Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə77/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   73   74   75   76   77   78   79   80   ...   105

çaydan, arxdan “lal su” g
ətirərək” fala baxıldığından [26, s.11], 
torpaq ç
ərşənbəsi  dediyi  Axır  çərşənbədə  də  “dan yeri 
sökül
əndə  bulaq  başına  gedildiyindən, axar suda əl-üzlərin 
yuyulma
sından,  arxın  üstündən  tullanılmasından”  danışır  [26, 
s.54].  “Torpaq ç
ərşənbəsi”  adlı  çərşənbədə  bilmək olmur 
Makedoniyalı İsgəndərlə bağlı rəvayətlərin Axır çərşənbəyə nə 
aidiyyatı var (“İsgəndər və torpaq”, “Gözü qapandı”, “Torpaq 
toxdatdı”)? [26, s.56]. 
Qeyd etdiyimiz kimi, k
lassik aşıq şeirində də özünə yer 
alan  “ab-at
əş,  xak-bad”  da müəyyən  çaşqınlıq  yaradır. 
D
ədələrimiz bunu ona görə  deməyiblər ki, kimlərinsə  öz 
fantaziyalarından  çıxış  edərək  insanın  yaranışında  danılmaz 
rolu olan bu dörd ünsürün (t
əkrar söyləyirik ki, biz buraya 
d
əmiri də əlavə edirik – G.Y.) adlarını çərşənbələrə versinlər. 
Əgər təbiətin canlanmasındakı sıralanmanı «su, od, torpaq, yel 
(hava)» kimi q
əbul etsək,  ən  azından  bilici  babalarımızın, 
n
ənələrimizin ruhuna hörmətsizlik  etmiş  olarıq.  Şair 
d
ədələrimiz bu sıralamanı qafiyə xatirinə, şeiriyyat xatirinə bu 
cür  düzmüşlər. Y.V.Çəmənzəminli də  bu ünsürlərin  “Avesta” 
f
əlsəfəsindən gəldiyini söyləyir. Amma bu o demək deyil ki, 
“Avesta”ya q
ədər  yer  üzünün  insanları  odun,  suyun,  havanın, 
torpağın  nə  olduğunu,  onların  həyatlarındakı  yerini,  rolunu 
d
ərk etmirdilər. Çox vaxt deyirlər:  “Əl  tutmaq  Əlidən  qalıb”. 
M
əgər VII əsrə  qədər insanlar bir-birinə  əl  tutmur,  yardım 
etmirdil
ərmi?.. Biz əgər  insan  oğlunun  (tək  insanınmı?) 
yaranışında,  sonrakı  həyatında  rolu  olan  ünsürlərdən 
danışarkən onların yerini dəyişsək, yəni «torpaq, su, hava, od» 
des
ək, heç bir xətaya yol vermərik. Ancaq təbiətdə baş verən 
d
əyişikliklərdəki,  canlanmadakı  sıralamanı  pozsaq,  bu  ciddi 
269 
 


s
əhv olar. Cəmrələr başlayınca, bir ünsür – Günəş, od digər üç 
ünsür
ə can verir… 
Qarşımızda  maraqlı  mənzərə  canlanır:  Kiçik  Çillə  bitib, 
xalq qarlı qışdan çıxıb, azuqə bitib, mal-qara acdı. Əhali əlində, 
ovcunda olanı da Xıdır  Nəbi bayramında süfrəyə düzdü, çillə 
çıxartdı.  Yaz  tarla  işləri başlayır.  Bağ-bağat  səliqə-səhman 
t
ələb edir. Belə bir vaxtda hər çərşənbə bayram süfrəsi açmağa, 
əylənməyə nə vaxt, nə də maddi imkan var. Ancaq uşaqlardan 
olsa, h
ər çərşənbə bayram edərlər. Bu gün xalqın bir hissəsinin 
əylənməyə,  çalıb  oxumağa  meylini  nəzərə  alsaq,  əlbəttə  ki, 
ç
ərşənbələrin hamısı qeyd olunacaq...  Bir də ki, şəhər əhalisi 
qış  aylarında  da  idarə, fabrik, zavodlarda, tədris  ocaqlarında, 
MEA-
nın elmi-tədqiqat institutlarında, tikintidə əvvəlki aylarda 
nec
ə  çalışmışdısa,  eləcə  də  işinə  davam edir.  Əkinçiliklə, 
bağçılıq, bostançılıq, heyvandarlıq, eləcə də təbiətdən, havadan 
asılı olan digər sahələrlə məşğul olan kənd əhalisi üçünsə yazın 
g
əlişinin  özəl  anlamı  var.  Bakıdakı  iqlim  şərtləri ilə  kənd 
t
əsərrüfatı  ilə  məşğul  olan  rayonlarımızdakı  iqlim  şəraiti eyni 
deyil. Bir d
ə  görürsən  ki,  şəhərin içində  ağaclar  çiçəkləyib, 
lakin d
ənizkənarı  kəndlərdə  hələ  tumurcuqlar  heç  çatlamayıb 
da, b
əzi bölgələrdə  isə  qar  yağır…  Ona  görə  də, mövsüm 
m
ərasimlərimiz, əsasən, kənd rayonlarımıza ünvanlanıb…  
Habib 
İdrisi  “Eski  İran  ve  Azerbaycan  eyaletinde 
Nevruz”  m
əqaləsində  cəmi üç çərşənbədən  danışır:  1)  Qara 
ç
ərşənbə; 2) Külə çərşənbə; 3) Axır çərşənbə [71, s.135-145]. 
Şehran  Rehnimun  Güney  Azərbaycanda  beş  çərşənbənin 
olduğunu yazsa da, ( 1) “Yalan Bohorlu”; 2) “Çilə qaçdı”; 3) 
“Ç
əkər”; 4) “Su  Çarşanba”; 5) “Axır  çarşanba”.  İlin  son 
ç
ərşənbəsini 6) “Ölülər Bayramı” adlandıraraq altıncı çərşənbə 
haqqında  da  danışır.  Müəllif dördüncü çərşənbəyə  «Su 
270 
 


çarşanba»  desə  də, məhz  Axır  çərşənbədə  Maki yörəsində 
sabah  o  başdan  bir  qızla  bir  oğlanın  heç  nə  danışmadan 
axşamdan yanan tonqalın külünü yaxındakı çaya, arxa, bulağa 
apardığını, suya atdığını, əllərindəki tası su ilə dolduraraq evə 
döndükl
ərini  yazır  [105,  s.265-275] (tatarlarda da Narduqan 
(Gündoğan)  bayramında  bir  oğlanla  bir  qız  arxalarına 
baxmadan, dinm
əzcə bulaqdan fala baxmaq üçün su gətirirlər). 
G
ətirilən həmin suda gənclər iynə  ilə  fala  baxır,  evlənib 
evl
ənməyəcəklərini müəyyənləşdirirlər.  Axır  çərşənbədə  həm 
d
ə  səhər tezdən  hamı  axar  suya  gedir,    üzərindən atılaraq 

Ağırlığım, uğurluğum düşsün su üstünə” deyirlər. Bu mərasim 
“Su üstü (Nö üstü)” 
adlanır. Maraqlıdır ki, Şehram Rehnimun 
ç
ərşənbələrə ayrı-ayrı ad verərək altı yerə ayırsa da, həm Ölülər 
Bayramını, həm çərşənbə bazarını, həm od üzərindən atılmanı, 
h
əm su üstündən atılmanı, falabaxmanın bütün növlərini (qapı 
pusma, kilit salma, iyn
ə  ilə  suda falabaxma…) məhz  Axır 
ç
ərşənbəyə aid edir, digər çərşənbələrdəki ayinlər, mərasimlər 
haqqında  heç  nə  demir [105, s.265-275]…  Axır  çərşənbədə 
suya çox ön
əm verildiyindən, suyun da təzələndiyi 
düşünüldüyündən,  hamının  bir-birini su ilə  islatdığından 

əllif bu çərşənbəyə “su çərşənbəsi” deyir. Onu da bird aha 
vurğulayaq ki, A.Nəbiyev də özünün “Novruz bayramı” (1990) 
toplusunda yazır ki, “su çərşənbəsi mərasimi Axır çərşənbədə 
keçiril
ən şənliklərdəndir”…  
F.A.Brokqauzla  İ.A.Yefronun  məlumatına  görə,  Böyük 
Orucun  beşinci  həftəsinin çərşənbə  günü  Tula  quberniyasının 
Aleksinsk q
əzasının  kəndlərində  əhali  qışın  yola  salınma 
m
ərasimi keçirirlər. Həmin gün səhər tezdən çöl kəndlərində 
hamı  bir-birini, eləcə  də  ev  heyvanlarını  xəstəlikdən, qada-
baladan qorumaq m
əqsədilə su ilə isladırlar… 
271 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə