çuvaşlarda da rast gəlinir [72, s.99]. Başqa bir adətə görə,
bütün k
ənddən bir qab un toplayır, onu çardağa qoyur, yağış
yağanda ondan xəmir yoğurub kökə bişirərək yeyirdilər.
S
əməni mərasimində isə cücərmiş buğdanı əzib suyunu çaya,
bulağa tökür, qalığına un qataraq xəmir yoğurur, kömbə
bişirib yeyirdilər. S.M.Demidov səməni mərasimi də daxil,
bütün yuxa
rıda sadaladığımız yağışı çağırma ayinlərinin
əkinçilər qədər heyvandarlara da aid olduğunu vurğulayır
[140, s.18].
Üçüncü üsul yağış çağıran xüsusi adamların icra
etdikl
əri müxtəlif ayinlərlə bağlıdır. Ayin zamanı əsadan da
istifad
ə edən şəxs əsasən yüksək yerə çıxaraq başına xələt
salırdı. S.M.Demidov yağışı çağıranın bu ayininin oğuz
türkl
ərindəki şaman ayinlərini xatırlatdığını qeyd edir [140,
s.20].
Türk şamanlarının yada daşının köməyilə yağış
yağdırmaları,
buludları
hərəkətə
g
ətirmələri, qar
yağdırmaları da məlumdur. Kars tərəfdə uşaqlar parçadan,
qolları ağacdan düzəldilmiş Çömçə Gəlini evbəev gəzdirib,
qaqauzların
“Pipiruda
türküləri” kimi, təkərləmə
oxuyurdular:
Godi, Godiyi gördün mü,
Godiye selam verdin mi?
Godi burdan geçerken,
Bir tas suyun verdinmi?
Ver, Allahım, ver, bir sürü yağmur… [75, s.99]
Türkiy
ənin Mardin bölgəsində Godi yerinə Dodu
deyilir:
106
Dodu Dodu neden oldu?
Bir kaşıkcık sudan oldu.
Verin Dodunun hakkını,
Gitsin ardına bakını.
Türkiy
əli tədqiqatçı Y.Kalafat ölkənin bir çox
yerl
ərində bu ayinin çeşidli adlarla keçirildiyini yazır [75,
s.99].
Göründüyü kimi, ist
ər Azərbaycan ərazisində, istərsə
d
ə digər ölkələrdə yağışı yağdırmaq, Günəşi çağırmaq kimi
insanların ilkin animist dünyagörüşündən doğan mərasimlər
bir-birin
ə çox bənzəyir, eyni məqsədə xidmət edir. Bu cür
sırf təbiət qüvvələrinə xas olan məsələləri öz istəkləri
istiqam
ətinə yönəltməyə çalışan insanlar, əsasən, şaman olan
tayfa, q
əbilə başçısının, el ağsaqqalının, İslam dininin
q
əbulundan sonra isə mollanın, axundun bu mərasimlərdə
iştirakına, yardımına ehtiyac duymuşlar. Sonrakı dövrlərdə
xalqı şamansız qoyan din xadimləri (mollalar, axundlar)
şamanlara olan ehtiyacı özləri ödəmək məcburiyyətində
qalmışlar.
Maraqlı ayinlərdən biri də yelin çağırılması ilə
bağlıdır. Günəşlə yağışı çağırmaqdan fərqli olaraq yel
çağırma mərasiminə o qədər də ehtiyac olmur. Bu ayin biçin
biçilib d
ərzlər yığılıb güntutan, yeltutan yerdəki xırmana
yayıldığı vaxt icra olunurdu. Öküz vəlləri üstündə
dolandırıldıqdan sonra saman şanayla, yabayla yığılıb kənara
çıxarılır. Dəni sovurmaq üçün yel lazım olur:
107
A Yel baba, Yel baba,
Qurban s
ənə, gəl, baba.
Unnuqda unumuz yox,
D
ənnikdə dənimiz yox.
Az
ərbaycanda da, bir sıra türk boylarında olduğu kimi,
Yel babaya Heydar da deyilir. İnama görə, o, atını minib
çaparsa, yel
əsəcək:
Heydar, Heydar,
əsə gəl,
Xırmanları basa gəl.
Arvad-
uşaq qırıldı,
Dayanma, dur yasa g
əl.
Ya da:
Heydar, Heydar,
Heydar, Heydar.
G
əl, atına saman apar.
Arpa des
ən,
Arpa m
əndə.
Torba des
ən,
Torban m
əndə.
S
əndən təki
G
əlmək olsun.
Min atına,
Kül
ək olsun.
108
Heydar, Heydar,
İmana gəl.
Sür atını
Xırmana gəl [8, s.23-24]
Türkm
ənlər xırman vaxtı payanın ucuna bir dəstə
saman bağlayıb dikinə yerə sancırdılar. Əgər yel payanı aşıra
bil
əcək gücdə əsirdisə, o zaman işə başlayır, buğdanı
sovurur, «yelin piri» Haydar babaya, Mir Haydara «xuday
yolu» deyil
ən qurbanlıq ünvanlanırdı: «Haydarbabanın
yoluna bir çör
ək, yel qoysa». Sovurma zamanı yel əsirdisə,
k
ənarda kasıblar üçün bir vedrə buğda qoyurdular. Əgər
xırman kənddən uzaqda idisə, o zaman quşlar üçün buğda
s
əpirdilər [140, s.20-21].
Bir çox m
ərasimlərdə, ayinlərdə oxunan ovsun
xarakterli n
əğmələri dörd ünsürün adını verdiyi çərşənbələrə
p
ərçimləyən A.Nəbiyev avqust ayında taxılın sovurulması
zamanı Yel babanın çağırılması məqsədilə oxunan sözləri,
yanlış olaraq, yel çərşənbəsi adını verdiyi martın ortalarında
qeyd olunan üçüncü ç
ərşənbəyə, yəni Qara çərşənbəyə, Ölü
ç
ərşənbəsinə aid etmişdir:
…A Yel baba, Yel baba,
Qurban s
ənə, gəl baba.
Taxılımız yerdə qaldı.
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba,
Qurban s
ənə, gəl baba… [26, s.33]
109
Dostları ilə paylaş: |