Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
235
Məqalələr yalnız Azərbaycan dilində deyil, digər xarici dillər-
də də yazılır. Misal üçün, Humanitar elmlər seriyasında Sevinc
Yusifzadənin rus dilində “Azərbaycan Demokratik Respublikası
dövründə (1918-1920-ci illər) İngiltərə-Azərbaycan münasibətləri”
(№1 2004, s.120-124) məqaləsi; Elman Nəsirovun ingilis dilində
“Azərbaycan neftinin kəmər problemləri” məqaləsini (№11997,
s.161-167) nəşr olunmuşdur (2).
Ikinci hissə kimi qədim türklər haqqında yazılan məqalələrə
nəzər salaq. 1994-cü ildə nəşr olunan elmi konfrans materiallarının
toplandığı xüsusi buraxılışda SM.Qaşqayın “Skiflərin Azərbaycana
yürüş məsələsinə dair” məqaləsi; 2003 №3-də A.Q.Hüseynovanın
“Skif mədəniyyəti” məqaləsi; 2003 №4-də A.N.Mustafayevin
“İngiloyların maddi mədəniyyəti haqqında” məqalələrinin adlarını
çəkmək olar (2).
Üçüncü hissə kimi isə, ümumiyyətlə türk dünyasına aid olan
məqalərə fikir verək. 1999 №4 jurnalda olan R.H.Şükürovanın
“Amerika-Türkiyə münasibətlərində yeni addımlar” məqaləsini;
2002 №1-də N.A.Məmmədlinin davamedici məqaləsi ”SSRİ-nin
dağılması ərəfəsində Orta Asiyada ictimai-siyasi vəziyyət” (Özbə-
kistandan Məhsəti türklərinin deportasiyası probleminə həsr olu-
nub), bu məqalənin ikinci hissəsi 2002 №3-də ”SSRİ-nin dağılması
ərəfəsində Orta Asiyada ictimai-siyasi vəziyyət (Qazaxıstan, Türk-
mənistan)” və nəhayət, 2003 №2-də “SSRİ-nin dağılması ərəfəsin-
də Orta Asiyada ictimai-siyasi vəziyyət (Qırğızıstan)” məqalələrini
göstərə bilərik (2). Məqalələrin belə davamedici olması oxucuların
problemlərlə daha ətraflı və dərindən tanış olmasına imkan verir.
“Universitetin Xəbərləri”ndə nəşr olunan məqalələri bir-bir
sadalamaq fikrində deyilik. Ümumilikdə qeyd edək ki, jurnalda di-
gər elm sahələrində olduğu kimi, türk xalqlarınin tarixi, ədəbiyyatı,
dini, mədəniyyəti, bu günü ilə bağlı çoxsaylı məqallər dərc edilir.
Həm də yalnız Bakı Dövlət Universitetinin əməkdaşlarının deyil,
həmçinin digər ali məktəb və tədqiqat mərkəzlərinin əməkdaşları-
nın da məqalələri nəşr edilir.
Nəticə olaraq demək istərdik ki, elmi məqalələrin toplandığı
jurnalların olmasının müsbət tərəfi qısa zaman kəsiyində yazılan
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
236
hər hansısa bir məqalənin tez bir zamanda oxucuya çatdırılmasında-
dır. Elmi araşdırma edən hər bir elmlə bağlılığı olan şəxs əgər belə
jurnallar olmazsa məcburən işini böyüdərək, daxilində istəyərək və
ya istəməyərək onu ancaq öz ixtisas sahibləri ilə başa düşəcəyi bir
hala gətirəcək. Lakin, belə jurnalın olması elmi işlə məşğul olan
şəxsin tez və qısa şəkildə oxucusuna məsələni izah etməsinə səbəb
olur. Qısa və az zəhmətli olan bu prossedur həm oxucuya informa-
siyanın tez çatmasında, həm elmi işi yazanın yorulmamasında bizə
yardımcı rolunu oynayır. Dönəmimiz hər nə qədər internet dövrü
olsa da, bu cür elmi jurnalların həyatımızda rolu danılmazdır.
ƏDƏBİYYAT
1.http://publish.bsu.edu.az/az/content/baki_unverstetnn_xbrlr_12
2.http://static.bsu.az/w8/Xeberler%20Jurnali/Bibliografiya/199420
09%20Humanitar%20elmler%20seriyasi.pdf
_________________________
Xəyalə NOVRUZOVA
Bakı Dövlət Universiteti,
tarix fakültəsi, II kurs tələbəsi
E-mail: mussinanov9700@gmail.com
“TARİX VƏ ONUN PROBLEMLƏRI”
ELMI, NƏZƏRI, METODIK JURNALDA
TÜRK TARIXI MƏSƏLƏLƏRI
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Bakı Dövlət Universiteti, Tarix və onun problemləri
jurnalı, Əsməd Muxtarova, türk xalqları tarixi, dövlətçilik
ənənələri
Bakı Dövlət Universiteti Azərbaycan xalqının təşkilatlanma-
sı, Milli azadlıq hərəkatının yaranması, tariximizin təhrifdən qo-
runması, kütləvi surətdə maariflənmə baxımından istər elmimizin,
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
237
istərsə də mədəniyyətimizin inkişafı prosesinin həyata keçirilmə-
sində mühüm rol oynamış və bu gün də bu vəzifəni davam etdir-
məkdədir. Bu böyük vəzifənin yerinə yetirilməsində BDU-də nəşr
olunan elmi, nəzəri, metodik və təcrübi jurnalların rolu və əhəmiy-
yəti heç də az deyildir. Hal-hazırda bu siyahıya 21 jurnal daxil
olub, onların sayı gün-gündən artmaqdadır. Onlardan biri də məhz
“Tarix və onun problemləri” jurnalıdır ki, bu jurnal azərbaycan və
rus dillərində, illik 4 nömrə olmaqla müntəzəm olaraq nəşr olunur.
Jurnalın yaranma tarixində 1997-ci il yanvarın 31-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Milli
Elmlər Akademiyasının alimləri ilə keçirdiyi görüşün böyük rolu
olmuşdur. Həmin görüşdə, əsasən, tarixçiləri Azərbaycanın keç-
mişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik
maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa
səsləyən H.Əliyev Azərbaycan elminin inkişaf strategiyası ilə bağlı
öncül vəzifələrin nədən ibarət olduğunu açıqlamış, ictimai və hu-
manitar elmlər sahəsində müasir dövrün tələblərinə uyğun yeni-
ləşməni, eləcə də sovetlər birliyi dövründən qalmış köhnəlmiş ste-
reotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın va-
cibliyini diqqətə çatdırmışdı. Və bu sözlər Azərbaycanın elm alə-
mində yeni-müstəqil tədqiqatlara aparan, zəngin tariximizi obyek-
tiv öyrənməyə əsaslanan tarixşünaslıq nümunələrinin yaranmasın-
da mayak rolunu oynayaraq ona demokratik quruluşda yeni nəfəs
vermişdir. Və bir neçə ay sonra - 1997-ci ilin əvvəllərində Bakı
Dövlət Universitetinin Tarix fakültəsində “Türk xalqları tarixi”
kafedrasının (o vaxt “Türk və Qafqaz xalqları tarixi”) professoru
Əsməd Muxtarovanın təsisçisi və baş redaktoru olduğu “Tarix və
onun problemləri” adlı elmi, nəzəri, metodik jurnalın nəşrinə baş-
landı. Bu böyük addım olmaqla yanaşı, məhz Türk xalqları kafed-
rasının əməkdaşları tərəfindən yerinə yetirildiyindən jurnalda
məhz türk xalqları, onların yayılma arealı, mövcud konsepsiyalar
üzrə yalan informasiyalara qarşı qoya biləcək dərəcədə mənşə eti-
barilə dəyərli araşdırmaları əhatə etməsi təsadüfi deyildir.
Artıq 80-cı nömrəsi nəşr olunan jurnalın qarşısına qoyduğu
məqsədlər tariximizdə ziddiyyətli məsələlərin həllinə yönəlib on-
Dostları ilə paylaş: |