Ümumi İcmal



Yüklə 215,14 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix26.01.2018
ölçüsü215,14 Kb.
#22478
1   2   3   4   5   6   7

arasında  dəyişir.  Bəzi  dağlıq  səhralar  daha  yüksəkdir.  Horst 

tipli  İnşan  və  Alaşan  dağları  dik  yamaclarla  yayla  üzərindən 

1500-2000m  ucalır.  Eyni  zamanda  Mərkəzi  Asiyada  qurunun 

ən dərin çökəyi olan Turfan (154m) çökəyi yerləşir. 

            Asiyanın  şərqində  relyefin  əsas  formalari  əsasən 

şimaldan  cənuba  uzanan  orta  yüksəkliyi  olan  dağlardan, 

dağarası  çökəklərdən  və  ovalıqlardan  ibarətdir.  Burada  Böyük 

Xinqan,  Kiçik  Xinqan,  Mancuriya-Koreya  dağları,  Yunnan, 

Quycjoy,  Nanlin,  cənub-şərqi  Çin  yaylaları,  Qırmızı  hövzə 

çökəkliyi,  Böyük  Çin  və  Mancuriya  ovalıqları  relyefin  böyük 

formalarını  təşkil  edir.  Mancuriyadan  şimal-şərqdə  Zeya  və 

Sixote-Alin  dağları,  bunlarin  arasında  isə  Amur-Ussuri  ovalığı 

vardır.  Şərqi  Asiya  dağları  Yanşan  (mezozoy)  qırışıqlığı 

zamanı  əmələ  gəlmiş  faylı-qırışıq  dağlar  olub  ovalıq  və 

dağarası  çökəklərdən  tektonik  qırılmlar  zonası  ilə  ayrılır. 

Kaynozoyda  bu  dağlar  yenidən  şaquli  qalxma  hərəkətlərinə 

məruz qalmış,ovalıq və dağarası çökəklər isə əyilməkdə davam 

etmişdir.  Ovalıqlarda  çayların  dağlardan  yuyub  gətirdiyi 

yumşaq allüvi çöküntüləri toplanmışdır. 

              

                

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Çayları və gölləri 

Asiya  ərazisində  çay  şəbəkəsinin  sıxlığı  iqlim  və 

relyefdən  asılı  olaraq  çox  müxtəlifdir.  Səth  axarının  ərazidə 

qeyri–bərabər  paylanması  ilə  əlaqədar  olaraq,  qitədə  sıx  çay 

şəbəkəsi olan sahələrlə bərabər, daimi axarı olmayan sahələr də 

geniş  yer  tutur.  Qitə  ərazisindən  bütün  okeanların  hövzələrinə 

çaylar  axır.  Şimal  Buzlu  okeanı,  Sakit  və  Hind  okeanına 

tökülən çayların  ümumi  hövzəsi  təxminən bərabərdir. Atlantik 

okeanı  hövzəsinə  Ön  Asiyanın  Aralıq  və  Qara  dənizlərinə 

tökülən kiçik çayları daxildir (cədvəl 2). 

  

Yağıntıların  illik  miqdarı,  bunun  mümkün  olan 



buxarlanmaya nisbəti və ərazinin meylindən asılı olaraq qitədə 

səth axarı müxtəlif paylanmışdır. Şimali Asiyada (Sibirdə) bu, 

200  mm-dən  artıqdır.  Yalnız  Qərbi  Sibirin  cənubunda,  Lena–

Vilyuy  çökəkliyində  və  Kolıma–İndiqirka  hövzələrində  səth 

axarı 200 mm–dən azdır. 

 

Mərkəzi,  Orta  və  Ön  Asiyada,  yüksək  dağlıq  ərazilər 



müstəsna  olmaqla,  səth  axarı  50  mm–dən  azdır.  Şərqi  və 

Cənubi Asiyanın musson iqlimi sahələrində səth axarı yenidən 

artır  və  öz  maksimal  həddinə  çatır.  Səth  axarı  Uzaq  Şərqdə 

200–400 mm, Çin və Yaponiyada 600–1000 mm (bəzi yerlərdə 

1500  mm),  Himalay  dağlarının  cənub  yamaclarında,  Arakan 

Yoma  və  Qərbi  Qat  dağlarının  cənub  –qərb  yamaclarında  və 

Malay arxipelaqı adalarının əksər sahəsində 1500 mm-ə çatır və 

bundan  da  artıq  olur.  Səth  axarının  rütubətli  musson  iqlimi 

sahəsində  çox  olması,  burada  yağıntıların  bolluğu  ilə,  Sibirdə 

kifayət  qədər  olması  isə  buxarlanma  qabiliyyətinin  və  daimi 

donuşluq şəraitində filtrasiyanın azlığı ilə izah edilməlidir.  

 

Asiyanın  ən  böyük  çayları  öz  mənbəyini  Mərkəzi 



Asiyanın  şimal,  cənub,  qərb  və  şərqdən  əhatə  edən  dağ 

sistemlərinin  kənar  (okeanlara  baxan)  yamaclarından  götürür. 

Bəzən çaylar bu dağları yarıb öz mənbələrini Mərkəzi Asiyanın 

daxilindəki  yaylalara  qədər  irəlilətmişlər.  Beləliklə  yüksək 

dağlar  hər  yerdə  suayırıcı  rolunu  ifa  edə  bilmir.  Qeyd  etmək 



kifayətdir  ki,  dünyanın  ən  yüksək  dağ  silsiləsi  olan  Himalay 

yalnız  kiçik  çayların  suayrıcısıdır.  Hind,  Brahmaputra  və 

bunların bəzi qolları onu dərin dərələrlə kəsir. Qitənin rütubətli 

sahələrində çox sulu böyük çay sistemləri inkişaf etmişdir. Bu 

çayların  hamısı  böyük  məsafə qət  edərək okeanlara və onların 

dənizlərinə tökülür. Arid sahələrdə daimi axarlı çaylar olduqcq 

azdır,  bunlar  öz  sularını  çox  vaxt  daxili  hövzənin  dəniz  və 

göllərinə  belə  çatdıra  bilmir  və  səhra  qumlarında  (subaeral 

deltalarda)  yox  olurlar.  Arid  sahələrin  əksəriyyətində  yalnız 

dövri çaylara rast  gəlmək mümkündür. Bir neçə ildən bir dəfə 

həmin çayların yataqları su ilə dolur. Asiyanın arid sahələrində 

quru dərə sisteminin (məsələn Ərəbistanda  yaxşı  inkişaf etmiş 

vadi  şəbəkəsi,  Mərkəzi  Asiyada  quru  göl  çalalarının  olması) 

plüvial  dövrdə  (buzlaşma  dövründə)  həmin  sahələrdə 

yağıntıların  indi  olduğundan  xeyli  çox  düşməsini  göstərir. 

Həmin  dövrdə  arid  sahələrdə  daha  çox  daimi  və  müvəqqəti 

çaylar olmuş və onların  əksəriyyəti əz sularını müəyyən dəniz 

və göllərə çatdırmışlar. 

Asiyanın  iqlim  və  geomorfoloji  şəraiti  çox  müxtəlif 

olduğu kimi, çayların qidalanması, illik səviyyə rejimi, eroziya, 

nəqletmə  və  akkumulyasiya  fəaliyyəti,  nəhayət  onların 

təsərrüfata yararlılığı da olduqca müxtəlifdir. 

Sibir  çaylarının  (Ob,Yenisey,  Lena  və  bunların  qolları, 

bir  çox  orta  və  kiçik  çaylar)  qidalanması  əsasən  qarların 

əriməsindən  yaranan  suların  və  qismən  də  yağış  sularının 

hesabınadır.  Bu  çaylar  yazda  qarların  əriməsində  daşır,  qışda 

isə  onlarda  su  sərfi  minimuma  enir.  Qışda  Sibir  çayları  uzun 

müddət  donurlar  (kiçik  çaylar  dibə  qədər  buz  bağlayır).  Sibir 

çaylarının  donması  şimaldan,  buzlardan  azad  olması  isə 

cənubdan  başlayır.  Bu  hal  çaylarda  iki  dəfə  səviyyənin 

qalxmasına  səbəb  olur.  Lakin  çayların  buzlardan  azad  olduğu 

dövr qarların əriməsi dövrünə təsadüf edir və beləliklə çaylarda 

səviyyə  daha  çox  qalxır,  bəzən  buz  yığınları  yaranır,  ovalıq 

çayları öz yatağından çıxıb geniş əraziləri basır. Sibir çaylarının 




Yüklə 215,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə