Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
157
17. Halil İnalcık. History of Humanity (editor, Peter Burke ile bir-
likte), 1999.
18. Halil İnalcık. Osmanlı İmparatorluğu Klasik Çağ (1300-1600).
Yapı Kredi Yayınları, 2003.
18. Halil İnalcık. Osmanlı İmparatorluğu'nun Ekonomik ve Sosyal
Tarihi. Cilt 1 / 1300-1600. Eren Yayıncılık, Prof.Dr.Donald
Quataert ile, 2001.
19. Halil İnalcık. Osmanlı İmparatorluğu'nun Ekonomik ve Sosyal
Tarihi .Cilt 2 / 1600-1914. Eren Yayıncılık, 2004.
20. Halil İnalcık. Osmanlı'da Devlet, Hukuk, Adalet. Eren Yayın-
cılık, 2000.
21. Halil İnalcık. Sources and studies on the Ottoman Black Sea.
Cambridge, 1995.
22. Halil İnalcık. Studies in Ottoman social and economic history.
London, 1985.
23. Halil İnalcık. Suleyman the second and his time. Istanbul, 1993.
24. Halil İnalcık. The Middle East and the Balkans under the
Ottoman Empire. Bloomington, 1993.
25. Halil İnalcık. The Ottoman Empire, The Classical Age, 1300-
1600. London, 1973.
26. Melek Delilbaşı. Prof. Halil İnalcık. Ankara Üniversitesi Os-
manlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi, Sayı 19, Yıl
2006. Erişim tarihi: 4 Ağustos 2016.
27. Muxtarova Əsməd. Baş redaktordan // Tarix və onun problem-
ləri, 2001 №1, s.5.
28. Mustafayev Şahin. Akademik Ziya Bünyadovun türkoloji yara-
dıcılığı // Elm,1999 – 29 sentyabr, s.6.
29. Nəbiyev Bəkir. Ziya müəllim- görkəmli alim // Elm,1999,№2,s.5.
30. Öldürülmüş qalaktika / tərtibçi Eldar Əsgərov. Bakı: Elm,1999,
352 s.
31. Vəlixanlı.N. Elin qəhrəmanı,elmin ulduzu // Respublika,1999 –
8 yanvar, s.2.
32. Yurdumuzun ziyası / Mehman Səlimovun ümumi redaktəsi ilə.
Bakı: Hərbi nəşriyyat,1997, 48 s.
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
158
Aysel QƏRİBOVA
Bakı Dövlət Universiteti
E-mail: qaribova.aysel@mail.ru
TÜRK XALQLARININ TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ
BÖYÜK ÖZBƏK ALİMİ B.A.ƏHMƏDOVUN
ƏSƏRLƏRİNİN ROLU
Açar sözlər: B.A.Əhmədov, Buxara, Xivə, Bəlx, Mərkəzi Asiya
Türk xalqlarının beş min illik tarixi vardır ki, onların möhtə-
şəm dövlətçilik tarixinin ilkin mənbələr əsasında öyrənilməsi mü-
hüm əhəmiyyət kəsb edir. Bu nöqteyi nəzərdən bir sıra tarixçilər
vardır ki, onların mötəbər mənbələr əsasında yaratdıqları tədqiqat
işləri və əsərləri türklərin tarixinin qaranlıq səhifələrinə aydınlıq gə-
tirmişdir. Təəssüflər olsun ki, türk xalqlarının uzun müddət Rus ça-
rizminin, ardınca da Sovet imperiyasının mancanağı altında olmuş-
dur. Bu səbəbdən türk xalqlarının tarixinin bir sıra dövrlərinin öyrə-
nilməsinə maneələr yaradılmışdır ki, bu da türklərin tarixinin tarix-
şünaslığına mənfi təsir göstərmiş, müxtəlif türk dövlətlərinin tarix-
çiləri bir-birlərindən xəbərsiz tədqiqat aparmışdılar. Buna görə hə-
min dövrdə yazılmış əsərlərdə birtərəfli mövqe açıq-aydın sezilir.
Onu deyə bilərik ki, Səfəvi imperatorluğunun Mərkəzi Asiya döv-
lətləri ilə qarşılıqlı münasibətləri müəyyən istisnalar olmaqla (7),
nəinki Azərbaycan, o cümlədən Mərkəzi Asiya tarixşünaslığında da
xüsusi tədqiqat mövzusu kimi araşdırılmamışdır. Buna baxmayaraq
bəzi Mərkəzi Asiya tarixçilərinin bu və ya digər problemlərə həsr
olunan əsərlərində Səfəvi-Mərkəzi Asiya əlaqələri ilə bağlı bəzi
məsələlərə toxunulmuşdur. Bu baxımdan B.A.Əhmədovun Bəlx ta-
rixinə həsr olunan monoqrafiyası maraq doğurur. Müəllif haqqında
onu deyə bilərik ki, böyük özbək alimi, şərqşünas Börü Əhmədoviç
Əhmədov (1924-2002) türk xalqlarının tarixinin öyrənilməsində
mühüm addımlar atmışdır. Fars mənbələri üzrə ixtisaslaşmış tarix
elmləri doktoru, professor B.Əhmədov Özbəkistan, Qırğızıstan
Milli Universiteti, Qırğızıstan Tarixi Cəmiyyətinin fəxri professoru,
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
159
Elmlər Akademiyasının akademiki (1995) və fəxri üzvü olmuşdur.
Böyük alim B.Əhmədovun əsərlərinin Azərbaycan tarixşünaslığı
üçün də böyük əhəmiyyəti vardır. Belə ki, tarixçinin Mərkəzi Asiya
dövlətlərinin tarixinin öyrənilməsi ilə bağlı əsərlərində Azərbayca-
nın Səfəvi dövrü tarixinə dair maraqlı fakt və materiallara da rast
gəlinir. Bunu səbəb göstərərək böyük özbək alimini türk xalqlarının
müştərək tarixçisi kimi adlandıra bilərik. Bəlxə dair mühüm tədqi-
qat əsərində mühümfakt və materiallar vardır ki, onlar Azərbaycan
Səfəvi dövlətinin tarixinin araşdırılmasında xüsusi yeri vardır.
Məlum olduğu kimi, Xorasanın dörd böyük əyalətindən biri
olan Bəlx Buxara xanlığının tərkibinə daxil olub, Səfəvi dövləti ilə
sərhəddə yerləşirdi. Özbək hökmdarlarının Xorasana yürüşlərində
əksər hallarda Bəlx hakiminin qoşunları iştirak edirdilər. B.Əhmə-
dov monoqrafiyasında daha çox Bəlx-Buxara münasibətlərinə diq-
qət yetirmişdir. Bununla yanaşı, əsərdə Abdulla xanın Bəlx uğrunda
mübarizəsi, Bəlx uğrunda 1602-ci ildə baş vermiş Səfəvi-Həştər-
xani qarşıdurması, Şah I Abbasın 1611-ci ildə Mavərənnəhrə yürü-
şü, Nadir Məhəmməd xanın I Şah Abbasın sarayında sığınacaq tap-
ması, 1689-cu ildə Buxara xanlığının Səfəvilərə məxsus Bala Mur-
qab vilayətini işğal etməsi ilə bağlı maraqlı məlumatlar verilmişdir.
Gördüyümüz kimi, Bəlxin tarixinin öyrənilməsi zamanı Səfəvilərin
xarici siyasəti, o cümlədən diplomatik münasibətlərini də bu əsər
əsasında izləyə bilirik.
Böyük tarixçinin araşdırmalarında bir sıra tarixi problemlərə
fərqli münasibətini də görürük. Həştərxanilər sülaləsinin Buxara
taxtına sahib olmaları ilə bağlı tarixçi B.A.Əhmədov fərqli müla-
hizə irəli sürür. Onun fikrinə görə, h.1006-cı ildən (1598) h. 1009-
cu ilə qədər (1601) bütün özbəklərin ali hökmdarı Abdulla xanın
qardaşı Süleyman xanın oğlu II Pir Məhəmməd xan olmuş, Həştər-
xanilər sülaləsi isə h.1009-cu ildə (1601) hakimiyyətə gəlmişdir.
Müəllifin fikrinə görə, Buxarada Həştərxanilər sülaləsinin ilk hökm-
darı Canı xan olmuş, onun ölümündən sonra (18 noyabr 1603) ha-
kimiyyətə oğlu Baki Məhəmməd gəlmişdir. Bəzi tədqiqatçıların fi-
kirlərinə əsasən, Əbdülmömin xanın ölümündən sonra, 1599-cu
ildə Canı xan özbək əmirlərinin təklifini rədd etdikdən sonra o za-
Dostları ilə paylaş: |