Mövsüm m
ərasimləri tək tayfanın, ulusun əmin-
amanlığına xidmət etmir. Ayrı-ayrı ailənin, şəxsin səadətinin
t
əmin olunması məqsədi güdən bir sıra mərasimlər də var.
Onlar da şamanın, lamanın, mollanın, eləcə də digər dinlərin
t
əbliğatçılarının iştirakı ilə keçirilir. Əlbəttə, bu
m
ərasimlərin bir çoxu xalqın yaşayış tərzi, məşğuliyyəti
(
əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq), təbii şərait
(dağlıq, düzəngah, meşəlik, iqlim şəraiti (soyuq, isti))… ilə
bağlıdır.
Xakasların mövsüm mərasimlərinə də dinin təsiri güclü
olmuşdur. Əvvəllər şamanizmin geniş yayıldığı Xakasiya
ərazisində XVII-XVIII əsrlərdən lamaizmin təsirilə milli
dinin xüsusi forması olan Ax Çayan (“Ağ İnam”) yaransa da,
xalq arasında dərin kök sala bilmədi. Ax Çayanı bəziləri din
kimi q
ələmə versələr də, əslində o, burxanizmdən törəmə idi.
Burxanizm Altayda daha geniş yayılmışdır. Xakaslar qışı,
yayı bir-birindən ayıran vaxta «Çıl pazı», yəni İl başı
deyirl
ər. Əvvəllər yazın gəlişini ququ quşunun ötməsindən,
ya da göy gurultusundan bilirdil
ər.
XIX
əsrdə xakas tayfaları olan koyballar, kızıllar,
sağaylar, beltirlər, kaçinlər (xaaslar) rus missionerləri
t
ərəfindən xristianlaşdırılsalar da, bu günə qədər xristianlıq
burada formal xarakter daşıyır. Bununla belə, xaç suyuna
salınma zamanı (“Mıltıx”), Maslenitsa (“Sarıq xapx”), Pasxa
(“Çidimek”) kimi dini bayramlar qeyd olunur. Xakaslar
arasında xristianlığın formal olmasına baxmayaraq xristian
bayramlarının qeyd edilməsi buranın əhalisinin bu gün 80%-
d
ən çoxunun rus olması ilə əlaqədardır. Xakas etnoqrafı
V.Butanayev,
yanlış olaraq, “Valideynlər günü” (“Xara
nımırxa”) adlandırdığı ölülərin yad edilmə gününün qeyd
110
edilm
əsini də xristianlıqla bağlayır [125, s.177]. Əslində
araşdırmalar bu günün Ölü çərşənbəsi (üçüncü çərşənbə) adı
il
ə Azərbaycanda geniş yayıldığını, İslamdan da,
xristianlıqdan da, zərdüştilikdən də əvvəlki dövrlərdə
yarandığını söyləməyə imkan verir.
Şamanizmdə olduğu kimi, Ax Çayanda da kainat
(“tilekey”) üç yer
ə bölünür: yerüstü, orta, yeraltı aləm.
Göyd
əki doqquz yaradıcının ən böyüyü Çalbıros – Çayaçı,
yaxud Ax Xudaydır. Onlar yeri, insanları, bitki və heyvanlar
al
əmini yaratmışlar…
V.Butanayev
ə görə, hər il xakaslar iyun-iyul aylarında
Ax Çayanın şərəfinə alqış söyləyirdilər. Bu mərasim
“alqısçılı” adlanan ağ paltarlı şəxsin müşaiyətilə keçirilirdi.
Xakas etnoqrafına görə, “kamlar buraya buraxılmazdılar”
[125, s.178]. M
ərasim üçün bakirə qızlar ağ inək, ya da ağ
madyan sağırdılar. Burada içki içmək qadağan idi. Ax
Çayana qurban olaraq qoyun, qoç k
əsilirdi:
Xatıq kuqurt tansan turzın,
Xara nanmır çaan turzın! [125, s.178]
(Qoy ildırım çaxsın,
Qoy güclü yağış yağsın!)
Bu h
əm də yağışın çağırılması mərasimidir. Ax
Çayana, xüsusil
ə də, ildırım çaxdıran Kqut Çayana kəsilən
qurbanların, ona ünvanlanan xahişlərin, yalvarışların
müqabilind
ə xakaslar torpaq üçün bol yağış gözləyirdilər.
Onu da qeyd ed
ək ki, Xakasiyada olarkən bir çox xakas
ziyalıları
ilə
söhb
ətlərimizdən məlum oldu ki,
111
V.Butanayevin k
əskin tərəfdarı olduğu Ax Çayanın təbliği
çoxlarının xoşuna gəlmir. Onlara görə, bu təriqətin
xakaslarla heç bir
əlaqəsi yoxdur.
Ümumilikd
ə götürəndə, V.Butanayevin xakaslar
arasında Ax Çayanı müstəqil bir din kimi təqdim etməsi
yanlışdır. Əvvəlcə Çayan “dini” ilə bağlı mərasimə kamların
buraxılmadığını, şamanların (kamların) sürünənlərlə,
bataqlıqlarla, xəstəliklərlə birgə yeraltı şər qüvvələr, Erlik-
xan t
ərəfindən yaradıldığını yazan V.Butanayev özü özünü
t
əkzib edərək deyir: “İnsanlarla yiyələr arasında vasitəçi
kimi xakas kahinl
əri – kamlar çıxış edirlər”. Daha sonra
t
ədqiqatçı şaman vergisindən, onların ustadları olan ulu
şamandan (“puqdur kam”… bəhs edir) [125, s.178].
Göründüyü kimi
, Ax Çayan şamanizmlə, xristianlıqla,
buddizml
ə qarışaraq burxanizmin yarımçıq forması təsiri
bağışlayır.
Yeraltı aləmdə (“ayna çiri”) yeddi yeraltı hakim qüvvə,
erlikl
ər yaşayır. Onların ən böyüyü isə Erlik-xan, ya da
Çines-
xandır. Orta qat, yəni insanların yaşadığı aləm
(“künniq çir”) x
əyallar, ilğımlar ölkəsi (“arqan çir”) də
adlanır. Yalnız ölümündən sonra insan əsl dünyaya (“sın
çir”) (haqq dünyasına – G.Y.) düşür. Burada günümüzdə
İslam dini ilə bağlanılan “biz yalan dünyadayıq, ölənlər haqq
dünyasında” ifadəsinin köklərinin qədimliyi üzə çıxır. Orta
qatda bir çox yiy
ələr var: “tağ yeezi” (“dağ yiyəsi”), “suğ
yeezi” (“su yiy
əsi”), “ot yeezi” (“od yiyəsi”)… Xakaslar bu
yiy
ələrə öz alqışlarında “apalar” (əcdadlar, ulular), ya da
“uuçalar” (n
ənələr) deyə müraciət edirlər. Xakas iblərindən
(evl
ərindən – G.Y.) “tesi” (bünövrə, mahiyyət) adlandırılan
antropomorf, zoomorf fiqurlar asılır. Bunlar ailənin,
112
tayfanın, əcdad ruhların, sayılan totemlərin fiqurları idi.
Onları kamın tapşırığı ilə bakirə qızlar hazırlayırdılar.
Xakasların ulu babaları Ayla Günəşin toy mərasimini
d
ə yalnız ilk dəfə evlənənlər üçün keçirirlər. İkinci, ya
üçüncü d
əfə evlənənlər üçün Ay-Günəş toyu keçirilməzdi.
Xakasların əski bayramlarının dirçəldilməsində
V.Tatarova, Q.Kazaçi
nova, V.Kotojekov, İ.Topoyev kimi
ziyalıların böyük rolu olmuşdur.Xakaslar bütün yayı tayığ
(qurban) bayramları keçirirlər. Bu vaxt onlar Göyə (“tiqir
tayii”), suya (“suğ tayii”), daş balballara (“iney tayii”),
tozağacına (“xızın tayii”)…, eləcə də digər bu kimi yerlərə
qurban k
əsirdilər. Xakasiya ərazisində 200-ə qədər dini
bayramlar keçiril
ən ovalar, ocaqlar, pirlər var. Tıva
türkl
ərində rast gəlinən ovaalar Xakasiya ərazisində də
mövcuddur. Onlar bu pirl
əri “obaa” adlandırırlar. Azərbayan
türkc
əsində bu söz “oba” kimi qalsa da, anlamını
d
əyişmişdir.
Əgər qaqauzlar “canavar yortuları” keçirirdilərsə,
xakaslar “Aba toyı” deyilən Ayı bayramı keçirirdilər. Hər
d
əfə ayı ovundan sonar bütün gecə “abam öldi” (“atam
öldü”) dey
ə ağlaşırdılar. İnama görə, ayı xakas türklərinin
ulu
əcdadlarından olduğu üçün onu “ata” deyə ağlayırdılar
ki, tayfaya, ail
əyə fəlakət üz verməsin (dərisi soyulmuş və
üzü üst
ə uzadılmış ayı insana çox bənzəyir – G.Y.).
Xakasların keçirdikləri bayramlardan biri də Imay toyı
deyil
ən bayramdır. Bu bayram evdə körpə uşaq dünyaya
g
ələrkən keçirilir, aaldakı bütün uşaqlar çağırılır, “poxtı”
adlanan qaymaqlı sıyığa qonaq edilirdilər [125, s.178].
Fikrimizc
ə, mərasimlərin mövsüm, ailə-məişət
m
ərasimlərinə bölünməsi şərtidir. Mövsüm mərasimləri kimi
113
Dostları ilə paylaş: |