Uşaq Kitabxanası



Yüklə 485,8 Kb.
səhifə17/20
tarix25.06.2018
ölçüsü485,8 Kb.
#51517
1   ...   12   13   14   15   16   17   18   19   20

52 

 

Vətənə,  millətə,  millətin  gələcəyinə  ağlayacaq,  tərəqqisinə 



çalışacaq olsa-olsa, ancaq ana qucaqlarında, məktəb sıralarında 

çırpınan məsumlar ola bilir. 

 

Azərbaycana  vurulan  yaralar  çox  dərindi.  O,  namərd  əllərdə 



mərd alim oğullarını itirdi. Əsrlər boyu bu yaralar sızlayacaq...  

 

II aparıcı:   Hüseyn Cavid gəncliyin qüdrət və məharətlə xalqa 

səadət bəxş edəcəyinə inanır  və gənc nəslin daha mədəni, şən, 

xoş günlərdə yaşamasını arzulayırdı.  

              ... Bu gün gəncliyə baxsan,  

              Bir sel kimi hər an,  

              Sağlam, yeni məfkurələr izlər, 

              ...Onlar  koşacaq, çarpışacaqlar.  

              Bir çox uçurumlar aşacaqlar.  

              ...Onlardakı qüdrət və məharət,  

             Er-gec verəcək xalqa səadət.  

             Onlar mədəniyyətlə günəşlər yaxacaqlar,   

             Keçmişlərə üstən baxacaqlar.  

             Onlar güləcək, güldürəcək, 

             Bizdən daha xoş gün görəcəklər.  

Böyük  sənətkarımızın  bu  arzuları  indi  real  bir  həqiqətə 

çevrilmişdir.  Xalqımız  öz  seçimini  edərək,  müstəqil 

dövlətimizin  müqəddaratını,  Azərbaycanın  gələcəyini  xalqa, 

vətənə səadət bəxş edəcək qüdrətli və məharətli gəncliyə etibar 

etmişdir.   

 

I aparıcı:   Qızıl yarpaqları, çiskinli havası, tutqun günləri ilə 

fərqlənən  oktyabr  ayı  payızın  başladığından  xəbər  verir. 

Qəribədir  ki,  bu  ayın  ömründə  müxtəlif  tarixi  məqamlar,  ad 

günləri,  mərasimlər,  seçkilər  yaddaşa  ədəbi  iz  salır.  Adətən, 

oktyabra  “Cavidlər  ayı”  da  deyirlər.  Hüseyn  Cavid  məhz 

oktyabrın 24-də Naxçıvanda Abdulla Rasızadə ailəsində anadan 




53 

 

olmuşdur.  Maraqlıdır  ki,  ailənin  bütün  üzvləri  məhz  bu  ayda 



dünyaya gəliblər. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-

si oğlu Ərtoğrolun doğum günüdür. 

 

II  aparıcı:  Monoloqlar  Cavidin  romantik-fəlsəfi  üslubunu 

səciyyələndirən  qüvvətli  poetik  əlamətlərdəndir.  Monoloqlara 

müraciət  şairin  şeirlərinə  romantik  üslubun  təbiətindən  doğan 

təntənə, fəlsəfi vüsət gətirmiş, lirik qəhrəmanın zəngin duyğu və 

düşüncələr  aləminin  açılmasına  imkan  yaratmışdır.  Cavidin 

yaradıcılığındakı  başdan-başa  monoloqlardan  təşkil  olunmuş 

“Sevinmə,  gülmə,  quzum”,  “Məyus  bir  qəlbin  fəryadı”, 

“Uyuyur”, “Məzlumlar üçün”, “Neçin” şeirlərində hər bənddəki 

monoloq  konkret  fikrin,  mənalı  bir  hikmətin  poetik  ifadəsinə 

xidmət  edir.  “Uyuyur”  şeirinin  birinci  bəndi  bahar  nəsiminə, 

sonrakı bəndlərindən hər biri ötuşkən quşlara, günəşə, çiçəklərə, 

mələyə  həsr  olunmuşdur.  Bahar  nəsiminə  müraciətlə  yazılan 

monoloqda  sevgili  məşuqə,  çiçəklərə  poetik  münasibətdən 

yoğrulan  monoloqda  dünyanı  dərk  etmək  yolundakı  şübhələr, 

günəşə  xitabən  deyilən  monoloqda  “buludlu  dünyadakı” 

qüvvətli  işıq,  səadət  xəyalı  tərənnüm  olunmuşdur.  Sonuncu 

monoloqda  isə  lirik  qəhrəmanı  məşğul  edən  bütün  məsələlər 

onun “qayeyi-amal” ından doğan xəyallar kimi mənalandırılır: 

 

             Uyuyur... Of! Ey bəlalı könül, 



              Çırpınıb durma! Sən də sus artıq, 

              Vurma, sus! İştə susdu həm bülbül; 

              Dur, həyatım da getsə dur azacıq, 

              Uyuyur çünki aşinayi-xəyal, 

              Uyuyur çünki qayeyi-amal...     

II  aparıcı:  Şeirlərindəki  dialoqlar  Cavidin  lirikasına  müəyyən 

süjet  əlamətləri  daxil  etmişdir.  Hətta  onun  bəzi  şeirləri  kiçik 

səhnəciyi xatırladır. “Öksüz Ənvər”, “Çiçək sevgisi” şeirlərində 

lirik vəziyyətlər şeirin müəyyən hissəsindəki yığcam dialoqlarla 




54 

 

ifadə  olunmuşdur.  Dialoqlar  əsasında  yaradılmış  “Qız 



məktəbində” şeirindəki poetik mükalimə Gülbaharın nəciblik və 

ülviliyini  mənalandırmağa  xidmət  edir.  Əsl  zinəti  təmizlik  və 

bilgi olan, altun bilərzikləri ilə deyil, sadə geyimi, aydın, zəngin 

mənəviyyatı 

ilə 

fərdiləşən 



Gülbahar 

Cavidin 


şeir 

yaradıcılığındakı  öksüz  ənvərlərin,  kiçik  sərsərilərin  bir  növ 

davamıdır. 

Dialoqlar    “Qız  məktəbində”  şeirində  dramatik  mükalimədən 

çox təbii şeir misraları kimi səslənir, poetik etirafı ifadə edir: 

           Quzum, yavrum! Adın nədir? 

           Gülbahar. 

            Pəki, sənin anan, baban varmı? 

            Var. 

           Nasıl, zənginmidir baban? 

            Əvət, zəngin, bəyzadə... 

           Öylə isə geydiyin geyim neçin böylə sadə?.. 



  I  aparıcı:    “Qız  məktəbində”  şeiri  ümumən  Azərbaycan 

şeirində  süjetli  lirikanın  ən  mükəmməl  nümunəsi  sayılmağa 

layiqdir.  Şairin  lirikasındakı  poetik  və  fəlsəfi  ümumiləşmələr 

fikrin  hikmət  tutumunu  artırmış,  aforizm  səviyyəsinə 

yüksəlmişdir. Cavidin lirikasmda hətta elə şeirlər də vardır ki, 

orada bir-birinin ardınca gələn misraların demək olar ki, hamısı 

aforizmlərdən yoğrulmuşdur: 

                Yaşadan kainatı qüvvətdir, 

                Gücsüzün həp nəsibi zillətdir. 

              ...kim ki, biganədir hüquqə, əvət, 

               Xain ellərdə məhv olur əlbət. 

               ...Yaşamaq istərsən çalış, çabala, 

            Rəd olub gurla, bərq olub parla! 

Bütün bunlar Cavid lirikasının novatorluğunu müəyyən edir. 

 

 



Yüklə 485,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə