bakı, Adiloğlu, 2005. – 236 səh.
14. Sevinc Ruintən, Cavid Əlisgəndərli. Postsovet Mərkəzi Asiya
Respublikalarında ABŞ və Rusiyanın hərbi-siyasi iştirakı // Tarix və
onun problemləri, 2014, №2, s.178-193.
15. Sevinc Ruintən, Cavid Əlisgəndərli. Yeni dünya düzəni şəraitin-
də Mərkəzi Asiya regionu geosiyasi maraqlar sistemində // Tarix və
onun problemləri, 2012, №4, s.232-244.
16. Sevinc Ruintən. Müstəqillik illərində Azərbaycan Respublikası
ilə Özbəkistan arasında münasibətlər // Tarix və onun problemləri,
2010, №4, s.129-133.
_________________________
Dostları ilə paylaş: |