Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
160
man qızılbaşların mühasirəyə aldığı Abuvərddə olan böyük oğlu
Din Məhəmməd xan elan edilmiş, lakin o, Buxaraya gələrkən öldü-
yü üçün onun qardaşı Baki Məhəmməd xan taxta çıxarılmış, Vəli
Məhəmməd isə varis kimi təsdiq edilmişdi. Verilmiş fərqli mülahi-
zənin əksinə olaraq, B.Əhmədov hesab edir ki, Səfəvilər öz nüma-
yəndəsini hakimiyyətə gətirmişlər.
Onu da qeyd etməliyik ki, elə məsələlər var ki, B.A.Əhmə-
dovun fikirləri Səfəvi dövrünün mənbələrində öz təsdiqini tapır.
Buna misal olaraq onu deyə bilərik ki, İsgəndər bəy Münşi Əbdül-
mömin xanın ölümündən sonra Buxarada Pir Məhəmməd xanın
taxta çıxarıldığını, Bəlxdə isə Abdulla xanın qardaşı İbadulla xanın
oğlu Əbdüləminin hakimiyyətə gətirildiyini qeyd etmişdir. Hətta
Heratın qaytarılmasından sonra h.1008-ci ildə (1599-1600) Şah
Abbas yenidən Xorasana gələrkən Pir Məhəmməd xanın elçilərinin
Səfəviləri Xorasanın fəthi münasibəti ilə təbrik etməsi faktı da bu
fikrin doğruluğuna dəlalət edir. Həştərxanilər sülaləsinin hakimiy-
yətə gəlişi ilə bağlı fikirlərin haçalanması Əbdülmömin xanın ölü-
mündən sonra ayrı-ayrı feodal qruplaşmalarının müxtəlif bölgələrdə
öz namizədlərini xan elan etməsi ilə bağlı olmuşdur.
Daha bir fakt olaraq onu qeyd edək ki, Məhəmməd Tahir
Vəhidin fikrincə, 1638-ci ildə Böyük Moğol dövləti tərəfindən işğal
edilmiş Qəndəharı geri almaq üçün hazırlıq işlərinə başlayan II Şah
Abbas Həştərxanilər sülaləsi ilə münasibətləri gərginləşdirmək istə-
mədiyi üçün öz səfiri Sultaniyyə və Zəncan hakimi Sarı xan Bəydi-
linin oğlu Səfiqulu sultanı Tahir Məhəmmədlə birlikdə Bəlxə gön-
dərmişdi. Bu dövrdə Bəlxdə hakimiyyət çox güman ki, Sübhanqulu
xanın əlində idi. Bu məsələyə aydınlıq gətirən tədqiqatçı B.Əhmə-
dovun araşdırmalarına görə, Nəzər Məhəmməd ali hakimiyyəti ələ
aldıqdan sonra böyük oğlanları Əbdüləziz xana, Xosrov sultana,
Bəhram sultana etibar etmədiyi üçün Bəlxin idarə olunmasını özünə
etibarlı əmirlərin güclü nəzarəti altında kiçik oğlanlarından Sübhan-
qulu xana tapşırmışdı.
Səfəvi-Mərkəzi Asiya münasibətlərində digər bir mübahisə-
li məsələyə aydınlıq gətirmək üçün məhz B.Əhmədovun tədqiqatla-
rı mühüm rol oynayır. 1648-ci ilin oktyabrında hind şahzadəsi Bəl-
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
161
xi qaytarıb Hindistana qayıtdıqdan sonra Nəzər Məhəmməd xan
Bəlxdə hakimiyyətini bərpa etmişdi. Bəlx ordusu Qəndəhara qədər
Böyük Moğol əsgərlərini təqib etmiş, yalnız Baki bəyin başçılıq et-
diyi Buxara qoşununun Bəlxə soxulması xəbərindən sonra Nəzər
Məhəmməd xan təqibi dayandıraraq Bəlxə qayıtmışdı. Çox maraq-
lıdır ki, Böyük Moğol ordusunu mühasirə vəziyyətində saxlayan,
ona böyük itkilər verən Əbdüləziz xanın qoşunları hind ordusu
Bəlxi tərk etdikdən sonra mühasirədən əl çəkərək Buxaraya qayıt-
mışdı. Bəlx vilayətini tutmağa bu qədər yaxın olan Əbdüləziz xanın
Buxaraya geri qayıtmasına səbəb nə olmuşdu? Tədqiqatçı B.Əhmə-
dov belə hesab edir ki, onun qayıdışının əsas səbəbi məhz Nəzər
Məhəmməd xanın çoxsaylı qızılbaş ordusu ilə yaxınlaşması və
Əbdüləziz xanın bu ordu ilə qarşılaşmaqdan çəkinməsi olmuşdu.
Böyük tarixçinin fikirləri böyük maraq doğurur və “müştə-
rək” tarixçilərin əsərlərinin öyrənilməsi türk xalqlarının tarixinin
obyektiv tədqiqində xüsusi əhəmiyyətə malikdir. Əlbəttə ki, müəy-
yən məsələlərin araşdırılmasında B.Əhmədovun mülahizələri Azər-
baycan tarixçilərinin fikirləri ilə üst-üstə düşür, lakin bəzən fərziy-
yələr haçalanır. Bununla belə, tarixçinin əsərləri türk xalqlarının ta-
rixinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Böyük alimin
yaradıcılığının daha dərindən öyrənilməsi nəinki Mərkəzi Asiya, o
cümlədən Azərbaycanın tarixinin ayrı-ayrı səhifələrinin öyrənilməsi
üçün faydalı olacağını hesab edirik.
ƏDƏBİYYAT
1. Əhmədov B.Ə. 1579-1581-ci illər ekspedisiyası və İngiltərə-
Azərbaycan ticarət əlaqələrinin kəsilməsi səbəbləri // S.M.Kirov
adına Azərbaycan Dövlət Universitetinin Elmi əsərləri. Tarix və
fəlsəfə elmləri seriyası. Bakı, 1967, №3, s.87-93.
2. Əhmədov B.Ə. XVII əsrin birinci yarısında İngiltərənin Şərq
siyasəti. Bakı: Nafta press, 1998, 234 s.
3. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Fars dilin-
dən çevirən prof. Şahin Fərzəliyev, Bakı: Şərq-Qərb, 2010, 1144 s.
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
162
4. Ахмедов Б.А. Из истории торговых отношений Англии с
государствов Сефевидов. Автореф. дисс... канд. истор. наук.
Баку, 1967.
5. Ахмедов Б.А. История Балха (XVI-первая половина XVIII
вв.). Ташкент: ФАН Узбекской ССР, 1982, 296 с.
6. Ахмедов Б.А. Третья экспедиция англичан в государство
Сефевидов (1565-1567 годы) // Ученые записки АГУ им.
С.М.Кирова, серия исторических наук, 1966, №8, с.90-97.
7. Ağayev R.Ə. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşı-
lıqlı münasibətləri: XV-XVI əsrlər. Bakı, Kür nəşriyyatı, 2004. –
151s.
_________________________
Cavid ƏLİSGƏNDƏRLİ
Bakı Dövlət Universiteti
E-mail: javid_alisgandarli@yahoo.com
AMERİKALI TƏDQİQATÇILAR PETER BENCEMEN
GOLDEN, JUSTİN MCCARTHY, ERİCA MARAT VƏ
BÖYÜK BRİTANİYALI TƏDQİQATÇI EDVARD
PARKERİN TÜRK TARİXİNƏ BAXIŞLARI
Açar sözlər: Peter Bencamen Qolden, Justin McCarthy, Erica
Marat, Edvard Parker, türk dünyasının araşdırılması, türk xalqları
tarixi, türk kimliyi
Türk tarixi ilə, xüsusən də qədim dövr və orta əsrlər tarixi ilə
bağlı araşdırmalar etməli olan hər bir tədqiqatçı “türk xalqları öz ta-
rixlərini yazmamışlar” deyir. Lakin türklərin öz tarixlərini yazma-
dıqlarına rəğmən, tarixləri çox hallarda saxtalaşdırılsa da, qonşu
xalqlar və dövlətlər tərəfindən həm yazılıb, həm də araşdırılıb. Mə-
lum elm sahələri sırasında qədim və müasir türk xalqlarının dilləri-
ni, ədəbiyyatını, tarixini, folklorunu, dinini, etnoqrafiyasını, maddi
və mənəvi mədəniyyətini və s. öyrənən Türkologiya elmi də möv-
cuddur. Dərslərimizdə Türk xalqları tarixi üzrə araşdırmalardan
bəhs edərkən qərb müəlliflərindən alman şərqşünası İ.Markvart, al-
Dostları ilə paylaş: |