Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə38/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   34   35   36   37   38   39   40   41   ...   105

bağlıdır),  həm də  Günün  doğması,  günlərin  uzanmasının 
başlanğıc  günüdür.  Bu  münasibətlə  də  Gündoğan  bayramı 
keçirilir… Əslində elə yeni il Gündoğanla, Günəşin doğuşu ilə 
başlayır. Çünki Günəş həyat deməkdir… Onun əsl doğuşu isə 
m
əhz 22 dekabrda, günlərin gecələrə qalib gələrək yavaş-yavaş 
uzandığı anda baş verir. 22 martda isə sadəcə gün, gündüz gecə 
il
ə bərabərləşir, onu ötməyə başlayır… 
Böyük Çill
ənin  girişi  ilə  xalqların  bir  çoxu  Gündoğan, 
Narduqan 
bayramına hazırlaşır...  
 
3) GÜNDOĞAN BAYRAMI 
 
Narduqanı  (Nardoğanı)  bəzən  İdel-Uralın  yeni  ili  də 
adlandırırlar.  İslamaqədərki  bayramlar  arasında  özünün  özəl 
yeri olan Narduqan bölg
ənin bir çox xalqlarında qeyd olunur.  
B
əzi tədqiqatçılara  görə, Narduqan monqol dilindəki 
“nar”  (Gün
əş),  türk  dilindəki  “tuqan”  (doğulan,  doğan) 
dem
əkdir. Tatarca bu bayrama “Koyaş  Tua”, yəni  “Günəş 
Doğan”  gün deyirlər (Günəş  –  tatarca  Koyaş),  tatarların  bəzi 
qrupları,  başkortlar,  udmurdlar  “Narduqan”,  “Marduqan”, 
mişar  tatarları  “Raştua”,  çuvaşlar  “Nartavan”, ya da 
“Nartuken”, zrzyalar “Nardava”
, mokşalar “Nardvan” deyirlər. 
T
əbii  şəraitdən  asılı  olaraq  Nardoğan  bayramının 
keçirilm
əsində az da olsa, zaman fərqinə rast gəlirik. Məsələn, 
yuxarıda adı çəkilən bu xalqların bir çoxu Narduqan bayramını 
yanvarın  18-də, kerəşennər 14 yanvarda keçirirlər. Altay 
türkl
əri  Çağa  (yeni  doğulan  Günəşə  çağa  deyilməsi təsadüf 
deyil  – 
G.Y.) adlandırdıqları bu bayramı dekabrın 22-də qeyd 
edirl
ər. Kama və  Uralətrafı  çuvaşlarda  Narduqan  bayramı 
133 
 


dekabrın  25-də  başlayır.  Çuvaşların  bəzi  qrupları  bu  bayrama 
surxuri, ya da xör deyirl
ər… [151]  
H
ər bir bayramın keçirilməsində olduğu kimi, Narduqan 
bayramı  da  mahnılarla,  tamaşalarla,  falabaxmalarla,  idman 
yarışları  ilə  zəngindir…  Axşam  düşən kimi gənc  oğlanlar
qızlar  dəyişik  paltarlar  geyinərək özlərini  tanınmaz  hala  salıb 
qapı-qapı gəzir, səhnələşdirilmiş tamaşalar göstərirlər. Adətən, 
g
ənc oğlanlar qoca qarı, qızlar isə qoca kişi paltarı  geyinib hər 
k
əsi Nartukana, Narduqana dəvət edə-edə  məhəllə-məhəllə 
g
əzir,  tamaşa  göstərir,  mahnı  oxuyur,  əvəzində  isə  müxtəlif 
bayram  şirniyyatları,  hədiyyələr  alırlar.  Adətən,  xoşbəxtlik, 
taxılın,  çovdarın  bol,  inəklərin,  qoyunların  südlü,  buzovların, 
quzuların çox olması ilə bağlı alqışlar oxunur [94]. 
Önc
ədən nəzərdə tutulmuş həyətə toplaşanlar qarı paltarı 
geyinmiş  oğlanın  cəhrə  arxasına  keçərək    işlə, yəni yun 
əyirməklə  məşğul  olduğunu  görürlər.  Qoca  kişi  paltarı 
geyinmiş  qız  əlindəki süpürgəni havada yellədə-yellədə 

qarıya”  deyinir, hədə-qorxu gəlir. Birdən o, öncədən  hazır 
duranlardan birinin 
əlindəki  su  dolu  şüşəni qaparaq ətrafa 
toplaşanların ətəklərini su ilə isladır. Şən zarafatlarla müşaiyət 
olunan  bu  tamaşa  rəqslə, musiqi ilə  başa  çatır.  Adətən,  qarı 
paltarı geyinən oğlanlar ətrafa toplaşan al-əlvan bayram libaslı 
g
ənc  qızlara  göz  qoyur,  onları  rəqsə  dəvət edirlər.  Qılıqlarını 
d
əyişmiş qızlar da qoca kişi paltarında xoşlarına gələn oğlanın 
h
əyətinə  girməyə  çəkinmirlər.  Başqa  vaxt  onlar  təbii ki, bu 
addımı  atmazdılar.  Bayram  günləri  görüşənlər bir-birinə  alqış 
deyirl
ər: 
 

Narduqanım nar bulsın,                   “Gündoğanım gün olsun, 
Eçe tulı nur bulsın!”                          İçi dolu nur olsun!”  
134 
 


 
Evl
ərdə  bu günlərdə  şirnili,  şəkərli un məmulatları 
hazırlanır. On iki gün davam edən Narduqan bayramında fala 
baxmaq ad
ət halını almışdır. Ümumiyyətlə, hər yeni il insanda 
g
ələcəyə  ümid, maraq, bəzən də  onu dəyişmək həvəsi, istəyi 
yaradır.  Falabaxmalardan  biri  “Yezek salu”  (“üzük salmaq”) 
adlanır.  Gənc  qızlar  gecə  onlardan  birinin  bulaqdan  arxasına 
baxmadan g
ətirərək  ortaya  qoyduğu  su  dolu  qabın  başına 
toplaşır, suya üzük, bəzən də düymə atır, sonra da fal xarakterli 
b
əndlər  oxuyurlar.  Ən  gənc  qızın  sudan  çıxartdığı  əşya  kimə 
m
əxsusdursa,  mahnının  sözləri də  ona aid olur. Təbii ki, 
az
ərbaycanlı  oxucularımız  ilin,  ayın  Axır  çərşənbəsindəki,  İl 
başındakı falabaxmalarımızı xatırladılar… 
Q
ədimdə  Günəşin  zəfərini  bütün  işlərində  təbiətlə 
hesablaşan türklər ağ küknar ağacının altında qarşılayır, onun 
budaqlarından  müxtəlif yeyəcəklər  asır,  al-əlvan iplər 
bağlayaraq dilək diləyirdilər.  
Qeyd etm
ək lazımdır ki, doğrudan da bu, eyni mahiyyət 
daşıyan,  uzun  zaman  bir-birinin mədəniyyətinin təsiri  altında 
qalmış  qonşu  xalqların  həyatında  önəmli rola malik olan 
bayramları  ayırmaq  çətindir. Buna səbəb də  onlardakı 
ad
ətlərin, ayinlərin  bir-birinə  çox bənzəməsidir. Məsələn, 
əsasən  İran  ərazisində  keçirilən  “Şəbi Yelda”  gecəsi  qarpıza 
ön
əm verilir, insanlar bütün gecəni yatmırlar, evlərdən şən səs-
küy,  mahnı  sədaları  gəlir. Eyni adəti Böyük Çillənin  girişi 
münasib
ətilə  Azərbaycan ailələrində  də  görmək  olar.  İnsanlar 
bir yer
ə  toplaşıb  çilləni  qarşılayır,  çillə  qarpızı  kəsib yeyir, 
çalır,  oxuyur,  sabahacan  yatmır,  “dan  atırlar”. Bu da fərqli 
adlar  altında  keçirilən mərasimin mahiyyətinin, məqsədinin 
eyni olduğundan irəli gəlir. Günümüzdə əksər türk xalqlarının 
135 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə