Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
211
Tünzalə ÜZEYİROVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, III kurs tələbəsi
E-mail: meherrem.uzeyirov@mail.ru
XAKASLAR VƏ ONLARIN TƏDQİQİNƏ BAXIŞ
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Rövşən HƏTƏMOV
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Sibir, xakaslar, N.Y.Biçurin, türk xalqları, şamanizm
Sibirin türk xalqlarının qədim və orta əsrlər tarixinə aid türk
dilində yazılı mənbələrin yoxluğu, həmçinin qonşu xalqların mən-
bələrində məlumatların azlığı onların tarixinin araşdırılmasında çə-
tinliklər yaradır. Məlumdur ki, Sibir Asiyanın nəhəng bir hissəsinin
türkcə ümumi coğrafi adıdır. Sibir toponimi bir baxışa görə mon-
qolcada “bataqlıq yerdə sıx kolluq, balta girməmiş sıx orman” mə-
nasındakı ifadədən götürülüb. Digər bir fərziyyəyə əsasən bu topo-
nim “Sabir” adlı türk tayfasının adı ilə əlaqələndirilir. Ərəb mənbə-
lərində bu ərazinin adı “Sibir” və ya “İbir”, Çin mənbələrində “Si-
bi-rh” və “Bissibur” kimi qeyd edilmişdir.
Avrasiya materikində qədim dövrlərdən mövcud olan türk
xalqlarından biri də xakaslardır. Xakasların folkloru, mərasimləri
haqqında Azərbaycan dilində müəyyən tədqiqat əsərləri yazılsa da
onların tarixinə aid yalnız ayrı-ayrı ədəbiyyatlarda səthi məlumat-
lara rast gəlmək mümkündür. H.Həvilov “Dünya xalqlarının etno-
qrafiyası” adlı tədqiqat əsərində Sibirdə yaşayan digər xalqlarla ya-
naşı xakasların da etnoqrafiyası haqqında qısa məlumatlar vermiş-
dir. Sibirin türk xalqlarının tarixi, mədəniyyəti haqqında daha ətraflı
məlumatları Ə.Muxtarova “Türk xalqlarının tarixi” dərsliyində şərh
etmişdir. Hazırda sayı 71 min nəfər olan xakaslar Rusiya Federasi-
yasının Krasnoyarsk əyalətinin Xakas Muxtar vilayətində məskun-
laşmışlar [2, s.398]. Rus mənbələrində adlarına XVIII əsrdən sonra
rast gəlinən xakasların qədim tarixi haqqında yazılı mənbələr aşkar
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
212
olunmamışdır. Əvvələr Ağban (Abakan) və ya Minsuğ (Minusinsk)
tatarları adlandırılan xakaslar XX əsrin əvvəllərindən yerli ziyalıla-
rın təklifi ilə Çin mənbələrində adı çəkilən Xakas dövlətinin şərəfi-
nə bu cür adlandırılmışlar. “Xakas” etnoniminin əvvəllər məlum
olub olmaması haqqında bir - birinə zidd fikirlər mövcuddur. Tan
dövrü Çin salnamələrində təsadüf olunan “kırkız” etnonimini tanın-
mış rus çinşünası N.Y.Biçurin “xakas” kimi vermişdir [3, s.30]. Al-
man çinşünası V.Şott bu tərcümənin yanlış olduğunu bildirmiş və
N.Biçurinin “xakas” kimi verdiyi etnonimin “kırkız” sözünün təhrif
olunmuş forması olduğunu göstərmişdir. “Xakas” sözünün yanlış
oxu nəticəsində yarandığını V.V.Bartold da təsdiq edir. S.Y.Yaxon-
tov bu fikri daha da açaraq göstərir ki, çin mənbələrində rast gəli-
nən və Yenisey qırğızları mənasında işlədilən “xyaqaslar” sözünün
ilkin formasının “xakas” sözü ilə heç bir əlaqəsi yoxdur. Belə mə-
lum olur ki, N.Biçurin yanlış oxu nəticəsində yeni söz, yəni “xakas”
etnonimini yaratmışdır. L.R.Kızlasov qədim zamanlarda Minsuğ
çökəkliyində, Yenisey ərazisində xakasların yaşadığı fikrinə şərik
çıxsa da bəzi tədqiqatçılar, o cümlədən Y.S.Xudyakov, S.M.Vayn-
şteyn bu fərziyyənin yanlış olduğunu söyləyirlər.
Xakasiya ərazisindəki mağara tipli yaşayış yerlərinin 40 min
il tarixi olduğunu söyləyən tədqiqatçılar daş dövründən və tunc
dövründən başlayaraq buradakı mədəniyyətin izlərini Afanasyev
(m.ö.III – II əsrlər), Andronov (m.ö. II minilliyin ortaları ), Qarasu
(m.ö.XIII-VIII əsrlər), Taqar (m.ö.VII-II əsrlər) və Taştık (m.ö. I
əsr – m.s.V əsr) dövrlərinə bölürlər. Şamanist türklərin bu yerlərin
qədim sakinləri olmasını sübut edən qayaüstü rəsmlər, məzarlar və
s. tədqiqatçıların diqqətindən yayınmamışdır. Bunlardan biri də iki
min il əvvələ aid edilən Duz gölü yaxınlığındakı qayada çəkilmiş
qavallı şaman rəsmidir. Rəsmdə üç dünyanı əks etdirən əlində dün-
gür (dəf) tutan şaman təsvir edilmişdir. Şifahi xalq ədəbiyyatında
bu yerlərin qədim sakinləri haqqında verilən maraqlı məlumatlar-
dan nümunələr gətirən xakas arxeoloqu L.Kızlasov m.ö.IV – III
əsrlərə aid bir mətnə görə, şimal torpaqlarında həmişə atlı adamla-
rın yaşadıqlarını yazır. Başqa bir rəvayətə görə, “oradakı batırların
bədəni insan bədəni, ayaqları isə uzun tüklə örtülmüş at ayaqları
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
213
imiş .Onlar Dinlinlər ölkəsinin sakinləri idilər. Onlar özlərini qam-
çılayır və vəhşi qazlar kimi, “qa, qa, qa” deyə qışqıra – qışqıra uc-
suz – bucaqsız çöllərdə çapırlarmış”. L.Kızlasovun istinad etdiyi
başqa bir mənbədə deyilir: “Dinlin ölkəsi var. Oradakı adamların
ayaqlarından dizdən aşağı tük bitib, (onların) at dırnaqları var, (on-
lar) gəzməyi sevirlər”. O, dinlinlərin türk dilli olması əleyhinə çıxsa
da ilk təkəri, ilk əl dəyirmanlarını onların yaratdığını söyləməklə
dediyinin əksini sübut etmiş olur.L.Kızlasova görə 682-ci ildə
yaranan Şərqi Türk xaqanlığı ərazisində yaşayan xakaslar avropoid
tipli olublar.
Xakas adı altında xaas (kaçinlər), sağay, beltir, koybal, kızıl
kimi tayfalar birləşirlər. Bu tayfaların özləri də kiçik boylardan iba-
rətdirlər.Məsələn, sağaylar - sağay, turan, sarıq, kırqıs, pürüt kimi
boylara bölünürlər. XVIII əsrin əvvəllərinə qədər Kızılyar (Krasno-
yarsk) yaxınlığındakı rayonlarda məskunlaşmış xaasların xakasların
etnogenezində rolu böyükdür. Xakasların əsas hissəsini təşkil edən
sağaylar XVII əsrdə Tom və İyus çaylarının yuxarı axarlarında Ye-
nisey qırğızları ilə yanaşı yaşayırdılar. V.Vaynşteynə görə, XVII
əsrdə koyballar samodiketdilli matorların bir soyu idilər. Onlar
XVII yüzilliyin ortalarından öz sərkədələri Koybalın adı ilə adla-
nırlar. Sonralar Kızılyar qəzasına köçməklə ketdilli və türkdilli
qruplarla birləşərək tədricən türk dilini qəbul etdilər.
XIX əsrin ilk yarısında xakas türkcəsini daha ətraflı öyrənən
filoloq və etnoqraf M.A.Kastren Sibir ərazisində olarkən xakasların
folkloruna aid qiymətli məlumatlar əldə etmişdir.O, kızıl, sağay və
beltirlərin adət-ənənələri, dini inancları ilə bağlı maraqlı faktlar üzə
çıxarmışdır. XIX əsrin II yarısında V.Radlov və N.F.Katanov araş-
dırmaları ilə xakas türkcəsinin, xakas dialektologiyasının tədqiqin-
də yeni bir dövr başlatmışlar. V.Radlov əsərlərində Abakan ərazi-
sində yaşayan xakaslardan “Abakan tatarları” deyə bəhs etmişdir.
V.Radlova görə Abakan tatarları istər kökən, istər dil, istərsə də ya-
şayış tərzi baxımından fərqli olan boyların uzun müddət birlikdə
yaşaması nəticəsində yaxınlaşmasından yaranmışdır [4, s.112]. Sa-
ğay tayfasından olan tanınmış xakas şərqşünası, müqayisəli dilçilik
doktoru N.F.Katanov bu barədə belə yazırdı: “Atam Sağay tayfa-
Dostları ilə paylaş: |