Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
239
ra xarici ölkələrə (Almaniya, Rusiya, Türkiyə, İran, Pakistan, Öz-
bəkistan, Ukrayna və b.) çatdırılmaqdadır. Bu da öz növbəsində
tariximizlə bağlı saxta və əsassız yazıların təkzibində fundamental
tədqiqatların nümunəsi olan məqalələrin dünya ölkələrinə yayıl-
ması və həqiqətlərin çatdırılmasına xidmət edir.
Digər tərəfdən bir sıra: etnogenezis, Albanların etnik mənşə-
yi, rus işğalı və ya “daha az bəla”, milli hərəkat, “Qarabağ – mü-
naqişə yoxsa müharibə?”, soyqırım, deportasiya, milli münaqişədə
siyasi güclərin mövqeyi və s. mövzularla bağlı sovet dövründə
ideologiyaya xidmət edən əsərlərin dövrün tələblərinə uyğun ya-
zılması və müstəqillik illərimizdə hələ də bu yanlış yanaşmalar,
tarixi həqiqətdən uzaq, beyinlərə yeridilmiş qəlibləşmiş ifadələrlə
dolu monoqrafiyaların tarixşünaslığımızı zəbt etməsi milli tarixşü-
naslığımızı yeni tədqiqatlara cəlb etdi və nəticə etibarilə yeni fak-
toloji materialların toplanması əsasında müvafiq mövzular üzrə
fundamental monoqrafiyaların sayı artdı. Bu da tarixşünaslığımı-
zın yeni mərhələsi olub, obyektiv şəkildə yanaşmalara dayanan
əsərlərin yazılmasına gətirib çıxardı. Bu baxımdan jurnalın müxtə-
lif say və nömrələrində Azərbaycan tarix elminin görkəmli alim-
ləri: tarix elmləri doktoru Qiyasəddin Qeybullayevin (“Albanların
ay adları”; “Azərbaycanlıların Ermənistandan deportasiyasının
başlanması”; “Mannalıların və madayların dillərinə aid türkmən-
şəli leksik vahidlər” və b.), tarix elmləri
doktoru Süleyman Əliyar-
lının (“Rəsulzadə və Tarih”; “Etnogenezis və sonuncu çoxcildli
akademik nəşr”), tarix elmləri namizədi Mirheydər Mirzəyevin
(“Qədim Azərbaycan - Mesopotamiya əlaqələrinə dair”), tarix
elmləri doktoru Əsməd Muxtarovanın (“Türk xalqlarının dövlət-
çilik tarixinə dair”; “Kanqlar və Kanq dövlətinin tarixinə dair”) və
bir çox başqa tədqiqatçıların Azərbaycan və türk xalqlarının tarixi
ilə bağlı dəyərli araşdırmaları nəşr olunmuşdur.
Ümumiyyətlə, jurnalın özəlliklərindən biri də məhz yeni
faktların və yeni baxış tərzlərinin sistemli şəkildə monoqrafiya ha-
lına salınmasından öncə onların nəzəri əsaslarının məqalələr vasi-
təsilə lakonik və operativ olaraq oxuculara çatdırılması şəraitinin
təminidir. Yəni kitab və monoqrafiyaların ərsəyə gəlməsinədək əl-