Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
214
sının tatarı, anam isə Xaas tayfasının tatarlarından idi. İndi bu tay-
falardan birincisi Sağay çölündə məskunlaşır...”. Bu gün Katano-
vun tədqiqatlarının əsasən tarixi dəyəri ön plana çəkilsə də onun
tədqiqatları xakas türkcəsinin inkişafı tarixinin öyrənilməsi baxı-
mından da böyük əhəmiyyətə malikdir.
Çar Rusiyasının Sibir bölgəsini işğalından sonra xakasların
həyatında qədimdən mühüm yer tutan şamanizm dini inancı əleyhi-
nə tədbirlər görülmüş, xakasları məcburi şəkildə xristianlaşdırmağa
başlamışlar. Nəticədə bir çox şaman kimliyini gizlətməli olmuşdur.
Şamanizmin tədqiqində V.N.Tugucekova, V.A.Burnakov mühüm rol
oynamışdır. Bizcə, hələ də dərindən öyrənilməyən şamanizmin araş-
dırılması xakasların, həmçinin digər türk xalqlarının da adət-ənənə və
mərasimlərinin yaranma səbəblərinin üzə çıxarılmasında mühüm rol
oynaya bilər. Xakas mərasimlərinin öyrənilməsi ilə XIX əsrin sonu
XX əsrdə K.Pataçakov, son dövrlərdə isə M.Usmanova, V.Butana-
yev, V.A.Burnakov məşğul olmuş, xakasların həyatının müxtəlif sa-
hələri ilə yanaşı onların mərasimlərini araşdırmış, tədqiqat əsərlərin-
də toy mərasimi, yas mərasimi, uşağın dünyaya gəlməsi və tərbiyəsi
ilə bağlı adətlərə geniş yer vermişdir. Müasir dövrdə azərbaycanlı
mütəxəssislərdən G.Y.Məmmədli “Türk xalqlarının mərasimləri”
adlı dissertasiyasında xakasların mərasimlərinə, adət-ənənələrinə,
dini görüşlərinə geniş yer vermiş, həmçinin xakasların tarixinin
araşdırılması məsələlərinə də müəyyən dərəcədə işıq salmışdır. İstər
xakasların, istərsə də Sibirdə yaşayan digər türk xalqlarının tarixi
haqqında Azərbaycan dilində kifayət qədər tədqiqat əsərləri yazıl-
madığı üçün bu sahədə müəyyən dərəcədə boşluq hiss olunur. Gələ-
cək illərdə azərbaycanlı mütəxəssislər tərəfindən Sibir ərazisində
mövcud olan türk xalqlarının tarixi keçmişinin, zəngin mədəniyyət
və adət-ənənələrinin, eləcə də xakasların tarix boyu qədim dini
inancları kimi mövcud olan xakas şamanizminin tədqiq edilməsi və
bu sahədə olan boşluğun doldurulması arzu ediləndir.
ƏDƏBİYYAT
1. Abdulselam Arvas. Hakas “şamanizm”i (dünya görüşü) üzerine
yapılan çalışmalar- II. Çankırı Karatekin Üniversitesi, Türkiyə.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
215
(Online). Mənbə: http://gazi.edu.tr/posts/download?id=118940
[Baxılıb: 23.04.2017].
2. Əsməd Muxtaraova. Türk xalqlarının tarixi (qədim dövr və orta
əsrlər). Bakı, Adiloğlu, 2010. – 448 səh.
3. Güllü Yoloğlu Məmmədli. Türk xalqlarının mərasimləri (tıva,
xakas və qaqauz türklərinin materialları əsasında tarixi- etnoqrafik
tədqiqat). Bakı, 2006. – 283 səh.
4. Gülsüm Killi Yılmaz. Hakas ağız araştırmaları tarihi üzerine.
Ankara, 2007. (Online). Mənbə:
http://mtad.humanity.ankara.edu.tr/IV-
3_Eylul2007/236_43_MTAD_4-3_GKilliYilmaz.pdf [Baxılıb:
23.04.2017].
5. Türkler Ensiklopedisi. 20-ci cild. Ankara, 2002. – 925 səh.
_________________________
Nəsibə MİRZƏYEVA
Bakı Dövlət Universiteti, Tarix fakültəsi,
Qafqazşünaslıq ixtisası, IV kurs tələbəsi
E-mail: nasiba_mirzayeva@mail.ru
GÜRCÜSTANDA TÜRKŞÜNASLIĞIN BANİSİ
- SERGİ CİKİA
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Arzu MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
Açar sözlər: Türkşünaslıq, Sergi Cikia, Gürcüstan, linqvistika,
leksikologiya
Türkşünaslıq Gürcüstanda bir elm kimi Tbilisi Dövlət Uni-
versiteti qurulduqdan sonra meydana gəlmiş və türkşünas Sergi
Cikianın adı ilə bağlıdır. Tbilisidə Şərq elmlərinin və türkşünaslıq
mərkəzinin qurulmasının bir çox səbəbləri vardır: gürcülərin türk
xalqları ilə əsrlər boyu davam edən sıx siyasi, ticarət və iqtisadi əla-
qələri; Gürcüstanın cənub-şərqində türk-türkmən boylarının yerləş-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
216
məsi; gürcü tarixi haqqında geniş məlumat verən osmanlı mənbələ-
rinin gürcü elminə daxil olması; gürcücə yazı və danışıq dilində
türk sözlərinin mövcudluğu; hal-hazırda ölkələr arasında sürətlə irə-
liləyən geosiyasi vəziyyətin olması bu səbəblər içərisində sadalana
bilər. Gürcüstanda türkcənin tədrisinə dair bir çox tədqiqatlar apa-
rılmışdır. Türk ədəbiyyat tarixinin klassik və müasir problemləri,
şeir, xalq ədəbiyyatı, qədim və çağdaş türk dili problemləri sistema-
tik olaraq tədqiq edilir. Gürcü alimləri türkçülüyün bütün sahələri
üzrə sözlərin düzülüşü və lüğəvi mənası, səslər haqqında elmi araş-
dırmalar aparmışlar. Bu tədqiqatlarda türkcə tədris kitabları böyük
önəm daşıyır. Bu dərsliklər içərisində “Elida Kvantaliani - Nana
Canaşianın türkcə dil bilgi kitabı”, “İrine Qotsiridzenin türkcə dil
bilgi kitabı”, “Elida Kvantaliani-Türkcə oxu kitabı”, “Nunu Qurge-
neidzenin türk dili yardımçı kitabı”, “Teona Aphazava və Elizabet
Bjalavanın türkcə dərs kitabı” adını çəkmək olar. Təsadüfi deyil ki,
seçilən bu kitablar içərisində Sergi Cikianın “Türkcə oxuma kitabı”
da öz yerini tutur.
Sergi Cikia (1898-1993) 20 oktyabr 1898-ci ildə Martvili ra-
yonunun, Oğori kəndində anadan olmuşdur. Sergi Cikia gürcü şərq-
şünası, Gürcüstanda türkşünaslığın banisidir. Gürcüstanda Tbilisi
Universitetinin fəlsəfə fakültəsinin, linqvistika ixtisası üzrə, 1927-
1929-cu illərdə İstanbul universitetində təhsil almışdır. Burada
məşhur türkşünas Fuad Köprülünün tələbəsi olmuş və Osmanlı sə-
nədlərini oxumağı öyrənmişdir. 1929-1932-ci illərdə Leninqrad
SSRİ elmlər akademiyasının dilçilik institutunda aspirant dərəcəsi
alıb. Bir müddət Peterburq universitetində çalışan Cikia burada türk
dilindən dərs deyir. 1936-cı ildə türkşünaslıq kafedrasında çalışmış
və ilk dəfə bu sahə üzrə mühazirə söyləmişdir. 1945-1953-cü illər-
də şərqşünaslıq fakültəsinin dekanı, 1960-cı ildən ölümünə qədər
G.Sereteli adına Şəqrşünaslıq İnstitutunun türkşünaslıq bölümündə
tədqiqatçı kimi fəaliyyət göstərmişdir. O, 150-dən artıq elmi tədqi-
qatın müəllifidir. S.Cikianın tədqiqatları çoxyönümlü olmuşdur:
türk filologiyası, türk dilinin dialektləri, türk dilinin tarixi, türk-gür-
cü dillərinin əlaqəsi, türkcə sənədlər və tarixi mənbələrin nəşri. Ci-
kianın fundamental əməyinin əsasını “Gürcüstan vilayətinin müfəs-
Dostları ilə paylaş: |