Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
163
man tarixçisi F.Althaym, fransalı şərqşünas J.Dekink, fransalı tarix-
çi R.Qrişman, ingilis tarixçisi K.Qordonun adlarını çəkir (1, səh.39-
43), onların əsərlərinə istinadlar edirik. Lakin müasiri olduğumuz
qərb araşdırmaçıları haqda məlumatlar az yer veririk. Ən yaxşı hal-
da, Azərbaycan tarixi üzrə bu və ya digər dərəcədə araşdırmaları
olan amerikalı tarixçilər Tadeuş Svyatoxovski (2) və Odri Altştadt
(3), beynəlxalq siyasət üzrə araşdırmaçı Brenda Şaffer (4) və b. bir
neçə digər tədqiqatçının adını çəkməklə kifayətlənmiş oluruq. Əs-
lində isə hazırda dünyanın bir çox ölkələrində türkologiya üzrə
araşdırmaların aparılması işi davam etdirilir. Bolqarıstanda, Maca-
rıstanda, Polşada, Almaniyada, İsveçdə, Böyük Britaniyada, Fran-
sada, ABŞ-da və bir sıra b. ölkələrdə bu və ya digər adlarla elmi
mərkəzlər, müstəqil tədqiqatçılar türk dünyası məsələlərini araşdır-
maqdadırlar. Məruzədə ABŞ və Böyük Britaniya tədqiqatçılarından
bir neçəsinin türk dünyası məsələləri üzrə araşdırmaları haqqında
məlumat veriləcək. Haqqında məlumat veriləcək araşdırmaçıların
hansı kriteriyalara görə seçildiyi məsələsinə gəlincə, qeyd edim ki,
tədris prosesində və elmi araşdırmalarımızda əsərlərindən istifadə
etdiyimiz, müəyyən qədər faydalandığımız müəlliflərin araşdırma-
larından danışılıcaq. Xususi qeyd etmək istərdim ki, qərb müəlliflə-
ri türk xalqları və ya dövlətləri ilə bağlı araşdırmalarını sırf “türk
dünyası” və ya “türk xalqı” adı ilə aparmırlar. Daha çox regiona,
konkret olaraq hansısa dövlətə və ya məsələyə görə araşdırma
edilir.
Amerikalı tarixçi türkoloq, islamşünas, Rutter Universitetinin
(1766, Nyu Cersi ştatı) professoru, Yaxın Şərq ölkələri üzrə tədqi-
qatlar Mərkəzisinin elmi rəhbəri Peter Bencamen Qolden (Peter B.
Golden) türk tarixinin orta əsrlər dövrü üzrə tədqiqatcıdır. Türklərin
mənşəyi və formalaşması, xəzərlər, qıpçaqlar, oğuzlar, onların mən-
şəyi, dini görüşləri, miqrasiyası, siyasi və mədəni təsiri, “Mahmud
Qaşqarinin türk dünyası” və s. məsələlər haqda çoxsaylı araşdırma-
ların müəllifidir. “Türk xaqlları tarixinə giriş” kitabı türk dilinə tər-
cümə edilərək Türkiyədə nəşr edilib (5; 6). Türk, rus, alman, fran-
sız, ərəb, fars, yunan, latın, macar və gürcü dillərini bilməsi ona
araşdırmalarını mənbələr əsasında aparmasına imkan verir ki, bu
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
164
məqam onun tədqiqatlarının türk tarixini öyrənmək, öyrətmək, həm
də araşdırmalarımızda istifadə etmək baxımından əhəmiyyətini bir
az daha artırmış olur.
ABŞ-ın Louisville Universitetinin (1798, Kentucky) profes-
soru, tarixçi, demoqraf Justun A.McCarthynin əsas tədqiqat sahələri
Osmanlı imperiyası, Balkanlar, Orta Şərq tarixi məsələləridir. Müx-
təlif illərdə ABŞ-ın Kaloforniya (UCLA) və Prinston (Princeton
University) Universitetlərində, Böyük Britaniyanın London SOAS
Universitetində, Türkiyənin Orta Doğu Teknik, Ankara və Boğaziçi
Universitetlərində çalışmışdır (7). Həmçinin Türkiyə Araşdırmaları
İnstitutunun (İnstitute of Türkish Studies) idarə heyətinin üzvüdür.
Justun A.McCarthy araşdırmalarında türk kimliyi, Osmanlı türklə-
rində dövlətçilik, Osmanlı idarəsi altında olan Balkanlarda və Orta
Şərqdə idarəçilik və milli məsələlərə xüsusi önəm verir. Osmanlıda
etnik məsələdən bəhs edərkən McCarthy ermənilərin soyqırım id-
diaları məsələsinə də toxunur, soyqırım deyil, savaş olduğunu və bu
savaşda ermənilərin də, türklərin də öldürüldüyünü deyir. Hətta Os-
manlıda yaşayan ermənilərin sayının məqsədli şəkildə artırıldığını,
rus mənbələri ilə müqayisə edildikdə, əslində bu rəqəmlərin düz ol-
madığının aşkar göründüyünü bildirir. Erməni soyqırımı olması id-
diasının əksinə göstərir ki, XIX əsrdə Rusiya Balkanları öz təsir
dairəsinə daxil etmək məqsədilə Osmanlının xristian millətlərindən
istifadəyə başlamış, nəticədə onlar mütəmadi olaraq üsyanlar və qi-
yamlar qaldırmış (8), dövlət də onların qarşısını almaq üçün güc
tətbiq etmək məcburiyyətində qalmışdı. Bu üsyanlar zamanı həmçi-
nin milyonlarla müsəlman yaşadığı ərazilərdən qovulmuş, qətl edil-
mişdir (9). Amerika Erməni Komitəsi bu fikirlərinə görə McCart-
hynin Türkiyə höküməti ilə əlaqələri haqqında iddialarla çıxış edir.
ABŞ-ın və Avropanın “Mərkəzi Asiya-Qafqaz İnstitutu və
İpək Yolu Araşdırmaları Birləşmiş Mərkəzi”nin (“Central Asia-
Caucasus Institute & Silk Road Studies Program Joint Center”)
əməkdaşı fəlsəfə doktoru Erika Marat elmi dərəcəsini Almaniyada
Bremen Universitetində almışdır. Postmüstəmləkə ölkələrində döv-
lət quruculuğu, hərbi institutlar, mütəşəkkil cinayətkarlıq məsələləri
üzrə mütəxəssisdir. Araşdırmaları daha çox Mərkəzi Asiya regionu
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
165
ilə, başqa sözlə, həm də türk dünyasının böyük bir hissəsinin müa-
sir dövrünün tədqiqi ilə bağlıdır. Ümumiyyətlə “Central Asia-Cau-
casus Institute & Silk Road Studies Program” ABŞ-da və Avropada
aparıcı analitiklərin, mütəxəssislərin birlikdə çalışdığı, İpək yolu
ölkələrinin problemlərinin, inkişaf səviyyələrinin və digər əlaqəli
məsələlərin hərtərəfli araşdırıldığı nüfuzlu mərkəzlərdən biridir.
Vaşinqtonda və Stokholmda ofisləri var. Erica Marat “Mərkəzi Asi-
yada dövlət və cinayətkarlıq arasında əlaqə: Qırğızıstanda və Taci-
kistanda dövlətin gücsüzlüyü, mütəşəkkil cinayətkarlıq və korrupsi-
ya” (10), “Mərkəzi Asiyada dövlət və hərbi qüvvələr: Qırmızı Or-
dudan müstəqilliyə qədər” (11), “Tülpan inqilabı: Qırğızıstan 1 il
sonra” (12) kitablarının, həmçinin bir çox digər araşdırmaların
müəllifidir.
Və son olaraq, XIX əsr araşdırmaçısı tərəfindən yazılmış, gü-
nümüzdə təkrar nəşrlə yenidən elmi ictimaiyyətə təqdim olunmuş 1
tədqiqat haqda. Böyük Britaniyanın Mançestr Viktoriya Universite-
tinin professoru, çinşünas alim Eduard Parker 1893-1894-cü illərdə
Çində olarkən şəhər perfekti ona Çin tarixi üzrə orijinal materialları
təqdim etmiş və müəllif həmin materialların əsasında “Tatarların ta-
rixindən 1000 il” kitabını (13) yazmışdı. Kitabda türk tarixi ilə bağ-
lı hələ də cavab axtarılan suallar haqda məlumatlar tapmaq olur.
Məsələn, tatarların türk olub olmaması hər zaman mübahisə doğu-
ran suallardan olmuşdur. Parker yazır ki, 1000 il boyu Avrasiya qi-
təsində köcəri dünya (köçəri həyat tərzi sürən tayfalar) monotərkibli
olmuş. “tatar” adı isə köçəri dünyanın (köçəri həyat tərzi sürən bü-
tün tayfaların) ümumi adı olmuşdur. Başqa sözlə, quen-nu (xunnu),
skiflər, hunlar və tükrlər eyni tayfanın, eyni xalqın tarixi inkişafın
müxtəlif mərhələlərində mövcud olmuş müxtəlif adlarıdır. Köçəri
tayfaların dəyişməyən adı isə “tatar” olmuşdur. Hətta Çin mənbələ-
rində tatar adına türk adından 738 il əvvələ aid məlumatlarda (13,
səh.24) rast gəlindiyini, bu adın sonradan formasını dəyişərək
“türk” kimi işlənməyə başladığını yazır (13, səh.8-10). Ümumilikdə
türk tarixinə aid maraqlı məlumatlarla zəngin olan bu kitab 2003-cü
ildə Kazanda yenidən nəşr edilib. Kitaba marağın çox olması səbə-
Dostları ilə paylaş: |