Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
151
The Caucasus & Globalization, Journal of Social, Political and Eco-
nomic Studies, Volume 8, Issue 1-2, 2014, CA&CC Press, Lulea,
Sweden, p.7-33.
16. Jannatkhan Eyvazov. Powers and Regional Security Systems:
Parameters and Types of Involvement // Central Asia and the
Caucasus, Journal of Social and Political Studies, Volume 14, Issue
1, 2013, CA&CC Press, Lulea, Sweden. P.36-56.
17. Jannatkhan Eyvazov. The Regional Security System in the
Central Caucasus: Political Structure and Conflicts // The Cauca-
sus & Globalization, Journal of Social, Political and Economic
Studies, Volume 6, Issue 1, 2012, CA&CC Press, Lulea, Sweden.
P.8-21.
18. Камаля Руинтан. Подход Ирана к проблеме безопасности
на Кавказе (на основе СМИ Ирана) // Межкультурные комму-
никации, Тбилиси, 2014, № 22, стр.169-174.
19. Kəmalə Ruintən. Qafqazın təhlükəsizlik problemləri İran İslam
Respublikasının nöqteyi-nəzərindən // Tarix və onun problemləri,
№1 2015, s.177-184.
20. Margarita Assenova, Zaur Shiriyev. Security and Geopolitics in
Southeast Europe and Azerbaijan. Washington, DC; The
Jamestown Foundation, 2015. – p.350.
21. Mayis Güləliyev. (07.02.2014). Cənubi Qafqazda Təhlükəsizlik
məsələləri. Avrasiya Birliyi. (Online). Mənbə:
http://avrasiya.info/enyenitarix/21-cenubi-qafqazda-tehlukesizlik-
meseleleri.html [Baxılıb: 28 aprel 2017].
_________________________
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
152
II Bölmə
Tariximizi araşdıran müasirlərimiz
Sevinc QASIMOVA
Bakı Dövlət Universiteti
Mənbəşünaslıq, tarixşünalıq
və metodika kafedrasının dosenti
E-mail: qasimovasevinc@mail.ru
DÜNYA TARİXŞÜNASLIĞINA TÖHFƏ VERMİŞ İKİ ÜNLÜ
TARİXÇİ: ZİYA BÜNYADOV VƏ XƏLİL İNALCIK
ÜZƏRİNƏ BİR ARAŞDIRMA (QARŞILAŞDIRMALI
ANALİZ)
Açar sözlər: Tarixşünaslıq, vakanüvist, Xəlil İnalcık, Ziya Bünya-
dov, Yaxın Şərq
Tezisdə XX əsr dünya tarixçiləri içərisində iki ünlü tarixşünas
alimin Türk və Azərbaycan tarixşünaslığıdakı xidmətləri, onların
dünyagörüşlərinə təsir edən əsas amillər və bunun nəticəsində onla-
rın tarixi hadisələrə fərqli prizmadan və yeni tərzdə yanaşmaları ilə
müxtəlif dövrdə yazdıqları əsərlərinə diqqəti çəkilərək, həm dünya
tarixşünaslığında, həm də vətən tarixindəki xidmət və töhfələri vur-
ğulanacaqdır.
XX yüzilliyin başa çatması ərəfəsində ötən yüz il ərzində elm
və mədəniyyət sahəsindəki nailiyyətlərimizi dəyərləndirsək, ictimai
elmlər sahəsində əldə etdiyimiz uğurların Ziya Bünyadovun adı ilə
bağlı olduğunu söyləyə bilərik. Akademik Ziya Bünyadov elm və
mədəniyyət tariximizdə yeni bir səhifə açmaqla istər elmdə, istərsə
də bir vətandaş kimi ictimai-siyasi həyatda yenilikçi olmuşdur. O,
eyni zamanda vətəndaşlıq borcunu yerinə yetirməklə, İkinci dünya
müharibəsi dövründə faşizmə qarşı rəşadətlə vuruşaraq, Berlinədək
şərəfli döyüş yolu keçmiş, hərbi şücaətə görə Sovet İttifaq Qəhrə-
manı adına, 5 orden və 17 medala layiq görülmüşdür. Tezisdə onun
Moskva Şərqşünaslıq İnstitutundakı fəaliyyəti, namizədlik disserta-
siyasını müdafiə etdikdən sonra Azərbaycan Emlər Akademiyasının
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
153
A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi axtarışlarını davam
etdirməsi, Yaxın və Orta Şərq Xalqları İnstitutunda orta əsrlər tarixi
şöbəsinin rəhbəri olduğu müddətdə elmi fəaliyyəti, Şərqşünaslıq
İnstitutunun direktoru vəzifəsində çalışdığı müddətdə elmi tədqiqat-
larına diqqət çəkilməklə, nəinki Azərbaycan tarixşünaslığındakı
mövqeyi, eyni zamanda dünya tarixşünaslığına verdiyi töhfələr də-
yərləndiriləcəkdir. Tezisdə Ziya Bünyadovun yaradıcılığında müx-
təlif dillərdə tədqiq olunan çoxsaylı mənbələrin dərindən tədqiqi,
şovinist erməni tarixçilərinin saxtakarlıq cəhdlərinə qarşı vicdanlı
alim mövqeyindən ardıcıl mübarizəsi və onları ifşa etməsi vurğu-
lanacaqdır. Azərbaycan və Yaxın Şərq tarixinin məhsuldar tədqi-
qatçılarından olmuş alimin “Azərbaycan VII-IX əsrlərdə”, “Xa-
rəzmşahlar dövləti”, “Atabəylər dövləti” kimi əsərləri tarixşünas-
lığın klassik nümunələrindəndir. O, Azərbaycan xalqının tarixinə
dair onlarca naməlum qaynağı tapıb müqəddimə, izah və lüğətlərlə
nəşr etdirmişdir. Ziya Bünyadov orta əsrlər tarixi və mənbəşünaslıq
üzrə tanınmış bir tədqiqatçı kimi türk, ərəb, fars, rus, gürcü, alban
və Qərbi Avropa mənbələrindən geniş istifadə yolu ilə elmi araşdır-
malara az öyrənilmiş yazılı abidələri cəlb edirdi. Ziya Bünyadovun
elmi yaradıcılığının üç əsas istiqaməti aydınlaşdırmaqla, onun me-
diovistika sahəsindəki xidmətlərinə də önəm veriləcək, müxtəlif
mənbələrin tərcüməsi sahəsindəki xidmətləri də dəyərləndiriləcək-
dir. Akademik Ziya Bünyadovun qələmindən çıxan 300-dən çox
elmi əsərin hər biri onun geniş erudisyasını, hədsiz işgüzarlığını və
böyük tədqiqatçılıq qabiliyyətini nümayiş etdirir. Görkəmli alimin
orta əsr yaşayış məntəqələrinin dəqiqləşdirilməsinə, Azərbaycan
qonşu ölkələrlə tarixi əlaqələrinə dair mühüm faktların xarakteris-
tikasına həsr olunmuş yazıları, habelə tibb, seysmologiya və astro-
nomiyaya dair orta əsr ərəb mənbələrindəki məlumatların aşkara
çıxarılıb elmə gətirilməsi sahəsindəki səyi gərgin əməyin və dəqiq
tədqiqatçılıq metodunun məhsuludur. Ziya Bünyadov həmçinin,
tarix elminin kommunist ideologiyası və totalitarizm buxovlarından
xilas olması məqsədinə ardıcıl surətdə xidmət edən bir alim olmuş-
dur. O, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə, bolşevizm ter-
roru və siyasi repressiyaların qurbanları ilə bağlı olaraq bir neçə
Dostları ilə paylaş: |