Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə48/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   44   45   46   47   48   49   50   51   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
145
 
рея. Информпционно-аналитический портал. (Online). Mənbə: 
http://onekorea.ru/2012/02/07/yuzhnokorejsko-tureckie-
otnosheniya-vyjdut-na-uroven-strategicheskogo-partnerstva 
[Baxılıb: 27 aprel 2017]. 
7. Turkey and South Korea pledge stronger ties via free trade deal. 
(March/27/2012). Daily News. (Online). Mənbə: 
http://www.hurriyetdailynews.com/turkey-and-south-korea-pledge-
stronger-ties-via-freetrade-
deal.aspx?pageID=238&nID=16945&NewsCatID=344 [Baxılıb: 
27 aprel 2017]. 
8. Парламент Турции ратифицировал соглашение с Японией 
об АЭС в Синопе. (01.04.2015). РИА Новости. (Online). Mənbə: 
https://ria.ru/world/20150401/1055847874.html [Baxılıb: 27 aprel 
2017]. 
9. Turkey and South Korea: Blood brothers for 60 years
(18.11.2015). Anadolu Agency. (Online). Mənbə: 
http://aa.com.tr/en/politics/turkey-and-south-korea-blood-brothers-
for-60-years/475359 [Baxılıb: 27 aprel 2017]. 
_________________________ 
Sevinc RUİNTƏN 
tarix üzrə fəlsəfə doktoru, 
Bakı Dövlət Universitetinin dosenti 
E-mail: ruintan@bsu.edu.az
 
 
“CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİZLİK PROBLEMİ VƏ 
TÜRKİYƏ” MƏSƏLƏSİNİN AZƏRBAYCANDA 
ARAŞDIRILMA SƏVİYYƏSİ HAQQINDA 
Açar sözlər: Cənubi Qafqaz, təhlükəsizlik problemləri, Türkiyə, 
azərbaycanlı araşdırmaçılar 
Təhlükəsizlik məsələləri günümüzün ən çox müzakirə olunan 
və  araşdırılan  mövzularından  biridir.  Bu  baxımdan,  Azərbaycanın 
da bir hissəsi olduğu Cənubi Qafqaz regionunun təhlükəsizlik mə-
sələləri, bu məsələlərə münasibətdə Türkiyənin mövqeyi, problemə 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
146
 
təsir  imkanları  məsələsinin  Azərbaycanda  araşdırılma  səviyyəsini 
nəzərdən keçirməyin faydalı ola biləcəyini hesab edirik. 
Azərbaycanda təhlükəsizlik problemlərini müxtəlif rakurslar-
dan araşdırmış tədqiqatçı alimlərdən Azərbaycan Prezidenti yanın-
da Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri dok-
toru Əli Həsənov; Azərbaycan Prezidenti yanında Strateji Araşdır-
malar Mərkəzinin direktor müavini fəlsəfə doktoru Gülşən Paşaye-
va, əməkdaşlar Gülmira Rzayeva, Fuad Çıraqov, İlqar Qurbanov; 
“Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi”nin sədri 
siyasi elmlər doktoru Hatəm Cabbarlı; Azərbaycan Diplomatik Aka-
demiyasının  əməkdaşı  Zaur  Şiriyev;  Bakı  Dövlət  Universitetinin 
professoru, tarix elmləri doktoru İradə Hüseynova; “Qafqaz Strateji 
Araşdırmalar Mərkəzi”nin direktor müavini; Bakı Dövlət Universi-
tetinin əməkdaşı, İsveçdə nəşr olunan “Mərkəzi Asiya və Qafqaz” 
sosial-siyasi jurnalın Azərbaycan üzrə nümayəndəsi, “Mərkəzi Av-
raziya” analitik illik məcmuənin məsul katibi siyasi elmlər üzrə fəl-
səfə doktoru Cənnətxan Eyvazov; Slavyan Universitetinin əməkdaş-
ları tarix üzrə fəlsəfə doktoru Adil Rəcəblisiyasi elmlər üzrə fəlsəfə 
doktoru Kəmalə Ruintən; Bakı Dövlət Universitetinin əməkdaşı Ca-
vid  Əlisgəndərli  və  b.  adlarını  qeyd  edə  bilərik.  Problemlə  bağlı 
araşdırmaları aşağıdakı kimi qruplaşdıra bilərik: 
1.  Ümumilikdə  hazırkı  beynəlxalq  münasibətlər  sistemi,  bö-
yük  dövlətlərin  xarici  siyasəti,  həmçinin  təhlükəsizlik  problemləri 
araşdırılıb  və  o  cümlədən,  Qafqazın  təhlükəsizliyi,  Türkiyənin 
iştirakı məsələlərinə ümumi kontekstdə toxunulub (12; 15; 16). 
2.  Qafqaz  regionunun,  həmçinin  Türkiyənin  müasir  beynəl-
xalq münasibətlər sistemində yeri, əhəmiyyəti, region dövlətlərinin 
böyük dövlətlərlə qarşılıqlı münasibətləri və s. məsələlərinin araşdı-
rılması zamanı həm də regionun təhlükəsizlik problemlərinə toxu-
nulub, Türkiyənin iştirakı məsələsinə müəyyən səviyyədə yer ayrı-
lıb (2; 3; 4; 5; 6; 7; 10; 11; 13; 14; 17; 18; 19; 20; 21). 
3.  Azərbaycanın  təhlükəsizlik  maraqlarının  tədqiqi  ilə  bağlı 
araşdırmalar  çərçivəsində  Türkiyə  ilə  bağlı  məqamlara  toxunulub 
(1; 8; 9). 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
147
 
Araşdırmalar nəticəsində irəli sürülmüş fikirləri aşağıdakı ki-
mi ümumiləşdirə bilərik: 
1. Regionda təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif il-
lərdə  və  müxtəlif  dövlətlər  tərəfindən  irəli  sürülmüş  təşəbbüslərin 
heç  birinin  əməli  nəticəsinin  olmaması  belə  bir  qənaətə  gəlməyə 
əsas verir ki, böyük dövlətlərin və bölgə dövlətlərinin maraqları üst-
üstə düşməyəcəyi heç bir layihənin həyata keçmə şansı olmayacaq-
dır. 
2. Cənubi Qafqazın və Xəzər-Qara dəniz hövzəsinin təhlükə-
sizliyinin həlledici amillərindən biri təsir dairələri və hərbi-geostra-
teji blokların bir-biri ilə münasibətləri, ilk növbədə isə ABŞ-Rusiya, 
NATO-KTT  münasibətlərinin  xarakteri  ilə  bağlıdır.  Bu  müstəvidə 
tərəflərin təhlükəsizliklə bağlı ortaya qoyduğu açıq (Hərbi Doktri-
na)  və  gizli  mövqelərlə  (hərbi-geostrateji  maraqlar)  yanaşı,  müəy-
yən  ölkələrin  hərbi  bloklarla  bağlı  yürütdüyü  birbaşa  siyasət  də 
həlledici  rol  oynayır.  Bölgədə  hər  hansı  bir  ölkənin  yürütdüyü  is-
tənilən hərbi-strateji siyasət, təhlükəsizliklə bağlı atdığı addım, ya-
xud  nümayiş  etdirdiyi  geosiyasi  mövqe  dərhal  qarşı  tərəfin  ciddi 
reaksiyasını doğurur. 
3. Türkiyə Cənubi Qafqazda müttəfiqləri Azərbaycan və Gür-
cüstanın  vasitəsilə  regionun  təhlükəsizliyinin  təmin  edilməsində 
birbaşa  iştiraka  cəhd  edir,  həm  də  bu  ölkələrin  müstəqilliyinin  və 
təhlükəsizliyinin əlavə qarantı kimi çıxış etməklə, Şimali Atlantika 
bloku vasitəsilə onların müstəqilliyinə və milli təhlükəsizliyinə dəs-
tək  verməklə,  onların  Rusiyadan  asılılığını  minimuma  endirməyə 
çalışır.  Türkiyə  və  onun  üzvü  olduğu  NATO  Cənubi  Qafqazda 
Azərbaycanın, Cürcüstanın təhlükəsizliyinə dəstək verməsəydi, hət-
ta  bu  məsələdə  neytral  mövqe  tutsaydı,  o  zaman  bölgədə  heç  bir 
hərbi-geostrateji  proqramı,  yaxud  Rusiya  və  İranın  razı  olmadığı 
transmilli geoiqtisadi layihəni həyata keçirmək mümkün olmazdı. 
4. “Qafqaz evi” ideyası. Cənubi Qafqaz dövlətlərində cəmiy-
yətlər regional təhlükələrin nədən ibarət olduğunu hələ tam dərk et-
mirlər. Bu gün Cənubi Qafqaz ölkələrinin hər üçünün başı üzərində 
olan  təhlükələr  eynidir.  Odur  ki,  hər  hansı  ölkənin,  o  cümlədən 
Azərbaycanın təhlükəsizliyi dedikdə, hər şeydən əvvəl qlobal təhlü-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə