Ümumi İcmal



Yüklə 215,14 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix26.01.2018
ölçüsü215,14 Kb.
#22478
1   2   3   4   5   6   7

Şərqi  Asiyada  Sakit  okean  zonasında  və  İndoneziyada  indiyə 

qədər  davam  edən  güclü  vulkanizmin  və  dəhşətli  zəlzələlərin 

əsas  səbəbidir.  Asiyanın  geoloji  inkişafı,müasir  strukturunun 

böyük 


elementləri,relyefin 

əsas 


formalarının 

ərazidə 


paylanması  qitənin  dərinlik  quruluşu  ilə  sıx  əlaqədardır. 

Yüksək dağ  silsilələri və yaylalar sahəsində yer qabığı və eləcə 

də  qranit  təbəqə  çox  (50-65km)  qalındır.  Ovalıq  və  çökəklik 

sahələrdə  yer  qabığının  qalınlığı  xeyli  (30-45km)  azalır. 

Ümumiyyətlə  Asiya  qitəsi  üçün  materik  tipli  yer  qabığı 

xarakterikdir. Lakin şərqi Asiyanın müasir geosinklinal qurşağı 

sahəsində  yer  qabığı  kontinental  və  okean  tipli  qabıq  arasında 

keçid təşkil edir. Üçüncü və dordüncü dövrdə bu qurşağın  yer 

qabığı  quruluşunda  böyük  dəyişikliklər  baş  verir.  Görünür 

həmin  qurşağın  yüksək  dərəcədə  oynaqlığı,  burada  güclü 

müasir vulkanizm və zəlzələlərin baş verməsi yer qabığında və 

mantiyada gedən hadisələrlə bilavasitə əlaqədardır. 

            Asiya qitəsində baş verən bu mürəkkəb geoloji-tektonik 

hadisələr  nəticəsində  qitənin  mürəkkəb  quruluşlu  yer  qabığı 

yaranmışdır. Materikin geniş ərazisində kontinental yer qabığı, 

Şərqi  Asiyanın  böyük  adaları  zonasında  isə  daha  mürəkkəb 

keçici yer qabığı yaranmışdır. 

           Qitədə  yer  qabığı  müxtəlif  qalınlığı  böyük  tektonik  və 

orfoqrafik  sahələrin  konturuna  müvafiq  şəkildə  paylanmışdır. 

Ön  Asiyanın  dağlıq  yaylalarında,  Mərkəzi  Asiyada  və  Sibirin 

dağlıq  və  yüksək  yaylaları  sahəsində  yer  qabığının  qalınlığı 

45km-dən  artıqdır.  Bu  rəqəm  Tibetdə  55-65  km,  Pamir,  Tyan-

Şan  dağlıq  sahəsində  70  km-ə  qədər  artır.  Qitənin  platforma 

yaylalarında  (Ərəbistan,Hindistan)  və  düzənliklərində  (Qərbi 

Sibir,Şərqi Çin və s) yer qabığı qalınlığı 35-40-50 km-ə çatdığı 

halda,  dənizlərdə  10-15  km-ə  qədər  azalır.  Hər  yerdə  materik 

tipli yer qabığı ilə okean tipli yer qabığı arasında sərhəd kəskin, 

keçid zona isə çox ensizdir. Bütün bu xüsusiyyətlər relyefdə də 

özünü aydın göstərir. 

 



                       FAYDALI QAZINTILARI 

 

          

Asiya    qitəsi  faydalı  qazıntılarla  olduqca  zəngindir. 

Ayrı-ayrı geoliji formasiyalar və geosinklinal sahələrlə müxtəlif 

filiz,qeyri-filiz  faydalı  qazıntı  yataqları  əlaqədardır.  Asiyada 

qeyri-filiz  faydalı  qazıntılardan  daş  kömür  və  neftin  olduqca 

böyük ehtiyatları vardır. Daş kömürün böyük yataqları şimal və 

şimal-qərbdə  Tunqus,  Lena,  Çeremxova,  Kuznetsk  hövzələri, 

Karaqanda,  Saxalin  və  s.yerlərdədir.  Xarici  Asiyada  isə  daş 

kömür  yataqları  Yaponiyada,Şimal-Şərqi  Çində,  Koreyada, 

Hindistanda və s. ölkələrdədir.   

             Asiyanın  neft  yataqları  platformaların  çöküntü  örtük 

qatı  ilə,  orogen  sahələrdə  isə  dağarası  və  dağətəyi  çökəklərin 

molass  çöküntüləri  ilə  əlaqədardır.  Platforma  örtüyünün  zəif 

qırışmış  çöküntü  qatlarında  olan  böyük  neft-qaz  ehtiyatları 

Qərbi-Sibirdə, Ərəbistan platformasının şərq və şimal-şərqində 

əyilmələr  sahəsində  məlumdur.  Hazırda  bu  iki  platforma  neft-

qaz  yataqlarının  zənginliyinə  görə  dünyada  görkəmli  mövqe 

tutur.  Dağətəyi  və  dağarası  əyilmələr  sahəsinin  tektonik 

strukturları  ilə  əlaqədar  olan  böyük  neft-qaz  yataqları  İraqda, 

İranda,  Zaqafqaziya  depressiya  sahəsində,  Türkmənistanda  və 

Mərkəzi  Asiyanın  bəzi  çökəklərində,  Cənubi  və  Cənub-Şərqi 

Asiyada  yerləşir.  Şimal  və  Ön  Asiya  qitənin  başqa  böyük 

sahələrinə  nisbətən  bu  cəhətdən  daha  zəngindir.  Hazırda  neft 

çıxarılmasına  görə  Ön  Asiyada  İraq,  İran,  Küveyt,  Səudiyyə 

Ərəbistanı, Cənub-Şərqi Asiyada isə Birma mühüm yer tutur. 

             Asiyada  böyük  dəmir  filizi  yataqları  qədim  qırışıqlıq 

sahələrində  skarn  intruzivləri  və  metamorfik  komplekslərlə 

əlaqədardır. Qazaxıstanda, Yenisey təpəliyində, Zabaykalyedə, 

Anqara  sahillərində,  Xarici  Asiyada  isə  Mancuriya-Koreya 

dağlarında, Hindistanda Çuxota-Nakpur yaylasında dəmir filizi 

yataqları  istismar  edilir.  Xromitin  dünya  əhəmiyyətli  yataqları 

Türkiyədədir. Asiyada əsas əlvan metal yataqları qitənin qədim 

kristallik,metamorfik və qırışıqlıq sahələri ilə əlaqədardır.  



 

Qazaxıstanda  (Çezqazqan,  Baykonur  və  s.),  Filizli  Altayda, 

Salair  təpəliyində,  Şərqi  Asiyada,  Ön  Asiyanın  Alp  qırışıqlığı 

sahəsində  bir  çox  əlvan  metal  yataqları  məlumdur.  Qızılın  ən 

məşhur  yataqları  Sibirdə , Uzaq Şərqdə, Hindistanda və başqa 

sahələrdədir.  Asiyanın  şərq  və  cənub-şərqində  Sakit  okean 

filizli  qurşağında  zəngin  polimetal  yataqları  (qalay,  quğuşun, 

civə,sürmə və s.) yerləşir. Bu qurşaqda dünya əhəmiyyətli olan 

polimetal  yataqları  vardır.Qiymətli  qeyri-metal  faydalı 

qazıntılardan  almaz  yataqları  son  zamanlar  Yakutiyada  

müəyyən  edilmiş  və  hazırda  istismar  edilməkdədir.  Daşduzun 

əhəmiyyətli  yataqları  Ön  Asiyada  (  İran,  Pakistan  və    s.)  və 

Sibirdədir. Mirablit Qaraboğaz-Qol körfəzində çıxarılır. 

            Asiya  müxtəlif  tikinti  materialları  və  mərmərlərlə  də  ( 

Sibir  və  cənubi  Asiya  )olduqca  zəngindir.  Asiyanın  böyük 

çaylarının hidroenerji ehtiyatları tükənməzdir. 

 

 

                             RELYEFİ 



 

           

Asiyanın  müasir  relyefinin  başlıca  formaları  (böyük 

morfostrukturlar)  əsas  tektonik  zonalara  tam  uyğun  gəlir. 

Asiyada  geniş  yer  tutan  böyük  ovalıq,  düzənlik  və  yaylalar 

paleozoydan  əvvəl  və  qismən  aşağı  paleozoyda  yaranmış 

platformalara  (  Sibir,  Çin,  Ərəbistan,  Hindistan,  Qazaxıstan 

qırışıq  təpəliyi  və  i.a)  Mərkəzi  və  Şərqi  Asiyanın  aktivləşmiş 

sahələrindəki  dağ  silsilələri  paleozoy  və  mezozoy  qırışıqlığı 

zonalarına  ;  Alp-Himalay  zonası  dağları  kaynozoy-alp 

qırışıqlığı  sahələrinə,nəhayət  Şərqi  və  Cənub-Şərqi  Asiyanın 

adalar  qurşağı  isə  yuxarı  kaynozoy  geosinklinalı  qalxmalarına 

uyğun  gəlir.  Beləliklə,  dağlar  qırışıqlıq  sahələrinə,düzənliklər 

isə  əsasən  platformalara  və  dağarası  çökəklərə  müvafiqdir. 

Xarici  Asiya  relyefinin  ən  böyük  elementlərindən  biri  Alp-

Himalay zonasının dağ silsilələri və yaylalarıdır. Bu zona  



Yüklə 215,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə