Ümümi cərrahiyə


) Xəstədə yırtığın öz-özünə yerinə düzəlməsi müşahidə edilərsə, cərrahın taktikası necə olmalıdır?



Yüklə 1,54 Mb.
səhifə12/19
tarix20.09.2017
ölçüsü1,54 Mb.
#1069
növüРуководство
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

553) Xəstədə yırtığın öz-özünə yerinə düzəlməsi müşahidə edilərsə, cərrahın taktikası necə olmalıdır?

A) Laparotomiya və qarın boşluğunun təftişi

B) Təmizləyici imalə təyin edilir

C) Stasionarda xəstənin müşahidə edilməsi

D) Xəstə evə buraxılır

E) Antibiotiklər təyin edilir


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
554) Xəstədə sol tərəfli qasıq-xaya yırtığı münasibətilə aparılan əməliyyat zamanı yırtıq kisəsinin bir divarının sidik kisəsi olduğu müəyyən edilərsə, bu hansı yırtığın olduğunu sübut edir?

A) Çəp qasıq yırtığı

B) Sürüşən yırtıq

C) Bud yırtığı

D) Boğulmuş yırtıq

E) Düz qasıq yırtığı


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
555) Düz qasıq yırtığı ilə əməliyyatdan bir sutka sonra xəstədə sidik ifrazı zamanı ağrı və makrohematuriya müşahidə edilirsə səbəbi nədir?

A) Böyrək sancısı

B) Sidik kisəsinin zədələnməsi

C) Kəskin sistit

D) Prostatit

E) Xroniki pielonefritin kəskinləşməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
556) Postoperasion yırtıqlarda autodermal plastika üçün loskut hansı nahiyyədən götürülür?

A) Qarından

B) Sağrı nahiyyələrindən

C) Əməliyyat çapığı yaxınlığında

D) Buddan

E) Beldən


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
557) Kəskin xolesistitlə əməliyyat zamanı aşkar edilən qarın boşluğundakı ödlü maye, hepato-duodenal bağın və öd kisəsi boynunun ödlə infiltrasiyası nə ilə əlaqədardır?

A) Destruktiv xolesistitlə

B) Destruktiv pankreatitlə

C) Fermentativ xolesistitlə

D) İrinli xolangitlə

E) Piloro-duodenal xoranın perforasiyası ilə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
558) Hansı halda selikli qişanın elektrokoaqulyasiyası ilə öd kisəsinin hissəvi kəsilib götürülməsi göstərişdir?

A) Öd yollarının atipik yerləşməsində

B) Mirizzi sindromunda

C) Qanqrenoz xolesistitdə

D) Perivezikal absesdə

E) Bərkimiş paravezikal infiltratda


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
559) Əməliyyatdan sonrakı dövrdə mədənin kəskin genişlənməsi zamanı nə icra edilməlidir?

A) Kötük vaqotomiyası ilə piloroplastika

B) Sutkada 2 dəfə mədə möhtəviyyatının aspirasiyası

C) Spazmolitiklərin vurulması

D) Völfler üsulu ilə qastroenteroanastomoz

E) Su-elektrolit balansını tənzimləməklə mədə möhtəviyyatının fasiləsiz aspirasiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715
560) Mədənin burulub sıxılması zamanı nə icra edilməlidir?

A) Burulmanın açılması və mədənin parietal peritona fiksasiyası

B) Burulmanın açılması və nazoqastral drenləmə

C) Burulmanın açılması və selektiv proksimal vaqotomiya

D) Mədə rezeksiyası

E) Konservativ müalicə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
561) Mədə bağırsaq qanaxması ilə xəstədə mədənin selikli qişasında çoxsaylı, qanayan 0,2-0,3 sm diametrində papullaşəkilli törəmələr aşkar edilmişdir. Qanın laxtalanmasında pozulma yoxdur. Müvafiq xəstəliyin adı hansıdır?

A) Hemofiliya

B) Randyn-Osler xəstəliyi

C) Menetri xəstəliyi

D) Mədənin duz turşusu ilə yanığı.

E) Eroziv qastrit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
562) Xarici pankreatik fistulanın formalaşması zamanı göstəriş hansıdir?

A) Fistulanın kəsilib götürülməsi

B) Mədəaltı vəzin rezeksiyası

C) Fistulanın tıxaclanması

D) Konseravativ müalicə. Mədəaltı vəzin ekzokrin funksiyasının zəiflədilməsi (S-ftorurasil, ribonukleaza, sandostatin) yağlı pəhriz

E) Fistula ilə nazik bağırsaq arasında anastomozun qoyulması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
563) Kəskin pankreatitin birinci dövründə intoksikasiyanın əsas mənbəyini nə təşkil edir?

A) Fermentlərin fenomeni

B) Prostoqlandinlərin xaric olunması

C) Kinin “partlayışı”

D) Köndələn çənbər bağırsağın müsariqəsinin ödemi

E) APUD-sistemin aktivliyinin xeyli artması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
564) Kəskin pankreatitin birinci dövründə hemodinamikanın pozulması nə ilə əlaqədardır?

A) Portal sistemin tututmunun artması

B) Damarların toksiki dilatasiyası

C) Sağ mədəcik yükününü artması

D) Ürək çatmamazlığı

E) Damar keçiriciliyinin yüksəlməsi və qanın maye hissəsinin toxumalaraarası sahəyə keçməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
565) Kəskin pankreatitin zamanı ağrı sindromunu götürmək üçün nə istifadə olunur?

A) Baralgin və ya onun analoqlarının vurulması, promedol, dipidolor vurulması, müxtəlif novokain blokadalarının aparılması, morfin, fentanil vurulması, peridural blokadanın aparılması

B) Promedol, dipidolor vurulması, müxtəlif novokain blokadalarının aparılması, morfin, fentanil vurulması, peridural blokadanın aparılması

C) Baralgin və ya onun analoqlarının vurulması, promedol, dipidolor vurulması, müxtəlif novokain blokadalarının aparılması, morfin, fentanil vurulması

D) Baralgin və ya onun analoqlarının vurulması, promedol, dipidolor vurulması, müxtəlif novokain blokadalarının aparılması, peridural blokadanın aparılması

E) Baralgin və ya onun analoqlarının vurulması, müxtəlif novokain blokadalarının aparılması, morfin, fentanil vurulması, peridural blokadanın aparılması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
566) Yuxarı yerləşmiş dodaqşəkilli nazik bağırsaq fistulası zamanı konservativ terapiyanın maksimal müddəti nə qədərdir?

A) 3 həftə

B) 3 ay

C) Dəqiq müddəti yoxdur



D) Fistula ətrafında dəri maserasiyası ləğv olunandan sonra

E) 3 gün
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.


567) Bağırsaq fistulanın periton xaric üsulla ləğv edilməsinin əsas çatışmamazlığı nədən ibarətdir?

A) Qanaxma ehtimalı

B) Qarın boşluğunun infeksiyalaşması təhlükəsi

C) Əməliyyatdan sonra tez-tez residivin əmələ gəlməsi

D) Əməliyyatdan sonra yırtığın əmələ gəlməsi

E) Əməliyyatın mürəkkəbliyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
568) Appendektomiyadan sonra uzumdüddət qarın boşluğunda drenaj borunun saxlanması hansını əmələ gətirə bilər?

A) Xroniki sistit

B) Yaranın irinləməsi

C) Qanaxma

D) Xroniki kolit

E) Bağırsaq fistulanın əmələ gəlməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
569) Nissen üsulu ilə fundoplikasiyadan sonra disfagiyanın səbəbi nə ilə əlaqədardır?

A) Kardiyanın hipertoması

B) Diafraqma sinirinin zədələnməsi

C) Diafraqmanın qida borusu dəliyinin həddən artıq çox daraldılması

D) Manjetin hiperfunksiyası

E) Azan sinirin zədələnməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
570) Qarın boşluğu orqanlarının travması zamanı ən opitimal cərrahi yolu hansı biri sayılır?

A) Orta laparotomiya

B) Köndələn laparotomiya

C) Koxer, Fyodorov kəsiyi

D) Torakoadominal kəsik

E) Çermi kəsiyi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
571) Qara ciyərin kənarı rezeksiyası nə zaman icra olunur?

A) Qara ciyərin kapsuladaxili cırılması zamanı

B) Qara ciyər kənarının odlu silah və ya digər yaralanması zamanı

C) Qlisson triadası elementlərinin zədələnmsəi zamanı

D) Aşağı boş venanın zədələnməsi zamanı

E) Qara ciyər seqmentinin qopması zamanı


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
572) Mədə yaralanması zamanı nə icra edilir?

A) Piloroplastika yaranın tikilməsi

B) Mədə yarasının tikilməsi

C) Qastroenteroanastomoz yaranın tikilməsi

D) Mədə rezeksiyası

E) Vaqotomiya yaranın tikilməsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.

573) 12-barmaq bağırsağın peritonarxası hissənin zədələnməsi laparotomiya zamanı

hansı əlamətlərlə müşahidə olunur?

A) Kiçik piyliyin qanlı imbibisiyası

B) Hepatoduodenal bağın ödemi

C) Nazik bağırsaq müsariqəsinin kökününü ödemi

D) Ödün mədəyə reflüksü

E) 12-barmaq bağırsağın enən hissəsində öd imbibisiyası və peritonarxası toxumada havanın olması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998,

336 с.
574) 12-barmaq bağırsağın təzə zədələnməsi zamanı nə göstərişdir?

A) Finney üsulu ilə qastrduodenostomiya

B) Mədənin 2/3 hissəsinin rezeksiyası

C) Yaranın tikilməsi və 12-barmaq bağırsağın zondlanması

D) 12-barmaq bağırsaq yarasının tikilməsi və xolesistektomiya

E) Qastroenteroanastomoz
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.

575) Mədəaltı vəzin zədələnmələri zamanı virsinq axacağı zədələnməzsə nə icra edilir?

A) Mədəaltı vəzin rezeksiyası, splenektomiya

B) Piylik kisəsinin drenə edilməsi

C) Mədəaltı vəzin rezeksiyası

D) Yaranın drenə olunması, xolesistektomiya, piylik kisəsinin drenə edilməsi, pankreatitin profilaktikası

E) Qanaxmanı dayandırmaq şərti ilə mədəaltı vəz yaranın tikilməsi


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
576) Mədəaltı vəzin yaralanması zamanı onun rezeksiyası nə zaman göstərişdir?

A) Mədəaltı vəzin başının yaralanması zamanı

B) Postravmatik pankreatit zamanı

C) Dalaq arteriyasının yaralanması zamanı

D) Peritonarxası toxumaların geniş steotonekrotik zamanı

E) Tam köndələn cırılma və dağılıb- didilmə zamanı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
577) Nazik bağırsağın yaralanamsı zamanı hansı olunmalıdır?

A) Entrerotomiya

B) Maydl əməliyatının aparılması

C) Nazik bağırsağın rezeksiyası

D) Yaranın tikilməsi

E) Transverzoyeyunoanastomozun qoyulması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
578) Nazik bağırsağın travması zamanı rezeksiya hansı hallarda göstərişdir ?

A) Travma olan sahədə seroz qişada nöqtəvari qansızmaların olması

B) Nazik bağırsağın dəlib keçən yaralanması

C) Müsariqənin bağırsaq divarından 4 sm və daha çox sahədə qopması

D) Geniş peritonarxası hemotoma

E) Müsariqənin homotoması


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
579) Çənbər bağırsağın təzə yaralanması zamanı hansı göstərişdir ?

A) Laxey əməliyyatı

B) Yaranın tikilməsi

C) Kolostomiya

D) Yaranın tikilməsi və qarın boşluğunun drenə edilməsi

E) Hemikolektomiya


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
580) Birincili sklerozlaşan xolangit hansı patologiya üçün xarakterikdir?

A) Xroniki kolit

B) Duodenostaz

C) Portal hipertenziya

D) Pankreato-biliar reflüks

E) Perixoledoxeal limfadenit


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.

581) Öd yollarınnın təzə zədələnmələrinin erkən əməliyyatdan sonrakı dövrdə

diaqnostikası hansı üsulla aparılır?

A) Ultrasəs müayinə (USM)

B) Refqoqrad pankreato-xolangioqrafiya

C) Dəridən və qaran ciyərdaxilindən keçməklə xolangiorafiya

D) Refroqrad pankreato-xolangioqrafiya dəridən və qara ciyərdaxilindən keçməklə xolangioqrafiya

E) Fistuloqrafiya


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
582) Ümumi öd axarının kəsilməsi zamanı erkən əməliyyatönü dövrdə hansı fəsad əmələ gəlir?

A) Mexaniki sarılıq

B) Ödlü qusma

C) İrinli xolangit

D) Hıçqırıq

E) Öd axması


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
583) Ümumi öd axarının bağlanması zamanı erkən əməliyytaönü dövrdə hansı əmələ gəlir?

A) Pankreonekroz

B) Yüksək hərarət

C) Mexaniki sarılıq

D) Öd peritoniti

E) Öd axması


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
584) Ümumi öd axarının uzunmüddətli karkas drenajı üçün hansı istifadə olunur?

A) Felker drenajı

B) Dəyişilən qara ciyərdən keçən Gets-Seypol- Kurian

C) Ker-Meyo-Robson

D) T-şəkilli drenaj

E) Hamısı


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
585) 12-barmaq bağırsağın öddaşı ilə keçməməzliyi zamanı hansı biri göstərişdir?

A) Duodenotomiya, daşın çıxarılması

B) Mədənin dekompressiyası

C) Qastroenteroanastozaz

D) Spazmolitiklərin vurulması

E) Daşın aşağı salınaraq, enterotomiya ilə çıxarılması


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.

586) Hepatikoyeyunoanastomoz qoyularkən Ru üsulu ilə təcrid edilmiş nazik bağırsaq ilgəyinin uzunluğu neçə olmalıdır?

A) 70-90 sm

B) 30-50 sm

C) 90-120 sm

D) 50-70 sm

E) 30sm-ə qədər


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
587) Öd yollarının birmomentli ikili drenajı üçün hansı biri göstərişdir?

A) Xronki pankreatit,baş hissənin ödemi

B) Hepatikoxoledoxun 1,0 sm-ə qədər distal strikturası

C) Qara ciyərin polikistozu

D) Hepatikoxoledoxun 1,5 sm-dən çox distal çapıq strikturası

E) Xoledoxolitaz


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
588) 12-barmaq bağırsağın kəskin keçməməzliyinin səbəbi hansı ola bilər?

A) Yad cisim, aortanın qarın hissəsinin anevrizması, mezenterial damarlarla sıxılma, xroniki pankreatit

B) Yad cisim, aortanın qarın hissəsinin anevrizması, mezenterial damarlarla sıxılma, xroniki pankreatit

C) Aortanın qarın hissəsinin anevrizması, mezenterial damarlarla sıxılma, nazik bağırsağın 12 b/bağırsağa invaginasiyası, xroniki pankreatit

D) Yad cisim, aortanın qarın hissəsinin anevrizması, mezenterial damarlarla sıxılma, nazik bağırsağın 12 b/bağırsağa invaginasiyası, xroniki pankreatit

E) Yad cisim, mezenterial damarlarla sıxılma, nazik bağırsağın 12 b/bağırsağa invaginasiyası, xroniki pankreatit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
589) Nekrozlaşmış invaginat düz bağırsaqdan xaricə çıxarsa hansı əməliyyat həyata keçirilir?

A) İnvaginatın rektoskop vasitəsilə yerinə salınması

B) İnvaginat yerinə salınmadan qarındaxili yoğun bağırsağın rezeksiyası

C) Siqmostoma

D) İnvaginatın yerinə salınmasından sonra qarındaxilindən rezeksiyası

E) Mikuliç əməliyyatı


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
590) “S”-vari bağırsağın xərçəngi keçməməzliklə ağırlaşarsa məqsədəuyğun əməliyyat hansıdır?

A) Soltərəfli hemikolektomiya

B) Trasverzostomiya

C) Qartman əməliyyatı

D) “S”-vari bağırsağın rezeksiyası

E) Sekostoma


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
591) Rektosiqmoid sahənin xaric edilə bilməyən şişinin perforasiyası zamanı hansı biri göstərişdir?

A) Sekstoma, qarın boşluğunun drenə olunması

B) Perforativ dəliyin tikilməsi və bağırsağın ikilüləli şəkildə çıxarılması

C) Perforativ dəliyin tikilməsi, qarın boşluğunun drenə edilməsi

D) Perforativ dəliyin tikilməsi, 2 lüləli siqmostoma, qarın boşluğunun drenajı

E) Perforativ dəliyə tampon yeridilməsi və bağırsağın birlüləli çıxarılması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
592) Düz bağırsağın yuxarı ampulyar hissəsinin xərçəngi zamanı əgər qaraciyərdə solitar metastaz olarsa hansı biri icra edilir?

A) İlgəli siqmostoma və kimyaterapiya.

B) Düz bağırsağın ön aşağı rezeksiyası və qaraciyərin rezeksiyası

C) Düz bağırsağın ön aşağı rezeksiyası və kimyəvi terapiya

D) İlgəli siqmostomiya, qara ciyər arteriyası şaxənin embolizasiyası və kimyaterapiya

E) Kenyu-Mayle üsulu ilə düz bağırsağın ekstirpasiyası.


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
593) Zollinger – Ellison sindromu üçün nə xarakterikdir ?

A) Mədə və 12-barmaq bağırsağın residiv verən xorası ilə birgə mədəaltı vəzin

B) Mədənin peptik xorası fonunda selikli qişanın atrofiyası

C) Mədə, 12-barmaq bağırsağın nazik və yoğun bağırsaqların çoxsaylı xoralı

D) Diafraqmanın qida borusu dəliyinin yırtığı ilə birgə residiv verən mədə xorası

E) Mədə və 12-barmaq bağırsağın residiv verən xorası ilə birgə enterit və diareyyaş


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
594) Mədə çıxacağının stenozu nəticəsində yaranana metobolik dəyişikliklərə hansılar daxildir?

A) Hipokalemiya, hiponatriemiya, qanın laxtalanması, sidiyin turş reaksiyası

B) Hipokalemiya, hiponatriemiya, tənəffüs asidozu, qanın laxtalanması

C) Hipokalemiya, tənəffüs asidozu, qanın laxtalanması, sidiyin turş reaksiyası

D) Hiponatriemiya, tənəffüs asidozu, qanın laxtalanması, sidiyin turş reaksiyası

E) Hipokalemiya, hiponatriemiya, tənəffüs asidozu, qanın laxtalanması, sidiyin turş reaksiyası


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
595) Sürüşən yırtıqların kriteriyalarına hansılar aiddir?

A) Yırtıq kisəsində iştirak edən orqanların ekstroperitonal yerləşməsi

B) Yırtıq kisəsində iştirak edən orqanların mezoperitoneal yerləşməsi

C) Yırtıq möhtəviyyatının olmaması

D) Yırtıq kisəsində iştirak edən orqanların intraperitonal yerləşməsi

E) Yırtıq möhtəviyyatının olması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
596) Yırtıq kisəsinin fleqmonası zamanı hansılar göstərişdir ?

A) Fleqmonanın açılması

B) Antibiotiklərlə konservativ müalicə

C) Fleqmonanın ikimənfəzli drenajla drenə edilməsi və aktiv aspirasiyası

D) Miller- Ebot zondu ilə bağırsağın intubasiyası

E) Laparotomiya yırtıq kisəsinin nekrozlaşmış bağırsaq ilgəyi ilə birgə blok şəklində kəsilib götürülməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
597) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığının klinik əlamətlərinə hansıdır?

A) Tez-tez qıcqırma

B) Disfagiya

C) Davamsız stul

D) Tez-tez qusma

E) Arıqlama


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
598) Sarılıq zamanı protrombin vaxtının uzanmasını K vitamini preparatları ilə korreksiya etmək mümkün olmur. Bu nə ilə əlagədardır?

A) Öd yollarının tam obstruksiyası

B) Uzun müddət mexaniki sarılığın olması

C) Davamlı hepatosellülyar disfunksiya ilə

D) Hemolitik sarılır

E) Uzaq metastazın olması


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
599) Kəskin pankreatit zamanı mədəaltı obdominizasiyası nə ilə əlaqədardır?

A) Fermentlərin və parçalanma məhsullarının nazik və yoğun bağırsaq müsariqələrinə daxil olmasının artması

B) Patoloji prosesin qarın boşluğu ilə məhdudlaşması,fermentlərin və parçalanma məhsullarının nazik və yoğun bağırsaq müsariqələrinə daxil olmasının kəsilməsi,mədəaltı vəzin qan təchizatının yaxşılaşması,proteolitik fermentlərin aktivliyinin azalması

C) Prosesin qarın boşluğu ilə məhdudlaşması, ferment və parçalanma məhsullatrının peritonarxası sahəyə daxil olmasının kəsilməsi, ferment və parçalanma məhsullarının bağırsaq müsariqələrinə daxil olmaması, proteolitik fermentlərin aktivliyinin azalması

D) Proteolitik fermentlərin aktivliyinin azalması

E) Patoloji prosesin peritonarxası sahəyə keçməsi


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
600) Ödemli pankreatitdə laparoskopiya zamanı qeyd olunan əlamətlərdən hansıları aşkar edilmir?

A) Öd kisəsinin ölçüsünün kiçilməsi

B) Qarın boşluğunun yuxarı hissəsində visseral peitonun hiperemiyası

C) Kiçik piyliyin və qaraciyər 12-barmaq bağırsaq bağının ödemi

D) Qaraciyəraltı sahədə seroz mayenin olması

E) Mədə divarının önə doğru çıxması


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.

601) Xroniki pankreatitin ən çox təsadüf edilən səbəbi hansıdır?

A) İrsi faktor

B) Mədə-bağırsaq infeksiyası

C) Hiperparatireodizm

D) Travma

E) Xroniki alkoqolizm


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
602) Reflektor paralitik bağırsaq keçməməzliyinin səbəbi hansıdır?

A) Kron xəstəliyi

B) Mədə xorasının kəskinləşməsi

C) Onurğanın kompression sınığı

D) Hipertonik kriz

E) Titrəyici aritmiya


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
603) Təkrarlanan sarılığı nə ilə izah etmək olar?

A) Öd yollarının qaraciyərxaric şişi ilə

B) Böyük duodenal məməcikdə pərçim olunmuş daşı ilə

C) Xoledoxun ventil daşı ilə

D) Öd kisəsi daşı ilə

E) Öd kisəsi axacağının okkluziyasına səbəb olan kisənin daşı ilə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
604) Qara ciyərin karsinoidi zamanı metaztaz harada ən çox müşahidə olunur?

A) Soğulcanabənzər çıxıntıda

B) Nazik bağırsaqda

C) Qalça bağırsaqda

D) Yoğun bağırsaqda

E) Düz bağırsaqda


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.

605) Kəskin pankreatitin qadınlarda əsas əmələ gəlmə səbəbi hansıdır?

A) Qarnın travması

B) Xroniki xolesistit

C) Hamiləlik

D) Kortikosteroidlərdən istifadə

E) Alkoqolizm


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə