Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
208
XX əsrin sonu - XXI əsrin əvvəllərində Türkiyə ilə Mərkəzi
Asiyanın türk dövlətləri arasında münasibətlər bütün sferalarda
inkişaf etmişdir və bu münasibətlər hazırda da davam etməkdədir.
Ümumilikdə, Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı əla-
qələr çoxtərəfli münasibətlər çərçivəsində inkişaf edir. Hal-hazırda
altı türk dövləti arasında ikitərəfli əlaqələr bərabər deyil. Bunun
səbəbi müəyyən məsələlərdə konsensusun olmasıdır.
ƏDƏBİYYAT
1.Əhməd Şahidov. Türkdilli dövlətlər arasında ikitərəfli qarşılıqlı
münasibətlər. (Online). Mənbə: http://www.shahidov.com/turkdilli-
dovl%C9%99tl%C9%99r-arasinda-ikit%C9%99r%C9%99fli-
qarsiliqli-munasib%C9%99tl%C9%99r/ [Baxılıb: 30.04.2017].
2. İlhan Uludağ. Sovetler Birliyi sonrası bağımsız türk Cümhuriyet-
leri ve türk qruplarının sosyo ekonomik analizi. Türkiye ile ilişkiler.
İstanbul, TOBB, 1992, səh.443.
3. İsrafil İsmayılov. Türk Dünyası XX əsrin 90-cı illərində. Bakı,
Zaman, 2001, səh.144.
4.Mehmet Saray. Yeni türk cümhuriyyetleri tarihi. Ankara, Bilig,
1999, səh.522.
5. Natiq Məmmədli. Mərkəzi Asiyanın türk dövlətləri və Türkiyə.
Bakı, AzAtaM, 2005,səh.233.
6.Sevinc Ruintən, Cavid Əlisgəndərli. Yeni dünya düzəni şəraitində
Mərkəzi Asiya regionu geosiyasi maraqlar sistemində // Tarix və
onun problemləri jurnalı, №4, 2012, s.232-244.
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
209
V Bölmə
Türk xalqları tarixinin tarixşünaslıq məsələləri (2)
Türkanə Məmmədli
BDU Tarix fakültəsi,
Tarix müəllimliyi ixtisası SABAH qrupu IV kurs
E-mail: türkanmemmedli95@gmail.com
ŞUMERLƏR VƏ İSKİTLƏR TARİXŞÜNASLIQDA
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Sevda Hüseynova
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: qərb tarixşünaslığı, şumerlər, iskitlər, şumer dili, iskit
mədəniyyəti, yaşadıqları ərazi
Ön Asiyada tarixin ulu çağlarında yaşamış olan şumerlərin və
iskitlərin öyrənilməsi Azərbaycan tarixinə də təsir edir. Ümumiy-
yətlə şumer-türk dilinin bənzəyişlərinin öyrənilməsi Sovetlər İttifa-
qında “türçülük”, “pantürkizm” adlandırılıb damğalanırdı. SSRİ
Elmlər Akademiyasında Oljas Süleymanovun “Az i ya” kitabının
necə qarşılanması buna örnək ola bilər.
Tanınmış çex tarixçisi B.Hroznı qeyd edir ki, e.ə.VI minillik-
də və daha qabaqlar şumerlər hardasa Türküstan və ya Qazaxıs-
tanda (Qırğızıstanda) və buradan gündoğarda yaşayırdılar. Həmçi-
nin qeyd edir ki, şumer dili bir tərəfdən bəzi Altay və türk-tatar ciz-
giləri, bir tərəfdən isə bəzi Hind-Avropa cizgiləri, məsələn şəxs ad-
larında daşımaqdadır. Şumer dili elə bil Hind-Avropa və türk-tatar
ünsürlərindən ibarətdir. XIX əsrdə F.Q.Mişçenko, V.F.Miller, V.V.
Latışev və b. Heredotun “Tarix”ində qeyd etdiyi kimi “çar iskitləri”
türk, “əkinçi iskitləri” isə Hind-Avropa soykökündən sayırdılar.
Şumercənin türkcə ilə “əqraba” olması haqda ilk dəfə alman profes-
soru Fritz Hommel yazmışdır. Ankara universiteti dil və tarix-coğ-
rafiya fakültəsində şumeroloji kafedranın professoru Beno Lands-
berqer açmış, e.ə.2150-1950-ci illərdə Mesopotamiyada hökm et-
miş kutilər barəsində “türklərlə ən yaxın münasibətdə olan, hətta
bəlkə də eyniyyət göstərən qəbilə budur” ilk dəfə yenə o olmuşdur.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
210
Qeyd etmək lazımdır ki, arxeoloji araşdırmalar da iskitlər
haqqında bizə bir sıra məlumatlar verir. Məsələn kurqan anlayışı
Hind-Avropa, Hind-İran və Qafqaz dillərinin heç birində yoxdur.
Bu anlayışın kökü yalnız türk dillərindəndir. Bu dillərdəki qur (tik-
mək, düzəltmək, torpaq tökməklə yaratmaq) və qan (ata, soy, nəsil)
sözcüklərinin birləşməsindən yaranmışdır.
İskitlərin həyatında at mühüm yer tuturdu. Bir sıra Hind-Av-
ropalı alimlər atın bir ev heyvanı kimi ilkin olaraq hind-avropalı
tayfalar tərəfindən ram edildiyini yazırlar. T.Qamkrelidze, V.İva-
nov və b. bu fikrin nümayəndələridir. Ancaq hind-avropalı şərqi
slavyanların dilində bu ev heyvanın adı (loşad. merin) türkcədən
alınmışdır. Heredot iskit dilində işlənən achu sözünü yazıya almış-
dır. Müllenqof, Erman, Tomaşek kimi Hind-Avropa düşüncəli
alimlər də onun türkcədəki acı anlamında işləndiyini bildirməli ol-
muşlar. Bu göstəricilər həm də türklərin Ön Asiyada və Aralıq də-
nizi üzərində tarixin ulu çağlarından yerləşib oturduqlarını sübuta
yetirir. Həmçinin e.ə.III minillikdə Şumer çivli yazılarında işlənmiş
onlarca söz və ya onların törəmələri türk dillərində indiyədək yaşa-
maqdadır. Alman alimi F.Hommel şumerlərin Mərkəzi Asiyadan
gəlməsi humer dilinin Altay-Türk dilləri ilə qohum olması müddəa-
sını müdafiə etmiş və bir çox şumer-türk sözlərinin qarşılıqlı müqa-
yisəsini vermişdir. A.S.Amonjolov, O.Süleymanov, A.Məmmədov,
İ.M.Miziyev və başqaları şumer-türk leksik uyğunluqlarını qeyd
etmişlər. Türk alimi O.Nədim Tuna şumer və türk dillərinin tarixi
əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer sözünün türk lek-
sikası ilə müqayisəsini vermiş və linqvistik kriteriyalar əsasında şu-
mer-türk leksik uyğunluqlarını müəyyən etmişdir.
ƏDƏBİYYAT
1. Bünyadov Z., Yusifov Y. Azərbaycan tarixi. Bakı, 2007. – 720s.
2. Əliyarlı S. Azərbaycan tarixi. Bakı, 1996. – 872s.
3. Q.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən.
Bakı,1994. – 248s.
_________________________
Dostları ilə paylaş: |