Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə47/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   43   44   45   46   47   48   49   50   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
142
 
daşıyan  ABŞ-a  yardım  etməklə  Türkiyə  NATO-ya  daxil  olmaq 
üçün onun dəstəyini qazandı (2, 149). Türk hərbçiləri Pxanmuncom 
barışığı imzalanana qədər döyüş əməliyyatlarında iştirak etdilər və 
hətta 1960-cı ilə qədər məhz ABŞ-ın tövsiyəsi ilə yarımadada təhlü-
kəsizliyi  təmin  etmək  məqsədilə  Koreyada  qaldılar.  Buna  səbəb 
türk əsgərinin müharibədə göstərdiyi şücaət idi. Təsadüfi deyil ki, o 
dövrdə  Ankaraya  gəlmiş  NATO  baş  komandanı  D.Eyzenhauer 
Türk ordusunun xidmətini xüsusi qeyd etmişdi (3, 2). 
İki ölkə arasında diplomatik münasibətlər 1957-ci ildə qurul-
du. Dövlət  başçılarının  rəsmi səfərləri isə baş  nazir A.Menderesin 
1958-ci ildə Seula səfəri ilə başlandı. İlk dekada yalnız hərbi sahədə 
əməkdaşlıqla yadda qaldı. Bu dövrdə siyasi, iqtisadi və mədəni sa-
hələrdə  heç  bir  müqavilə  imzalanmamışdı.  Türk  hərbi  kontingenti 
1971-ci  ilin  23  avqustunda  Koreyanı  tərk  etdikdən  sonra  iki  ölkə 
arasında  mədəni  və  iqtisadi  sahədə  də  əməkdaşlıq  inkişaf  etməyə 
başladı. 1974-cü il Türkiyə ilə Koreya Respublikası arasında mədə-
ni  sahədə  əməkdaşlıq  haqqında  saziş  imzalandı.  1977-ci  ilin  may 
ayında isə Koreya Respublikasının baş naziri Çoy Kyu Hanın baş-
çılığı ilə hökumət nümayəndə heyəti Ankara gəldi. Baş nazir iki öl-
kə arasında elmi-texniki əməkdaşlıq və iqtisadi-ticari münasibətlə-
rin inkişafı haqqında saziş imzaladı (4, 259). Türkiyə dövlət başçı-
larının prezident səviyyəsində ilk rəsmi səfəri 1982-ci ildə K.Evren 
tərəfindən həyata keçirildi. Onun Koreyada əsgəri xidmət keçməsi 
prezident olandan sonra məhz bu ölkə ilə dostluq münasibətlərinin 
iqtisadi  əməkdaşlıq  səviyyəsinə  çatdırmaq  arzusunu  şərtləndirdi. 
Həmin  dövrdə  uğurlu  iqtisadi  model  axtarışında  olan  baş  nazir 
T.Özal 1986-cı ildə Koreyaya rəsmi səfər etdi. Ekspertlərin fikrinə 
görə, məhz bu səfərdən sonra iki ölkə arasında hərbi sahədə əmək-
daşlıqdan iqtisadi əməkdaşlığa keçid baş verdi. Bunun nəticəsi ola-
raq, 1989-cu ildə Türkiyənin və Koreya Respublikasının iş adamla-
rının Şurası təsis olundu və ilk sammitlərini keçirməyə başladı. 
Məhz 80-ci illərdə Koreyanın işgüzar dairələri T.Özalın Tür-
kiyə iqtisadiyyatına investisiyalar cəlb etmə siyasətinə cavab olaraq 
bu  ölkəyə  yatırımlar  qoymağa  başladılar.  Türkiyədə  "Hunday", 
"Deu",  "Samsunq"un  iştirakı  ilə  müştərək  şirkətlərin  sayı  artmağa 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
143
 
başladı.  1991-ci  ildə  Koreya  Respublikasının  baş  naziri  Kan  Yun 
Xunun rəsmi səfərindən sonra "investisiyaların qarşılıqlı qorunması 
və təşviqi" haqqında iki ölkə arasında saziş əldə edildi. Bunun nəti-
cəsi  idi  ki,  Koreya  investisiyalarının  ümumi  həcmi  1991-ci  ildəki 
19 milyondan artaraq 2010-cu ildə 510 milyona çatdı. İki ölkə ara-
sında  ticarət  dövriyyəsi  isə  1990-cı  ildə  411  mln.,  2000-ci  ildə  1 
milyard 311 mln, 2012-ci ildə 6 milyard 188 mln. oldu (5, 144). 
Lakin  1996-cı  ildə  Asiyada  iqtisadi  böhran  əmtəə  dövriyyə-
sinin aşağı düşməsinə və investisiya iqliminin korlanmasına gətirib 
çıxardı. 2004-cü ilin fevaralında baş nazir R.T.Ərdoğanın Seula sə-
fəri münasibətlərdə katalizator rolunu oynadı. Səfər zamanı ölkəyə 
Koreya investisiyalarının daha çox cəlb edilməsi məsələsi müzakirə 
obyekti oldu. Məhz investisiya bazarını  yerində öyrənmək məqsə-
dilə  Koreya  Respublikası  XİN  Pan  Gimun  iki  aydan  sonra  Anka-
raya rəsmi səfər etdi. Bunun ardınca isə ilk dəfə olaraq Koreya pre-
zidenti Roh Moo  Hyun  2005-ci ilin aprelində Ankarada rəsmi sə-
fərdə oldu. Əsas müzakirə obyekti ikitərəfli münasibətlərin inkişaf 
etdirilməsi oldu. 2008-ci ildə baş nazir Xanq Son Sunun Ankaraya 
gəlişindən sonra səfərlər intensivləşməyə başladı. Bunun zirvə nöq-
təsini  A.Gülün  2010-cu  ilin  iyununda  Seula  səfəri  zamanı  Atom 
energetikası sahəsində əməkdaşlıq haqqında qarşılıqlı anlaşma Me-
morandumunun imzalanması oldu (4, 261). Həmin ilin noyabrında 
isə Seulda G-20-in zirvə toplantısında R.T.Ərdoğan KEPCO şirkəti 
ilə Qara dənizin Sinop bölgəsində AES-in tikilməsi ilə bağlı danı-
şıqlar apardı. Energetika naziri Y.Tanerin də iştirakına baxmayaraq 
müqavilə imzalanmadı. Koreya Respublikasının prezidenti Li Men 
Bakla görüşdən sonra isə Azad ticarət haqqında memorandum im-
zalandı. 3 raundlu görüşlərdən sonra 2012-ci ilin fevralında Li Men 
Bak Türkiyə prezidenti A.Gül ilə görüşdü. Hər iki prezident əmək-
daşlığı strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağın zəruriliyini vur-
ğuladılar  (6).  Həmin  ilin  26  martında  baş  nazir  R.T.Ərdoğanla  Li 
Men Bak arasında Azad ticarət haqqında imzalanan saziş 2013-cü il 
mayın 1-dən qüvvəyə mindi (7).  
Görüşdə  həm  də  Sinop  AES  haqda  danışıqlara  start  verildi. 
Azad ticarət haqqında Sazişə görə Koreyadan idxal olunan sənaye 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
144
 
malları 7 il gömrük rüsumundan azad oldu. 2014-cü ildə Azad tica-
rət haqda Sazişə investisiyalar və xidmətlər sektoru da aid edildi (5, 
151). 
Lakin tarix göstərdi ki, iki ölkə arasında əməkdaşlıq həmişə 
rəvan xətlə getmir. Belə ki, Sinop AES ilə bağlı danışıqlar uğursuz-
luqla nəticələndi. Bunu sonradan Türkiyə rəhbərliyinin 2013-cü il-
də həmin layihə barədə Yaponiya ilə saziş imzalaması və TBMM-
nin onu 2015-ci ilin aprelində ratifikasiya etməsi sübut etdi (8). La-
kin  buna  baxmayaraq,  Koreya  Respublikası  Türkiyə  üçün  Çindən 
sonra ikinci ticarət tərəfdaşıdır. Əməkdaşlıq mədəniyyət və turizm 
sahələrini daha geniş əhatə edir. 1972-ci ildə Hanquk Universitetin-
də Türkologiya, 1989-cu ildə isə Ankara Universitetində Koreyaşü-
naslıq  fakültələrinin  açılması  bunun  bariz  nümunəsidir.  Qarşılıqlı 
turizm intensiv şəkildə artır. Bunun üçün 2006-cı ildən  İnçxon-İs-
tanbul aviareysləri açılmışdır. Bu gün həftədə 22 uçuş həyata keçi-
rilir və ildə 250 min koreyalı turist Türkiyəyə səyahət edir (9). 
Beləliklə, hərbi əməkdaşlıqla başlayan Türkiyə-Cənubi Kore-
ya münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə qalxmış və 
artıq həyatın bütün sahələrini əhatə etməkdədir. 
ƏDƏBİYYAT 
1. Brief history of Korea – A Bird's-Eye View - Young Ick Lew 
with an afterword by Donald P.Gregg The Korea Society. New 
York, 2000. 
2. Gürün K. Dış ilişkiler ve Türk politikası (1939-dan günümüze 
kadar). Ankara, 1983. 
3. Kore"de türk askeri. Ankara, 1990. 
4. Хренов В.В. К 65-летию установления официальных отно-
шений между Турцией и Республикой Корея. История, эконо-
мика, международные отношения. М., 2015. 
5. Çolakoğlu S. Turkey’s East Asian Policy: From Security 
Concerns to Trade Partnerships. PERCEPTIONS, Winter 2012, 
Volume XVII, Number 4. 
6. Южнокорейско-турецкие отношения выйдут на уровень 
стратегического партнерства (7 февраля 2012). Единая Ко-


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə