Uşaq Kitabxanası



Yüklə 475,08 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix25.06.2018
ölçüsü475,08 Kb.
#51312
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

39 

 

Bir damla göz yaĢımız 



Bir gün baĢına yağır 

Sənin güllər, çiçəklər 

Qocalığın gəncliyi 

YetmiĢ yaĢa deyirlər 

Səni istəməyənlər 

BaĢın daĢa döyürlər. 

Dostlar sənə əl çalır. 

YaĢa! YaĢa – deyirlər 

Hələ qılınc kimisən, 

MaĢallah, hələ cağsan. 

Allah qoysa, sən hələ 

Yüz il yaĢayacaqsan! 

Sən yaĢa, biz də görək! 

Hələlik, dostum Elçin

YetmiĢ yaĢın mübarək! 

 I Aparıcı: 

Bizim ölkədə 20-80 yaĢ arasında elə bir insan 

 təsəvvüretmək  olmaz  ki,  Elçin  Əfəndiyev  yaradıcılığının  çox 

qismini  doyulmaz  zövq  ala-ala,  ruhi  bir  qüdrət  qazana-qazana 

oxumasın,  onun  lirik-psixoloji  üslubu,  poeziya  ovqatlı,  duzlu-

məzəli dram əsərlərinə tamaĢa  etməsin. Ustad sənətkarın istedad 

və  zəhmətlə  nail  olduğu  yazı  mədəniyyəti,  özünü  sözə  çevirmə 

tərzi  insanın  hiss  və  həyəcanlarını,  duyğu  və  düĢüncələrini  ifadə 

etmək  baxımından  doğma  Azərbaycan  dilini  həsəd  aparılacaq  bir 

ucalığa yüksəltmiĢdir. Belə bir bacarıq hər yazıçıya qismət olmur. 

Elçin Əfəndiyevdə dil ürək kimi çırpınır, beyin kimi düĢünür, su 

kimi axır, gün kimi iĢıq saçır, axĢam kimi düĢür, dərd kimi ağrıdır, 

ruh  kimi  susur...  Elçin  Əfəndiyevin  bu  xüsusiyyətləri  qələm 

yoldaĢları tərəfindən həmiĢə yüksək qiymətləndirilmiĢdir.  




40 

 

II  Aparıcı:Bəlkə  buna  görə  də  Elçin  nəsrinin,  Elçin 

yaradıcılığının  qüdrətini  canlandırmaq  çox  çətindir.  Çünki  bu 

yaradıcılıq  baxılmağa,  araĢdırılmağa  layiqdir.  Elçin  Əfəndiyevdə 

bədii  idrak  duyğusu  güclü  və  cəlbedicidir.  Yazıçı  Azərbaycan 

ədəbiyyatına  bir-birindən  gözəl  hekayələr  bəxĢ  edib.  Eyni 

zamanda  ―Bir  görüĢün  tarixçəsi‖,  ―Toyuğun  diri  qalması‖,  ―Poçt 

Ģöbəsində xəyal‖, ―Dolça‖ və baĢqa məĢhur povestlər də yazıçıya 

uğur gətirib. Bununla bərabər hər biri milli nəsrimizin inkiĢafında 

önəmli  yer  tutan,  Azərbaycan  bədii  təfəkkürünü  irəliyə  aparan 

―Ağ  Dəvə‖,  ―Mahmud  və  Məryəm‖,  ―Ölüm  hökmü‖  əsərləri 

hekayə,  povest  ustası  Elçin  Əfəndiyevi  romançı  olaraq  təqdim 

edir.  Bəli,  Elçin  Əfəndiyev  romançıdır.  Onun  ən  yığcam 

hekayəsində,  ən  kiçik  povestində  də  roman  tutumu,  roman 

dərinliyi,  roman  siqləti  var.  Elçin  Əfəndiyev  Ģöhrət  üçün  yox, 

ürəyinin  hökmü  ilə  yaradan  sənətkardır.  Milli  nəsrin  ən  qiymətli 

inciləri  olan  bu  əsərlər  həm  də  çağdaĢ  dünya  nəsrinin  hadisələri 

olaraq qiymətləndirilə bilər. 



I Aparıcı:      Elçin  Əfəndiyev  ilk  hekayələrindən  həyata 

cəsarətlə  müdaxilə  edir.  ĠĢdə  və  fəaliyyətdə,  düĢüncə  və 

münasibətdə,  ailə  və  məiĢətdə  baĢ  verən  nöqsanlarla  barıĢmır. 

Yazıçı  gənclərin  narahat  və  yaradıcı  axtarıĢlarından,  onların 

romantik    xəyal,  arzu  və  düĢüncələrindən,  məiĢətdən,  ailə 

həyatından  yazanda  Ģirin  söyləmə  üsulu  seçir,  mənalı  yumor 

lirizmə 

qarıĢır,  surətin  mündəricəsini  sətiraltı  qənaətlər 

tamamlayır.  Əgər  belə  olmasaydı,  nə  ―BaladadaĢın  ilk 

məhəbbəti‖, ―Toyuğun diri qalması‖,  ―BaladadaĢın toy hamamı‖, 

nə  də  ―Bir  görüĢün  tarixçəsi‖ndə  haqqın,  iĢığın,  gözəlliyin 

mövcudluğu, hətta bir çox hallarda təntənəsi barədə ürəkdən tikan 

çıxaran  epizodlar  və  xallar  olmazdı.  Belə  olmasaydı,  BaladadaĢ, 

əli pulla, ―brilyant medalyon‖la oynayan Murada, on altı-on yeddi 




41 

 

yaĢlı  məsum Məsməxanım harınlamıĢ  ―Qızıl  AğadadaĢ‖a, həssas 



məktəbli  Əbili  ―çəhrayı  qızlara‖,  ―Çəhrayı  oğlanlara‖,  ―Sürücü 

Ağababa‖ ―GümüĢ Malik‖ə qarĢı qoyulmazdı. 

 II Aparıcı:      Elçin  Əfəndiyev  həyatı,  bədii  obrazı  dərindən 

düĢünür.  Ġnsanı  özünəməxsusluğu,  daxili  ziddiyyətləri  ilə  təsvir 

edir. Təkcə   hekayələrində yox, povestlərində də geniĢ tərcümeyi-

hal    vermir,  portret  yaradanda  təfərrüata  varmır.  Rənglərlə, 

mükalimələrlə,  bədii  mahiyyətdən  doğan  haĢiyələrlə  surətin 

mühiti,  ömür  yolu  haqqında  dolğun  təsəvvür  oyadır.  Çox  zaman 

Elçin Əfəndiyev həyata və insana müasirlik, yetkinlik və  əxlaqi - 

mənəvi  zənginlik  baxımından  yanaĢır.  Psixoloji  yekrənglik  və 

birtərəfliliyi tənqid edir, adi adamların həyatında müĢahidə etdiyi 

qeyri-adiliyin  gözəlliyi,  Ģeiriyyəti  haqqında  hekayələr  söyləyir, 

―gözəllik  uzaqda  deyil,  həyatımızda,  məiĢətimizdədir‖  –  prinsipi 

ilə  hərəkət  edərək  adi  adamların  daxilində  gizlədib,  xəlvətdə 

saxladığı  mənəvi  keyfiyyətləri  hamımız  üçün  estetik  sərvətə 

çevirir.  Hörmətli  qonaqlar,  bildiyimiz  kimi  Ģairlərimiz    Elçin 

Əfəndiyevin  yaradıcılığından  bəhs  edən  çoxlu  Ģeirlər  yazıblar. 

Gəlin  oxucumuzun  ifasında  M.Əzizin  Elçin  Əfəndiyevin  ―Əncir 

ağacı‖ kitabına yazılmıĢ Ģeiri oxucumuzun ifasında dinləyək. 

Oxucu:  


          Bir zaman Elçinin duyğularından 

Xəyal tək ötürdü ―Əncir ağacı‖ 

Boyu uzanırdı gündə bir qarıĢ, 

Ərsəyə yetirdi ―Əncir ağacı‖ 

 

 

RiĢəsi qalxırdı yerin təkindən, 



Ayırmaq olmazdı onu kökündən

ĠĢıqlı dünyaya çıxdığı gündən, 

Min əldə gəzirdi ―Əncir ağacı‖ 



42 

 

 



Qayatək durmuĢdu tufan içində, 

Dağa bənzəyirdi duman içində

Kitab rəflərindən bir an içində 

Əriyib itirdi ―Əncir ağacı‖ 

 

 

Önündə milyon diz çökürdü onun



Rəssamlar rəsmini çəkirdi onun, 

Hərə öz evində əkirdi onu

ġimalda bitirdi ―Əncir ağacı‖. 

 

Alın yazısı var yarpaqlarında, 



Dadı yüz millətin damarlarında, 

Əncirlə bərabər budaqlarında 

                                  Mükafat gətirdi ―Əncir ağacı‖  

 

I Aparıcı:―Bədii-estetik gözlənilməzlik‖ – bu söz birləĢməsi xalq 

yazıçısı  Elçin  Əfəndiyevin    zəngin  bədii  yaradıcılığını 

səciyyələndirən  ən  dəqiq  ifadələrdən  biridir.  1960-cı  illərin  sonu, 

70-ci illər, 80-cı illərin əvvəlləri... Elçin Əfəndiyevin artıq XX əsr 

Azərbaycan  ədəbiyyatının  qızıl  fonduna  daxil  olmuĢ  ―Qatar. 

Pikasso.  Latur.  1968.‖  ―On  ildən  sonra‖,  ―BaladadaĢın  ilk 

məhəbbəti‖,  ―Parisdə  avtomobil  qəzası‖  və  s.  kimi  hekayələri, 

―Bir  görüĢün  tarixçəsi‖,  ―Toyuğun  diri  qalması‖,  ―Dolça‖  kimi 

povestləri  meydana  çıxdı.  Ədəbiyyatımıza  yeni  nəfəs  gətirən  bu 

əsərlər Elçin Əfəndiyevi müxtəlif dilli geniĢ oxucu auditoriyasına 

müasir  mövzular  yazıçısı  kimi  tanıtdı.  Yaradıcılığı  çoxcəhətli 

bədii  tapıntı,  orijinal  rəng  və  boyalar  üzərindən  keçən  yazıçı,  bir 

qayda  olaraq,  əsərlərinin  məzmununu  müasir  həyatdan,  gəncliyi 




Yüklə 475,08 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə