Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
148
kələrin inikası olan yerli və regional təhlükələrin aradan qaldırılma-
sı nəzərdə tutulmalıdır. Cənubi Qafqaz bu ərazidə yaşayan, dilin-
dən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq
hər bir kəsin ümumi evidir.
Cənubi Qafqaz regionu Türkiyənin geosiyasi, geoiqtisadi və
hərbi-geostrateji maraqlarının birbaşa təmsil olunduğu bölgə hesab
olunur. Postsovet dönəmdə, Rusiya və İranla rəqabətə rəğmən, Tür-
kiyə regiondakı müttəfiqləri Azərbaycan və Gürcüstanla təhlükəsiz-
lik sahəsində, hərbi-geostrateji tərəfdaşlığının möhkəmlənməsi yö-
nündə ciddi addımlar atmağa nail olmuşdur. NATO-nun "Sülh na-
minə tərəfdaşlıq" proqramı çərçivəsində hər iki dövlətlə əməkdaşlı-
ğa nail olmuş, 2002-ci ildə "hərbi əməkdaşlıq, silah qaçaqmalçılığı,
sərhəd pozuculuğu, narkotik maddələrin
dövriyyəsi və transmilli ci-
nayətkarlığa qarşı birgə mübarizə" haqqında, 2007-ci ildə isə "təh-
lükəsizlik sahəsində regional əməkdaşlıq" müqavilələri
, bunlardan
başqa bir neçə iqtisadi layihə çərçivəsində əməkdaşlıq haqda sa-
zişlər imzalamışdır. Bütün bunlar regionun üç dövləti arasında sər-
həd-keçid rejimi, nəqliyyat-tranzut təhlükəsizliyi və transmilli cina-
yətkarlıqla mübarizə sahəsində milli fəaliyyətlərin əlaqələndirilmə-
sini təmin etmişdir. Bundan başqa, bölgədə həyata keçirilən
beynəl-
xalq iqtisadi layihələrdə iştirakı ilə Avropanın Rusiyanın enerji ası-
lılığından azaldılması istiqamətində fəaliyyəti ilə onların da təhlü-
kəsizliyinə dəstək vermişdir.
Lakin son illərdə baş verən hadisələrdən sonra, Türkiyənin
hazırkı geosiyasi davranışının "ABŞ-ın Avrasiyada yürütdüyü prin-
sipsiz siyasət"dən doğan "qeyri-sabit və qütblərarası vurnuxma si-
yasəti"
olduğu haqda fikirlər irəli sürülməyə başlanıb. Məsələn,
2010-cu ilin oktyabr ayında Türkiyənin
qəbul etdiyi yeni Milli Təh-
lükəsizlik konsepsiyasında İran, İraq, Suriya, Yunanıstan və Ermə-
nistanın bu ölkənin xarici təhlükə mənbələri siyahısından çıxarıl-
masını, keçmiş hərbi-siyasi tərəfdaşı hesab olunan İsraili xarici təh-
lükə, Rusiyanı isə xarici tərəfdaş ölkələr sırasına aid etməsini həmin
yanaşmanın nümunəsi kimi qiymətləndirilir. Bu siyasət həm də
ABŞ-ın və NATO-nun qeyri-müəyyən mövqeyi nəticəsində Rusi-
yanın onların müttəfi olan Türkiyəni öz regional geosiyasi tərəfdaş-