Üç aylıq ədəbiyyat dərgisi
11
götürüb, həvgəsinin hər iki gözünü
doldurdu. Yerdə qalmışdı, anamızın
bizim üçün yapdığı kökələr. Kişi onları
da
götürəndə, mən ağlamsınıb dedim : “O
mənim kökəmdir, onları aparma!”. Kişi
məni tovladı :
“Sana qoz gətirəcəm, Alma gətirəcəm!”
dedi.
Mən
də
inandım,
səsimi
çıxartmadım. Alma gətirəsi kişi gəldiyi
təki ustufca qapını açdı, dikləndi cığırla
yuxarı. Tezcənək də həyətin başında,
yoxuşda gözdən itdi. Üstdən yarım saatca
keçmişdi anam arx üstdən qayıtdı. Təndir
başında yorulmuş, üstəlik xeyli də paltar
suya çəkmiş anam indi dincələ bilərdi.
İçəri, otağa gircək onun gözü dərhal
dikildi taxtın üstünə. Qoyub getdiyi çörək
sərgisi yoxa çıxmışdı. Mat qaldı, məndən
soruşdu : “Çörəklər necə oldu?” Dedim :
“Kişi apardı. Mənə alma, qos gətirəcək”.
Yazıq arvad hər şeyi anladı, eşiyə baxdı,
“alma-qoz”un izi tozu da qalmamışdı.
Anam əmimi qınadı : “Tir-tap
uzanıb, yatmısan orada. Gəlib çörəyi
aparıblar, xəbərin olmayıb”. Yenidən
xəmir qatmağa başladı.
Sonralar mən bu kişini bir neçə
kərə də, böyüyəndə gördüm. Özünü əsla
o yerə qoymadı. Elə ha, istəyirdim
soruşam : “Sən mənə alma, qoz
gətirəcəkdin. Niyə gətirmədin?”
Qalalı həyətlərinin hər birində
badam, gər- tut ağacı olurdu. O tay
Mirzəcanlıların bağları vardı. Özü də
görünür, bu bağlar qabaqlar evlərdən
aralı,
ayrı
sahələrdə
idi.
Evlər,
çovustanlar, kümlər bağlardan bir qədər
uzaq tikilirdi. Qalalıların bağları yoxdu.
Şuşada olduğu təki, burada da ən çox tut
ağacları bitirmişdilər. Sonra hər həyətdə
qızılgüllük salınmışdı, badam, gilənar,
tək-tək
alma-armud
ağacları vardı.
Bağçılıqda azərbaycanın ənənəsi var,
onun kənd təsərrüfatı, bitkiçilik –
əkinçilik tərzini qoruyub saxlamaq
gərəkdi. Məsələn, bizim ellərdə, üzüm,
hündür tut, dağdağan göyrüş ağaclarına
dırmanmış
tənəklərdən
götürülürdü.
Horovlu,
Quycağın
qızıl
üzümü,
“keçiməməsi”
hündür
ağaclara
dırmanmış tənəklərdən dərilirdi. Bir
gərdən, dağdağan ağacına dırmanmış
üzüm tənəyindən yarım ton, bir ton bar
götürürdülər. Üzümün ağaca dırmanmağı
ilə nə qədər torpaq – sahə qənimətə qalır,
orda taxıl, dənli bitki, arpa-buğda
əkilirdi.
Azərbaycanda
kələsər
əkməyiblər. Yəni sonralar yeritdikləri
təki, min hektarlarla torpağı üzümə
verməyiblər. Üzümün məskəni, torpaq
yox, ağacların başı idi. Bir hektar torpaq
tutan kələsərin əvəzinə, göyrüşə, kərə
dırmanan, şaxələnən tənək istənilən qədər
salxım yetirirdi. Özü də torpaqdan aralı,
hündürdə. Qəlbidə olduğundan azar-
bezar da ona çatmır, həşərat, tüfeyli
daraşmır, yoluxmurdu.
Taxıl, dən sahəsi illərlə sınaqdan
çıxarılmışdı. Zəmi yerləri elin, xalqın göz
dikdiyi yeriydi. Gərək biz həmin qızıl
torpaqları göz bəbəyi təki qoruyaydıq.
Ağaclara dırmanıb, torpaqsız, göydə
məhsul
yetirən
kələsərləri
yerə
endirməyə idik. Hektarlarla gözəl torpağı
əldən verdik. El arasında bir bayatı var:
Taxılı verdim üzümə,
İkiəlli vurdum dizimə,
İndi ağlım gəldi başıma.
Yaponlar
torpaq
çatışmazlığından,
torpağa qənaət üçün bitgini göydə,
havada becəriblər.
İraqda, Dəclə, Fərat yaxalarında
füsunkar xurma bağları ucalır. Bu
ağacların
barı
ağacın
kəkilindəki
budaqlarda olur. Aşağıdan yuxarı ağacın
bar budaqlarınacan çılpaqdı, açıqdı, yerə,
torpağa gün düşür, hava vurur. Xurma
bağları bir növ alt-üst iki mərtəbədir. Üst
mərtəbə, kəkildə bar, aşağı, yer boş
açıqdır və orada, alçaqda dirrik əkib
becərirlər. Bu da torpaqdan səmərəli
bəhrələnməyin
yoludur,
ağıllı