Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
188
naqqala döyüşünün qələbə ilə nəticələnməsi, müharibənin uzanma-
sına və Rusiyada çarlıq rejiminin devrilməsi və yerinə bolşevik reji-
minin qurulmasına səbəb olmuşdur. Böyük ümidlərlə Çanaqqalaya
hücum edən və qətiyyətlə qələbə qazanacağına inanan ingilislərin
məğlub olması, onların hərbi-siyasi nüfuzuna böyük zərbə vurmuş-
dur. İngiltərənin məşhur dövlət xadimi, Gelibolunun tərk edilməsi
haqqında qərar vermiş Uinston Çörçill Gelibolu döyüşü barəsində
“yeganə məğlub olduğum döyüş” ifadəsini işlətmişdi.
Antanta dövlətlər tərəfindən döyüşən Yeni Zellandiya və
Avstraliyalı əsgərlərin burada nümayiş etdirdikləri qəhrəmanlıq
mübarizəsi həmin ölkələrdə milli şüurun oyanmasına və milli mən-
liyin inkişafına səbəb olmuşdur. Çanaqqalada qazanılan zəfər eyni
zamanda Türk millətinin özünə olan inamını yüksəldərək Qurtuluş
hərəkatına nümunə təşkil etmiş, Çanaqqalada qazandığı uğur Mus-
tafa Kamal Atatürkün ilk öncə “Anafartalar Qəhrəmanı”, sonra
Milli Mücadilə lideri və Cümhuriyyət qurucusu olaraq Türk cəmiy-
yətinin sevgi və hörmət qazanmasının da başlanğıc nöqtəsini mey-
dana gətirmişdir.
Döyüşlərdə Azərbaycanlı könüllülərdən ibarət 3000 gənc də
Osmanlı türkləri ilə birgə işğalçılara qarşı mübarizə aparmışlar.
Çanaqqala döyüşündə türk birliyinin şücaəti dünyaya insanlıq dərsi
vermışdir. Bu səbəbdən Çanaqqala döyüşləri hərbi və siyasi nəticə-
lərinin yanında müharibəyə qoşulan ölkələlərin fərqliliyi döyüşə
tətbiq edilən strategiya və hərbi elm baxımından olduğu qədər yol
açdığı böyük insan itkiləri və tarixin milli kimliyi inşası baxımın-
dan milli və beynəlxalq sahədə maraq doğuran bir çalışma sahəsi
olma özəlliyini daşıyır.
Türk və dünya tarixində mühüm səhifə olan Çanaqqala dö-
yüşləri, elm və ictimaiyyət sahələrində çox geniş tədqiqat mövzusu
olmuşdur. Döyüşə qatılan ölkələrdən İngiltərə, Fransa, Yeni Zellan-
diya və Avstraliya da bu döyüşlər haqqında çox ciddi tədqiqatlar
aparılmış, döyüşdə iştirak
edənlər müəyyən edilmiş, onlarla görüşü-
lərək yazılı, səsli, görüntülü qeyidlər əldə edilmişdir. Türkiyə tədqi-
qatçılığında Çanaqqala döyüşləri istər memuar fəaliyyətləri, istərsə
döyüşün olduşu ərazilərə ziyarət etmək mövzusunda getdikcə artan