Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
134
“Silək Osmanlını Yer üzərindən
Qoy türkün ünvanı yox olub getsin” (2, 21).
Ruzvelt ehtiyatı əldən verməməyə çağırır ki, Osmanlı-Alman
cəbhəsi birləşərək birgə mübarizə aparır.
Çörçill isə qətiyyətli şəkil-
də bildirir ki, “İstanbulu tutub, Anadoludan Türkü çıxartmasaq, ra-
hat olmaram” (2, 22). Ruzvelt bu işin uğurla həyata keçiriləcəyinə
ona görə əmindir ki, türkün silahı köhnəlib, bir qamçısı, bir topal atı
qalıbdır.
İkinci pərdədə bir aydır döyüş əmri gözləyən Admiral Karde-
nin türk diyarını çapıb-talamaq istəyi əks olunur. Admiral Kardenin
yerinə Admiral Robeki göndərirlər. Buna cavab olaraq türk ordusu
əzəldən mina gəmisi olan “Nüsrət”i ölüm-dirim savaşına hazırlayır.
Yalnız Qaranlıq limandan başqa hər yer minalanır. Oranın minalan-
ması üçün komtan Cevat paşa Yüzbaşı Nazıma məsləhətlərini verir.
Nəhayət ki, 18 mart tarixi yetişir. Böyük komandir Fahrı bəy əs-
gərlərini daha da ruhlandırır. Dənizin də, qarşı tərəfin də sakit ol-
duğunu görən Seyit bəy deyir ki, bunun arxasında nəsə var. O,
zənnində yanılmır, Avropa ordusu müasir hərbi texnikası; Bouvet,
Okean, İnfleksibl, Nelson, Aqamemnon, Quen Elizabet gəmiləri ilə
hücuma keçir. Lakin müəllif düşmən gəmilərinin aqibətini belə təs-
vir edir: “Biri tüstüləndi, biri yelləndi, Bir çoxu ortadan paralandı-
lar” (2, 39). Əsgərlərdən Seyitlə Əlinin söhbətindən məlum olur ki,
hələ Bouvet gəmisi sağ qalıb. Məhz bu gəmi üçün Seyit mərmi gə-
tirir və nişançı Səlim həmin gəmini də nişan alır. Düşmənin qəfil
hücumundan Hilmi bəy yaralanır, huşu özünə gələndə kiminsə sağ
qalmasını bilmək üçün çağırır. Onun bu çağırışına yaralı Əli cavab
verir. Sağ qalan bu iki nəfər tanrı təfərindən türk ordusuna göndəri-
lən xilaskarlar olurlar. Onlar görürlər ki, düşmənin vurulmayan
Aqamemnon gəmisi türkləri qırır. Lakin mərmini topa qoyacaq
dekovil məhv edilib, nişançı da şəhid olubdur. Onların bir ehtiyat-
sızlığı tamamilə məhvə gətirib çıxarar. Seyit qollarında bütün türk-
lüyün gücü 276 kq çəkisi olan mərmini təkbaşına topa yerləşdirir və
dəqiqliklə nişan alır. Düşmənlərin son ümidi, son pənahı olan gəmi-
ni də məhv edirlər.