Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
196
10. Tekleli M., Rıhtım M. Qafqaz İslam Ordusunun Xronologiyası.
Bakı, Nurlar, 2008.
11. Türker Q.R. Qafqaz Türk İslam Ordusu Bakı Yollarında. Bakı,
Nurlar, 2008.
_________________________
Aygün İSMAYILOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, I kurs magistr
E-mail: aygunismayilova13@gmail.com
TÜRK XALQLARININ DEPORTASİYASININ
AZƏRBAYCANDA TƏDQİQİ SƏVİYYƏSİ
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Aynur Məmmədova
BDU slavyan ölkələri tarixi kafedrası
Açar sözlər: II dünya müharibəsi, deportasiya, Krım türkləri,
Ahıska türkləri, qaraçaylar, balkarlar, tədqiq
Bildiyimiz kimi, Böyük Vətən müharibəsi zamanı Stalinin
həyata keçirdiyi siyasətə uyğun olaraq, bir çox xalqlar kimi, türk
xalqları – qaraçaylar, balkarlar, Krım türkləri, Ahıska türkləri də
deportasiyaya məruz qalmışdır. Bu dövrdəki türk xalqlarının depor-
tasiyası ilə bağlı Azərbaycanda geniş şəkildə elmi araşdırılma apa-
rılmamışdır. Buna baxmayaraq bir sıra məqalələr və Ahıska türkləri
ilə bağlı kitablar mövcuddur. Qaraçayların, balkarların deportasi-
yası ilə bağlı məqaləyə belə rast gəlinmir. Qaraçayların deportasi-
yası ilə bağlı yalnız ədəbiyyatşünas, Nizami Tağısoyun 2012-ci ildə
yazdığı “40-60-cı illər qaraçay ədəbiyyatında janrlar” adlı əsərində
qısa məlumat var. Belə ki, müəllif dövrün ictimai-siyasi hadisələri-
nin qaraçay ədəbiyyatına da təsirsiz ötüşmədiyini vurğulamış və
1943-cü ildə Stalinin əmri ilə qaraçayların deportasiya edilməsini
qeyd etmişdir.
Deportasiyaya məruz qalan türk xalqlarından Ahıska türkləri
ilə bağlı ölkəmizdə aparılan araşdırmalar daha çoxdur. Asif Hacılı-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
197
nın “Ahıska türkləri. Vatan bilgisi” adlı kitabı nəşr olunmuşdur ki,
burada Ahıska türklərinin deportasiyası barədə ətraflı məlumat ve-
rilir. Müəllif Ahıska türklərinin deportasiyası ilə bağlı məsələlərə
aydınlıq gətirmiş, onların 1956-cı ildə bəraət aldıqdan sonra belə
Gürcüstana köçməsinin yasaqlanması və Azərbaycan ərazisində
məskunlaşmaları, Azərbaycanda onlara olan münasibət və digər
məsələlər barədə məlumat verilmişdir. Bu kitabda qeyd edilir ki,
1956-cı ilin 28 aprelində SSRİ Ali Soveti Rəyasət heyətinin
135/142 saylı fərmanı ilə Ahıska türkləri komendant rejimindən və
yerlərini dəyişdirməklə bağlı məhdudiyyətlərdən azad olunurlar.
Lakin nəşr hüququ olmayan bu fərmanda ahıskalıların Gürcüstana
köçməsi qadağan olunur. Məsələ ilə bağlı Ahıska türkləri etirazları-
nı bildirmək üçün müraciət etsələr də, nəticəsiz qalır. Onlar 1957-ci
ildə Moskvada olan Azərbacan nümayəndəsi İslam İslamzadə ilə
görüşürlər və o, ahıskalılara Azərbaycana köçməyi təklif edir. Bu
zaman 31 dekabr 1957-ci ildə iki bənddən ibarət K.Voroşilov və
M.Georqadzenin imzasıyla fərman verilir. Bu fərmanda Ahıska
türklərinin Gürcüstanın Ahılkələk, Adıgün, Aspindza ərazilərində
məskunlaşdırılma üçün yer olmadığından Ahıska türklərinin Azər-
baycana daimi yaşayış üçün köçürülməsinə icazə verildiyi vurğu-
lanır. Lakin Ahıska türklərinin Azərbaycana köçməyə razılığına
baxmayaraq, bir çox siyasi dairələrin müqavimətinə görə bu proses
uzanır və yalnız İ.Mustafayevin 1958-ci ildə Xruşşovla görüşündən
sonra məsələ həll olunur [1, 56]. Ahıskalılar əsasən, Azərbaycanın
Saatlı, Sabirabad, Quba,Qusar, Xaçmaz kimi düzən rayonlarında
məskunlaşırlar.
Ahıska türkləri ilə bağlı Sevil Piriyevanın 2005-ci ildə nəşr
olunmuş “Ahıska türkləri Azərbaycanda” adlı kitabı var. Üç fəsil-
dən ibarət olan bu kitabda Ahıska türklərinin məskunlaşma tarixi,
məşğuliyyəti və Azərbaycanın ictimai-siyasi həyatında yeri haqqın-
da məlumatar verilir. Burada həmçinin deportasiyaya məruz qalmış
insanların xatirələrinə də yer verilmişdir. Bundan başqa, 1996-cı il-
də Ənsarov Əlipaşanın “Ahıska türkləri” adlı kitabı nəşr olunmuş-
dur ki, burada əsasən, müəllifin də canlı şahidi olduğu 1989-cu ildə
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
198
baş verən Fərqanə hadisələrinə geniş yer verilsə də Ahıska türkləri-
nin 1944-cü ildə deportasiya olunmasından da bəhs edilmişdir.
Ahıska türklərinin deportasiyası ilə bağlı bir sıra məqalələr də
dərc edilmişdir. Belə məqalələrdən biri 2010-cu ildə “Kaspi” qəze-
tində çıxan Azər Nuriyevin “Ahıska türkləri iki dəfə didərgin düş-
müş xalq” adlı məqaləsidir. Burada “Vətən” cəmiyyətinin Mərkəzi
Şurasınn sədri Şəmsəddin Sərvərovun açıqlamalarına da yer veril-
mişdir. Qeyd edək ki, Arif Yunusovun da “İki kere sürgün edilən
halk” adlı məqaləsi var. Bu məqalə türk dili ilə yanaşı ingilis və rus
dillərində də nəşr olunmuşdur. Bundan başqa, 2010-cu ilin sentyab-
rında Mustafa Əzizin “Zaman” qəzetində “Ahıska türklərinin qara
taleyi” adlı məqaləsi dərc edilmişdir ki, burada da onalrın deporta-
siyaya məruz qalmasından bəhs olunur. Əli Kərimbəylinin “Xalq
cəbhəsi” qəzetində 2010-cu ildə çıxmış “Türk soqyqırımları və Ahıs-
ka türkləri” adlı məqaləsində bu xalqın deportasiya olunmasında
Mikoyanın aktiv fəaliyyət göstərməsi öz əksini tapmışdır. Tarixçi
Ənvər Börüsoyun “Ahıska türkləri üçün yeni problem” adlı mə-
qaləsində bu xalqın deportasiyaya məruz qalması, eləcə də öz yurd-
yuvalarına qayıtmaları ilə bağlı üzləşdikləri problemlərdən danışılır.
Krım türklərinin deportasiyası ilə bağlı geniş şəkildə tədqiqat
aparılmasa da, bu məsələ ilə bağlı bir sıra məqalələr dərc olunmuş-
dur. Bunlardan biri Elşən Mirişlinin 2016-cı ildə “Türküstan” qəze-
tində nəşr olunan “Krım tatar türkləri tarixin dolanbaclarında” adlı
məqaləsidir. “Krım türklərinin sürgünü” adlı məqalələr 2012-ci ildə
“Türküstan” və “Xalq cəbhəsi” qəzetlərində də dərc olunmuşdur.
2009-cu ildə çap olunan “Ruslar Krım tatarlarının sürgününə haqq
qazandırır” adlı məqalədə Krım türklərinin deportasiyası haqqında
Krım tatarlarının lideri, Ukrayna Ali Radasının deputatı Mustafa
Cəmilin açıqlamasına yer verilmişdir.
Türk xalqlarının deportasiya olunması Mais Əmrahın müəllifi
olduğu 2005-ci ildə nəşr edilmiş “Mərkəzi Asiyanın türk respubli-
kaları müharibə dövründə (1941-1945)” adlı dərsliyində də öz əksi-
ni tapmışdır. Kitabın VI fəsli deportasiyalar və onların Mərkəzi
Asiya respublikları üçün nəticələrinə həsr edilmişdir [3]. B.Nəcəfo-
vun, A.Paşayevin və L.Həsənovanın deportasiya ilə bağlı əsərləri
Dostları ilə paylaş: |