Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
142
daşıyan ABŞ-a yardım etməklə Türkiyə NATO-ya daxil olmaq
üçün onun dəstəyini qazandı (2, 149). Türk hərbçiləri Pxanmuncom
barışığı imzalanana qədər döyüş əməliyyatlarında iştirak etdilər və
hətta 1960-cı ilə qədər məhz ABŞ-ın tövsiyəsi ilə yarımadada təhlü-
kəsizliyi təmin etmək məqsədilə Koreyada qaldılar. Buna səbəb
türk əsgərinin müharibədə göstərdiyi şücaət idi. Təsadüfi deyil ki, o
dövrdə Ankaraya gəlmiş NATO baş komandanı D.Eyzenhauer
Türk ordusunun xidmətini xüsusi qeyd etmişdi (3, 2).
İki ölkə arasında diplomatik münasibətlər 1957-ci ildə qurul-
du. Dövlət başçılarının rəsmi səfərləri isə baş nazir A.Menderesin
1958-ci ildə Seula səfəri ilə başlandı. İlk dekada yalnız hərbi sahədə
əməkdaşlıqla yadda qaldı. Bu dövrdə siyasi, iqtisadi və mədəni sa-
hələrdə heç bir müqavilə imzalanmamışdı. Türk hərbi kontingenti
1971-ci ilin 23 avqustunda Koreyanı tərk etdikdən sonra iki ölkə
arasında mədəni və iqtisadi sahədə də əməkdaşlıq inkişaf etməyə
başladı. 1974-cü il Türkiyə ilə Koreya Respublikası arasında mədə-
ni sahədə əməkdaşlıq haqqında saziş imzalandı. 1977-ci ilin may
ayında isə Koreya Respublikasının baş naziri Çoy Kyu Hanın baş-
çılığı ilə hökumət nümayəndə heyəti Ankara gəldi. Baş nazir iki öl-
kə arasında elmi-texniki əməkdaşlıq və iqtisadi-ticari münasibətlə-
rin inkişafı haqqında saziş imzaladı (4, 259). Türkiyə dövlət başçı-
larının prezident səviyyəsində ilk rəsmi səfəri 1982-ci ildə K.Evren
tərəfindən həyata keçirildi. Onun Koreyada əsgəri xidmət keçməsi
prezident olandan sonra məhz bu ölkə ilə dostluq münasibətlərinin
iqtisadi əməkdaşlıq səviyyəsinə çatdırmaq arzusunu şərtləndirdi.
Həmin dövrdə uğurlu iqtisadi model axtarışında olan baş nazir
T.Özal 1986-cı ildə Koreyaya rəsmi səfər etdi. Ekspertlərin fikrinə
görə, məhz bu səfərdən sonra iki ölkə arasında hərbi sahədə əmək-
daşlıqdan iqtisadi əməkdaşlığa keçid baş verdi. Bunun nəticəsi ola-
raq, 1989-cu ildə Türkiyənin və Koreya Respublikasının iş adamla-
rının Şurası təsis olundu və ilk sammitlərini keçirməyə başladı.
Məhz 80-ci illərdə Koreyanın işgüzar dairələri T.Özalın Tür-
kiyə iqtisadiyyatına investisiyalar cəlb etmə siyasətinə cavab olaraq
bu ölkəyə yatırımlar qoymağa başladılar. Türkiyədə "Hunday",
"Deu", "Samsunq"un iştirakı ilə müştərək şirkətlərin sayı artmağa
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
143
başladı. 1991-ci ildə Koreya Respublikasının baş naziri Kan Yun
Xunun rəsmi səfərindən sonra "investisiyaların qarşılıqlı qorunması
və təşviqi" haqqında iki ölkə arasında saziş əldə edildi. Bunun nəti-
cəsi idi ki, Koreya investisiyalarının ümumi həcmi 1991-ci ildəki
19 milyondan artaraq 2010-cu ildə 510 milyona çatdı. İki ölkə ara-
sında ticarət dövriyyəsi isə 1990-cı ildə 411 mln., 2000-ci ildə 1
milyard 311 mln, 2012-ci ildə 6 milyard 188 mln. oldu (5, 144).
Lakin 1996-cı ildə Asiyada iqtisadi böhran əmtəə dövriyyə-
sinin aşağı düşməsinə və investisiya iqliminin korlanmasına gətirib
çıxardı. 2004-cü ilin fevaralında baş nazir R.T.Ərdoğanın Seula sə-
fəri münasibətlərdə katalizator rolunu oynadı. Səfər zamanı ölkəyə
Koreya investisiyalarının daha çox cəlb edilməsi məsələsi müzakirə
obyekti oldu. Məhz investisiya bazarını yerində öyrənmək məqsə-
dilə Koreya Respublikası XİN Pan Gimun iki aydan sonra Anka-
raya rəsmi səfər etdi. Bunun ardınca isə ilk dəfə olaraq Koreya pre-
zidenti Roh Moo Hyun 2005-ci ilin aprelində Ankarada rəsmi sə-
fərdə oldu. Əsas müzakirə obyekti ikitərəfli münasibətlərin inkişaf
etdirilməsi oldu. 2008-ci ildə baş nazir Xanq Son Sunun Ankaraya
gəlişindən sonra səfərlər intensivləşməyə başladı. Bunun zirvə nöq-
təsini A.Gülün 2010-cu ilin iyununda Seula səfəri zamanı Atom
energetikası sahəsində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma Me-
morandumunun imzalanması oldu (4, 261). Həmin ilin noyabrında
isə Seulda G-20-in zirvə toplantısında R.T.Ərdoğan KEPCO şirkəti
ilə Qara dənizin Sinop bölgəsində AES-in tikilməsi ilə bağlı danı-
şıqlar apardı. Energetika naziri Y.Tanerin də iştirakına baxmayaraq
müqavilə imzalanmadı. Koreya Respublikasının prezidenti Li Men
Bakla görüşdən sonra isə Azad ticarət haqqında memorandum im-
zalandı. 3 raundlu görüşlərdən sonra 2012-ci ilin fevralında Li Men
Bak Türkiyə prezidenti A.Gül ilə görüşdü. Hər iki prezident əmək-
daşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağın zəruriliyini vur-
ğuladılar (6). Həmin ilin 26 martında baş nazir R.T.Ərdoğanla Li
Men Bak arasında Azad ticarət haqqında imzalanan saziş 2013-cü il
mayın 1-dən qüvvəyə mindi (7).
Görüşdə həm də Sinop AES haqda danışıqlara start verildi.
Azad ticarət haqqında Sazişə görə Koreyadan idxal olunan sənaye
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
144
malları 7 il gömrük rüsumundan azad oldu. 2014-cü ildə Azad tica-
rət haqda Sazişə investisiyalar və xidmətlər sektoru da aid edildi (5,
151).
Lakin tarix göstərdi ki, iki ölkə arasında əməkdaşlıq həmişə
rəvan xətlə getmir. Belə ki, Sinop AES ilə bağlı danışıqlar uğursuz-
luqla nəticələndi. Bunu sonradan Türkiyə rəhbərliyinin 2013-cü il-
də həmin layihə barədə Yaponiya ilə saziş imzalaması və TBMM-
nin onu 2015-ci ilin aprelində ratifikasiya etməsi sübut etdi (8). La-
kin buna baxmayaraq, Koreya Respublikası Türkiyə üçün Çindən
sonra ikinci ticarət tərəfdaşıdır. Əməkdaşlıq mədəniyyət və turizm
sahələrini daha geniş əhatə edir. 1972-ci ildə Hanquk Universitetin-
də Türkologiya, 1989-cu ildə isə Ankara Universitetində Koreyaşü-
naslıq fakültələrinin açılması bunun bariz nümunəsidir. Qarşılıqlı
turizm intensiv şəkildə artır. Bunun üçün 2006-cı ildən İnçxon-İs-
tanbul aviareysləri açılmışdır. Bu gün həftədə 22 uçuş həyata keçi-
rilir və ildə 250 min koreyalı turist Türkiyəyə səyahət edir (9).
Beləliklə, hərbi əməkdaşlıqla başlayan Türkiyə-Cənubi Kore-
ya münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə qalxmış və
artıq həyatın bütün sahələrini əhatə etməkdədir.
ƏDƏBİYYAT
1. Brief history of Korea – A Bird's-Eye View - Young Ick Lew
with an afterword by Donald P.Gregg The Korea Society. New
York, 2000.
2. Gürün K. Dış ilişkiler ve Türk politikası (1939-dan günümüze
kadar). Ankara, 1983.
3. Kore"de türk askeri. Ankara, 1990.
4. Хренов В.В. К 65-летию установления официальных отно-
шений между Турцией и Республикой Корея. История, эконо-
мика, международные отношения. М., 2015.
5. Çolakoğlu S. Turkey’s East Asian Policy: From Security
Concerns to Trade Partnerships. PERCEPTIONS, Winter 2012,
Volume XVII, Number 4.
6. Южнокорейско-турецкие отношения выйдут на уровень
стратегического партнерства (7 февраля 2012). Единая Ко-
Dostları ilə paylaş: |