Uşaq Kitabxanası



Yüklə 475,08 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix25.06.2018
ölçüsü475,08 Kb.
#51312
1   ...   11   12   13   14   15   16   17   18   19

53 

 

Əfəndiyevin yaradıcılığının üçüncü mərhələsinə keçid kimi qəbul 



edirik. Bu üçüncü mərhələ isə absurdlardan sonrakı 90-cı illərdən 

baĢlayaraq növbəti dəfə, tamamilə, gözlənilmədən meydana çıxan 

―Ah,  Paris,  Paris!...‖,  ―Mən  sənin  dayınam‖,  ―Mənim  sevimli 

dəlim‖,  ―Mənim  ərim  dəlidir‖  kimi  komediyalarla  baĢlayır.  Bu 

komediyalar  tamaĢaçıların  dərin  rəğbətini  qazanır,  tənqid 

tərəfindən  yüksək  qiymətləndirilir,  ölkəmizin  sərhədlərini  aĢaraq 

xaricdə uğurla tamaĢaya qoyulur, müxtəlif dillərə tərcümə edilir. 

Söhbətin  bu  yerində  Elçin  Əfəndiyevin  yazdığı  komediyalar 

əsasında çəkilmiş tamaşalardan fraqmentlər tədbir iştirakçılarına 

təqdim olunur. 

II Aparıcı: Görkəmli tənqidçimiz YaĢar Qarayev yazırdı: ―Elçin 

Əfəndiyev  dramaturgiyamızda  ilk  dəfə  olaraq  xaosun,  hərc 

mərcliyin  obrazını  yaradır!  Onların  əsasında  duran  mənəvi  - 

əxlaqi,  ideoloji  stereotipə,  normativ  düĢüncə  və  rəftar  tərzinə  ən 

müasir,  ayıq,  oyaq  ədəbi,  estetik  münasibət  ifadə  edir.‖  YaĢar 

Qarayev daha sonra, bu komediyaların mövzusundan bəhs edərək, 

onları  ―Elçinin  həyatda  və  səhnədə  yüksək  sənətkarlıqla  təsvir 

etdiyi  hadisələr‖  kimi  qiymətləndirir.  Eyni  zamanda,  2000-ci 

illərdən  baĢlayaraq  Elçinin  müasir  Azərbaycan  ədəbiyyatında 

hadisəyə  çevrilmiĢ  ―Pera  Palas‖  otelində,  ―Göy  üzünün  ulduzlu 

vaxtları...‖,  ‖Sarı  gəlin‖  ‖Araba‖,  ―Qarabağ  Ģikəstəsi‖  kimi 

hekayələri  yazıçının  yaradıcılığını  baĢqa  rakursdan  iĢıqlandırdı. 

―Bayraqdar‖  povesti    isə    müasir  ədəbiyyatımızın  XXI  əsrdəki 

bədii-estetik  xarakterinin  formalaĢma  prosesinin  baĢladığını 

göstərir.  Povestdə  mövzu  son  dərəcə  aktualdır.  Ermənistanın 

təcavüzü  nəticəsində  xalqımızın  düçar  olduğu  ağır  qaçqınlıq 

həyatı ―Bayraqdar‖ povestində bütün çılpaqlığı ilə göstərilmiĢdir. 

Bu əsərdə Elçin Əfəndiyev xalqımızın baĢına gələn böyük faciəni 

dramatik səhnələrlə, canlı fraqmentlərlə əks etdirmiĢdir. Yazıçının  



54 

 

özünəməxsus  bədii  təhkiyəsi,  sintaksisi  ―Bayraqdar‖  povestində 



qabarıq  nəzərə  çarpır.  Elçin  Əfəndiyev  Azərbaycan

  ədəbiyyatının 

sayca az nümayəndələrindən biridir ki, bir abzas, hətta bir cümlə 

oxuduqda,  onun  müəllifliyini  dərhal  müəyyən  etmək  olur. 

Akademik  Məmməd  Arif  yazırdı:  ―Elçinin  sadə  və  rəvan 

təhkiyəsində cəzbedici bir qüvvə vardır.‖ Bəli, Elçin Əfəndiyevin  

bədii  sintaksisindəki  ―cəzbedici  qüvvə‖  daha  da  inkiĢaf  etmiĢ, 

milli  ədəbiyyatımızı  zənginləĢdirən  sənətkarlıq  xüsusiyyətinə 

çevrilmiĢdir. Bu nöqteyi nəzərdən ―Bayraqdar‖povestinin təhkiyə 

dolğunluğu,  eyni  zamanda  axıcılığı  oxucunu  ələ  alır.  

―Bayraqdar‖ın 

mövzusu 


qaçqınların 

faciəli 


həyatından 

götürülmüĢdür. Povestin əsl mövzusu böyük insani kədərdir. 



Kitabxananın fəal oxucuları  “Bayraqdar”povestindən bir 

parçanı səhnələşdirib, iştirakçılara təqdim edirlər.  

I Aparıcı: Yazıçı povestdə  heç nəyi gizlətmir. Ağır həyat tərzinin 

xırda detallarınacan sənətkarlıqla təsvir edir.Müəllifin böyük 

nailiyyətidir ki, qaçqın həyatının bu cür sərt təsviri qaçqınların 

güzəranına  acımaqdan  daha  çox,  oxucuda  təcavüzkara  qarĢı 

olduqca  güclü  nifrət  hissi  oyadır.Hətta  öz-özlüyündə  erməni 

Arsenin obrazı da elə incə təsvir vasitələri ilə yaradılmıĢdır ki, 

təcavüzkara nifrəti daha da artırır. Bu povestdə sırf epizodik surət 

yoxdur.  Müəllif  elə  situasiyalar  təsvir  etmiĢdir  ki,  surət  canlı 

xarakter kimi oxucunun gözlərinin qarĢısında canlanır. Elçin bu 

sujetləri  məharətlə  bir  yerə  yığa  bilmiĢ,  tam,  bütöv  bir  həyat 

parçasının bədii atributlarına çevirmiĢdir.  

II Aparıcı: Elçin Əfəndiyevin  yaradıcılığında ―yazıçı yaddaĢı‖ 

güclü bir faktordur. Misal üçün yazıçının həcm etibarilə ən böyük 

əsəri olan və 60-70 illik bir dövrü əhatə edə ―Ölüm hökmü‖ 

romanı mürəkkəb kompozisiyaya malikdir. Əsərdə çoxlu 




55 

 

personajlar  iĢtirak  edir,  ancaq  onların  heç  biri  ―gəldi-gedər‖ 



deyildir.  Onların  hamısı  yazıçının  yaddaĢındadır,  buna  görə  də 

kiçikliyindən-böyüklüyündən  asılı  olmayaraq  tamamlanırlar. 

Yazıçı hər bir xarakterlə əlaqədar bədii nöqtəni qoymağı bacarır. 

I  Aparıcı:Elçin  Əfəndiyevi  bir  yazıçı,  dövlət  xadimi,  ziyalı,ata 

kimi  həmiĢə  uĢaqların  həyatı,    onların  təlim-tərbiyə  məsələləri, 

uĢaq  ədəbiyyatı  və  onun  problemləri  maraqlandırmıĢdır.  Yazıçı 

hər bir xarakterlə əlaqədar bədii nöqtəni qoymağıbacarır.Yazıçının 

bu xüsusiyyəti sənət yoldaĢları tərəfindən yüksək qiymətləndirilir. 

Sevimli  Ģairəmiz  Xalidə  xanım  Elçin  Əfəndiyevin  uĢaqlara  həsr 

etdiyi nağıllara  müraciət edərkən ―Qorxu‖ adlı bu Ģeiri yazmıĢdır: 

Gəlin bu Ģeiri balaca oxucumuzun ifasında dinləyək: 

Oxucu:  

   


 

           Zəncir qollu aya baxma

Zəncir görən göz əsirdi. 

Körpə beyni yeyir ilan

Bu da belə bir əsrdi. 

Yeməyinin tamı qaçıb, 

Əllərindən qanı qaçıb, 

Bu qorxudan hamı qaçıb, 

Ġgid barmağın kəsirdi. 

Tamahına düĢməz əsir, 

Qan kötüyü – ölüm nəfsi. 

Bu ―uĢaq‖ div baĢı kəsir, 

ġahdan törəyən nəsildi. 

Öz içində soyuq düĢüb, 

Ölümündən sayıq düĢüb, 

Yuxusundan oyaq düĢüb, 

Bədəndən baĢlar kəsildi. 

 



Yüklə 475,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə