Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

25 


 

MHBS  9  -  Maliyyə  Alətləri.  Bu  standart  2009-cu  ilin  noyabr  ayında  buraxılmışdır  və  maliyyə 

aktivlərinin  təsnifatı  və  qiymətləndirilməsi  üçün  yeni  tələbləri  təqdim  edir.  2010-cu  ilin  oktyabrında 

MHBS  9-a  edilən  düzəliş  maliyyə  öhdəliklərinin  təsnifatı  və  ölçülməsi,  habelə  tanınmasının 

dayandandırılması ilə bağlı yeni tələbləri təsbit edir.  

 

MHBS 9 üzrə əsas tələblər:  



 

 

“Maliyyə Alətləri: Tanınma və Ölçülmə” adlı 39 saylı MUBS-un əhatə dairəsinə daxil olan bütün 



tanınmış  maliyyə  aktivlərinin  sonradan  amortizasiya  olunmuş  yaxud  ədalətli  dəyərlə  ölçülməsi 

tələb  olunur.    Xüsusilə  də,  müqavilə  üzrə  pul  daxilolmalarının  yığılması  məqsədini  daşıyan 

biznes  modeli  çərçivəsində  saxlanılan  və  müqavilə  üzrə  pul  daxilolmaları  yalnız  əsas  borc 

məbləği,  eləcə  də  ödənilməmiş  əsas  borc  məbləği  üzrə  faizlərin  ödənilməsindən  ibarət  olan 

borc  investisiyaları  ümumiyyətlə  növbəti  hesabat  dövrlərinin  sonunda  amortizasiya  edilmiş 

dəyərlə ölçülür. Bütün digər borc və kapitala investisiya qoyuluşları növbəti hesabat dövrlərinin 

sonunda  ədalətli  dəyərlə  ölçülür.  Bundan  başqa  Maliyyə  alətləri  haqqında  MHBS  9-a  əsasən 

müəssisələr  (ticarət  üçün  saxlanılmayan)  yalnız  dividend  üzrə  gəliri  mənfəət  və  ya  zərər 

hesablarında  tanımaq  şərtilə  kapitala  investisiyanın  ədalətli  dəyərində  sonrakı  dəyişikliklərin 

digər məcmu mənfəət hesabatında təqdim edilməsi ilə bağlı yekun seçim edə bilərlər. 

 

 

9  saylı  MHBS-ə  əsasən  mənfəət  və  ya  zərər  hesablarında  ədalətli  dəyərlə  nəzərdə  tutulmuş 



maliyyə  öhdəlikləri  halında  bu  cür  maliyyə  öhdəliyi  üzrə  kredit  riskindəki  dəyişikliyə  aid  edilən 

onun ədalətli dəyərində baş vermiş dəyişiklik öhdəlik üzrə kredit riskində baş vermiş dəyişikliyin 

təsir  nəticələrinin  digər  məcmu  mənfəət  hesabatında  tanınması  mənfəət  və  zərər  üzrə  uçot 

qeydlərində  uyğunsuzluqların  baş  verməsi  yaxud  artmasına  gətirib  çıxarmadığı  halda  digər 

məcmu  mənfəət  hesabatında  tanınır.  Maliyyə  öhdəliyinin  kredit  riskinə  aid  edilən  ədalətli 

dəyərdə baş vermiş dəyişiklik sonradan mənfəət və ya zərər hesabında təkrar təsnif edilmir. 39 

saylı  MUBS-ə  əsasən  mənfəət  və  ya  zərər  hesabında  ədalətli  dəyərlə  nəzərdə  tutulmuş 

maliyyə  öhdəliyinin  ədalətli  dəyərindəki  dəyişikliklərin  məbləği  bütövlüklə  mənfəət  və  ya  zərər 

hesabında təqdim olunur. 

 

Qrupun  rəhbərliyi  gələcəkdə  MHBS  9-un  tətbiqinin  Qrupun  maliyyə  aktivlərinin  və  ya  maliyyə 



öhdəliklərinin  (məsələn,  ədalətli  dəyərdəki  dəyişiklikləri  mənfəət  və  ya  zərər  hesabları  üzrə  qeyd 

etməklə  Qrupun  hazırda  satılabilən  maliyyə  aktivləri  kimi  təsnifləşdirilmiş  geri  alınan  notlara 

investisiyaları  müvafiq  hesabat  dövrlərinin  sonunda  ədalətli  dəyərlə  ölçülməlidir)  hesabat  olunan 

məbləğlərinə  mühüm  təsir  edəcəyini  ehtimal  etmir.  Bununla  belə,  ətraflı  təhlil  tamamlanmayanadək 

MHBS 9-un təsiri ilə bağlı müvafiq təxminlərin verilməsi mümkün deyil. 

 

İnvestisiya  müəssisələri  haqqında  MHBS  10,  MHBS  12  və  MUBS  27-yə  düzəlişlər.

 

MHBS 10-a 

düzəlişlər  investisiya  müəssisəsini  müəyyən  edir  və  investisiya  müəssisəsi  anlayışına  uyğun  olan 

hesabat edən müəssisədən öz törəmə müəssisələrini konsolidasiya etməməyi, bunun əvəzinə onları 

öz  konsolidə  edilmiş  və  fərdi  maliyyə  hesabatlarında  mənfəət  və  ya  zərər  hesabları  üzrə  ədalətli 

dəyərlə göstərməyi tələb edir 

 

İnvestisiya  müəssisəsi  kimi  fəaliyyət  göstərmək  üçün  hesabatçı  müəssisədən  aşağıdakılar  tələb 



olunur: 

 

 



Bir və ya daha çox investordan  onları peşəkar investisiya idarəetmə xidmətləri ilə təmin etmək 

üçün vəsaitlər almaq; 

 

İnvestorlar qarşısında biznes məqsədinin yalnız kapitalın dəyərindəki artımdan və ya investisiya 



gəlirindən  və  ya  hər  ikisindən  mənfəətin  əldə  edilməsindən  ibarət  olması  barədə  öz  üzərinə 

öhdəlik götürmək; və 

 

Bütün  investisiyalar  üzrə  ədalətli  dəyər  əsasında  fəaliyyət  nəticələrini  qiymətləndirmək  və 



müəyyən etmək 


UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

26 


 

İnvestisiya  müəssisələri  üçün  yeni  açıqlama  tələblərini  tətbiq  etmək  məqsədilə  MHBS  12-yə  və 

MUBS  27-yə  növbəti  düzəlişlər  edilmişdir.  Qrupun  rəhbərliyi  investisiya  müəssisələrinə  düzəlişlərin 

Qrup  investisiya  müəssisəsi  olmadığından  onun  maliyyə  hesabatlarına  hər  hansı  təsir  edəcəyini 

düşünmür.  

 

Maliyyə  aktivlərinin  və  maliyyə  öhdəliklərinin  əvəzləşdirilməsi  haqqında  MUBS  32-yə 



düzəlişlər.   MUBS 32-yə düzəlişlər maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin əvəzləşdirilməsi ilə 

bağlı  tələblərinə  aydınlıq  gətirir.  Xüsusilə  də,  bu  düzəlişlər  “hazırda  əvəzləşdirmə  üçün  hüquqi 

qüvvəyə  malik  olan”  və  “eyni  zamanda  satış  və  hesablaşmanın  aparılması”  ifadəsinin  mənasına 

aydınlıq gətirir.  

 

Qrup  əvəzləşdirilməli  olan  hər  hanası  maliyyə  aktivlərinə  və  ya  maliyyə  öhdəliklərinə  malik 



olmadığından  onun  rəhbərliyi  MUBS  32-yə  bu  düzəlişlərin  tətbiqinin  müəssisənin  konsolidə  edilmiş 

maliyyə hesabatlarına mühüm təsir edəcəyini düşünmür. 

 

 

3. 



PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİ 

 

 



31 dekabr 

 2013-cü il 

 

31 dekabr  

2012-ci il 

 

 



 

 

Nağd pul  



               37,664  

 

27,506 



ARMB-dakı nağd qalıqlar

 (

məcburi ehtiyat depozitlərindən başqa



)   

                9,923  

 

28,749 


Digər banklardakı müxbir hesablar və overnayt depozitlər

              



 

 



Azərbaycan Respublikasında

 

                   725  



 

107 


Digər ölkələrdə 

 

               14,836  



 

11,357 


 

 

 



 

Cəmi pul vəsaitləri və onların ekvivalentləri

 

63,148

  

 

67,719 

 

 

31  dekabr  2012-ci  il  tarixinə  Qrupun  xarici  bankdakı  overnayt  yerləşdirmələrə 



illik  faiz  dərəcəsi  0.05% 

olan 4,396 min AZN və ya cəmi  müxbir hesabların  39 %-i və digər ölkələrin banklarındakı overnayt 

yerləşdirmələr 

daxildir.  

 

 

 



31 dekabr 2013-cü il üzrə pul vəsaitləri və onların ekvivalent balanslarının kredit keyfiyyəti aşağıdakı 

kimidir:   

 

 

ARMB-dakı pul 

vəsaitləri 

 

Digər banklardakı 

müxbir hesablar və 

overnayt 

yerləşdirmələr 

 

Cəmi 

 

   



   

 

Cari və dəyərsizləşməmiş: 



   

   


 

- Azərbaycan Respublikasının Mərkəzi Bankı 

          9,923   

-   


9,923  

Tərəfdaş bankların kredit reytinqləri: 

   

   


 

- A (Fitch reytinqləri)  

-   

3,759   


3,759  

- A+ (Fitch reytinqləri) 

-   

3,981   


3,981  

- BBB+ (Fitch reytinqləri) 

-   

3,890   


3,890  

- BBB (Fitch reytinqləri) 

          -                                 330   

330  


-   


1,245   

1,245  


- reytinqi olmayan 

-   


2,356   

2,356  


 

   


   

 

Nağd vəsait istisna olmaqla cəmi cari və 

dəyərsizləşməmiş pul və onların 

ekvivalentləri 

9,923   

15,561   

25,484  

 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə