Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
178
rini səciyyələndirən cəhətlər, onun ən çətin tarixi bir dövrdə və ən
çətin bir strateji mövqedə yerləşməsi idi. Bir tərəfdə yeni çiçəklə-
nən və İslam dininə əsaslanan Ərəb Xilafəti, o biri tərəfdə xristian-
lığı başlıca dəyərə çevirmiş Bizans imperiyası, digər tərəfdə isə
Zərdüşt dininə sitayiş edən Sasani imperiyası yerləşirdi. Hər üç im-
periyada müxtəlif dinə sitayiş edən insanlar dini təziqlərə və təqib-
lərə məruz qalmış və həmin dövrdə hamısının üz tuta biləcəyi ye-
ganə məkan “Barış Yurdu” olan Xəzər Xaqanlığı olmuşdur.Bu gün
tolerantlıq və multikulturalizm adlandırılan nəsnələr tarixən Xəzər
türklərinin həyat tərzi olmuşdur.
İbn Fazlan öz Səyahətnaməsində Xəzər Xaqanlığının əhalisi-
nin mehriban və xoşxasiyyətli insanlar olduğunu qeyd edir. Məhz
bu səbəblərdən idi ki, buraya dini zorakılıqda əziyyət çəkən insan-
lar axışıb gəlirdilər. Burada tam bir tolerantlıq höküm sürürdü. Bir
çox yerlərdə təqiblərə məruz qalan bütün yəhudilər demək olar ki,
buraya üz tuturdu. Xəzərlərin bu dini mənimsədikləri tarix və yəhu-
dilərin ilk olaraq nə vaxt və haradan bu bölgəyə gəldikləri haqda
mənbələrdə fərqli tarixlər mövcuddur. İbrani qaynaqlarına görə bu
tarix 8-ci əsrin ilk illəridir. Ərəb tarixçisi əl-Məsudi isə bu tarixin
Xəlifə Harun ər-Rəşidin (786-809) zamanında olduğunu qeyd edir.
Yəhudilər 730-740-cı illərdə həm Bizansda, həm də islam ölkəsin-
də təqiblərə məruz qaldıqları üçün Qafqazdan keçərək xəzərlərə sı-
ğınmışlar. Bizans imperatoru III leonun bütün yəhudilərin xristian-
laşmasını əmr etməsindən sonra öz dinlərinə sadiq qalmağı hər şey-
dən üstün tutan yəhudilər Xəzər imperiyasına sığınmışlar. Yəhudi-
lər təkcə Bizansdan deyil, o cümlədən, Ərəb xilafətindən və Sasani-
lərdən qaçıb buraya gəlirdilər. Bu isə bir daha Xəzərlərin tolerant
olmasının əyani təzahürü idi.
Yaşadığımız bölgədə də Xəzər adı ilə bağlı bir çox toponim-
lərə rast gəlmək mümkündür. Xəzərlərin bu torpağa gəlişi 192-213-
cü illərə təsadüf edir. Dağlıq Qarabağda Xəzərdağ, Ordubad rayo-
nunda Xəzəryurd, Ararat vadisində Xəzərqlux (ermənicə qlux “tə-
pə” deməkdir) və başqa toponimlər məhz həmin əsrlərdə xəzərlərin
oralarda məsgunlaşması ilə bağlıdı. Xəzərlərin kəbər tayfasının adı
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
179
ilə bağlı (Azərbaycanda Kəbirli toponimləri onunla bağlıdır). Şərur
–Dərələyaz mahalında keçən əsrdə Kəbirli kəndi də vardı.
Məşhur rus tarixçisi L.N.Qumilyov da Xəzərlərin bütün din-
lərə qarşı tolerant olduğunu bildirmişdir. Əsərini burada yazdığını
bildirən ərəb mütəfəkkiri əl-İdrisinin Xəzərlərin tolerantlığına dair
fikirlər bildirməsi isə həmin dövrdə Xəzər tolerantlığının müzakirə
predmenti olmasının göstəricisidir. Xəzərlər ədalət və tolerantlığı
ilə şöhrət qazanmışdılar.
Xəzər ölkəsində kilsə, məscid və senaqoqlar yan-yana yerlə-
şirdi.Həmin dövr üçün bu cür hallar xarakterik deyildi. Bütün dinlə-
rə bərabərhüquqlu azadlıqlar verilmişdi. Hər millət öz dilində iba-
dət edə bilərdi.Bütün dinlər rahat şəkildə öz misyonerlik fəaliyyəti
vasitəsilə öz dinlərini təbliğ edə bilərdi.
Bu gün Azərbaycanın tolerantlıq və multikulturalizm modeli
dünya arenasına nümunə kimi təqdim olunur. Dünyada insan ami-
linə qarşı yönələn xoşagəlməz hadisələrin baş verdiyi bir zamanda
Azərbaycanın bütün dünyaya barış mesajları olan, ümümbəşəri
dəyər sayılan multikulturalizm nümayişi qloballaşan dünyada Azər-
baycanın sülhə çağırışı və barışa olan töhvəsidir.
ƏDƏBİYYAT
1. Azərbaycan yəhudilərin rahat və təhlükəsiz yaşadığı ölkədir.
“Azərbaycan qəzeti”, 2006-cı il 17 may, s.3.
2. Avcıoğlu Doğan. Türklerin Tarihi, C-1, İstanbul, 1986.
3. Gömeç Saadettin. Eski Türk inancı üzerine bir özet. Ankara,
2003.
4. H.Əliyev Fondu. “Azərbaycan” kitabı. Nəşriyyat Meqa-Basım.
2009.
5. Mehriban Əliyeva. Xoş niyyət. Bakı. 2014.
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
180
Füzuli RAMAZANOV
Bakı Dövlət Universiteti,
SABAH qrupu IV kurs tələbəsi
E-mail: fizuli.ramazanov.92@mail.ru
OSMANLI DÖVLƏTİNİN YARADILIŞI HAQQINDA
Açar sözlər: Qayılar, Ərtoğrul Qazi, Osman Qazi, Osmanlı dövləti-
nin yaradılışı
Elmi rəhbər:
Tarix üzrə fəlsəfə doktoru Sevinc RUİNTƏN
Bakı Dövlət Universitetinin dosenti
Orta çağ dönəmində yaradılmış ən qüdrətli dövlətlərindən biri
olan Osmanlı – qövm-kökən etibarilə türk, dini baxış etibarilə islam
ünsürlərini özündə ehtiva edərək formalaşan tipik şərq (türk – is-
lam) dövlətidir. VII əsr hökm sürmüş Osmanlı dövləti tarixin artan
inkişaf mərhələrində Asiya, Avropa və Afrika qitələrinin ictimai-
siyasi həyatlarında baş vermiş hadisələrində mühüm rol oynamış-
dır. Bu baxımdan da, Osmanlı tarixinin araşdırılması və tədqiqi
Şərq tədqiqatçıları qədər, Qərb tarixçi və araşdırmaçıların da daim
diqqət mərkəzində olmuşdur. Xüsusən də Xaçlı yürüşlərinin və
Monqol basqınlarının davam etdiyi bir dönəmdə Anadolu Səlcuqlu
dövlətinin çökməsi və bu ərəfədə Səlcuqlu dövlətinin ana təməlləri
üzrində yeni bir türk xanədanlığının yaradılışı. Osmanlı dövlətinin
yaradılışı baxımından Azərbaycan tarixşünaslığında araşdırılımış
xüsusi bir tədqiqat əsəri yoxdur. Buna görə də Türk xalqları tarixi-
nin Erkən Osmanlı dövrünün tədrisi ilə bağlı bir boşluq sezilir.
Dövlətin yaradılması araşdırılarkən düşünürəm ki, Anadolu-
nun XI – XIII əsrlər tarixi üzərində durmaq lazımdır. Hansı ki bu
coğrafi alana yayqın oğuz-türkmən köçləri məhz bu dönəmdə baş
verdi və Oğuz-türkmən köçləri ilə Anadolunun türkləşməsi yaşandı.
Osmanlı dövlətini yaradanalarda bu köçərlərdə yer almış Oğuzların
qayı boyudur. Qayı “güc və qüdrət” deməkdir. Qayılar Oğuzların
sağ qolunda yer olan Bozoxların, Günxan qolunun ən böyük boyu-
Dostları ilə paylaş: |