Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə80/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   76   77   78   79   80   81   82   83   ...   105

əqrəba bir-birinin evinə bayramlaşmağa gedər, kənd ağsaqqal-
ağbirçəklərinə bayram xonçaları göndərilərdi”. 
Araşdırmalar  Yaz  bayramının  bir  neçə  istiqamətdə 
inkişafını göstərdi: 
Kiçik Çill
ənin çıxması ilə bir ünsürün – Günəşin sıra ilə 
əvvəlcə  havanı,  sonra  suyu,  daha  sonra  isə  torpağı  cana 
g
ətirdiyini gördük. 
N
əs günlər olan çərşənbələrdən, xüsusilə  də  Boz  ayın, 
y
əni ilin son ayının son çərşənbələrindən qorunmaq, qurtulmaq 
m
əqsədilə  çərşənbə  axşamları  hər çərşənbəyə  uyğun  ayinlər 
keçirilir
.  İlin  axırıncı  çərşənbəsinin isə  daha böyük sevinclə 
qarşılanması  da  məntiqə  uyğundur.  Deməli, xalq çərşənbələri 
onları  sevdiklərindən deyil, tezcə  xoşluqla  keçib  getməsini 
arzuladıqlarından keçirir,  yəni qarşılayır.  “Necə  qarşılayarsan, 
el
ə  də  yola salarsan” prinsipini əsas götürərək  ilin  son  ayının 
ç
ərşənbələri özünəməxsus tərzdə qarşılanır.  
İl başı, ilin, ayın axır gecəsi il təhvil olan gündür. Bəzən 
Axır  çərşənbə  ilə  üst-üstə  də  düşür.  İl  günün  müxtəlif 
saatlarında  təhvil  olduğundan  xalq  onu  şəhər yerlərində  daha 
çox  top  atılmasından,  car  çəkilməsindən  bilirdi.  Amma  Axır 
ç
ərşənbənin  qorxusu  onu  daha  yaxşı  qarşılamağa  məcbur 
edirdi. 
Əksər bölgələrimizdə məzarlıqlar, dünyasını dəyişənlərin 
ail
ələri üçüncü –  Ölü çərşənbəsində  ziyarət edilirdisə, bəzi 
yerl
ərdə, xüsusilə də Bakıda məhz Bayram günü qadınlar qəbir 
üstün
ə gedərdilər.  
Dön
ə-dönə  vurğulayırıq  ki,  dörd  ünsürün  adının 
ç
ərşənbələrə  verilməsi 1990-cı  ilin  mart  ayından  başlamışdır. 
Hakimiyy
ətin zəiflədiyi, böhrandan çıxış yolunun görünmədiyi 
Ayaz Müt
əllibov hakimiyyəti  zamanı  xalqın  başını  hind 
278 
 


filml
əri və qondarma çərşənbələrlə qatmağa başladılar. Təəssüf 
ki, bu işdə elə folklorşünas alimlərdən istifadə etdilər. İlk dəfə 
ünsürl
ərin çərşənbələrə  aid edildiyini məhz 1990-cı  ilin  mart 
ayında  A.Nəbiyevin “Kommunist” qəzetindəki  yazılarında 
görürük... 
Xalq bütün ç
ərşənbələrdə  çal-çağır  etməmişdir.  Hər 
ç
ərşənbənin özünə  məxsus keçirilmə  qaydası  var.  Çoxsaylı 
adlar  arasında  ümumiləşdirmələr  apardıqdan  sonra  əksər 
bölg
ələrimizdəki  sıralama  belədir:  1)  Yalançı  çərşənbə; 2) 
X
əbərçi çərşənbə; 3) Ölü çərşənbəsi; 4) Axır çərşənbə.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
279 
 


 
TÜRK XALQLARININ MÖVSÜM 
MƏRASİMLƏRİ SİSTEMİNDƏ NOVRUZUN YERİ 
 
İl  Başı,  Novruz  yaz  bayramı  Türk  Dünyasının  mənəvi  
birliyin
ə şərait yarada bilən milli bayramdır. Uzun zaman bəzi 
t
ədqiqatçılar  şaman  ayinlərini, mərasimlərini,  xalq  inamlarını 
müxt
əlif rəvayətlərlə  fərqli etnik qrupa, dinə, təriqətə 
bağlayaraq  insanların  bayramın  əsl mahiyyətini  anlamalarına 
mane  olmuşlar.  Sovetlər  Birliyi  dağıldıqdan  sonra  bütün 
xalqlar milli ad
ət-ənənələrinin,  mərasimlərinin dirçəldilməsi 
üçün mü
əyyən səylər göstərməyə  başladılar.  Məlum oldu ki, 
türk  xalqlarının,  demək  olar  ki,  hamısı  bahar  bayramını  ayrı-
ayrı  adlar  altında  keçirmişlər. Hətta uzun illərdən bəri 
Novruzun bölücü terror örgütl
ərinin  əlində  siyasi alətə 
çevrildiyi, Novruz tonqalının qarmaqarışıqlığa yol aça biləcək 
bir “silah” 
sayıldığı  Türkiyənin özündə  belə  ələvi-bektaşilər 
imam  Əlinin  doğum  günü  olaraq,  kürdlər üsyan günü olaraq 
(İrandakı  zalım  padşaha  qarşı  duran  Dəmirçi Gave –  Kava 
r
əvayəti), Qars,  İğdır  kimi  bölgələrdə  yaşayan  Azərbaycan 
türkl
əri, Toros türkmənləri,  Taxtaçı  türkmənlər, Cənub-Şərqi 
Anadolu türkl
əri  arasında  bu  bayram  keçirilmişdi.  Qeyd 
etdiyimiz kimi, s
əlcuqlu vəziri Nizamülmülk astronomlara 
hazırlatdığı  Sultan  Məlikşaha  ithaf  etdiyi Təqvim-i Cəlali 
deyil
ən Günəş  təqvimində  qədim  ənənəyə  uyğun  olaraq 
Novruzu birinci gün kimi t
əsbit  etdirmiş,  beləcə  vergi 
sistemind
ə də qayda-qanun yaratmışdır… Sonralar Osmanlılar 
da,  Şərqi, Cənub-şərqi  Anadoluda  Ağqoyunlular  da  həmin 
sistemd
ən istifadə  etmişlər. Bir sözlə, Sasanilər, Abbasilər, 
Böyük S
əlcuqlular, monqollar, Səfəvilər,  Osmanlılar,  bütün 
280 
 


Orta, M
ərkəzi Asiya ölkələri  bahar  bayramını,  yazın  gəlişini, 
Gün
əşin  çıxmasını  qeyd  edirdi.  Günəş  Qoç  bürcünə  girəndə, 
Osmanlı  sarayında  həkimbaşının  hazırlayaraq  içinə  misk, 
əmbər, baharatlar, ədavalar  qatdığı  Nevruziyyə  və  ya  “mesir 
m
əcunu”  deyilən məcun,  ya  da  şirni  qiymətləndirilirdi. 41 
baharatdan  hazırlanan Nevruziyyə, yəni üzərinə  qızıl  tozu 
tökülmüş qırmızı rəngli, gözəl ətirli “Nevruz şirnisi” ac qarına 
s
əhər tezdən  yeyilirdi.  Xalqın  inamına  görə,  “mesir məcunu” 
yey
əni ilan, əqrəb, hörümçək  sancmır.  Həkimbaşının  saray 
əczaxanasında hazırlatdığı bu məcun hökümdara, xanımlarına, 
saray 
əyanlarına  verilər,  əvəzində  xələt  alınardı.  Xalqın  da 
“qüdr
ət məcunu”  kimi dəyərləndirdiyi bu məcundan dadmaq 
ist
ədiyinə  görə, daha sadə  şəkildə  hazırlanaraq  əczaxanalarda 
satılardı.  
Əl-Qəzvininin  “Geyhan  Şinası”  kitabındakı  rəvayətə 
toxunan  Kadir  Golkarian  yazır:  “Gazvini  kendi  eserinde 
Tanrının  seçilmiş  halkına  ve  Nevruzla  ilgili  Abulsemed-İbni-
Ali`den ve o  da dedesi Abdullah-
İbni-Abbas`dan  şunları 
söylüyor:  “Bir  gün  altın  tepsi  dolu  tatlı  ile  Hz.Peygamberin 
yanına geldiler ve tatlıları ithaf ettiler. Hz.Peygamber, “Bunlar 
nedir?”  diye  sordular,  “Bunlar  Nevruz  tatlısı”  diye  cevap 
verdiler. Bundan sonra Hazreti Peygamber “Nevruz nedir?” 
yine  sordular.  Gelenler  ve  sehabeler  “İranlıların  en  büyük 
bayramlarıdır”  diye  cevap  verdiler. Hz.Peygamber bunu 
duyduktan  hemen  sonra  güldü  ve  “şimdi  hatırladım.  Bu 
ordunun  yeniden  Allah  emri  ile  hayata  kavuştukları  gündür... 
Cenab  Allah  onların  ölüm  emrini  veripde  kaç  sene  sonra 
yeniden hayata dönmelerini sağlamıştır. Bu aynı gün, yani yeni 
g
ündür”  dedi”.  Bu,  “Quran”ın  Bəqərə  surəsinin 243-cü 
ay
əsindən gəlir [63, s.129] 
281 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə