Türk xalqları tarixi kafedrası 25 Azərbaycanda



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə56/80
tarix30.12.2017
ölçüsü2,86 Kb.
#18314
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
169
 
lərin müəyyən bir qismi Azərbaycan tarixçilərinin əməyi ilə sanki 
yenidən  özümüzə  qaytarılmışdır.  Azərbaycan  tarixinin  ulu  türk 
dövrü  ilə  bağlı  yorulmaz  tədqiqatçı  Qüdrət  İsmayılzadənin  elmi 
fəaliyyəti diqqəti xüsusilə cəlb edir. 
Görkəmli alim və pedaqoq, arxeologiya və qədim dünya tari-
xi sahəsində respublikanın aparıcı mütəxəssislərindən biri, Beynəl-
xalq Arxeoloqlar Cəmiyyətinin Şərq bölməsi üzrə Azərbaycan böl-
məsinin sədri, “Azərbaycan Arxeologiyası” jurnalının baş redakto-
ru, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafed-
rasının  müdiri,  əməkdar  müəllim,  tarix  elmləri  doktoru,  professor 
Qüdrət Seyfulla oğlu  İsmayılzadənin  əsərləri Azərbaycanın qədim 
tarixinin  və  mədəniyyətinin  öyrənilməsində  əvəzsiz  rol  oynayır. 
Onun məhz türkologiya sahəsindəki sonrakı tədqiqatları ötən əsrin 
80-90-cı illərində və yeni əsrin ilk iki onilliyində Mərkəzi Asiyada 
keçirilən beynəlxalq simpozium və konfranslarla bağlı olmuşdur. 
Qüdrət  İsmayılzadə  ayrı-ayrı  illərdə  Aşqabad,  Bişkek,  Asta-
na, Alma-Ata, eləcə də İzmir, Ankara və İstanbulda keçirilən konf-
rans və simpoziumlarda, nəşr olunan elmi məcmuələrdə “Azərbay-
canın qayaüstü təsvirləri”, “Qədim Azərbaycanın oturaq cəmiyyət-
lərində köçəri kompleksləri”, “Azərbaycan ərazisi Böyük İpək Yolu 
tarixində”,  “E.ə.I  minillikdə  Azərbaycan  ərazisində  etno-mədəni 
proseslər”, “Qafqaz Albaniyasına məxsus bir abidənin təhlili”, “At 
haqqında daş salnamə”, “Azərbaycan ərazisində qədim türk dövrü” 
və  başqa  elmi  tədqqiqat  əsərləri,  məqalələri  dinlənilmiş  və  dərc 
edilmişdir. Həmin yazılarda görkəmli alim türk dövrünün Azərbay-
can tarixində mühüm mərhələ olduğunu sübuta yetirmişdir. 
Arxeoloq-alimin  Qazaxıstanda  nəşr  olunan  “Mədəni  miras” 
məqaləsi  də  böyük  maraqla  qarşılanmışdır.  Belə  ki,  Qazaxıstan 
Türk Akademiyasının təklifi ilə “At və onun türk dünyasının mədə-
ni-tarixi inkişafında rolu” adlı böyük layihənin icrası zamanı yorul-
maz alim az vaxt içərisində gərgin axtarış və tədqiqatlar nəticəsində 
aşağıda qeyd olunan yeddi məsələni uğurla başa çatdırmışdır: 
1. Türk dövrünün atçılıq tarixinə aid materialları toplamaq; 
2. Qədim dövrlərə aid atçılıqla bağlı ədəbiyyatın toplanılması 
və analizi; 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
170
 
3.  Qafqaz  və  Azərbaycanın  qayaüstü  təsvirlərində  ulu  türk 
dövrü atçılığına aid artefaktların təhlili; 
4. Mövzu ilə bağlı mənbələrin müqayisəli təhlilini aparmaq; 
5. Azərbaycan  ərazisində erkən atçılığa  aid təsvirlərin xüsu-
siyyətlərini müəyyən etmək; 
6. Atçılığa aid icmallar tərtib etmək; 
7. Atçılığın türk xalqlarının mədəni irsində yeri haqqında ge-
niş icmal hazırlamaq. 
Qüdrət İsmayılzadənin ötən əsrin 70-ci illərində Füzuli şəhəri 
yaxınlığında aşkar etdiyi Yedditəpə nekropolu bütün Qafqaz arxeo-
logiyası  üçün  əlamətdar  hadisə  kimi  qiymətləndirilmişdir.  Gərgin 
axtarışlar nəticəsində həmin nekropolda ulu türk  dövrünə aid zən-
gin qəbirlər üzə çıxarılmışdır. İri sal daşlardan düzəldilmiş hər bir 
qəbirdə vaxtilə üzü doğan günəşə yönəldilmiş və bükülü vəziyyətdə 
dəfn olunmuş döyüşçülərin nəşinə və onları müşaiyət edən zəngin 
dəfn avadanlığına təsadüf olunmuşdur. Onların içərisində iri ölçülü 
polad qılınclarla yanaşı, gümüş və bürüncdən, eləcə də şüşədən dü-
zəldilmiş nəfis sənət nümunələri: dolça və camlar, kiçik ölçülü fi-
qurlar, toqqa başlıqları, musiqi alətləri, bəzək nümunələri və digər 
tapıntılar  qeydə  alınmışdır.  Diqqətəlayiqdir  ki,  qeyd  olunan  tapın-
tıların  oxşarlarına  Azərbaycanda  və  o  zamankı  sovetlər  ölkəsinin 
heç bir  yerində  rast  gəlinməmişdir.  Qüdrət  İsmayılzadə aşkar olu-
nan nekropolu və açılan qəbirləri tutarlı dəlillərlə Azərbaycan tari-
xində ulu türk dövrü ilə əlaqələndirmişdir. 
Qüdrət İsmayılzadənin Qobustan təsvirləri ilə bağlı axtarışları 
da çox önəmli olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Qobustan 
qayaüstü təsvirləri uzun müddət elmi tədqiqat obyekti olmamış və 
diqqətdən  kənarda  qalmışdı.  Görkəmli  alim  uzun  müddət  ilk  orta 
əsrlərə aid edilən Qobustan təsvirlərini sistemləşdirərək, geniş mü-
qayisəli  materiallar  əsasında  onları  bilavasitə  türk  dünyasına  aid 
incəsənət  nümunələri  olmasını  üzə  çıxarmış  və  bu  haqda  2008-ci 
ildə Astana şəhərində keçirilən beynəlxalq konfransda geniş məruzə 
ilə çıxış etmişdir. Mədəni irsimizin mühüm göstəricisi olan Qobus-
tan  qaya  təsvirlərinin  ilk  orta  əsrlərə  aid  olan  nümunələrini  türk 
dünyasına  məxsus  irsə  aid  etməklə,  bu  zaman  kəsiyini  türk  dövrü 


Türk xalqları tarixi kafedrası – 25 
Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri 
171
 
kimi  qeyd  etməyi  elmi  əsaslarla  bildirmişdir.  Həmin  məruzə  çap 
olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdır. 
Ümumilikdə, bütün deyilənlərə əsasən görkəmli alim Qüdrət 
İsmayılzadənin bəhs  edilən dövrə  aid elmi araşdırmaları  Azərbay-
canda aşkara çıxarılan ulu türk dövrünün izlərinin türk dünyasının 
digər maddi-mədəniyyət nümunələri ilə uyğunluğunu və türk xalq-
larının etnik və mənəvi yaxınlığını sübuta yetirir. 
ƏDƏBİYYAT 
1. İsmayılzadə Q.S. Azərbaycanın ilk orta əsr arxeologiyasında 
yenilik. Azərbaycan arxeologiyası. Bakı, 2016. №2, s.70-76. 
2. İsmayılzadə Q. Tarixi Azərbaycan torpaqlarında ulu türk dövrü. 
Türk dünyası: dünəni və bu günü (beynəlxalq elmi konfrans), tezis-
lər. 23-24 may 2011. 
3. Джафарзаде И.М. Наскальные изображения Гобустана
Труды Музея Истории Азербайджана. Баку, 1195. С.99-114. 
4. Савинов Д.Г. Древнетюркская эпоха: Некоторые общие 
вопросы изучения археологических памятников и их историко-
культурной интерпретации // Диалог цивилизаций. №1 (4), 
Бишкек, 2004, с.17-25. 
5. Исмаилзаде Г.С. Петроглифы Азербайджана как составная 
часть древнейшего искусства Евразии. К вопросу о характер-
ных особенностях петроглифов Азербайджана // Мир 
Наскального искусства. М., 2005, с.118-121. 
6. Исмаилзаде Г.С. К истории культурной интерпретации 
древних наскальных изображений на территории Азербай-
джана. Проблемы изучения наскальных изображений в СССР. 
М.,1990, с. 91-98. 
7. Фараджова М.Н. Гобустан, Чашечные углубления. Баку, 
2007. 
_________________________ 
 
 
 
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə