Uşaq Kitabxanası



Yüklə 475,08 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix25.06.2018
ölçüsü475,08 Kb.
#51312
1   ...   11   12   13   14   15   16   17   18   19

43 

 

düĢündürən,  narahat  edən,  bizim  günlər  üçün  səciyyəvi  və  tipik 



görünən  problemlərdən  alır.  Çünki  Elçin  Əfəndiyev  müasir 

həyatla yaĢayır, onun axar və istiqamətini dərindən duyur, zəhmət 

adamlarının  arzusunu,  duyğu  və  düĢüncəsini  ifadə  edir,  gah 

əxlaqi-mənəvi  təmizlikdən,  fədakarlıq  və  qayğıkeĢlikdən,  gah  da 

xalqa,  ucsuz-bucaqsız  Vətənimizə  məhəbbətdən  yazır.  Elçin 

Əfəndiyev  yazarkən  dövrün  ideya-estetik  tələbi  səviyyəsində 

dayanır,  çox  hallarda  fikir  və  düĢüncəsini,  psixologiyasını  xırda, 

amma  mənalı  lövhə  və  detallarda  açır.  Mənəviyyata,  hiss  və 

duyğuya  təsir  etmək,  oxucunu  düĢündürmək  və  fikrən  hərəkətə 

gətirmək  üçün  yazıçı  sözün  və  bədii  təsvirin  imkanlarından 

yaradıcı  Ģəkildə  istifadə  edir.  Yazıçı  bəzən  hekayənin  sujetinə 

məlum əfsanə, nağıl və rəvayətlərin motivini axıdır. 



II  Aparıcı:Bəli,  yazıçı  canlı,  biçimli  və  ürəyəyatımlı  obrazlar 

yaradır. Onun hekayə və povestlərində surətlər həyatın axarından 

çıxmır,  öz  daxili  məntiqləri  ilə  hərəkət  edir,  cizgilərinin  bolluğu 

ilə  fərqlənirlər.  Elçin  Əfəndiyev  hekayələrində  rəmz  və 

Ģərtilikdən, öz-özü ilə söhbət və daxili dialoqlardan, tutarlı məcaz, 

əfsanə  və  nağıl  ünsürlərindən  sıx-sıx  istifadə  edir.  Bunlar  da 

əsərlərə  bədii  məziyyət  və  hərarət  gətirir,  təsiri,  dilin  Ģirinlik  və 

oynaqlığını  artırır.  Yazıçı  boya  zənginliyini,  sözü  çalarlı  axara 

salmağı  sevir,  təbiətin,  hissin  və  duyğunun  rənglərindən  yerində 

və  məqamında  istifadə  edir.  Rəng  Elçin  Əfəndiyevin  əsərlərində 

bədii-estetik, ideya-fəlsəfi yük daĢıyır, əhvali-ruhiyyənin, düĢüncə 

və münasibətin, müəllif amalının açılmasına kömək edir. 



I  Aparıcı:  Mənəviyyata,  hiss  və  duyğuya  təsir  etmək,  oxucunu 

düĢündürmək  və  fikrən  hərəkətə  gətirmək  üçün  yazıçı  sözün  və 

bədii  təsvirin  imkanlarından  yaradıcı  Ģəkildə  istifadə  edir.  O, 

bəzən  hekayənin  sujetinə  məlum  əfsanə,  nağıl  və  rəvayətlərin 

motivini axıdır. Bunlar da dövrün cari həqiqəti, həyati bir mətləbi 



44 

 

ilə  vəhdət  təĢkil  edir  və  ideya,  müəllif  amalı  müasirliklə  aĢılanır. 



Elçin  Əfəndiyevin  adi  ədəbiyyat  yaradıcılığında  bədii  dili  xüsusi 

iĢ görür. Yazıçı elita deyilən zümrəni kənara qoyub cəmiyyətin alt 

qatına,  saf,  təmənnasız,  zəhmətkeĢ,  torpaq  kimi  əməksevər 

insanlara  üz  tutanda  onlarla  öz  gündəlik  ailə-məiĢət  dillərində 

ünsiyyətə  girir.  Ədəbilik  möhürü  ilə  aliləĢdirilən,  bəkağətlə 

saydırılan  nitqin  üzündən,  necə  deyərlər,  ənliyini-  kirĢanını  silir. 

AbĢeron  camaatının  evdə,  küçədə,  məclisdə  iĢlətdiyi  danıĢığın 

dadını-duzunu  eynən  çatdıran  təbiiliyi  saxlayır.  Ədəbilik 

pərdəsinin  parıltılı  cilasını  təmizləyir  və  canlı  dil  Mirzə  Cəlil 

dilinin sadəlik gücü ilə görünür.  



II  Aparıcı:  Bəli,  əsərin  gücü  oxunuĢundadır.  Rəvan  oxumaq, 

həvəslə  oxumaq  Elçin  Əfəndiyevin  istedadına  rəvac  verən  əsas 

gücdür.  Yazıçı  Elçin  ana  dilinin  bilicisidir.  Elçin  Əfəndiyev 

istedadlı  söz  ustası  kimi,  təbii  ki,  Azərbaycan  türkcəsinin  bütün 

zəriflik  və  gözəlliklərinə  bələddir.  Onun  AbĢeron  mövzuları 

ədəbiyyatımızın  Ģedevrlərindən  sayılır.  Əsərlərindəki  obrazlardan 

biri də yazıçı özüdür. O, obrazları ilə yazıçıdan çox, həmkar kimi 

danıĢır. Elçin  Əfəndiyev  hər əsərinə görə, hətta bir əsərdəki hər 

obraza  görə  özünü,  öz  dilini  xüsusi  kökləyir.  Ona  görə  Elçin 

Əfəndiyev  çox  oxunan  yazıçılardandır.  Ənənəvi  ədəbiyyatımızda 

buna xəlqilik deyiblər. Əgər yaradıcılığın boyu min obraz yaradıb 

hərəsini öz dili ilə danıĢdırırsansa, deməli sən min nəfərin düĢüncə 

aləminə  girə  bilmisən.  Bu  humanizmdir,  psixoloq  səriĢtəsidir  – 

yazıçının əsl yazıçı keyfiyyəti də humanizmdir, psixoloq idrakıdır. 

Elçin Əfəndiyev  hər mövzuya görə dilini xüsusi kökləyə bilir. 

I  Aparıcı:  Kimsə  hərdən  bir  adiyə  bədii  obraz  pasportu  verəndə 

Elçin  Əfəndiyev  bu  adi  insanları  əsərlərinə  dəstə-dəstə  gətirdi. 

Adiliyin estetikasını  özününküləĢdirdi.  Adiliyin  fəlsəfəsini oxudu 

və  üzə  çıxardı,  adiliyin  poeziyasını  duydu  və  qələmə  aldı. 




45 

 

Nəticədə,  adilik  təməlində  qeyri-adi  ədəbiyyat  yaratdı.  Bu,  Elçin 



Əfəndiyevin zəngin üslub cizgilərindən biri oldu. Yazıçı bu yolda 

xüsusi  istedad  göstərdi.  ―BaladadaĢın  ilk  məhəbbəti‖, 

―BaladadaĢın  toy  hamamı‖  və  AbĢeronun,  Bakı  kəndlərinin 

mənzərəsini  canlandıran  neçə-neçə belə  hekayə  və  povestləri  son 

50  illik  ədəbiyyatımızın  həmiĢəyaĢarlıq  fondunun  vəsiqəsini 

almıĢdır. Bu ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar ki, 

yazıçı  bu  adi  adamların  daxilən  gizlədib  xəlvətdə  saxladığı 

mənəvi  keyfiyyətləri  hamımız  üçün  estetik  sərvətə  çevirir.  Bu 

ədalətli qiymətə belə bir fikir də əlavə etmək olar ki, yazıçı bu adi 

adamların  heç  birinin  tərəfində  dayanmır,  onların  həyatını, 

mübarizəsini  təsvir  etdikcə  bu  adamların  daxilində  gizlənən  və 

qətrə  -  qətrə  üzə  çıxan  bütövlükdə;  –  Ġnsan  gözəldir!  Təbiətin 

yaratdığı ən gözəl varlıq insandır! – fəlsəfəsinin ifadəsinə çevrilir. 

Müxtəlif  əhvali-ruhiyyəli,  müxtəlif  fərdi  həyat  yolları  keçən 

adamların  mənəvi  aləminə  eyni  səviyyədə  dərindən  nüfuz  etmək 

qabiliyyəti onun yazıçılıq istedadının ən qüvvətli amillərindəndir. 



II Aparıcı: Elçin Əfəndiyev  müasir həyatdan, uĢaq vaxtlarından 

bələd  olduğu  adamlardan  və  mənbələrdən  yazır.    Təsadüfü 

deyildir  ki,  AbĢeron  bağları  və  kəndləri,  Xəzər  dənizi  onun 

əsərlərində  poetikləĢdirilir.  Bizi  əhatə  edən  xarici  aləm, 

yaĢadığımız evlər, gəzdiyimiz dəniz sahilləri, Bakı bağlarının sarı 

qumu,  dadlı  üzüm  gətirən  meynələri,  çadır  kimi  kölgə  salan  tut 

ağacı, çılpaq qayaları Elçin Əfəndiyevin hekayə və povestlərində 

daim  insan  hissilərinin  hərarətini,  insan  ürəyinin  romantik 

çırpıntılarını  əks  edir;  çünki  yazıçı  onları  təsvir  xatirinə  deyil, 

qəhrəmanlarının  həyəcan  və  iztirablarının,  hisslərinin  tərcümanı 

kimi  əsərə  daxil  edir.  Bu  təsvirlərin  yığcamlığı  və  təbiiliyi 

oxucunu  daima  cəlb  edir.  Xalq  yazıçısı  Elçin  əfəndiyevin  

dramaturgiyası  bu  gün  nəinki  ölkəmizin,  hətta  dünyanın  bir  çox 



Yüklə 475,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə