Uşaq Kitabxanası


I   Həyat və yaradıcılığı



Yüklə 475,08 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix25.06.2018
ölçüsü475,08 Kb.
#51312
1   2   3   4   5   6   7   8   9   ...   19

 

                            I   Həyat və yaradıcılığı 



 

 Azərbaycan  xalqının  tarixi-mənəvi 

varlığını, 

bədii 


sözü 

ədəbiyyət 

aləmində  inadkar  inamla  qoruyan,  əks 

etdirən  yazıçı  və  tənqidçilərdən  biri 

çağdaĢ Azərbaycan ədəbiyyatının canlı 

klassiki  Elçin  Əfəndiyevdir.  O,  təkcə 

ədəbi-tarixi 

prosesdə 

yox, 

ümumiyyətlə,  milli-ictimai  fikirdə 



özünəməxsus  yeri  olan  əvəzolunmaz  yazıçı,  ictimai  xadim, 

təəssübkeĢ  vətəndaĢ,  böyük  ziyalı  və  nəcib  insandır.  Elçin 

Əfəndiyevin  yaradıcılığı  Azərbaycan  ədəbiyyatının  zəngin  bir 

təmayülünü  təĢkil  edir.  Elçin  Əfəndiyev  təkcə  nəsr  və 

dramaturgiyada  yox,  ədəbi  tənqiddə  də  reforma  aparmıĢ 

müəllifdir.  Elçin  Əfəndiyev  güclü  düĢüncələrin,  incə  duyğuların, 

sarsılmaz  sevgilərin  yazarıdır.  Əsərlərində  milli  kökə  bağlılıq  və 

milli  heysiyyat,  Azərbaycan  xalqının  ruhundan  uzaqlaĢmamaq, 

mənəvi təmizliyi və saflığı tərənnüm etmək geniĢ yer tutur. Elçin 

Əfəndiyevi    oxumaq  Azərbaycan  xalqını  yaxından  tanımaq, 

Azərbaycanın  uzun  illər  boyu  milli-mənəvi  dəyərlər  və  istiqlal 

uğrunda  apardığı  müqəddəs  mücadiləni  öyrənməkdir.  Müasirlik, 

həyat həqiqətərinə həssas  və  iti  nəzər,  xəlqilik və  romantik  pafos 

müasir  bir  sənətkar  kimi  Elçin  Əfəndiyevin  yaradıcılığında  öz 

əksini  tapan  məziyyətlərdir.  Bəli,  Elçin  Əfəndiyev  Azərbaycan 

nəsrinin  zirvəsinə  doğru  inamla  addımlayan  yazıçıdır.  Elçun 

Əfəndiyev zamanla, dövrlə ayaqlaĢan, xalqı sevən ədibdir.  

Elçin  Ġlyas  oğlu  Əfəndiyev  —  Azərbaycanın  xalq  yazıçısı, 

əməkdar  incəsənət  xadimi,  filologiya  elmləri  doktoru, 



 

professordur.  Elçin  Əfəndiyev  13  may  1943-çü  ildə  Bakı 



Ģəhərində 

XX 


əsr 

Azərbayçan 

ədəbiyyatının 

böyük 


nümayəndələrindən  biri,  Azərbaycanın  xalq  yazıçısı  Ġlyas 

Əfəndiyevin ailəsində dünyaya gəlib. UĢaqlıq çağlarından etibarən 

ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli 

ədəbiyyat,  folklor,  o  biri  tərəfdən  isə  dünya  ədəbiyyatı  Elçin 

Əfəndiyevin  daimi  mütaliəsinin  əsasına  çevrilib.  O,  nə  zaman 

yazmağa baĢlayıb? Bu suala Elçin müəllim özü belə cavab verir: 

―Özümü 

xatırladığım 



zamandan. 

Hələ 


yazıb-oxumağı 

bacarmırdım,  amma  özümdən  cürbəcür  əhvalatlar  uydurub 

danıĢırdım...‖ 

―Ġlk  hekayəsi  16  yaĢı  olarkən,  1959-cu  ildə  ―Azərbaycan 

gəncləri‖  qəzetində  dərc  olunub.  Bakı  Ģəhərində  orta  məktəbi 

(1960),  Bakı  Dövlət  Universitetinin  filologiya  fakültəsini  (1965), 

Azərbaycan  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat 

Ġnstitutunun  ədəbiyyat  nəzəriyyəsi  üzrə  aspiranturasını  (1968) 

bitirib,  ―Azərbaycan  bədii  nəsri  ədəbi  tənqiddə‖  mövzusunda 

namizədlik, 

―Ədəbiyyatda  tarix  və  müasirlik  problemi‖ 

mövzusunda  doktorluq  dissertasiyalarını  müdafiə  edib.  ―Min 

gecədən  biri‖  adlı  ilk  hekayələr  kitabı  1965-ci  ildə  çapdan  çıxıb. 

Bundan  sonra  Elçin  Əfəndiyevin  dünyanın  müxtəlif  dillərində 

100-ə yaxın kitabı nəĢr olunub, əsərləri ingilis, rus, fransız, alman, 

ispan,  türk,  macar,  bolqar,  ərəb,  fars,  çin,  çex,  slovak,  polyak, 

xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb 

və  sairə  dillərə  tərcümə  edilib.  Kitablarının  ümumi  tirajı  5 

milyondan çoxdur. 

Yazıçı  ABġ-da,  Rusiyada,  Fransada,  Türkiyədə,  Almaniyada, 

Hollandiyada,  Çində,  Belçikada,  Ġspaniyada,  Yunanıstanda, 

Lüksemburqda,  Ġsveçdə,  Ġsveçrədə,  Danimarkada,  Ukraynada, 

PolĢada, 

Özbəkistanda, 

Çexoslovakiyada, 

Yuqoslaviyada, 




 

Bolqarıstanda,  Ġraqda,  Avstriyada,  Qazaxıstanda,  Ġranda, 



Kanadada,  Səudiyyə  Ərəbistanında,  Rumıniyada,  Macarıstanda, 

Gürcüstanda,  Tunisdə,  Pakistanda  və  digər  ölkələrdə  müxtəlif 

elmi,  ədəbi,  ictimai,  siyasi  konfranslarda,  simpoziumlarda, 

qurultaylarda, görüĢlərdə, rəsmi dövlət danıĢıqlarında iĢtirak edib. 

Uzun  illər  Azərbaycan  Ali  Sovetinin  deputatı  olub.  Hazırda 

Azərbaycan  Respublikası  BaĢ  Nazirinin  müavini,  eləcə  də  Xarici 

Ölkələrlə  Mədəni  Əlaqələr  Cəmiyyəti  –  ―Vətən‖  Cəmiyyətinin 

sədri  vəzifələrində  çalıĢır.  Elçin  Əfəndiyev  Bakı  Dövlət 

Universitetinin  professorudur.  Bir  sıra  Dövlət  Komissiyalarının 

sədri,  nüfuzlu  Azərbaycan  və  beynəlxalq  ədəbi,  ictimai 

qurumların,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Təhsil üzrə Komissiyanın üzvüdür.  

Yazıçının    hekayələri  ədəbi-bədii  jurnalların,  deyək  ki, 

―Smena‖  və  ―Nedelya‖nın  mükafatlarına  layiq  görülüb.  Elçin 

Əfəndiyev 

psixoloji 

hekayələrin 

ustasıdır. 

Azərbaycan 

ədəbiyyatında  bu  hekayələr  həqiqi    bir  sənət  nümunəsi  kimi 

səslənir.  Bu  psixoloji  hekayələrin  ən  dərin  qatlarında  müəllifin 

humanist fikirləri dayanır. Ġlk baxıĢda yazıçı qəhrəmanlarının heç 

birinə  öz  rəğbətini  bildirmir,  onları  ancaq  təsvir  edir.  Lakin 

hadisələrin  məntiqi  inkiĢafı  yazıçının  sadə  adamların  tərəfində 

dayandığını,  onları  ürəkdən  sevdiyini  göstərir.  Bəli,  Elçin 

Əfəndiyevin  əsərləri  real  tarixi  hadisələrə  iĢıq  salan  ədəbi-bədii 

sənədlər salnaməsidir.  

Yazıçı ədəbiyyatĢünaslığımızı bu gün də məĢğul edən, ayrı-ayrı 

hallarda  sənətĢünaslıq  və  estetika  elmləri  ilə  sərhədlənən 

problemləri iki aspektdə – həm bədii nəsrin təcrübəsində, həm də 

onun  tənqidində  diqqət  və  ehtiyatla  araĢdırır,  müqayisələr  aparır, 

bədii  əsərləri  və  tənqidi  fikirləri,  müxtəlif  müəlliflərin  rəylərini 

tutuĢdurur,  nəticə  çıxarır,  yüksək  səviyyəli  elmi  xülasələr  əldə 



Yüklə 475,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə