Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
223
Fikrimcə, yazılmış tədqiqat əsərlərində yalnızca ahıskalıların
sürgün olunması deyil, həm də onların qürbətdə yaşadıqları prob-
lemlərə də aydınlıq gətirilməli, Gürcüstanın bu yöndə göstərmədiyi
səylər nəzərə çatdırılmalıdır. Fərqli ölkələrdə yaşamaq məcburiyyə-
tində qalan ahıskalıların sosial, iqtisadi, mədəni problemlərini həll
etmək hələlik yaşadıqları ölkələr tərəfindən təmin edilməlidir. Xü-
susilə də Rusiyanın Krasnodar bölgəsində yaşayanların problemləri
dövlət və beynəlxalq təşkilatlar nəzdində həll olunmalıdır.
“Gürcüstan 29 Aprel 1999-cu ildə Avropa Şurasına üzv ol-
muş və Avropa Şurasına daxil şərti olaraq Ahıska türklərinin Gür-
cüstan cəmiyyəti ilə inteqrasiyası və ana vətənlərinə dönmələrinə
icazə verən hüquqi bir çərçivəni qəbul edəcəyini, Ahıska türklərinə
Gürcüstan vətəndaşlığını əldə etmə haqqı tanıyacağını qəbul etmiş-
dir” (5, səh.283). Gürcüstan bu verdiyi sözü tutsa, ahıskalıların
problemlərinin böyük bir hissəsi həll olunmuş olacaq.
ƏDƏBİYYAT
1. A.Hacılı. Axısqa türkləri. Vətən bilgisi. İstanbul, 2009, 583 səh.
2. Ahıska türklərinin tarixi. (Onine). Mənbə: www.ahıskalılar.org
[Baxılıb: 30.04.2017].
3. İ.Kazımov. Axıska (Mesxet) türklərinin dili. Bakı, 1999, 278 səh.
4. K.Aslan. Ahıska türkleri. Ahıska türkleri kültür ve dayanışma
derneği, Yayın No.1 Ankara 1995, 63 səh.
5. M.Akif Kütükçü. Uluslararası hukuk çerçevesinde Ahıska
türklerinin anavatanlarına dönüş sorunu. İstanbul, 2011.
6. N.Sasıyev. Yetim qalmış Axıskalı. Bakı, 2011, 360 səh.
7. S.Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni
həyatı). Bakı, Elm, 2005, 264 səh.
8. S.Piriyeva, A.Piriyev. Türk dünyası və ata yurdum Ahıska. Bakı,
2003, 298 səh.
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
224
VI Bölmə
Türk xalqları tarixinin tədrisi və təbliği məsələləri
Nərgiz BABAXANİ
Bakı Dövlət Universiteti
tarix fakültəsi, III kurs tələbəsi
E-mail: Babaxaninergiz@gmail.com
AZƏRBAYCANDA ÜMUMTÜRK TARİXİ
ÇƏRÇİVƏSİNDƏ ÖZBƏKİSTAN TARİXİNİN TƏDQİQİ VƏ
TƏDRİSİ MƏSƏLƏLƏRİ
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Bakı Dövlət Universiteti, Türk xalqları tarixi
kafedrası,Özbəkistan Respublikası, özbək xalqı, türk xalqları tarixi
XX əsrin 90-cı illərində müstəqilliyini yenidən bərpa etmiş
Azərbaycan dövləti dünya birliyinin bərabərhüquqlu üzvü olmaq,
dünya xalqları və dövlətləri ilə münasibətlər qurmaq istiqamətində
siyasət yürütməyə başladı. Tarixi, mənəvi və mədəni bağlılığının
olduğu türk dövlətləri və xalqları ilə əlaqələr bütünlükdə bu əlaqə-
lərin mühüm tərkib hissələrindən biri kimi müəyyənləşdirildi. Müs-
təqillik haqda Konstitusiya Aktının qəbul edildiyi gündən bu günə
qədər Azərbaycanın türk dövlətləri olan Türkiyə, Qazaxıstan, Qırğı-
zıstan, Türkmənistan və Özbəkistanla münasibətləri digər dövlətlər-
lə olan münasibətlərindən özünəməxsusluğu ilə seçilmişdir. Mərkə-
zi Asiyada özünəməxsus çəkisi ilə fərqlənən Özbəkistanla münasi-
bətlər xüsusilə fərqləndiyinə görə, həmçinin tarixi əlaqələrin bu
günki münasibətləri daha düzgün dərk etmək baxımından əhəmiy-
yətli ola biləcəyini hesab etdiyimizdən, hazırki məruzədə Özbəkis-
tan tarixinin Azərbaycanda tədqiqi və tədrisi məsələlərinə aydınlıq
gətirməyi lazım bilirik.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
225
Məlum olduğu kimi, Azərbaycan Respublikası və Özbəkistan
Respublikası adı ilə dövlətlər Rusiyada bolşeviklərin hakimiyyətə
gəlişindən sonra yaradılmışlar. Azərbaycan Xalq Respublikası 1918
-1920-ci illərdə, daha sonra isə 1920-ci ildən – Azərbaycan Sovet
Sosialist Respublikası. Özbəkistan isə XX əsrin 20-ci illərində
SSRİ-də inzibati-idarəçilik sistemində islahatlar və milli-dövlət böl-
güsü siyasəti nəticəsində, öncə Sovet Sosialist Respublikası, daha
sonra isə 1991-ci il sentyabr ayının 1-dən Özbəkistan Respublikası
adlandırılmağa başlandı. Bu zamana qədər özbək xalqı bölgənin di-
gər xalqları ilə birlikdə müxtəlif adlarla çoxsaylı dövlətlərə sahib
olmuşlar. Məsələn, Xarəzm, Soqdiana, Baktriya, Türk xaqanlığı,
Şeybanilər dövləti, Teymurilər, Buxara xanlığı, Xivə xanlığı, Ko-
kand xanlığı, Buxara Xalq Sovet Sosialist Respublikası, Xarəzm
Xalq Respublikası və s. Bu mənada Azərbaycan və özbək xalqları
arasında əlaqələrin öyrənilməsinə müxtəlif rakurslardan yanaşmaq
lazım gəlir: Azərbaycan və özbək xalqları arasında tarixən mövcud
olmuş əlaqələrin öyrənilməsi baxımından; Azərbaycan Respublika-
sı ilə Özbəkistan Respublikası arasında mövcud olmuş əlaqələrin
öyrənilməsi baxımından.
Hər iki türk dövlətinin müstəqillik qazanması, ikitərəfli əlaqə-
lərin yaranması tədqiqatçıların Özbəkistana marağını artırırdı. Uzun
müddət SSRİ-nin tərkibində olan türk xalqalarının az qala milli
kimlikləri unutdurulmuş, tədqiqatçılar tərəfindən araşdırılmasına
isə imkan verilməmişdir. Buna görə də müstəqillik dönəmində türk
xalqlarının tarixi tədqiqatçılar tərəfindən araşdırma obyekti olmuş-
dur. Əməkdaşlığa və qardaşlığa əsaslanan ikitərəfli münasibətlər
Özbəkistan tarixinin, mədəniyyətinin, təhsil sisteminin tədqiqinə
yol açmışdır.
Tarixçi tədqiqatçılar daha çox Azərbaycan-Özbəkistan müna-
sibətləri, Özbəkistanın mədəniyyəti, müəyyən qədər də Mərkəzi
Asiya regionun müasir beynəlxalq münasibətlər sistemində yeri
məsələlərinə diqqət yetirmişlər. Araşdırmalar əsasən dissertasiya və
monoqrafiya səviyyəsində araşdırılmış, bu araşdırmaları əks etdirən
məqalələr nəşr etdirilmişdir. Azərbaycanlı tarixçi tədqiqatçıların
Dostları ilə paylaş: |