Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
203
Azərbaycanın digər türk dövlətləri ilə münasibətlərində də
müəyyən dövr ərzində narzılıqlar olmuşdur. Ancaq
bunlar müəyyən
vaxt keçdikdən sonra öz həllini tapmışdır. Lakin Xəzərin statusu ilə
bağlı olan narazılıq Türkmənistan ilə hələ də öz həllini tapmamış-
dır. Həmin bu hadisə dövlətlərarası münasibətlərin digər sahələrinə,
o cümlədən siyasi əməkdaşlığa da təsir göstərir. Lakin, ədalətli da-
nışsaq görərik ki bəzi vaxtlarda Türkmənistan tərəfindən yumuşal-
ma hiss olunurdu. Məsələn, 1997-ci il fevralın 25-26-da Türkmə-
nistanın Prezidenti S.Niyazov Qazaxıstanın Prezidenti N.Nazarba-
yevlə status məsələsinə dair danışıqlar aparırlar və qərara gəlirlər
ki, statusu müəyyənləşdirən konvensiya qəbul olunana qədər tərəf-
lər keçmiş SSRİ vaxtında təyin olunmuş Xəzərin milli sektorlara
bölünmə prinsipini rəhbər tutaraq öz sektorları çərçivəsində neft
hasilatı ilə məşğul olacaqdılar.
Ümumiyyətlə, Xəzərin hüquqi statusu problemi Xəzəryanı
dövlətlərin müasir beynəlxalq vəziyyətinə təsir göstərən amillərdən
biridir. Bu baxımdan, Xəzərin statusu probleminin həlli mühüm
beynəlxalq əhəmiyyət daşıyır. Dünya bazarında neft və təbii qaz
kimi enerji ehtiyatlarına ehtiyacın artması, bu ehtiyatların istismarı
və daşınması ilə bağlı reallaşdırılan transregional layihələrdə dünya
ölkələrinin iştirakı, ixrac kəmərlərinin təhlükəsizliyi Xəzərin hüqu-
qi statusu probleminin məhz beynəlxalq hüquq normaları əsasında
həllinin zəruriliyini göstərir. Xəzər regionunda mübahisəli məsələ-
lərin həlli, təhlükəsizlik mühitinin formalaşması və sabitliyin bərqə-
rar edilməsi həm Xəzər hövzəsi ölkələrinin iqtisadi inkişafına, həm
də regionun enerji ehtiyatlarının birgə istismarında əməkdaşlığı
gücləndirməyə çalışan ölkələrin imkanlarının genişlənməsinə müs-
bət təsir göstərəcəkdir.
ƏDƏBİYYAT
1. Elman Nəsirov.
Аzərbaycan nefti və beynəlxalq müqavilələr
(1991-1999). Bakı, Respublika Xatirə Kitabı Nəşriyyatı, 1999. –
s.104.
2. Sevinc Ruintən.
Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr
sistemində (XX əsrin 90-cı illəri). Bakı, Adiloğlu, 2005. – 236 s.