Uşaq Kitabxanası



Yüklə 475,08 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix25.06.2018
ölçüsü475,08 Kb.
#51312
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

33 

 

 Kitabxanaçı:    Elçin  Əfəndiyev    ilk  hekayələrindən  həyata 



cəsarətlə  müdaxilə  edir.  ĠĢdə  və  fəaliyyətdə,  düĢüncə  və 

münasibətdə,  ailə  və  məiĢətdə  baĢ  verən  nöqsanlarla  barıĢmır. 

Humanizm 

və 


vətənpərvərliyi, 

xalq 


məhəbbətini 

zahiri 


əlamətlərdə  axtaran,  əslində  milli  hiss  və  qürurdan,  daxili 

yetkinliklərdən  məhrum  olan,  Füzuli  ilə  Vaqifi  bir-birindən  ayıra 

bilməyən ―qanlı oğlana‖ gülür. Elçin Əfəndiyev  gənclərin narahat 

və  yaradıcı  axtarıĢlarından,  onların  romantik  xəyal,  arzu  və 

düĢüncələrindən,  məiĢətdən,  ailə  həyatından  yazanda  Ģirin 

söyləmə  üsulu  seçir,  mənalı  yumor  lirizmə  qarıĢır,  surətin 

mündəricəsini sətiraltı qənaətlər tamamlayır. Əgər belə olmasaydı, 

nə  ―BaladadaĢın  ilk  məhəbbəti‖,  ―Toyuğun  diri  qalması‖,  

―BaladadaĢın  toy  hamamı‖,  nə  də  ―Bir  görüĢün  tarixçəsi‖ndə 

haqqın,  iĢığın,  gözəlliyin  mövcudluğu,  hətta  bir  çox  hallarda 

təntənəsi  barədə  ürəkdən  tikan  çıxaran  epizodlar  və  xallar 

olmazdı.  Belə  olmasaydı,  BaladadaĢ,  əli  pulla,  ―brilyant 

medalyon‖la  oynayan  Murada,  on  altı  -  on  yeddi  yaĢlı  məsum 

Məsməxanım  harınlamıĢ  ―Qızıl  AğadadaĢ‖a,  həssas  məktəbli 

Əbili  ―çəhrayı  qızlara‖,  ―çəhrayı  oğlanlara‖,  sürücü  Ağababa 

―GümüĢ Malik‖ə qarĢı qoyulmazdı. Elçin Əfəndiyev həyatı, bədii 

obrazı  dərindən  düĢünür.  Ġnsanı  özünəməxsusluğu,  daxili 

ziddiyyətləri  ilə  təsvir  edir.  Təkcə  hekayələrində  yox, 

povestlərində  də  geniĢ  tərcümeyi    -  hal  materialı  vermir,  portret 

yaradanda  təfərrüata  varmır.  Rənglərlə,  mükalimələrlə,  bədii 

mahiyyətdən  doğan  haĢiyələrlə  surətin  mühiti,  ömür  yolu 

haqqında dolğun təsəvvür oyadır. 

Kitabxanada sevilən tədbirlərdən biri də rəsm müsabiqələridir. 

Bildiyimiz kimi Elçin Əfəndiyev bir-birindən maraqlı hekayələrin

povestlərin    müəllifidir.  Müsabiqə  zamanı  həmin  hekayələrə, 

povestlərə  uĢaqlar  tərəfindən  illüstrasiyalar  çəkilməsi  tapĢırılır. 




34 

 

ġəkilərin hazırlanması üçün uĢaqlara iki həftə vaxt verilir. Bu vaxt 



ərzində oxucular həm Elçin  Əfəndiyevin   əsərlərini  oxuyur, həm 

də  oxuduqları  və  ən  çox  bəyəndikləri  hekayəyə,  povestə  

illüstrasiyalar  çəkirlər.  Ən  gözəl  məna  kəsb  edən  rəsm  iĢləri 

mükafatlandırılır. 

Həmçinin 

rəsm 


müsabiqələri 

üçün 


məktəblərarası yarıĢmalar da təĢkil etmək olar. Rəsm müsabiqələri 

ilə  yanaĢı  baĢqa  müsabiqələrin  də  təĢkili  mümkündür.  Məsələn, 

uĢaqların  ifasında  Elçin  Əfəndiyevin  hekayələri,  kinopovestləri 

səhnələĢdirilərək  münsiflərə  təqdim  olunur

.

  Münsiflər  heyəti 



kitabxana  müdirindən,  teatrımızın  görkəmli  nümayəndələrindən 

təĢkil  edilir.  Əsəri  ən  gözəl  səhnələĢdirən  uĢaqlardan  ibarət 

komanda mükafatlandırılır.  

Kitabxanada  keçiriləcək  kütləvi  tədbirlərin  ən  canlı  və 

maraqlısı    sual-cavab  gecəsi    və  viktorinalardır.  Sual-cavab 

gecələri  və  viktorinalar  canlı  söhbət  və  müsahibə  Ģəklində 

keçirilir. 

Bu 


da 

oxucuları 

maraqlandıran 

sualların 

aydınlaĢdırılmasına  xidmət  edir.  Tədbir  zamanı  suallar  uĢaqlara 

paylanır.  Ən  çox  suala  cavab  verən  oxucu  kitabxana  rəhbərliyi 

tərəfindən  mükafatlandırılır.  Suallardan  bir  neçəsini  sizə  təqdim 

edirik. 


Sual: 1. Elçin Əfəndiyev kimdir? 

Cavab:  Elçin Əfəndiyev Ġlyas Əfəndiyevin oğlu,  lirik hekayələr 

ustası,  dramaturq, romançı,  mahir komediyalar müəllifidir. 



Sual: 2. Elçin Əfəndiyev  hansı hekayələrin müəllifidir? 

Cavab:  ―Zireh‖,  ―Mənlə  mən  arasında‖,  ―Qarabağ  Ģikəstəsi‖, 

―Dünyanın 

bəxtəvəri‖, 

―Ayaqqabı‖, 

―Bülbülün 

nağılı‖, 

―BaladadaĢın  ilk  məhəbbəti‖,  ―BaladadaĢın  toy  hamamı‖, 

―Talvar‖, ―Sarı gəlin‖, ―Qızıl diĢ‖, ―Araba‖, ―QıĢ nağılı‖, ―Parisdə 

avtomobil  qəzası‖,  ―ġuĢaya  duman  gəlib‖,  ―GümüĢü,  narıncı, 

məxməri‖ və s. 




35 

 

Sual:3. Elçin Əfəndiyev  hansı uĢaq hekayələrinin müəllifidir? 

Cavab:  ―Səlimin  hekayələri‖,‖  Mənə  niyə  gülürlər?‖,  ―Gör  necə 

top  vuraram...‖,  ―Mən  Lalə  istəyirəm‖,  ―Mən  hər  Ģeyi  bilirəm‖, 

―Aysunun, 

Humayın, 

Günayın, 

Yalçının 

və 

Nigarın 


nağılları‖,‖Balaca qırmızı çiçək‖, ―Küləyin, çinarın və qaranquĢun 

balasının  hekayəti‖,‖Humayın  yuxusu‖,‖  Gilas  qız‖,‖  Kukla, 

yoxsa  Aysu?‖,‖Ayıca,  Aysu  yorulub‖,‖  Axı  nə  oldu  ki,  birdən 

hamı güldü? ―və s. 



Sual:4Elçin Əfəndiyevin  hansı əsərləri ekranlaĢdırılmıĢdır? 

Cavab:

 Əllər və rənglər , Ömrün səhifələri , Alıcının sərgüzəĢti , 

Arxadan  vurulan  zərbə  ,  Dantenin  yubileyi  ,  Gözlə  məni  ,  ġəlalə 

,GümüĢü furqon , Bağ mövsümü, Humayın yuxusu , Sahilsiz gecə 

,  Tikdim  ki,  izim  qala,  Bahar  oğlu  ,  Milli  bomba  ,  Bizim  qəribə 

taleyimiz, Mətbuat fədaisi , Hökmdarın taleyi  ,Silinməyən izlər... 

Tofiq Tağızadə , Mahmud və Məryəm və s. 

Sual:5. Hal-hazırda Elçin Əfəndiyev hansı vəzifədə çalıĢır? 

Cavab:  Hazırda  Elçin  Əfəndiyev    Azərbaycan  Respublikası  BaĢ 

Nazirinin  müavini,  eləcə  də  Xarici  Ölkələrlə  Mədəni  Əlaqələr 

Cəmiyyəti  -  ―Vətən‖  Cəmiyyətinin  sədri  vəzifələrində  çalıĢır. 

Bakı  Dövlət  Universitetinin  professorudur.  Bir  sıra  Dövlət 

Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, 

ictimai  qurumların  üzvüdür.  Azərbaycan  Respublikasının 

Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür. 

Sual:6.‖GümüĢü,  narıncı,  məxməri‖  hekayəsinin  baĢ  qəhrəmanı 

kimdir? 


Cavab: Bu əsərin baĢ qəhrəmanı Allahverdidir. 

Sual:7. Elçin Əfəndiyevin hansı povestləri, kinopovestləri var? 

Cavab: ―Bir görüĢün tarixçəsi‖, ―Toyuğun diri qalması‖, ―Dolça‖, 

―Bayraqdar‖,  ―Ox  kimi  bıçaq‖,  ―Aman  ovçu,  vurma  məni‖, 

―Hökmdarın taleyi‖ vəs. 



Yüklə 475,08 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə