Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə44/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   40   41   42   43   44   45   46   47   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
133
 
 
Gülnar QASIMLI 
AMEA Ədəbiyyat İnstitutu 
Ədəbi tənqid şöbəsinin doktorantı 
E-mail: gulnar0486@mail.ru 
 
ÇANAQQALA SAVAŞININ MÜSTƏQİLLİK İLLƏRİNDƏ 
YAZILMIŞ POEMALARDA BƏDİİ ƏKSİ 
Açar sözlər: Çanaqqala savaşı, poema janrı, türk ordusu, Sevinc 
Nuruqızı, “Çanaqqala keçilməz” poeması 
Ümumtürk tarixinin şərəfli mərhələsindən biri də Çanaqqala 
savaşıdır.  Bu  şanlı  tarix  haqqında  bir  çox  araşdırmalar  və  bədii 
əsərlər yazılsa da, mövzu hələ də aktualdır. Eləcə də, 2015-ci ildə 
qələbənin yüz illiyi münasibətilə əlaqədar olaraq bir çox əsərlər ya-
zıldı. Bu əsərlər içərisində poema janrında yazılanlar da kifayət qə-
dər oldu. Bunlara nümunə olaraq Yusif Nəğməkarın “Çanaqqala”, 
Zəlimxan Yaqubun “Çanaqqala dastanı”, Sevinc Nuruqızının “Ça-
naqqala keçilməz” poemalarını göstərə bilərik. Bunların hər birində 
Çanaqqala  savaşının  müxtəlif  anları  müasir  zamanın  süzgəcində 
təqdim olunur. 
Sevinc  Nuruqızının  poeması  əsasında  həmin  savaşın  təfər-
rüatına bələd olmaq olar. Çanaqqala şəhidlərinin  ruhuna dərin  eh-
tiramla  yazılmış  “Çanaqqala  keçilməz”  poemasının  da  özək  möv-
zusu  həmin  tarixi  döyüşdür.  Dramatik  əsərlərə  məxsus  persojaları 
olan bu əsər mənzum dramı xatırladır. Girişdə Antata kimi birləş-
miş  qüvvələrin  öhdəsindən  gələn  bir  döyüşün  tarixinə  səyahət  et-
məyə dəvət edilir. 
Birinci  pərdədə  Çörçill  və  Ruzveltin  fikir  mübadiləsi  veril-
mişdir.  Birinci  pərdə  Çörçillin  sözləriylə  başlayır.  O,  həmsöhbəti 
Ruzveltə  Osmanlının  süqut  etdiyini,  keçdiyi  şanlı  yolun  artıq  bu 
yerdə bitdiyini xüsusi bir istehza ilə deyir. O, böyük aləmlərin açarı 
olan  İstanbulun  fəthi  üçün  artıq  hər  şeyin  tamamlanmış  olduğunu 
söyləyir. İçindəki nifrətin bariz nümunəsi bu sözlərə ifadə olunur: 
 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
134
 
“Silək Osmanlını Yer üzərindən 
Qoy türkün ünvanı yox olub getsin” (2, 21). 
Ruzvelt ehtiyatı əldən verməməyə çağırır ki, Osmanlı-Alman 
cəbhəsi birləşərək birgə mübarizə aparır. Çörçill isə qətiyyətli şəkil-
də bildirir ki, “İstanbulu tutub, Anadoludan Türkü çıxartmasaq, ra-
hat olmaram” (2, 22). Ruzvelt bu işin uğurla həyata keçiriləcəyinə 
ona görə əmindir ki, türkün silahı köhnəlib, bir qamçısı, bir topal atı 
qalıbdır.  
İkinci pərdədə bir aydır döyüş əmri gözləyən Admiral Karde-
nin türk diyarını çapıb-talamaq istəyi əks olunur. Admiral Kardenin 
yerinə Admiral Robeki göndərirlər. Buna cavab olaraq türk ordusu 
əzəldən mina gəmisi olan “Nüsrət”i ölüm-dirim savaşına hazırlayır. 
Yalnız Qaranlıq limandan başqa hər yer minalanır. Oranın minalan-
ması üçün komtan Cevat paşa Yüzbaşı Nazıma məsləhətlərini verir. 
Nəhayət  ki,  18  mart  tarixi  yetişir.  Böyük  komandir  Fahrı  bəy  əs-
gərlərini daha da ruhlandırır. Dənizin də, qarşı tərəfin də sakit ol-
duğunu  görən  Seyit  bəy  deyir  ki,  bunun  arxasında  nəsə  var.  O, 
zənnində yanılmır, Avropa ordusu müasir hərbi texnikası; Bouvet, 
Okean, İnfleksibl, Nelson, Aqamemnon, Quen Elizabet gəmiləri ilə 
hücuma keçir. Lakin müəllif düşmən gəmilərinin aqibətini belə təs-
vir edir: “Biri tüstüləndi, biri yelləndi, Bir çoxu ortadan paralandı-
lar” (2, 39). Əsgərlərdən Seyitlə Əlinin söhbətindən məlum olur ki, 
hələ Bouvet gəmisi sağ qalıb. Məhz bu gəmi üçün Seyit mərmi gə-
tirir  və  nişançı  Səlim  həmin  gəmini  də  nişan  alır.  Düşmənin  qəfil 
hücumundan Hilmi bəy yaralanır, huşu özünə gələndə kiminsə sağ 
qalmasını bilmək üçün çağırır. Onun bu çağırışına yaralı Əli cavab 
verir. Sağ qalan bu iki nəfər tanrı təfərindən türk ordusuna göndəri-
lən  xilaskarlar  olurlar.  Onlar  görürlər  ki,  düşmənin  vurulmayan 
Aqamemnon  gəmisi  türkləri  qırır.  Lakin  mərmini  topa  qoyacaq 
dekovil məhv edilib, nişançı da şəhid olubdur. Onların bir ehtiyat-
sızlığı tamamilə məhvə gətirib çıxarar. Seyit qollarında bütün türk-
lüyün gücü 276 kq çəkisi olan mərmini təkbaşına topa yerləşdirir və 
dəqiqliklə nişan alır. Düşmənlərin son ümidi, son pənahı olan gəmi-
ni də məhv edirlər. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
135
 
Üçüncü  pərdədə  artıq  Çanaqqaladakı  quru  döyüşlərinin  ge-
dişatı canlandırılıb. Ali baş komandan bildirir ki, suda məğlub ol-
muş düşmən asanlıqla geri çəkilməyəcək, quru döyüşlərində ümid 
axtaracaq. O, Fon Sanders, Mustafa Kamalla düşmənin növbəti hü-
cum əmrinin istiqaməti barədə məşvərət edir. Fon Sanders düşmə-
nin növbəti hücumunun Bolayar və ya Anadolu tərəfdən olacağını, 
Atatürk  isə  Seddülbahirdən  olacağını  deyir.  Bütün  təkliflər  dinlə-
nildikdən  sonra  səs  çoxluğu  ilə  Fon  Sandersin  təkifi  qəbul  edilir, 
bütün  ordu  həmin  istiqamətin  qorunmasına  səbərbər  edilir.  Lakin 
düşmən  Mustafa  Kamalın  dediyi  istiqamətdən  hücuma  keçir  və 
aprelin 25-də qanlı-qadalı döyüşlər başlanır. Bol silah-sursatı, yaxşı 
təlim  görmüş  qoşunu  olan  düşmənə  qarşı  az  miqdarda  silahlarla 
mübarizə  aparmaq  çətin  olduğu  qədər  də  tale  yüklü  məsələ  idi. 
Muftafa Kamal Hasan bəylə söhbətində qəti qərarını bildirir: “Hər 
kəsə döyüşmək savaşmaq deyil, Bilin ki, ölməyi mən əmr edirəm!” 
(2,  40).  Hasan  bəy  əsgərlərinə  Çanaqqala  keçilməz  tapşırığı  verir. 
Mehmetlə Hasan bəyin söhbətindən bəlli olur ki, ingilisin Norfolk 
alayı hücuma keçir. Gəliboyunda baş verən bu döyüşdə türk ordu-
sunun 136-cı alayına Munib bəy başçılıq edir. O, sərkərdələrinə xə-
bər verir ki, gələn bu alay iki min yeddi yüz altmış əsgərdən ibarət 
olan, nizamlı kral alayıdır ki, onun da başında ser Hamilton durur. 
Münib  bəy  döyüş  tapşırığı  verir  ki,  onları  çox  yaxına  buraxaraq, 
çaşdırmaq lazımdır. Sonra isə 20 tankdan beşi vurulmalıdır. Elə bu 
zaman  göy  üzündəki  yeddi  bulud  düşmən  qoşununu  çən-dumana 
bürüyür.  “Bulud  hardan  gəlib  hara  gedirdi?  Bulud  nə  bildi  ki, 
türklər dardadır?” (2, 49) – sualından aydın olur ki, tanrının bütün 
yaratdıqları türkün köməyinə can atır. Bulud çəkiləndə isə düşmən 
qoşunundan əsər-əlamət görünmür. 
Dördüncü  pərdədə  daha  bir  döyüş  səhnəsi  canlandırılır.  Sə-
mədlə Əhmədin söhbətindən bəlli olur ki, şəhid Mehmetin nişanlısı 
olan  Türkanın  bircə  gülləsi  də  hədəfdən  yayınmır.  Bu  zaman  əsir 
gətirilmiş Riçardla türk əsgərinin mərdi-mərdanə rəftarı alqış doğu-
rur.  Əhməd  bildirir  ki,  “Hərdən  sayıqlayır,  deyir  ki,  vardır  Döyüş 
xəritəsi arxa cibində” (2, 57). Hasan bəy tapşırıq verir ki, onu həki-
mə aparın sağalsın, sonra onu Türkanla sınağa çıxaracam. “Görək 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə