Uşaq Kitabxanası



Yüklə 475,08 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix25.06.2018
ölçüsü475,08 Kb.
#51312
1   ...   11   12   13   14   15   16   17   18   19

56 

 

 II Aparıcı:  1980-ci ildə ―Günay, Yalçın, Nigar, bir də bir Səlim‖ 



kitabında çap olunan hekayələr göstərdi ki, Elçin Əfəndiyev uĢaq 

ədəbiyyatına  barmaqarası  baxmır,  öz  balaca  qəhrəmanlarının 

daxili  dünyasına  nüfuz  etməyi  bacarır.  Yazıçının  uĢaq 

mətbuatında  ara-sıra  çap  olunan  hekayələrini  balaca  oxucular 

həmiĢə maraqla qarĢılamıĢlar. Yazıçının ―Günay, Humay, bir dənə 

Günəbaxan və qırt toyuğun cücələri‖, ―Hamı niyə güldü‖ və s. bu 

kimi  hekayələri  uĢaq  nəsrimizin  gözəl  nümunələridir.  ―Humayın 

yuxusu‖  kitabında  Aysunun,  Humayın,  Günayın,  Yalçının  və 

Nigarın hekayələri olduqca maraqlı və mənalıdır. Bu hekayələrdə 

uĢaqların  baĢına  gələn  əhvalatlardan  söhbət  açılır.  Bu  arada 

sevimli  Ģairimiz  Teymur  Elçinin  Elçin  Əfəndiyevin  uĢaq 

hekayələrində  xüsusi  yeri  olan  ilk  övladı  Günaya  həsr  etdiyi 

―Nənənin,  babanın    sevməcələri‖  Ģeirinə  balaca  oxucumuzun 

ifasında qulaq asaq. 

Oxucu:  

          GünəĢi aya qatdım, 

Mən bir nəğmə yaratdım. 

Bu nəğmə Günayımdır, 

Körpə torağayımdır. 

Aydı bu, 

Günaydı bu, 

Nənəsinə paydı bu, 

Babasına haydı bu! 

Aydı bu, 

Günaydı bu! 

Gün çıxdı, 

Gündüz oldu. 

Düzənlər düm-düz oldu. 

Oyandı Günay balam

Bir sevincim yüz oldu; 




57 

 

Ay balam, 



Günay balam! 

Ay çıxdı, 

AxĢam oldu, 

Göy üzü Ģam-Ģam oldu. 

Günay beĢiyə girdi, 

BeĢiyi bağçam oldu; 

Ay balam, 

Günay balam!  



 

I  Aparıcı:Miniatürlər  silsiləsində  isə  AbĢerondan,  bu  bərəkətli 

torpağın  dadlı  meyvələrindən  bəhs  olunur.  Burada  üzüm,  gül, 

dana,  dam  kimi  sözlərin  mənaları  verilib.  Elçinin  uĢaq 

hekayələrinin  hamısı  maraqla  oxunur,  adamı  düĢündürür.  Elçin 

Əfəndiyevin  baĢ  məsləhətçi  olduğu  ―Mən  və  mənim  dünyam‖ 

layihəsi  əsasında  körpələrimiz  üçün    çoxlu  kitablar  nəĢr  olunub: 

―Hacı Zeynalabdin Tağıyev‖, ―Osmanlı təpələri‖, ―Surxay qalası‖, 

―Hüseynqulu  xan‖,  ―ġeyx  ġamil‖,  ―Duz  dağı‖,  ―Fətəli  xanın 

beĢiyi‖,  ―ÇarıqdaĢ‖,  ―Yeddi  gəlin  dağı‖,  ―Tomris  ana‖,  ―Mətə 

xan‖,  ―Gavur  quyusu‖  və  s.  Bu  kitablar  kitabxanamıza  verildiyi 

gündən  balaca  oxucularımız  tərəfindən  həvəslə  oxunur.  Elçin 

Əfəndiyevin  həyata  keçirdiyi  bu  layihə  təqdirəlayiqdir.  Bu 

kitablar sayəsində balaca oxucularımız Azərbaycanın tarixi, tarixi 

Ģəxsiyyətləri, coğrafiyası ilə yaxından tanıĢ olurlar.   

UĢaqlar,  indi  isə  gəlin  Elçin  Əfəndiyevin  uĢaqlar  üçün  yazdığı 

―Sözlər,yanıltmaclar, tapmacalar‖ kitabında yer alan   

yanıltmaclardan bır neçəsini məktəbli oxucularımızın ifasında  

dinləyək.  



İştirakçılar səhnəyə çıxıb yanıltmacları söyləyirlər. 

I Oxucu: 



          ―Nənəm yaman hirsləndi..‖ 


58 

 

Bizim kəndimiz DAĞDADI.  



Biz də yayda getdik DAĞA, 

DAĞ nə DAĞ!.. Elə xoĢlayıram, elə 

xoĢlayıram DAĞI!.. MeĢələr, bulaqlar

yarğanlar...  

Bir də ki, bizim gözəlimiz kənd... 

Nə yaxĢı ki, biz bütün yayı qalacağıq  

  DAĞDA! 

Bir gün nənəm həyətdə ocaq qaladı. Yağı 

əritmək üçün qazana töküb ocağa qoydu. 

Yağ əridi, qaynadı, DAĞ oldu. 

Mən də qaçanda, az qaldı ayağım dəyə 

qazana, az qaldı DAĞIDAM yağı. YaxĢı ki, 

DAĞ YAĞ DAĞILMADI, məni də 

yandırmadı. 

Nənəm yaman qorxdu, hirsləndi: 

Sənin ayağına, dedi. 

 DAĞ basacağam! 

Amma mən bilirəm, nənəm məni çox 

istəyir, ayağıma DAĞ basmayacaq!... 

Nənə elə deyir ki, mən eləcə qaçmayım, 

DAĞ yağı yerə DAĞITMAYIM! Axı, DAĞ 

yağ yandırar məni... 

 

II Oxucu:       



―Qar yağıb, yağmayıb?‖ 

 QAR!.. QAR!,, 

                 

 

 Vay... QAR yağıb? Yazda bəyəm 



                                    QAR yağar? 

  Yox... Sən demə, qarğadı, ağacın budağına         

  qonub, QAR - QAR salıb: 



59 

 

                 



 

QAR –R-R... QAR -R-R... 

III Oxucu:  

 

―Qumru quĢları‖ 



O qumru quĢlarına bax, nə hirslə 

 QURULDAYIR,,, 

Qumru quĢu QUR - QUR QURULDAYIR. 

Elə bil deyir ki, mənə yuva QUR, 

                

 

QURMARAM, ay tənbəl qumru quĢu, 



                                   özün QUR

                

 

Sən QURA bilməsən, yaxĢı mən 



                                  QURARAM. 

                

 

QURULDAMA QUR- QUR, uç özün 



                                   QUR. 

IV Oxucu:  

 

―Kim uçundu, nə uçdu, nə uçmadı ― 



                

 

Birdən külək əsdi. 



                

 

Birdən də pırıldayıb bir qaranquĢ UÇDU. 



Mənim  ürəyim  UÇUNDU.  Elə  bildim 

qaranquĢun yuvası UÇDU. 

               

 

Amma yox... QaranquĢun yuvası  



                                  UÇMADI, özü UÇDU

               

 

Mənim də ürəyim daha UÇUNMADI. 



V Oxucu: 

   


AbĢeronda 

               

 

Getdum meynədən qara ÜZÜM  



                                  ÜZÜM. 

               

 

ÜZÜMÜ ÜZDÜM, yedim. 



                

 

Vay... 



               

 

BulaĢdı ÜZÜM!,, 



              

 

Getdim dənizdə ÜZÜM...             



              

 

Dənizdə ÜZDÜM, təmizləndi ÜZÜM. 



 


Yüklə 475,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə