Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə30/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   26   27   28   29   30   31   32   33   ...   105

İrandilli 
xalqlarda 
yağışı 
çağırmanın, 
yağış 
yağdırmanın  izlərinin  “Avesta”da da özünü göstərməsi  
bütün  xalqların  bu  mərasimi məhz  oradan  aldığına  dəlalət 
etmir.  Burada  yağış  suyu  yiyəsi Tir ulduzu (Sirius) 
Tiştirədir. O, Hürmüzdün tapşırığı ilə yağış yağdırıb təbiətə 
can verir, Əhrimən isə Apoşla mübarizədə qalib gəlir, yenə 
d
ə  yağış  yağır,  bitkilər cana gəlir. Azərbaycanın  mənəvi 
m
ədəniyyət nümunələrindəki mifik-zoomorf  əjdaha, Sibir 
türkl
ərində  olduğu  kimi,  yağışın  qabağını  alan  qara  qüvvə 
olaraq göst
ərilir. 
S.M.Demidov Biruniy
ə  (X  əsr)  əsaslanaraq  yazır  ki, 
irandilli  xalqlar  tir  ayının  13-də  Tiraqan  bayramı  keçirir, 
h
əmin gün qab-qacaq  sındırır,  «ocaq  qırırdılar»  [140, s.7]. 
İran  əhalisinin  «ocaq  qırması»,  dağıtması  istinin  insanlara 
verdiyi 
əzablara  üsyandan,  yağışın  istəyindən xəbər verir. 
H
əmin gün Xəzərin sahilində  yaşayan  insanlar  dənizin 
sahilin
ə  gedərək bütün günlərini suda keçirir, müxtəlif 
oyunlar  oynayırdılar.  Onu  da  qeyd  edək ki, səkkizinci  ayın 
islamaq
ədərki  adı  türkmənlər arasında  «mərət»dir. 
Dilimizd
əki «mərətə  qalsın!»  qarğışında  da  hər  hansı  bir 
işin, əşyanın ən isti, quraqlıq keçən mərətə qalması nəzərdə 
tutulur.   
Yağışın  çağırılması  ilə  bağlı  mərasimlərdən biri də 
müs
əlla mərasimidir. Kökü qədimlərə gedən bu mərasimə də 
sonradan  İslam  ünsürləri  daxil  edilmiş,  hətta  onun  adı  belə 
ərəb dilindən  götürülmüşdür.  Belə  ki,  ərəbcə  “müsəlla” 
namaz qılınan, dua oxunan yer mənasını verir. Bu mərasimə 
Şabran kəndlərində “təvali” də deyirdilər [1, s.142].  
Ş.Quliyevə  görə,  “Dağlıq  Qarabağda  və  bəzi 
rayonlarda  quraqlıq  illərində  qadınları  “cütə  qoşaq”,  bir 
102 
 


n
əfər isə  əlindəki  çubuqla  onları  “vurarmış”.  Guya  belə  bir 
acınacaqlı  vəziyyəti  görüb  qadınların  halına  yanan  Allah 
onlara yağış göndərəcək [1, s.147]. Eyni mərasimi tanınmış 
ingili
s  dinşünası,  etnoloqu  Ceyms  Frezer  (1854-1941) də 
t
əsvir  edir,  bunun  Qafqazda  pşavlarda,  xevsurlarda,  eyni 
zamanda gürcül
ərlə  ermənilərdə  də  olduğunu  yazır.  Pşav-
xevsurlarda  qadınların  cütə  qoşulması  cütlə  “yağış  əkmək” 
adlandırılırdı [205, s.73].  
Göründüyü kimi, t
əbiət hadisələrini öz xeyirinə dəyişmək 
ist
əyən qədim insanlar müxtəlif mərasimlərlə, ayinlərlə  öz 
m
əqsədlərinə  çatmağa  çalışmışdılar.  Belə  ki,  quraqlıqdan 
əziyyət çəkən  xalqlar  yaşadıqları  ərazilərin  əsas özəlliklərinə 
uyğun olaraq dini normalar çərçivəsində kökü qədim dövrlərlə 
bağlı olan qodu-qodu (dodu-dodu, dodola, dodolu…), müsəlla 
(t
əvali) kimi mərasimlərdən istifadə  etmişlər.  Bir daha 
vurğulayaq ki, hansı ad altında olursa, olsun, yağışı, Günəşi 
çağırmanı  heç  bir  dinə,  etnosa  bağlamaq düzgün deyil. 
Az
ərbaycanda qodu-qodu mərasiminin geniş yayıldığını əldə 
əsas tutaraq bu mərasimi türk xalqları ilə deyil, slavyanlarla 
bağlayanların  yanlış  nəticəyə  gəldiklərini qədim türklərdə 
yağış  yağdırmaq  məqsədilə  “qada”  daşından  istifadə 
olunduğunu misal gətirərək  sübut etmək  olar. Bəzi 
t
ədqiqatçılar  çox  vaxt  zahiri  oxşarlığa,  geniş  xalq  kütləsi 
üçün  izahı  çətinlik törətməyən, gözlə  görünən  uyğunluğa 
üstünlük verir, alt qata baş vurmadan, geniş, dərin təhlil və 
müqayis
ələrdən  qaçırlar.  Eyni  sözləri  bir  sıra  qaqauz 
ad
ətlərini, mərasimlərini  slavyan  bolqarlarla  bağlayan  bəzi 
qaqauz, rus, bolqar aliml
əri  haqqında  da  demək olar. 
A.Manof  “Dodolu” v
ə  “germenço” ilə  bağlı  adətlərin 
qaqauzlarai deyil, bolqarlara aid 
olduğunu  qeyd  edir  [85, 
103 
 


s.91].  İndiki  Qaqauz Yerindəki Tatar-Kıpçak  (Tatar-
Kopçak) k
əndində  bu adətlə  bağlı  mahnılara  “Pipiruda” 
(“pipiruda türkül
əri”) deyilir: 
 
Pipiruda gez
əriz, 
Allaxa duva ed
əriz. 
Ver allaxım yaamurcuk             (2 kerə) 
Tarlalara çamurcuk 
 
Teknel
ərə xamurcuk   (2 kerə) 
Fırınnara somuncuk 
Uşaklara kolaççık   (2 kerə)[82, s.100-101] 
 
Yaamurcuklar yaasın. 
Bollucaklar olsun.          (2 ker
ə) 
Xambarlarımız dolsun, 
Pipiruda, l
ədolö, 
Pipiruda, ruda, l
ədolö, 
Yaamurcuklar yaasın, 
Bollucaklar olsun.          (2 ker
ə) 
Xambarlarımız dolsun [82, s.100-101]. 
 
S.M.Demidov  yanlış  olaraq  Orta  Asiya  xalqlarının 
(türkm
ən, tacik, özbək, qarakalpak…) suvarma ilə, 
əkinçiliklə  bağlı  əsas  personajı  olan  Baba  Dehqanı 
irandillil
ərə  aid edir [140, s.8]. Bir çox kəndlərdə  icmaya 
m
əxsus su hövzəsindən müəyyən qədər  Dehqan  Babanın 
şərəfinə  əkilmiş  sahələr  sulanır.  Bu  sahənin məhsulu 
yetiml
ərə, dullara, ümumiyyətlə kasıblara paylanılır. Onu da 
qeyd ed
ək  ki,  Dehqan  Babanın  şərəfinə  buğdanı  əkən el 
104 
 


ağsaqqalı  dəni səpə-səpə  deyir:  “Mənim  əlim deyil, Baba 
Dayxan 
əli”. Türkmənlərdə yağışı çağırmaq məqsədilə yağış 
hamisi Bürküt Atanın şərəfinə ayinlər icra edir, bir-birini su 
il
ə  isladır,  yağış  yağdıra  bilən adamlara müraciət edirlər. 
R
əvayətə  görə, Bürküt Ata  Tanrıdan  yağmur  istəyir, 
əvəzində 40 gün tək ayağının üstündə durur. Bundan sonra o 
yağmur  yiyəsi  kimi  anılır.  Deyirlər,  Bürküt  Ata  tarlasını 
şumlayarkən qamçısı ilə buludları qovarmış. [76, s.208].   
Əlbəttə  ki,  yağışı  çağırma  adəti bütün əraziyə  şamil 
edil
ə  bilməz. O yerdə  ki,  su  bol,  yağışa  ehtiyac  yox  idi, 
orada  yağışı  çağırma  mərasimi keçirilməzdi. Türkmənlər 
k
əndin yaxınlığındakı bir təpənin başına keçi, nadir hallarda 
is
ə  qoç  bağlayır,  onu  isti  Günəşin  altında  susuz  qoyaraq 
düşünürdülər ki, heyvanın mələməsi Bürkütün diqqətini daha 
tez c
əlb edəcək.  O  da  heyvana  yazığı  gəldiyindən  yağış 
yağdıracaq  [140,  s.18].  Başqa  bir  ayinə  körə, 40 keçəlin 
adını  bir  quru  kəlləyə,  ya  da  kağıza  yazıb  yazı  yuyulub 
silin
ənə  qədər  axar  suya  qoyurdular.  İnama  görə, bu qədər 
keç
əlin  tapılması  çox  zəhmət tələb etdiyindən Bürküt Ata 
(«bürkü» sözün
ə  diqqət edək  –  G.Y.)  onların  əməyini 
qiym
ətləndirərək  yağış  göndərəcəkdi. Deyingən  qadının 
x
əmir  mayasını  suya  ataraq  onu  qəzəbləndirmək, tez 
özünd
ən çıxan hirsli kişini suya atmaq da yağışın yağmasını 
t
əmin etməyə yönəlmişdir  [140, s.18]. 
Dig
ər  üsul  insanların  bir-birini,  övladı  çox  olan 
birisini,  mirabları,  varlı  adamları  su  ilə  islatmalarıdır. 
Bunların daha geniş yayılanı uşaqların aulda evbəev gəzərək 
şeir söyləməsi, ev yiyələrinin onları islatması, yeməli şeylər 
verm
əsidir.  Uşaqlar  yığdıqlarını  çardağa  qoyur,  yağış 
yağanda yeyirdilər. Bu adətə «tutatın» deyirdilər. Eyni ayinə 
105 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə