Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə46/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   42   43   44   45   46   47   48   49   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
139
 
bələrindən sonra bu tendensiya halını aldı. Osmanlı haqqında məlu-
matlar verən nəşrlərin sayı daha da artdı. 
P.İ.Rıçkov 1767-ci ildə yazdığı “Kazan tarixi oçerkləri” əsə-
rində ilk dəfə olaraq tatarların tarixini təsvir etdi [1,39]. 
XIX əsrdə Şərq elmləri universitetlərdə və institutlarda tədris 
olunmağa  başladı.  1804-cü  il  nizamnaməsinə  əsasən  Moskva  uni-
versitetində Şərq dilləri fakültəsi açıldı. Kazan və Xarkov universi-
tetləri fəaliyyətə başladı. 1812-ci ildə Kazan universitetində “Tarix 
və  filologiya”  bölməsi  açıldı;  1804-1917-ci  illər  arasında  Kazan 
türkologiyanın bir mərkəzinə çevrildi. 
1823-cü  ildə  Sankt  Peterburqda  Xarici  İşlər  Nazirliyi  Asiya 
şöbəsinin nəzdində Şərq Dillərini Öyrədən İnstitut (Osmanlı türkcə-
sini  öyrədən  ilk  institut),  1820-ci  illərdə  Moskvada  Lazarev  adına 
Şərq  Dilləri  İnstitutu  və  Odessada  Rişelyev  adına  Şərq  İnstitutu 
(1828-1854) açıldı. 1804-cü ildə təsis edilmiş Kazan universitetində 
Şərq tarixi ilə bağlı mövcud olan materiallar XIX əsrin 50-ci illərin-
də  Peterburq  universitetində  açılan  Şərqşünaslıq  İnstituna  daşındı. 
1863-cü ildə bu universitetdə türk xalqlarının tarixini müstəqil şə-
kildə öyrənən Şərq tarixi kafedrası açıldı [3, 599-601]. 
Rusiyada şərqşünaslığın müstəqil bir sahə kimi qurulması və 
inkişafında M.A.Kazımbəyin (“Türk – tatar dilinin qrammatikası”, 
1839), O.N.Betlinqkin (“Yakut dilinin qrammatikası”, 1851), P.M. 
Melioranskovun  (“Türk  dilində  ərəb  filologiyası”,  1900),  A.N.Sa-
moyliviçin (“Krım-tatar qrammatikasının qısa kursu”,1916) mühüm 
xidmətləri  olmuşdur.  XVIII  əsrin  başlanğıcından  1917-ci  il  fevral 
inqilabına kimi Osip-Yulian İvanoviç Senkovski (1800-1858), Va-
siliy İvanoviç Verbitskiy (1827-1890), Yanuariy Osipoviç Yartsov 
(1792-1861),  Mirzə  Kazımbəy  (Mirza  –  Aleksandr  Kasimoviç  – 
1802-1870),  Nikolay  İvanoviç  Aşmarin  (1870-1933),  Ottovon 
Böthlingk  (1815-1904),  Lazar  Zaharoviç  Budaqov  (1812-1878), 
Nikolay İvanoviç İlminskiy (1822-1891), Nikolay Fedoroviç Kata-
nov  (1862-1922),  Vasiliy  Vladimiroviç  Katarinskiy  (1846-1902), 
Viktor Aleksandroviç Maksimoviç (1836-1900), Evfimiy Aleksan-
droviç  Malov  (1835-1918),  Vilhelm  Fridrix  Radlov  (1837-1918), 
Gordiy Semenoviç Sablukov (1804-1880) və digər müəlliflər rus və 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
140
 
ya alman dillərində yazdıqları əsərlərilə Rus türkologiyasına öz töh-
fələrini vermişlər [2,194]. 
Rus türkologiyası həm dünyəvi,  həm də dini maraqlara xid-
mət  etməkdə  idi.  Rusiya  dövləti  türklər  yaşayan  ərazilərə  alimləri 
ezam edirdi. Məsələn, Radlov və İlminskinin Cənubi Sibirə ekspe-
disiyaları dövlət tərəfindən dəstəklənirdi. 
Post-renessans  Avropasında  elmi-texniki  yeniliklərlə  yanaşı, 
sosial  bilim  sahələrində  də  dəyişmələr  ortaya  çıxdı.  Bu  baxımdan 
qədim kitabələrin dilləri açıldı, antik Misir kitabələri, fars yazıları, 
qədim Uyğur mətnləri, Orxon-Yenisey yazıları və s. oxundu. 
XVIII əsrin başlanğıcından etibarən rus türkologiyası alman, 
ingilis,  rus,  fransız  və  latın  dillərində  inkişaf  etdirildi.  Məsələn, 
Georg Jakob Kehr (1692-1740) əsərlərini Rusiyada işləməsinə rəğ-
mən almanca və latın dilində  yazırdı. Minas Mediçinin əsəri fran-
sızca nəşr edilmişdir (1844), Ottovon Böthlingk yakutçaya dair bö-
yük  əsərini  almanca  yazmışdır  (1851),  Radlov  rus  dililə  yanaşı 
əsərlərinin əksəriyyətini almanca yazmışdır. İlk dönəm rus türkoloji 
məktəbi müəllimlərinin və araşdırmaçılarının böyük bir qismi çox 
dillidir; məsələn, Dmitri Kantemirin şərq və qərb dillərindən toplam 
12 dildə bildiyi məlumdur. N.İ.Aşmarin çuvaş, tatar, rus, türk, ərəb, 
fars,  yunan,  latın,  fin,  macar  dillərinə  vaqif  imiş,  N.İ.İlminski  rus 
dilindən  başqa  ərəb, fars, Osmanlı  türkcəsi, tatar,  çuvaş, qazax və 
digər türk ləhcələrini də öyrənmişdir [2,195]. 
I Pyotrdan başlayaraq xarici siyasətlərində dini amildən istifa-
də edən rus imperatorları 1857-ci ildən Sovet rejimi qurulana qədər 
Rusiyanın  şərqə  və  qərbə  yayılmasının  təməl  prinsiplərindən  biri 
kimi bu ənənəyə sadiq oldular. Rus türkoloji məktəbinin öncülləri 
də elə əsasən xristian missionerləri idi. İlminskiy (1822-1891) məhz 
bu baxımdan daha çox səciyyələndirilir. 
Rus türkoloqları, o cümlədən əslən alman olan V.Radlov, İl-
minskiy,  Katarinskiy,  Melyoranskiy,  Malov,  Katanov,  Qumilyov, 
Kononov və Baskakov Orxon yazıları, qədim və yeni uyğur mətn-
ləri, “Qutadqu bilik”, erməni, siryani və yunan hərfli mətnlər, Səl-
cuq  türkcəsi,  Anadolu  dialektləri,  hətta  türk  dilinin  şivələri  kimi 
mövzulara toxunmuşlar. 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
141
 
ƏDƏBİYYAT 
1. Muxtarova Ə. Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)
Bakı, 2002. - 386 səh. 
2. Mehmet Kutalmış. Key features of the first period (1700-1917) 
of Russian turkology // The Journal of International Social 
Research. Volume: 7 Issue: 31. Year 2014; p.193-198. 
3. Liaisan Şahin. Russian Turkology: From Past to Present // Tür-
kiye Araştırmaları Literator Dergisi, Cilt 8, Sayı 15, 2010, 591-644 
4. Кононов А. Н. История изучения тюркских языков в России. 
Л.: Наука, 1972. 
_________________________ 
İqbal AĞAYEV 
Tarix üzrə fəlsəfə doktoru, 
Bakı Dövlət Universitetinin dosenti 
E-mail: igbal64@rambler.ru 
 
TÜRKİYƏ – CƏNUBİ KOREYA MÜNASİBƏTLƏRİ 
TARİXİNDƏN 
Açar sözlər: Türkiyə, Koreya Respublikası, Koreya müharibəsi, 
hərbi əməkdaşlıq 
Koreya Respublikası adlı dövlət tarix səhnəsinə İkinci dünya 
müharibəsinin sonunda Koreya yarımadasının 38-ci paraleldən cə-
nubunda  meydana  gəldi.  Respublika  ABŞ-ın  Uzaq  Şərq  planının 
tərkib hissəsi kimi 1948-ci il avqustun 15-də elan olundu (1, 26) və 
1949-cu il avqustun 11-də Türkiyə tərəfindən tanındı. O zamandan 
bu günədək İki ölkə arasında münasibətlər sosial-iqtisadi, siyasi və 
mədəni  sahələrin  geniş  spektrini  əhatə  etməyə  başladı.  Ən  əvvəl 
hərbi  sahəni  xüsusi  qeyd  etmək  lazımdır.  Çünki  məhz  bir  qədər 
sonra  başlanacaq  Koreya  müharibəsində  Türkiyə  özünün  daxili 
problemlərinə  baxmayaraq  15  minə  yaxın  hərbi  kontingenti  BMT 
TŞ-nin 27 iyun 1950-ci ildə qəbul etdiyi 38 saylı qətnaməsinə əsa-
sən vaxtaşırı olaraq təcavüzə məruz qalmış Koreya Respublikasının 
köməyinə  göndərdi.  Koreya  müharibəsinin  ağırlığını  çiyinlərində 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə