Ümumi İcmal



Yüklə 215,14 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix26.01.2018
ölçüsü215,14 Kb.
#22478
1   2   3   4   5   6   7

qərbdə    Egey  dənizi  sahillərindən,cənub-şərqdə  İndoneziyaya 

qədər böyük məsafədə uzanır. 

          Ön və ya Qərbi Asiya daxilində,alp qırışıqlığı zonası bir-

birinə  təxminən  paralel  uzanan  üç  morfostruktur  zona  əmələ 

gətirir: 1) Şimal kənar sıra dağları zonası, 2) Cənub  kənar sıra 

dağları zonası və  3) Daxili yaylalar zonası. Şimal kənar dağları 

zonası  qərbdə  Bosfor  sahillərindən  başlayıb,  şərqdə  Hindiquş 

dağlarına  qədər  uzanan  və  bir-birini  əvəz  edən  qövsvari  sıra 

dağ  silsilələrindən  ibarətdir.  Bu  zona  qərbdə  Pont  dağları  ilə 

başlayır.  Bir  neçə  paralel  sıra  əmələ  gətirən  Pont  dağları 

Anadolu  yaylasını  şimaldan  əhatə  edir.  Pont  dağlarının  şərqə 

davamı Kiçik Qafqaz dağlarına keçir(SSRİ ərazisində yerləşir). 

Bir  neçə  silsilədən  ibarət  olan  Kiçik  Qafqaz  (Acar-İmeretiya, 

Trialet, Samxet,Şahdağ,Mrovdağ,Qarabağ, Zəngəzur silsilələri) 

Ermənistan  vulkanik  yaylasını  şimaldan  əhatə  edir.  Araz 

çayından cənub-şərqdə bu dağların davamını Talış, Boqrovdağ, 

Elbrus silsilələri, bundan şərqdə isə Türkmən –Xorasan dağları, 

Kopetdağ və Hindiquşun şimal qolları təşkil edir. 

              Cənub  kənar  dağlar  silsiləsi  qərbdə  Tavr  dağları  ilə 

başlayır    və  Qərbi,Mərkəzi  və  Şərqi  Tavr  dağlarına  ayrılır. 

Şərqi  Tavr  dağlarından  şərqə  cənub  kənar  dağları  zonası 

,istiqamətini  cənub-şərqə  döndərərək    Kürdüstan  və  Zaqros 

dağlarına keçir. Bu istiqamətdə də dağlıq zona xeyli genişlənir 

və 10-12 paralel sıra dağ əmələ gətirir. 

              Zaqros  dağlarının  cənub-şərq  davamında  Məkran 

dağları  yerləşir.  Bundan  şərqdə  yerləşən  Kirtxar  dağları  artıq 

cənub-qərbdən  şimal-şərqə  istiqamət  alaraq,  Süleyman 

dağlarına,buradan  isə  Hindiquşun  cənub-şərq  qollarına  və 

şimal-qərbi  Himalaya  qədər  davam  edir.  Qərbi  Asiyanın  alp 

qırışıqlığı  zonasının  şimal  və  cənub  kənar  dağları  arasında 

geniş  daxili  yaylalar  vardır;  daxili  yaylalar  üç  böyük  hissədən 

ibarətdir.  Qərbdə  Anadolu  yaylası,  ortada  bir  qədər  kiçik 

Ermənistan vulkanik  yaylası, şərqdə isə daha geniş ərazi tutan 

İran yaylası yerləşir. 




             Qərbi  Asiyada  alp  qırışıqlığı  zonası  oroqrafiyasının 

əsas  xüsusiyyətləri  aşağıdakılardır:  1)  Ərəbistan  və  Hindistan 

platformalarının  şimal  çıxıntıları  qarşısında  dağlıq  zona  xeyli 

daralır,  kənar  sıra  dağlar  bir-birinə  maksimal  yaxınlaşır  və 

dağlar şimala tərəf əyilmiş böyük qövslər yaradır. Bu çıxıntılar 

arasında  dağlıq  zona  (həmçinin  daxili  yaylalar)  genişlənir, 

kənar  dağlar  xeyli  cənuba  meyl  edən  qövslər  şəklində  uzanır;  

2)  dağlıq  zona  genişlənən  yerlərdə  daxili  yaylaların  orta 

yüksəkliyi  xeyli  azdır  (800-1500m),  onun  çox  sıxılmış  ensiz 

sahələrində  isə,  əksinə,daxili  yaylaların  orta  və  mütləq 

yüksəkliyi  kənar  dağlıq  zonalarınkına  nisbətən  xeyli  artıqdır. 

Ermənistan yaylası isə vulkanik relyefin hakim olması ilə digər 

iki  yayladan  kəskin  fərqlənir;  3)  kənar  dağlıq  zona 

arasıkəsilməz  zəncir  əmələ  gətirir.  Bir  neçə  yerdə  isə  dağların 

oroqrafik  ardıcıllığını  köndələn  çökəklər  pozur;  4)  şərqdə 

yerləşən  Hindiquş  dağlarının  ox  hissəsi  qərbdə  kənar  dağlar 

silsiləsinə  deyil,  İran  yaylasının  daxili  hissələrinə  uzanır  və 

burada gömülərək yox olur. 

            Ön  Asiyanın  geniş  alp  qırışıqlığı  zonası  Hindiquş  və 

Pamirdə  xeyli  daralır,dağların  yüksəkliyi  isə  çox  artır.  Burada 

alp  qırışıqlığı  zonası  dağlarını daha qədim paleozoy qırışıqlığı 

dağları  əvəz  edir.  Pamir-Hindiquş  sahəsindən  şərqə  doğru 

Asiyanın  dağları  üç  böyük  qola  ayrılır:  cənub,  orta  və  şimal 

qollarına . Cənub qol alp qırışıqlığı zonasnın şərqə davamında 

yerləşən    dünyanın  ən  yüksək  dağ  silsilələsi  olan  Himalay 

dağlarına  ( Nanqa- Parbat  8126m,  Comolunqma 8882m  və s.) 

keçir.  Himalay  dağları  qövs  şəklində  şimal-qərbdən  cənub-

şərqə  uzanır.  Brahmaputra  çayının  sol  sahillərində  (Qərbi 

Birmada)  dağlar  istiqanətini  kəskin  dəyişib    cənuba  uzanır 

(Patkay və Aeakan-Yoma sıra dağları). Himalay dağları qədim 

kristallik,  metamorfik  və  çökmə  süxurlardan  ,  Qərbi  Birma 

dağları    isə  mezozoy    və    üçüncü  dövr  çöküntülərindən  ibarət 

olan  qırışıq  dağlardır.  Bu  dağlıq  zonanın  tektonik  davamı 

Andaman və Nikobar adalarına, oradan Sumatra,Yava  




adalarına uzanır və İndoneziya adalarının cənuba əyilmiş böyük 

qövsünü  əmələ  gətirir.  Orta  qol  Hindiquşdan  şərqə  uazanan 

Kara-korum  (Coqori  8611m),Kunlun,  Altıntaq,  Nanşan,  Sinlin 

sıra  dağlarını  əmələ  gətirir.    Bu  zonanın  dağları  arasında 

Saydam  çökəyi  yerləşir.  Himalay  və  Kunlun  dağları  arasında 

dünyada  ən  yüksək  yayla  olan  Tibet  yaylası  ucalır  (Orta 

yüksəkliyi  4500m).  Onun  üzərindəki  ayrı-ayrı  silsilələr  6500-

7000m yüksəyə qalxır. 

            Pamir  dağlarından  şimal-şərqə  enlik  istiqamətində 

uzanan  Tyan-Şan,  Cunqar,  Alatay,  Tarbaqatay,  Altay,  Monqol 

Altayı,  Sayan  dağları  böyük  bir  dağlıq  sahə  əmələ  gətirir. 

Baykal gölündən şərqə isə cənub-qərb,şimal-şərq istiqamətində 

uzanan  qədim  dağlar  silsiləsi  yerləşir.  Bu  dağlıq  zona  qitənin 

şimal-şərq ucqarına qədər davam edir. 

           Mərkəzi  Asiyanı  şimaldan  əhatə  edən  Tyan-Şan-Sayan  

dağlıq  zonasını  əmələ  gətirən  silsilələrin  əksəriyyəti, 

Zabaykalyenin 

dağları,kaledon 

və 

hertsin 


qırışıqlığı 

mərhələlərində,şimal-şərqi  Asiya  dağlarının  əksəriyyəti  isə 

mezozoy  qırışıqlığı  zamanı  əmələ  gəlmişdir.  Bu  dağların 

hamısı  neogen-dördüncü  dövrdə  tektonik  qalxmaya  məruz 

qalmaqla,  xeyli  cavanlaşmış  faylı-qayma  dağlardır.  Dağlıq 

zonada  bir  çox  dağarası  çökəklər  vardır  (Cunqariya, 

Monqolustanda  böyük  göllər  çökəyi  və  s.).  Dağlıq  sahədən 

qərbdə geniş Turan ovalığı, Qazaxıstan qırışıq təpəliyi, şimalda 

Qərbi  Sibir  ovalığı,  Orta  Sibir  yaylası,  Verxoyan  dağları  və 

Cersk yayalası, cənubda isə Mərkəzi Asiyanın sabit platforması 

əsasına  müvafiq  gələn  və  neotektonik  mərhələdə  zəif  qalxmış 

yaylaları  yerləşir.  Tyan-Şan  və  Kunlun  dağları  arasında 

Təkləməkan səhrası  geniş sahəni tutur. Bundan şərqdə Beyşan 

yaylası,  Alaşan,  Ordos  səhraları  vardır.  Mərkəzi  Asiya 

yaylalarının geniş bir hissəsi Qobi adlanır. Qobi yaylası şərqdə  

Böyük Xinqan dağlarına qədər uzanmaqla, cənubda səhra, orta 

hissədə  yarımsəhra,  şimalda  isə  çöl  landşaftına  malikdir. 

Mərkəzi Asiya yaylalarının yüksəkliyi 800-1500 m arasında  




Yüklə 215,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə