Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
127
19 May 2017, Bakı
Bölmə iclasları – 10.00 – 12.00
I Bölmə
Türk xalqlarının yeni və müasir dövrlər tarixi məsələləri (1)
Azər AXUNDOV
Azərbaycan Dövlət
Aqrar Universitetinin baş müəllimi
Elgün ASLANOV
Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi
E-mail: e.aslanov85@mail.ru
TÜRKÇÜLÜK VƏ AZƏRBAYCANÇILIQ
İDEYALARI HAQQINDA
Açar sözlər: milli mətbuat, milli burjaziya, millət, ideologiya, türk-
çülük, azərbaycançılıq
XIX əsrin II yarısından Azərbaycanda kapitalist münasibətlə-
rinin inkişafı milli-demokratik fikrin formalaşmasına geniş imkan-
lar açdı. Milli mətbuatın yaranması - “Əkinçi”, “Ziya”, “Kəşkül” və
sair mətbuat orqanları milli-demokratik fikrin oyanmasında böyük
rol oynadılar. XX-əsrin əvvələrində isə Türk xalqları içərisində bö-
yük oyanış meydana çıxması ilə türkçülük ideologiyası yarandı.
XX əsrin əvvəllərindən başlayaraq türk xalqları içərisində
özünü dərk və özünə qayıtma meyilləri geclənməyə başlayır. Bu
oyanış özünü daha çox Rusiyada göstərirdi. O dövrün siyahıya al-
masına görə Rusiyada 100-dən çox türk dilli xalq yaşayırdı. Ona
görə də türkçülük ideologiyasının mərkəzi Rusiya sayılırdı.
Bakıda H.B.Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetində,
sonra isə Baxçasarayda (Krım) İsmayıl bəy Qaspıralının “Tərcü-
man” qəzetində geniş inkişaf edən türkçülük ideyaları Rusiyadakı
türk xalqlarının milli şüurunun formalaşmasında və inkişafında
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
128
mühüm rol oynamışdır. Türkdilli mətbuat turançılıq idealarının cü-
cərməsi üçün zəmin yaratmış oldu.
M.Şaxtaxtinskinin Tiflisdə nəşr etdirdiyi “Şərqi Rus”, Ə.Top-
çubaşovun Bakıda nəşr etdiyi “Həyat”, Ə.Ağaoğlunun buraxdığı
“İrşad”, Əli Bəy Hüseynzadənin “Fiyuzat” və s. mətbuat orqanla-
rında türklərin özünüdərk və özünəqayıtması, onların tarixi dövlət-
çilik ənənələri ilə bağlı məqalələr diqqəti cəlb edirdi. Azərbaycanda
türkçülük hərəkatının əsas ideoloqlarından biri Əli Bəy Hüseynzadə
olmuşdur. “Fiyuzat” məcmuəsində Əli Bəy Hüseynzadə türk xalq-
larının qüdrəti, böyüklüyü, mədəniyyəti haqqında yazmaqla bəra-
bər, ruslaşdırma və farslaşdırma siyasətinə qarşı çıxır, bu siyasəti
tənqid edirdi [1, s.45-46].
Əli Bəy Hüseynzadə türk qanlı, islam əqidəli, avropa düşün-
cəli fədailər yetişdirmək şüarını irəli sürürdü. O yazırdı: “Fiyuzatın
tutduğu yol türkçülük, islamçılıq və avropalılıq olmuşdur” [1, s.33].
Yuxarıda adı çəkilən mətbuat orqanlarında daha çox türkçülük və
turançılıq ideyalarının genişlənməsinə diqqət yetirilirdi.
Birinci Rus inqilabından sonra (1905-1907-ci illər) Rusiyada
yaşayan bir sıra türkçülük ideyasını yayan ziyalılar siyasi şəraitlə
əlaqədar Türkiyəyə müraciət etməyə məcbur oldular. Yusif Akçura
oğlu (milliyətcə tatar idi), Əli Bəy Hüseynzadə, Əhməd Ağa oğlu,
İsmayıl Bəy Qaspıralı və başqa aydınlar öz fəaliyyətlərini Türkiyə-
də davam etdirdilər. Onların təsiri ilə Ziya Göy Alp, Mustafa Ka-
mal Atatürk, Əli Kamal (Qahirədə “Türk” adlı qəzet nəşr etdirirdi)
Zəki Toğan və başqa türkçü ideoloqlar yetişmişdilər [2].
XX əsrin əvvəllərində mətbuat orqanlarında daha çox türkçü-
lük və turançılıq ideyalarının genişlənməsinə diqqət yetirilirdi. Yəni
bütün türk xalqlarının vahid Turan dövlətində birləşməsi ideyası
gündəmdə idi. Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk
mərhələni Məhəmməd Əmin Rəsulzadə “romantik panturkizm”
dövrü adlandırmışdır [3, s.34]. Lakin əhəmiyyətinə baxmayaraq
milli şüurun formalaşdığı şəraitdə gerçəkləşməsi xəyal olan “ro-
mantik panturkizm” milli qüvvələrin tələbatına cavab vermirdi.
Bir çox mənbələrdə, əsasən çar Rusiyasında Azərbaycan türk-
lərini “tatar” deyə adlandırmışlar. M.Ə.Rəsulzadə ilk dəfə “Açıq
Türk xalqları tarixi kafedrası – 25
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri
129
söz” qəzetində “müsəlman” və “tatar” kəlməsi yerinə “türk” kəlməsi
işlətmişdi ki, bununla da “ümmət” və “ümmətçilik” dönəmini rəs-
mən bağlamış oldu, onun yerini “milliyət” və “türk” millətçiliyi
adını alan yeni bir dönəm tutmuş oldu [4, s.34].
Türkçülük ideoloqları bir qayda olaraq türk aləminin hüdud-
larını müəyyən etməyə çalışaraq, bu işdə ərazi amilinə tez-tez mü-
raciət edirdilər. Əhməd Ağa oğlunun “Türk yurdu” jurnalında nəşr
etdiyi “Türk aləmi” məqaləsi xüsusi ilə diqqəti cəlb edir. O, yazırdı:
“Asiyanın üzərində ucalan Altay dağlarından axıb gələn türklər şi-
mal və cənubuna, şərq və qərbinə yayılmışlar. Türklər Çinin ən uc-
qar bucaqlarından Fillandiya, Polşa, Macarıstan və Şimali Afrika-
yadək müxtəlif ərazilərdə səpələnmişlər” [4, 34].
Əhməd Ağa oğlunun fikrincə, türk aləminin ərazisi təxminən
Avropa və Amerikanın birgə ərazisinə bərabərdir və bu ərazidə təx-
minən 70 milyon türk əhalisi yaşayır. Göstərmək lazımdır ki, bu
rəqəm müasir dövrdə 250 milyonu keşmişdir.
XX əsrin sonlarından başlayaraq türkdilli ölkələr və muxtar
qurumlar arasında iqtisadi, siyasi, mədəni yaxınlaşmalar baş verdi.
Bu siyasətin həyata keçirilməsində Ulu Öndər H.Ə.Əliyevin gördü-
yü işlər əvəzsizdir. Onun təşəbbüsü ilə Traseka layihəsi olan Böyük
İpək yolunun bərpa olunması türk respublikaları arasında yaxınlaş-
manın əsasını qoydu.
1993-cü ildə ilk dəfə olaraq türkdilli dövlət başçılarının İstan-
bulda toplantısının keçirilməsi də bu ölkələrin iqtisadi və mədəni
cəhətdən yaxınlaşmasında böyük rol oynadı.
Qlobal dünyada xalqların yaxınlaşması, millətçiliyin aradan
qaldırıldığı bir dövrdə Azərbaycanda türkçülük siyasəti ilə yanaşı
azərbaycançılıq siyasəti də gündəmə gətirilmişdir. Ulu Öndər H.Ə.
Əliyev göstərirdi ki, biz türk mənşəli millətik və türkdilli xalqları-
nın dilinə məxsus olan dilimiz - Azərbaycan dilimiz vardır. Bu gün
dünyada azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onların ha-
mısının ürəyi Azərbaycanla döyünür, Azərbaycan üçün çalışır,
onun çiçəklənməsinə öz töhvələrini verirlər. Eyni zamanda, Azər-
baycanda yaşayan digər etnik azlıqlar da özlərini bu vətənin bir par-
çası hesab ederək azad və sərbəst yaşayırlar.
Dostları ilə paylaş: |