Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə18/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   12   13   14   15   16   17   18   19   20

55 

 

II  aparıcı:    Bəşər  övladı  dünya  açmamışdan  onun  alın  yazısı 

yazılır.  Kiminin  qismətinə  xoş  günlər,  kiminin  taleyinə  ağrılı 

məqamlarla  dolu  həyat  düşür.  Əzablı,  ağrılı-acılı  ömür 

yaşayanlardan biri də Hüseyn Cavid  olmuşdur. Xalqımızın  bu 

görkəmli  qələm  sahibi  bütün  yaşam    boyu  haqsızlıqlarla 

qarşılaşmış,  əyilməmiş,  yüksək  mətinliklə,  dəyanət  və  dözüm 

göstərmiş,  bütün  çətinliklərə  sinə  gərmişdir.  Ulu  Tanrı  məhz 

sınmayan, əyilməyən insanlara bu qisməti yazır, onların taleyin 

sərt  sınaqlarından  keçirir.  Cavid  əfəndinin  yaradıcılığı  ilk 

əvvəllər rəğbətlə qarşılansa da, iblislərin sayəsində qasırğalara 

tuş gəldi.  



I aparıcı:  1920-ci ildə Rusiya tərəfindən işğal olunduqdan sonra 

milli  təfəkkürlü  ziyalıların  sıxışdırılması,  təqib  edilməsi 

başlandı.  Bütün  təqib  və  təzyiqlərə  baxmayararaq,    H.Cavid 

yaradıcılıq  yolundan  dönmək  istəmirdi.  Siyasi  hadisələrin 

tüğyan  etdiyi  20-30-cu  illər  sovet  cəmiyyətində  məsələ 

ağlasığmaz  dərəcədə  mürəkkəb  idi.  Köhnəni  darmadağın 

dağıdıb,  onun  xarabalıqları  üstündə  quruculuq  işləri  aparan 

bolşeviklər  ədəbiyyata  özlərinin  təbliğat  və  təşviqat  vasitəsi 

kimi baxırdılar, onlar verdiklərini qonorar, vəzifə və imtiyazlar 

müqabiləndə  yazıçılardan  məhz  bolşevizmi  təbliğ  edən  alovlu 

əsərlər  tələb  edirdilər.  Bunun  acı  nəticəsi  1937-ci  ildə  Cavid 

kommunist istibdadının  qurbanı oldu, yəni Cavid repressiyanın 

ilk  qurbanlarından  birinə  çevrildi.  Əlbəttə,

 

1937-ci  ilin  qanlı 



hadisələri  qəfildən  baş  vermədi.  Əvvəl-əvvəl  bu  hadisələrə 

hazırlıq  tədbirləri  görüldü.    1937-ci  il  repressiyasına  hazırlıq 

işlərinin  görülməsində ədəbi tənqid xüsusi canfəşanlıq edir və 

mənfur rol oynayırdı. H.Cavidin sovet dövrünə qədərki əsərləri 

ağır mühakimə olunduğu kimi, 20-ci ildən sonra yazdıqları da 

ədəbi  tənqidin  kəskin  hücumlarına  məruz  qalırdı.  Cavid  türk 

xalqlarının mənəvi birliyini diqqət mərkəzinə çəkməklə yalançı 

beynəlmiləlçiliyə  qarşı  çıxır,  mövzularını  müxtəlif  xalqların 




56 

 

həyatından almaqla yalançı vətənpərvərliyi rədd edir. İnanmaq 



çətindir  amma  həqiqət  budur  ki,  həm  millətçi,  həm  də  xalq 

düşməni kimi ittiham olunsa da, H.Cavid dönmədən öz yolu ilə 

gedir və bu yol onu vaxtsız ölümə aparırdı.  

I  aparıcı:      Cavidin  ölüm  hökmünü  İ.V.Stalin  verdi:  “Bu 

cənabları işçi sinfin düşmənləri kimi, vətənimizin xainləri kimi 

amansızcasına  darmadağın  etmək  və  onların  kökünü  kəsmək 

lazım  gələcək”.    İ.V.Stalinin  sözünə  M.Bağırov  dərhal  “bəli” 

cavabını  verdi:  “Bir  baxın,  Yazıçılar  İttifaqında  kimlər 

əyləşmişdir?  Vətən  xainləri    H.Cavid,  M.Müşfiq,  Ə.Cavad  və 

başqaları.  M.Bağırovun  qurultaydakı  çıxışından  dərhal  sonra 

adları çəkilən yazıçılar, eləcə də Cavid həbs olundu. İrəli sürülən 

ittihamlar təsdiq olunsun deyə NKVD dustaqxanasında müxtəlif 

işgəncə  üsullarından  istifadə  olunurdu:  yuxusuz  saxlamaq, 

xüsusi  qurğulardan  istifadə  etməklə  kameraya  soyuq  hava 

üfürmək,  döşəməyə  soyuq  su  buraxmaq,  ailə  üzvlərinin  həbs 

olunacağı ilə hədələmək, gözlərinə güclü işıq salmaq və s. Bütün 

bu  işgəncələrə  baxmayaraq  H.Cavid  ona  qarşı  sürülən  əsas 

ittihamları  rədd  etdi.  O  vaxt  “günahı”

 

nı  boynuna  alanları 



güllələyir,  onarın  ailə  üzvlərini  isə  həbs  edirdilər.  Məsələn, 

Ə.Cavadı,  S.Hüseyni  güllələmiş,  xanımlarını,  uşaqlarını  həbs 

etmişdilər. H.Cavid “günahı” larını boynuna almamaqla ailəsini 

həbs  olunmaqdan  xilas  etdi.  Cavid  həbs  edilərkən  Sibirə 

göndərildi.  

II  aparıcı:      1941-ci  ildə  63  yaşlı  şair  İrkutsk  vilayətinin 

Şevçenko qəsəbəsindəki həbs düşərgəsində ayaqlarının donması 

səbəbindən  vəfat etdi. H.Cavid 1956-cı ildə bəraət aldı, 1982-ci 

ildə  şairin  nəşi  ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü,  

təşkilatçılığı və göstərişi  ilə   Sibirdən gətirilib Naxçıvanda dəfn 

olunmuşdur.  1996-cı  ildə  H.Cavidə  doğulduğu  Naxçıvan 

şəhərində  əzəmətli  məqbərə  ucaldıldı.  Gələcəkdə  adının 

etiramla anılacağına görə H.Cavid ona həqarət edib gülənlərin, 




57 

 

onu alçaltmaq istəyənlərin qarşısında sınmadı və məğrur səsini 



ucaldıb dedi:  

                        Mənə gülməkdəsiniz gərçi bu gün,  

                        Var yarın sizlər üçün qorxulu gün. 

                         O zaman iştə ölənlər dirilər,  

                         Kim nə yapmışsa cəza çəkdirilər.  

I aparıcı:   Sənətkarın dediyi o gün gəldi: Cavid adı ehtiramla 

çəkildikcə bir vaxt ona olmazın hədyan yağdıran, onun ölümünə 

bais  olanlar  tarix  qarşısında  cavab  verməli  oldular.  H.Cavid 

milliliyi  bəşəriliklə  qovuşduran  və  insan  olmağı  hər  şeydən 

üstün  tutan  bir  sənətkardır...Yaxşı  ki,  dünyanın  dəyişən  vaxtı 

yetişdi.  Yaxşı  ki,  Hüseyn  Cavidin  məhəbbəti  susmuş  ürəkləri 

dilə gətirdi. Vaxtılə böyük şairimizin ömür-gün dostu Müşkinaz 

xanımın  “Cavidi  xatırlarkən”  adlı  xatirəsi  çapdan  çıxmışdı. 

Təbii ki, sovet dövrünün müəyyən redaktələri bu kitabda öz işini 

görmüşdür.  Müstəqilliyimizi  qazandıqdan  sonra  rəhmətlik 

Müşkinaz xanımın “Cavid haqqında xatirimdə qalanlar” kitabı 

işıq üzü gördü. Xoşa gələn odur ki, Hüseyn Cavid necə varsa, 

geyimindən,  yerişindən,  vərdişindən  ta  yazı-pozusuna,  dost-

tanışa  münasibətinə  qədər  Müşkinaz  xanımın  xatirələrində  öz 

əksini  tapıb.  Bu  kitabda  duyulan  xiffət  böyük  bir  məhəbbətin 

dərinliyindən,  vəfalılığın,  sədaqətin  nəhayyətsizliyindən  xəbər 

verir:  “...Ümid  edirəm  ki,  Cavidim  gələcək,  yaralı  ürəyimə 

təsəlli verəcək, göz yaşımı  siləcək. Keçirdiyim günləri qələmə 

alacaq. Əfsus ki, o yolu gedən gəlməzmiş”. 

II aparıcı:   Hüseyn Cavidin zəngin irsi və dərin psixologizm, 

humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan 

ədəbiyyatının  qızıl  fonduna  daxil  olmuşdur.  Belə  bir  qiymətli 

irsi  öyrənmək,  onu  nəsillərə  çatdırmaq  böyük  insanpərvər  və 

vətənpərvər  şairimizə  ən  dəyərli  mənəvi  abidədir.  Cavid- 

“ədəbi” , “həmişəyaşar” deməkdir. O, bu gün Bakıda ucaldılan 

abibədəsi,  Naxçıvandakı    məqbərəsi  ilə  dillərdə,  ürəklərdə, 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə