Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
229
Elşən RƏSULOV
Bakı Dövlət Universiteti
Tarix fakültəsi , III kurs tələbəsi
E-mail: elsenresulov96@mail.ru
TÜRK XALQLARI TARİXİNİN TƏDRİSİ
BDU TƏLƏBƏLƏRİNİN GÖZÜ İLƏ
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Mətanət Məmmədova
Bakı Dövlət Universitetinin dostenti
Açar sözlər: Türk xalqları tarixi kafedrası, Türk xalqları tarixinin
tədrisi, Bakı Dövlət Universiteti
"Tarix bir millətin qanını, haqqını,
varlığını heç bir zaman inkar edə bilməz"
(Mustafa Kamal Atatürk)
Hal-hazırda türkün və türkçülüyün dünyadakı mövqeyi hamı-
mıza məlumdur. Bu, türkün keçdiyi tarixi inkişaf yolu ilə sıx bağlı-
dır. Türkün tarixini yaşatmaq üçün onun təbliği, tədrisi ən mühüm
məsələlərdən biridir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra
Azərbaycanın dünyaya inteqrasiyası, dünya xalqları, xüsusilə də,
türk xalqları ilə ictimai-siyasi, sosial-mədəni əlaqələr yaradıldı. Bu
inkişaf təhsildən yan keçə bilməzdi. Türk dövlətləri ilə əlaqələrin
qurulması, onların söykökümüz ilə bağlılığı Azərbaycanda türk
xalqları tarixi fənninin müstəqil fənn kimi tədrisini zəruri etdi.
1992-ci ildə Bakı Dövlət Universitetində yeni kafedralardan biri
olan “Türk və Qafqaz xalqlarının tarixi” kafedrası yaradıldı. Bu,
əslində Türk xalqları tarixinin müstəqil fənn kimi tədrisi üçün ilk
təşəbbüs idi. Kafedranın fəaliyyətinə uyğun olaraq kitablar hazır-
lanmışdır. Sonradan Türk xalqarı tarixinin tədrisinə dair müxtəlif
məqalələr, namizədlik və doktorluq dissertasiyaları, dərsliklər,
proqramlar, metodik vəsaitlər hazırlanmağa başlandı. Dərsliklərə
Əsməd Muxtarovanın “Türk Xalqları tarixi (qədim dövr və orta
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
230
əsrlər)”, Nisbət Mehdiyevanın “Türk Xalqlarının tarixi.Yeni dövr
(XIX-XX əsrin əvvəlləri)” adlı kitablarını misal göstərmək olar.
2012-ci ildə rektorluğun əmri ilə “Türk və Qafqaz xalqlarının
tarixi” kafedrası əsasında 2 müstəqil kafedra - “Türk xalqları tarixi”
və “Qafqaz xalqları tarixi” kafedraları yaradıldı. Hazırda “Türk
xalqları tarixi” kafedrasında 7 müəllim ştatda, 5 müəllim saathesabı
qaydada fəaliyyət göstərir. Türk xalqlarının tarixi fənni BDU-da
müəyyən proqram əsasında 3 semestr ərzində tədris olunur və ye-
kun dövlət imtahanı ilə başa çatır. Tədrisdə önəm verilən məsələlər-
dən biri də türk xalqlarının keçdiyi tarixi inkişaf yoludur. Fənn çər-
çivəsində “Azərbaycan Tarixi” istisna olmaqla, hazırda müstəqil
olan türk dövlətləri ilə bərabər, digər dövlətlərin türk subyektləri,
həmçinin dövlət qurumu olmayan türk xalqlarının tarixi, ümumiy-
yətlə, türk dünyasının tarixi tədris edilir. Lakin onu qeyd etmək is-
tərdik ki, Türk xalqlarının tarixinin tədrisi, daha geniş və uzun müd-
dət tədris olunması əhəmiyyətlidir. Türk olmamız və öz soykökü-
müz haqqında dərin biliklərə sahib olmamız buna ən əsas səbəbdir.
Türk xalqlarının tarixinin tədrisi bizə nə verir? 1) dövr üzrə
türklər haqqında məlumat; 2) onların maddi və mədəni xüsusiyyət-
ləri; 3) türkün dünya tarixində rolu və s. Onu öyrənməklə biz nə əl-
də edirik? 1) tarix qarşısında borcumuzu ödəyirik; 2) soykökümü-
zün tarixi inkişaf yolunu öyrənirik; 3) türklüyü yaşayır və yaşadırıq.
Türk xalqları tarixinin tədrisi millətin formalaşması, onun
keçmişi haqqında bilik əldə edilməsi üçün çox vacib faktordur. Hər
bir tarixin tədrisində olduğu kimi, türk xalqlarının tədrisində də əsas
yer tələbələrin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və daha
geniş dünyagörüşünün və şəxsiyyətinin formalaşdırılması amilidir.
Türk xalqları tarixinin tədrisində əsas ünsürlərdən biri tələbə-
lərin həmin fənnin tədrisinə münasibəti və onu necə görmək istəmə-
ləridir. Hər bir fənnin tədrisində olduğu kimi, Türk xalqları tarixi-
nin tədrisində də tarixi faktların düzgünlüyünə fikir verilməli, hadi-
sələr bir-biri ilə əlaqələndirilmiş şəkildə keçirilməli, əgər bir şəxsiy-
yətin tarixindən danışılırsa, şəxsiyyətin mühüm ünsürləri tələbələrə
aşılanmalıdır. Tələbələr Türk xalqlarının tarixinin tədrisini daha
maraqlı və oxuduqları türk xalqları və ya türk dövlətində baş verən
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
231
hadisələri canlı və obrazlı şəkildə görmək istəyirlər. Təbii ki, bura-
da müəllimin şərhi ilə tələbələrin hadisə haqqında fikiri düzgün for-
malaşdırmalı, tələbələr üçün yorucu olmamalıdır. Tələbələr müəlli-
min maraqlı faktları daha çox vurğulamağını istəyir və dərsin təşki-
lində mövzu üzrə təqdimatlar, tarixi oyunları, düşündürücü sualları
daha çox görmək istəyirlər. Mühazirə və seminar dərslərini bir-bi-
rindən fərqləndirmək lazımdır. Mühazirə müəllimin yanlız quru
şərhi ilə kifayətlənməməlidir. Mühazirədə müəllim həm şərh etmə-
li, həm də tələbələrin diqqətini dərsə çəkməli, tələbələrə maraqlı ol-
ması üçün bilmədikləri hadisələri daha çox vurğulamalı, onları öz
şərhində iştiraka dəvət etməlidir. Həmin mövzu həm müəllim, həm
də tələbə üçün daha maraqlı olar. Tələbələrin mövzu haqqında bili-
yini yoxlamaq üçün onu öz kürsüsünə dəvət edib bildiklərini şərh
etməsini xahiş etməlidir. Bu zaman müəllim həm də auditoriyanın
danışılan mövzu haqqında bildiklərinin eynisini şərh etməmək üçün
cəhd etməli, lakin danışılan mövzunun əsas mahiyyəti və xüsusiy-
yətlərindən yayınmamalıdır. Tələbələr mövzuya uyğun olaraq müx-
təlif elmi seminarların, təlimlərin keçirilməsini istəyirlər. Mövzu-
nun tarixi yerlərdə keçirilməsi dərsin təşkilini daha rəngarəng edir,
bu zaman tarixi hadisəni hiss edərək sanki öz ruhlarında duyur və
danışılan mövzu ilə onların fikirləri bütünləşir.
Türk xalqlarının tarixi dərsliklərində qədim türk yazılı abidə-
lər haqqında məlumatlara aid nümunələr azlıq təşkil edir. Qədim
türk yazılı abidələri türk xalqlarının milli iradəsini, əsrarəngiz dil
tarixini əks etdirən nümunələrdir. Azərbaycan və digər türk dilləri-
nin tarixi inkişaf istiqaməti, fonetik, leksik və qrammatik bölmələri-
nin yaranması və formalaşması məhz bunlar əsasında müəyyən
edilmişdir. Çağdaş türk ədəbiyyatının, mədəniyyətinin genetik əsa-
sında qədim türk mədəniyyəti dayanır. Buna görə də qədim türk ya-
zılı abidələrinin öyrənilməsi,Tarix fakültələrində tədrisi tariximizin,
mədəniyyətimizin öyrənilməsi istiqamətində mühüm tələblərdən bi-
ridir.Təbii ki, XXI əsr türkün dünyada öz sözünü deməyə qadir ol-
duğu bir dövrdə qədim türk yazılı abidələrinin tədrisi üçün dərslik-
lər və proqramların hazırlanmasına ehtiyac var.
Dostları ilə paylaş: |